Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

_____________Milli Kitabxana_____________ 

 

44



bankı hazırlanmalıdır. MN-nin korrupsiyalaşmış  və dövləti 

cinayətlərə bulaşmış Rusiya nökərləri hərbi sahədən qovulmalıdır.  

 

Hazırkı dönəmdə isə informasiya ala bilməyən hər bir jurnalist



QHT və ya vətəndaş Müdafiə Nazirliyini məhkəməyə verməlidir.  

 

Xalid Vahidoglu, Regional İnsan Huquqları  və Media 



Mərkəzinin sədri: 

 

Azərbaycanda hərbi sahədə informasiya əldə etmək həqiqətən çox 



çətindir. Bu isə müxtəlif səbəblərlə bağlıdır. Hərbi rəhbərliyin 

qənaətinə görə, müharibə  şəraiti olduğu üçün ordu ilə bağlı bütün 

məlumatlar açıq olmamalıdır. Amma belə yanaşma hesab edirəm ki, 

ordumuzun xeyrinə  işləməyən amildir. Son illərin də  təcrübəsi 

göstərdi ki, problemləri gizlətdikcə onların sayı daha da artır. Özü də 

hər gizlədilən xəbər özündən daha ağır nəticələrə səbəb olan yeni bir 

hadisənin baş verməsi üçün zəmin olur. Buna görə  də ordu nəinki 

mətbuata, həm də cəmiyyətə açıq olmalıdır. Ən azı ona görə ki, hər 

bir ölkə  vətəndaşı bu və ya digər dərəcədə  hərbi sahə ilə bağlıdır. 

Düşünürəm ki, bu gün elə bir şəxs tapmaq olmaz ki, bu yaxınlarından 

kimsə hərbidə olmasın. Buna görə də, vətəndaşların ehtiyacı olduğu 

informasiyalar onlar üçün açıq olmalıdır. Belə olarsa həm də 

ordudakı xoşagəlməz hadisələrin qarşısı alınır. Gözəl bir məsəldə 

deyildiyi kimi: informasiya azadlığı ictimai işləri yerinə yetirən, 

xalqın həyatına təsir imkanları olan qurumların başı üzərində 

parlayan, onların gündəlik necə  işlədiklərini xalqa göstərən gün 

işığıdır. Qaranlıq və bataqlıq tezliklə pis əməllərin oylağına 

çevrildiyi kimi xalqın gözündən gizlənməyə çalışan qapalı 

qurumlarda əyriliyə yuvarlanırlar. 

 

Azərbaycanda hərbi sahədə informasiya əldə etmək mədəniyyətini 



inkişaf etdirmək üçün ilk növbədə  hərbi sahədə yeni mühit 

yaradılmalıdır. Orduda xidmət edən 

şəxslərin düşüncəsi 

dəyişdirilməlidir. Bu reallığı  qəbul etmək lazımdır ki, baş verənləri 

gizləmək problemdən çıxış yolu deyil. Nəticəni görüb, araşdırıb onun 

səbəblərini aradan qaldırmaq lazımdır.  




_____________Milli Kitabxana_____________ 

 

45



 

Ruhəngiz Hüseynova, Qadınlar Arasında Həmrəylik  İctimai 

Birliyinin sədri: 

 

Azərbaycanda hərbi sahədə informasiya əldə etmək çox çətindir. 



Mənə elə  gəlir ki, informasiya əldə etmək sahəsində islahatlar 

aparılmalıdır və Türkiyə təcrübəsinə istinad edilməlidir 

 

Elşad Paşasoy, "Yeni Müsavat” qəzetinin əməkdaşı: 

 

Azərbaycanda nəinki hərbi, hətta mülki sahədə  də informasiya 



almaq çox çətindir.  Əgər bu gün müstəqil mətbuat qeyri-hərbi 

qurumdan belə asanlıqla məlumat ala bilmirsə, onda hərbi sahədən 

məlumat almağın çətinliyindən danışmağa lüzum qalmır. Bu gün 

mətbuat Silahlı Qüvvələrimizdəki durumla bağlı 

nəinki 

məlumatlandırılmır, hətta hansısa məlumatın dəqiqləşdirilməsi 



prosesinə günlərlə vaxt və xeyli əsəb xərcləmək lazım gəlir. Məsələn, 

iyulun 13-də Füzulidəki hərbi hissədə baş verən qanlı olayla bağlı 

məlumatın 1 ay sonra təsdiqlənməsi vəziyyətin real göstəricisidir. 

 

Vaxtilə Müdafiə Nazirliyinin səlahiyyətli  şəxsləri ilə görüşlərdə 



müxtəlif təkliflərimizi vermişik və onlar öz növbəsində hərbi sahə ilə 

bağlı  qəzetimizlə mümkün qədər normal əməkdaşlıq etməyə  vəd 

veriblər. Ancaq üstündən keçən illər ərzində vəziyyət yaxşılığa doğru 

bir o qədər də dəyişməyib. Mən əminəm ki, əgər nazir Səfər Əbiyev 

ölkənin aparıcı  mətbuat orqanları üçün şəxsən açıq olsa, o zaman 

tabeçiliyindəkilər də öz üzərinə düşəni yerinə yetirməyə çalışar. 

Ancaq bu da uzunmüddətli olmaya bilər. Müasir dünyagörüşlü 

insanların iş başına gəlməsi lazımdar. Elə bir insanın ki, ordudakı 

reallıqlardan yazıb faciələrimizə son qoyulmasını istəyən mətbu 

orqanı məhkəməyə çəkməkdən zövq almasın. 

 

Rasim Musabəyov, politoloq: 

 

Mən bu sahə ilə dərindən məşğul olmuram və bu səbəbdən nəyisə 



təsdiq etmək niyyətində deyiləm. Amma mənə  bəllidir ki, xarici 


_____________Milli Kitabxana_____________ 

 

46



mənbələrdə olan informasiyanı Müdafiə Nazirliyinin strukturlarından 

aımaq praktik olaraq mümkün deyil. 

 

Məncə Azərbaycanda hərbi sahədə informasiya əldə etmək 



mədəniyyətini inkişaf etdirmək üçün təkid göstərmək lazımdır. Digər 

ölkələrdə, həmçinin Gürcüstan və Ermənistanda sözügedən sahədə 

vəziyyəti danışmaq lazımdır. Xarici mənbələrdən istifadə etmək 

lazımdır. Başlıcası ordu məmurlarına izah etmək lazımdır ki, biz 

Vətənimizi heç də onlardan az sevmirik və Azərbaycanın müdafiə 

qabiliyyətinin möhkəmlənməsini arzulayırıq. 

 

Ceyran Bayramova, "Zerkalo" qəzetinin əməkdaşı: 

 

Bu gün Azərbaycanda hərbi sahədə informasiya əldə etmək 



olduqca çətindir. Demək olar ki, Müdafiə Nazirliyi hazırda yeganə 

nazirlikdir ki, ondan hər hansı bir məlumatı almaq çox çətindir. Ən 

əsası da, məlumat verilirsə ya böyük gecikdirilməsi ehtimalı ilə 

verilir, ya da hər hansı bir suala tək cavab bu olur - bu haqda 

məlumatımız yoxdur. Bu da Müdafiə Nazirliyində məlumatı mediaya 

çatdırmaq mədəniyyətinin olmadığını göstərir. Doğrudur,  əvvəlki 

illərə baxanda vəziyyət müsbət tərəfə bir qədər dəyişib, amma yenə 

də  qənaətbəxş deyil. Amma umumilikdə  hərbi sahədə, yəni 

nazirlikdən olmasa da digər müstəqil hərbi ekspertlərdən məlumat 

toplamaq mümkündür. Lakin problem ondadır ki, mustəqil hərbi 

ekspertlər çox azdır, məlumat qaynaqları da çox məhduddur, bu da 

öz növbəsində  hər hansı bir məlumatın düzgün yaxud da yanlış 

olduğunun yoxlanması istiqamətində bir sıra problemlərə  gətirib 

çıxarır. 

 

Məncə bu gün Azərbaycanda hərbi sahədə informasiya əldə etmək 



mədəniyyətini inkişaf etdirmək üçün ilk növbədə  cəmiyyət hərbi 

sahəyə aid informasiyalara biganə qalmamalıdır – cəmiyyətdə hərbi 

məsələlərə maraq oyatmaq lazımdır. Bu öz növbəsində Müdafiə 

Nazirliyinin bir qədər məsulliyyətli olmasına və informasiyaları 

vaxtlı vaxtında cəmiyyətə çatdırılmasına təkan verə biləcək. İkincisi 

də, hərbi saytların ve informasiya agentliklerinin sayı çoxalmalıdır. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə