Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
1   2   3   4   5   6   7   8   9   ...   26

_____________Milli Kitabxana_____________ 

 

15



strukturları  cəmiyyətin və onu təmsil edən KİV-in ordunun bir 

addımlığında, hətta onun daxilində olduğunu hiss etdilər. 

Qeyd edilən dövrdə orduda xidmət edən xeyli sayda yüksəkrütbəli 

zabit öz problemlərini çəkinmədən KİV-ə söyləyə bildi. Bu dövrdə güc 

strukturları, xüsusilə Müdafiə Nazirliyi tərəfindən KİV-ə qarşı çoxsaylı 

məhkəmə iddiaları qaldırıldı. Media mənsublarının bir çoxu qeyri-rəsmi 

olaraq "ordunun düşməni" hesab edildi. 

Amma bütün bunlara baxmayaraq, 1998-2005-ci illərdə  KİV 

gerçəkdən ordu ilə cəmiyyət arasında vasitəçiyə çevrilmək imkanı əldə 

etdi. Bu sonradan Azərbaycan mediasına orduda həyata keçirilən 

islahatları  nəzarətdə saxlamaq imkanı verəcəkdi. Bu dövrdə, media 

hərbi sahədə hansı informasiyaları  əldə etməyin mümkün olduğunu 

araşdırmaq imkanı əldə etdi. 

4.  HƏRBİ 

İNFORMASİYA 

ƏLDƏ EDİLMƏSİNƏ 

BEYNƏLXALQ DƏSTƏK (2005 - bu günədək). 2005-ci ilin may 

ayında Azərbaycanla NATO arasında fərdi tərəfdaşlığa dair Əməliyyat 

Planı (IPAP) imzalandıqdan sonra kütləvi informasiya vasitələrinin 

müdafiə və təhlükəsizlik sahəsi ilə bağlı hədəfləri əvvəlki illərdən fərqli 

olaraq konkret çərçivəyə düşdü. Artıq KİV-dəki müxtəlif məqalələrdə 

istinad qaynağı kimi NATO-nun Azərbaycan ordusunda görmək 

istədiyinə  əsaslanılırdı. IPAP çərçivəsində Azərbaycanın üzərinə 

qoyulmuş öhdəliklər çoxsaylıdır. Hətta bu öhdəliklərdə  KİV-in 

məsuliyyətini, onunla güc strukturlarının münasibətlərini  əks etdirən 

maddələr də var. 

Məlumatlara görə, IPAP-da silahlı qüvvələrdə  həyata keçirilən 

islahatlarla bağlı  KİV-ə mütəmadi olaraq məlumatların ötürülməsi, 

nəticədə cəmiyyətin məlumatlandırılması kimi məqamlar var. Sözsüz ki, 

bu məqamlar Azərbaycan mediasının işinə yarayır və  əvvəlki illərlə 

müqayisədə görmək olar ki, məhz 2005-ci ildən bu yana Azərbaycanın 

güc strukturlarının KİV-ə yanaşması bir qədər dəyişib və bu, müasir 

standartlara uyğunlaşma yolundadır. 

2005-ci ildən bu yana Azərbaycan KİV-inin ölkənin müdafiə  və 

təhlükəsizlik sahəsi ilə bağlı alternativ məlumat mənbələri də üzə çıxdı. 

Artıq jurnalistlər təkcə güc strukturlarından və orduda xidmət etmiş və 

ya hazırda xidmətdə olan hərbçilərdən deyil, ölkəyə müntəzəm səfərlər 

edən NATO təmsilçilərindən və xarici ekspertlərdən ordu islahatları ilə 

bağlı  məlumatları  əldə etmək imkanına malik oldular. Bu dövrdə güc 



_____________Milli Kitabxana_____________ 

 

16



strukturlarının rəsmiləri təkcə jurnalistlərin yazdığını deyil, həm də 

NATO rəsmilərinin və çoxsaylı xarici ekspertlərin Azərbaycanın 

müdafiə  və  təhlükəsizlik sahəsi ilə bağlı dediklərinə aydınlıq gətirmək 

məcburiyyətində qaldılar. Nəticədə isə, jurnalistlər üçün hərbi sahədə 

baş verən proseslər barədə  təhlillər aparması baxımından xeyli 

informasiya bazası toplandı. 

Söz yox ki, bu səhədə diqqətçəkən problemlər hələ  də qalır: IPAP 

sənədinin özü hələ  də Azərbaycan ictimaiyyəti üçün qapalıdır. Bu 

sənəddə əksini tapan islahatlar rəsmən və tam şəkildə Azərbaycan KİV-

nə  və ictimaiyyətinə açıqlanmır. Bu, Azərbaycanda hərbi sahədə 

informasiya  əldə etmək mədəniyyətinin inkişafı yolunda əsas 

maneələrdən hesab edilir. 

 

III HİSSƏ 

 

GÜC STRUKTURLARI İLƏ KİV ARASINDA 

ƏLAQƏLƏRİN MÖVCUD VƏZİYYƏTİ 

 

Ümumi baxımından bu gün Azərbaycanın güc strukturlarının 

məlumatlandırma siyasəti qaneedici görünmür. Müdafiə Nazirliyi son 

vaxtlar keçirilən və qeyri-intensiv olan mətbuat  konfransları vasitəsilə 

jurnalistlərin suallarını cavablandırmağa çalışır. Lakin bu günədək 

nazirliyin rəsmi veb səhifəsi yaradılmayıb. Eyni zamanda bu günədək 

ictimaiyyət nazirliyin “açar” şəxslərinin birbaşa açıqlamalarını 

dinləməkdən məhrumdur. Məhz Müdafiə Nazirliyində məlumatlandırma 

siyasətinin olmamasının nəticəsidir ki, bu gün Silahlı Qüvvələrdə həyata 

keçirilən  ştat-struktur islahatları, kadr dəyişikliklərinin mahiyyəti 

insanlara aid deyil: “Bu günədək Müdafiə Nazirliyi həyata keçirilmiş 

ştat-struktur islahatları ilə bağlı geniş, hərtərəfli bir məlumat 

açıqlamayıb.  

Sözsüz ki, Müdafiə Nazirliyi mətbuat xidməti son vaxtlar ictimaiyyət 

nümayəndələri ilə daha sıx  əməkdaşlıq qurmağa çalışır. Qurumun 

nümayəndələri gerçək olaraq dəvət olunduqları bütün tədbirlərə qatılır 

və onlara ünvanlanan suallara cavab verməyə çalışırlar. Bu müsbət 

qiymətləndirilməlidir. Lakin bunun səmərəlilyi hələlik ortada yoxdur. 

Müdafiə Nazirliyi barədə  cəmiyyəti düşündürən  əsas suallara hələ  də 

cavab verilmir. 




_____________Milli Kitabxana_____________ 

 

17



Digər silahlı birləşmələrdə - Daxili Qoşunlar  və Dövlət Sərhəd 

Xidmətində intensiv islahatlar həyata keçirilsə də bu barədə cəmiyyətə 

məlumat verilməsində bir qədər “xəsislik” edilir. Daxili Qoşunların 

məlumatlandırma siyasətində üstünlük təşkil edən  əsas məsələ 

məlumatların mötəbərliliyidir. Əgər biz bir sıra güc strukturlarında son 

vaxtlar tez-tez rast gəlinən rəsmən bəyan edilmiş mövqenin bir qədər 

sona təkzib edilməsi və ya düzəliş edilməsi faktını görürüksə, Daxili 

Qoşunlarda bu hala rast gəlinmir.  

DQ-nin rəsmi veb səhifəsinin olmaması qurumun ictimai şəffaflığına 

mənfi təsir göstərir. Düzdür, Daxili Qoşunlar Daxili İşlər Nazirliyinin 

rəsmi veb səhifəsində bir struktur kimi əks olunub. Amma orada 

yerləşdirilən məlumatlar dəyişdirilmir. Dünya təcrübəsi göstərir ki, bu 

gün qoşunların və həmçinin Dövlət Sərhəd Xidmətinin fəaliyyətini əks 

etdirən ayrıca saytın yaradılması vacibdir. Eyni zamanda xüsusi olaraq 

qeyd edilməlidir ki, Daxili Qoşunlar barədə 

cəmiyyətin 

məlumatlandırılmasında qurumun “Əsgər” qəzetinin xüsusi rolu var.  

Azərbaycanın güc strukturları icində ictimai məlumatlandırma 

səviyyəsinə görə son vaxtlar geridə qalan təşkilatlardan biri də  Dövlət 

Sərhəd Xidmətidir. Bu qurumun konkret ictimai məlumatlandırma 

strategiyasına malik olduğu müşahidə edilmir. DSX-dan yalnız iki halda 

məlumat əldə etmək mümkündür: beynəlxalq səviyyəli toplantılar və ya 

hansısa xarici qonağın səfəri zamanı və hansısa DSX obyektinin aşılışı 

zamanı.  İctimaiyyət nümayəndələrinin, xüsusilə  də  KİV-in hər hansı 

məlumatı lazım olan anda DSX ilə operativ dəqiqiləşdirmək imkanları 

məhduddur. Qurumdan hər hansı suallara cavab üçün yazılı müraciət 

istəyirlər. 

Azərbaycanda bir sıra güc strukturları – Milli Təhlükəsizlik 

Nazirliyi, Fövqəladə Hallar Nazirlıiyi və Müdafiə Sənayesi Nazirliyi 

özləri ilə bağlı müəyyən mühüm məlumatların əlaqədə olduqları KİV və 

QHT-lər vasitəsilə  cəmiyyətə yayımlanmasına, müzakirə edilməsinə 

çalışırlar ki, bu da beynəlxalq praktika baxımından normal 

qarşılanmalıdır Xüsusilə iki qurum Fövqəladə Hallar Nazirliyi və 

Müdafiə  Sənayesi Nazirliyi ictimai məlumatlandırma sistemini normal 

şəkildə qurulmasına nail olublar ki, bu da onların cəmiyyətdə 

imiclərinin qaldırılmasına səbəb olub. Amma eyni zamanda sözügedən 

hər iki qurumun ictimai məlumatlandırma siyasətində 

təkmilləşdirmələrin aparılması  zəruridir. Yanlış  təsəvvürlərin ortaya 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə