Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
1   2   3   4   5   6   7   8   9   10   ...   26

_____________Milli Kitabxana_____________ 

 

21



Ermənistan, Belarus, Ukrayna) ölkədə mülki vətəndaşların  ən azı 60 

faizinin orduda baş verən hadisələrdən xəbəri var. Onlardan təxminən yarısı 

demək olar ki, hər gün ordu ilə bağlı  məlumatlar  əldə etmək imkanına 

malikdirlər. Beləliklə, rəsmi strukturların müdafiə  və  təhlükəsizlik 

sahəsində baş verənlərin cəmiyyətdən gizli saxlaması praktik olaraq 

mümkün olmur.  

Düzdür, NATO-nun əksər ölkələrinin hərbi xidmət sistemi müqaviləli 

əsasda qurulur. Belə ölkələrdə ordular nəzərəçarpacaq dərəcədə azsaylıdır. 

Lakin bu heç də  həmin ölkə  vətəndaşlarının müdafiə  və  təhlükəsizlik 

sektorunda baş verən proseslərdən məlumatsız olması anlamına 

gəlməməlidir. Bu ölkələrdə ehtiyatda olanların aktiv hərbi hazırlıq sistemi 

mövcuddur ki, bu yolla vətəndaşlar ordu prosrslərinin birbaşa iştirakına 

çevrilirlər. Eləcə də, NATO ölkələrində hərbi qulluqçularının hüquqlarının 

müdafiəsi işi güclü şəkildə qurulub və bu işi  əsasən qeyri-hökumət 

təşkilatları, hərbçilərin həmkarlar ittifaqları yerinə yetirirlər. Bu isə sadə 

vətəndaşları ordu ilə bağlı narahatlıqlarını bir növ aradan qaldırır. 

Hərbi qulluqçuların hüquqları ilə bağlı  məsələ  həmişə beynəlxalq 

təşkilatların diqqətindədir. 

2006-cı ilin aprel ayında Avropa Şurası Parlament Assambleyasının 

Strasburqda keçirilən sessi-yasında Postsovet ölkələrinin silahlı 

qüvvələrində insan haqlarının vəziyyətinə dair məruzə dinlənildi. 

Bolqarıstanlı deputat A.Arabaciyevin hazırladığı  məruzədə postsovet 

ölkələrinin, o cümlədən Azərbaycanın ordusunda "dedovşina" hallarının 

mövcudluğu  əks edilir, minlərlə  əsgərimizin müxtəlif xəstəliklər və pis 

qidalanmadan vəfat etdiyi və s. neqativ hallar qeyd olunurdu. AŞ PA elə 

həmin sessiyada yekdilliklə "Hərbi qulluqçuların hüququ"na dair 10861 

saylı  qətnamə  qəbul etdi. Qətnamədə  AŞ PA-nın Avropa Şurasına üzv 

dövlətlərin Silahlı Qüvvələrində insan hüquqlarının vəziyyətindən 

narahatlığı əks olunurdu. Əlavə olaraq Assambleya AŞ Nazirlər Komitəsinə 

müraciət edərək,  İnsan Hüquqlarına dair Avropa Konvensiyası  əsasında 

təcili olaraq hərbi qulluqçu-ların hüquqlarına riayət olunması üzrə  rəhbər 

prinsiplərin hazırlanmasının zəruri olduğunu bildirdi. Bu prinsiplər Avropa 

Şurasına üzv olan ölkələrinin Silahlı Qüvvələrində insan hüquqlarına 

hörmət olunmasını təmin etməlidir.  

ATƏT-in Azərbaycan Silahlı Qüvvələrində insan hüquqlarını diqqətdə 

saxlamasını göstərən əsas məqamlardan biri ölkədə “Çətir assosiasiyası”nın 

formalaşdırılması ilə bağlıdır. ATƏT-in, həmçinin Avropanın hərbyönlü 

qeyri-hökumət təşkilatıarını birləşdirən “EUROMİL” təşkilatının Bakıya 

tez-tez səfərlər edən nümayəndələri və ekspertləri bəyan edirlər ki



_____________Milli Kitabxana_____________ 

 

22



Azərbaycanda hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial rifahının 

qorunmasına nail olunması üçün “çətir assosiasiyası”nın yaradılmasına 

ehtiyac yaranıb. Bu bir növ ordu ilə bağlı ictimai məlumatlandırmaya fayda 

verməlidir. 



3. Müdafiə  və  təhlükəsizlik sektorunun təminatında, ümumiyyətlə, 

saxlanılmasında birbaşa rol oynayan sadə vətəndaşların (vergiödəyicilərin) 

hüquq və azadlıqlarının daim diqqət mərkəzində olması güc strukturlarında 

nələrin baş verməsindən onların məlumatlı olmasını zəruri edir. Vətəndaşın 

orduda nə baş verdiyi ilə maraqlanması birbaşa onun hüququdur və rəsmi 

güc strukturları bu hüququ təmin etməyə borcludurlar. Diktatura 

rejimlərində ordu hakimiyyətin siyasi qorunması vasitəsi kimi başa 

düşülürsə, demokratik sistemə uğurla qədəm qoymuş ölkələrdə bir məsələ 

hamıya aydındır: ordu vergiödəyicilərin hesabına saxlanılır və bu səbəbdən 

orduda baş verən proseslərin idarəolunmasında, həyata keçirilməsi vacib 

olan islahatların müəyyənləşdirilməsində  əsas söz sahibi məhz sadə 

vətəndaşlardır.  

Ümumilikdə qeyd etdiyimiz bu üç məqam müdafiə  və  təhlükəsizlik 

sektorunda baş verənlərin cəmiyyət üçün daim açıq olması  zərurətini 

yaradır və dünya dövlətləri həm daxildə, həm də xaricdə yürütdükləri 

siyasətdə bunu nəzərə almağa borcludurlar. 

Qərb ekspertlərinin araşdırmalarına görə, bu gün müdafiə  və 

təhlükəsizlik sektoru vergi ödəyiciləri üçün bir çox məqamlara görə maraq 

kəsb edir: 

birincisi, vətəndaşlar bu sahənin saxlanılması üçün ödədikləri vəsaitin 

haraya sərf olunduğunu bilmək istəyirlər. Nəzərə almaq lazımdır ki, son 

illər  ərzində Azərbaycanın müdafiə  xərcləri diqqətçəkən dərəcədə artıb. 

2010-cu ildə bu sahəyə ayrılmış vəsaitin ümumi həcmi 2 milyard manatdan 

artıqdır. Beləliklə, beynəlxalq praktikaya əsaslanaraq, 2010-cu ildə 

Azərbaycanın hər bir vətəndaşının illik şərti olaraq müdafiə və təhlükəsizlik 

sektorunun saxlanılmasına 250 manata yaxın vəsait xərcləyəcəyi istisna 

deyil.Eyni zamanda vətəndaşlar müdafiə  və  təhlükəsizlik sahəsinə ayrılan 

milyonlarla vəsaitin taleyi ilə maraqlanırlar. Onlar həmişə "dövlət 

büdcəsindən orduya bu qədər vəsait ayırmağa ehtiyac varmı?" sualına 

cavab axtarırlar. 

-  ikincisi, vətəndaşlar  əmin olmaq istəyirlər ki, hazırkı ordu onların 

təhlükəsizliyini qoruya biləcək, ya yox. 

-  üçüncüsü, ordu bir peşə, xidmət növü kimi həmişə hamının diqqət 

mərkəzindədir. Hər bir vətəndaş birbaşa və ya dolayısı ilə həmişə ordu ilə 

əlaqədədir. Onların övladları  və ya qohumları silahlı qüvvələrdə xidmət 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə