Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

_____________Milli Kitabxana_____________ 

 

41



bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri haqqında, əgər bu 

göstəricilər sadalanan məlumatları açıqlayırsa; 

- şifrlənmiş, o cümlədən kodlaşdırılmış və məxfiləşdirilmiş rabitə 

sistemləri haqqında,  şifrlər,  şifrlərin işlənməsi və hazırlanması, 

onlarla təminat,  şifrləmə  və xüsusi mühafizə vasitələri haqqında, 

xüsusi təyinatlı informasiya-analitik sistemləri haqqında; 

- məxfi məlumatların mühafizəsi metodları və vasitələri haqqında; 

- dövlət sirrinin mühafizəsinin təşkili və faktiki vəziyyəti 

haqqında; 

- Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi 

haqqında; 

- Azərbaycan Respublikasında dövlətin müdafiəsinin, 

təhlükəsizliyinin və hüquq-mühafizə fəaliyyətinin təmin olunması ilə 

əlaqədar dövlət büdcəsinin xərcləri haqqında; 

- dövlətin təhlükəsizliyinin təmin olunması  məqsədilə keçirilən 

tədbirləri açıqlayan kadr hazırlığı haqqında. 

 

Qanunvericilikdə son dəyişiklik.  Xatırladaq ki,prezident İlham 

Əliyev 2007-ci ilin iyununda Prezident İlham  Əliyev «Dövlət sirri 

haqqında qanun»un tətbiq edilməsi ilə bağlı 2004-cü il noyabrın 5-də 

imzaladığı  fərmana  əlavələrin edilməsi barədə yeni fərman 

imzalayıb. Bununla Xüsusi Dövlət Mühafizə Xidmətinin səlahiyyəti 

artıb. Fərmanda bildirilir ki, «Dövlət sirri haqqında qanun»un tətbiq 

edilməsi ilə bağlı 2004-cü il noyabrın 5-də imzalanmış  fərmanına 

aşağıdakı məzmunda 3.6-cı bənd əlavə edilir: «3.6. Dövlət mühafizə 

obyektlərinin və mühafizə olunan obyektlərin informasiya və rabitə 

sistemlərində  və  şəbəkələrində dövlət sirrinin mühafizəsinin təmin 

olunmasına idarələrarası  nəzarəti öz səlahiyyətləri daxilində 

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti 

həyata keçirir.».  

«Dövlət sirri haqqında» qanunun tətbiq edilməsi ilə bağlı 2004-cü 

il noyabrın 5-də imzalanmış  fərmanın 3.5-ci maddəsində bildirilirdi 

ki, «Dövlət sirri haqqında qanun»un 32.1-ci maddəsində  nəzərdə 

tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini 

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata 

keçirir.  



_____________Milli Kitabxana_____________ 

 

42



«Dövlət sirri haqqında» qanunda isə deyilir: «32.1. Dövlət 

hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında, müəssisə

idarə və təşkilatlarda dövlət sirrinin mühafizəsinin təmin olunmasına 

idarələrarası  nəzarəti Azərbaycan Respublikasının müvafiq icra 

hakimiyyəti orqanı  həyata keçirir». Yəni dövlət sirrinin 

mühafizəsinin təmin olunmasına idarələrarası  nəzarəti indiyə  qədər 

MTN həyata keçirirdi. 

 

Yeni fərmandan sonra dövlət sirrinin mühafizəsinin təmin 



olunmasına idarələrarası  nəzarəti MTN-lə yanaşı Xüsusi Dövlət 

Mühafizə Xidməti də həyata keçirir. 



 

VII HİSSƏ 

 

RƏSMİLƏR, MEDİA VƏ EKSPERTLƏR NƏ DÜŞÜNÜR? 

 

“Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin 

inkişafı” layihəsinin gedişində  həyata keçirilən debatlarda və 

reallaşdırılan müsahibələrdə Azərbaycanda hərbi sahədə 

informasiyanın əldə edilməsi vəziyyətinə dair müxtəlif mövqelər, 

çıxışlar dinlənilib və yaxud bəyan edilib. Onlardan bəziləri 

diqqətinizə çatdırılır. 

 

Mövqelər 

 

Böyükağa Ağayev, www.analitika.az saytının redaktoru: 

 

Azərbaycan Müdafiə Nazirliyinin ictimaiyyətdən kifayət qədər 



qapalı qurum olduğunu, həmin nazirliyin mətbuat xidmətinin isə öz 

işini yalnız təkzib üzərində qurduğunu nəzərə alsaq, aydın olur ki, 

hərbi sahədə informasiya əldə etmək heç də asan deyil. Bu sahə ilə 

bağlı mətbuatda gedən məlumatları isə yalnız müstəqil jurnalistlərin 

ciddi səyləri nəticəsində  ərsəyə  gələn bir iş kimi qiymətləndirmək 

gərəkdir. 

 



_____________Milli Kitabxana_____________ 

 

43



Məncə  hər  şeydən öncə Müdafiə Nazirliyinin özünə ictimaiyyəti 

informasiya ilə təmin etmək mədəniyyətini aşılamaq, bu qurumu az 

qala Qobustan turməsidək qapalı bir sistemdən açıq,  şəffaf bir 

nazirliyə çevirmək gərəkdir. Təbii, heç kim onlardan dövlət sirrini 

tələb etmir, amma əksər hallarda çox elementar məsələlər barədə tam 

susqunluq nümayiş etdirilməsi səbəbindən nazirliyin özünün 

informasiya mədəniyyətindən çox-çox uzaq olduğu gözə çarpır.  

 

Kənan Quluzadə, “Cənubi Qafqaz” Araşdırmalar Mərkəzinin 

eksperti: 

 

Azərbaycanda hərbi sahədə informasiya əldə etmək son dərəcə 



çətindir. Bunu müharibə şəraiti ilə əlaqələndirirlər və bu məntiqidir. 

Bununla yanaşı son zamanlar orduda "dedovşina" halları ilə bağlı 

məlumatlar cəmiyyət üçün daha açıq olub, cəmiyyətin ordu üzrə 

nəzarətinin yaranması tendensiyası özünü büruzə verir.  

 

Hərbi informasiya çox zaman dövlət sirri statusuna malikdir. 



Bununla bağlı bu sahədə digərlərində olan şəffaflığı gözləmək və 

istəmək çətindir. Ordu haqda məlumatların indikindən daha çox 

yayılması birbaşa Qarabag probleminin həlli ilə bağlıdır. Sülh 

bərqərar olandan sonra jurnalistlərin məlumat  əldə etmək imkanları 

genişlənəcək. 

 

Mehriban Vəzir, “Əsgər və  Əsgər Ailələri” ictimai birliyinin 



sədri: 

 

Bu gün Azərbaycanda hərbi sahədə informasiya əldə etmək çox 



çətindir. Hərbi sahə demokratik idarəetmə gücündə olmadığından, 

rüşvət, oğurluq və cinayət  əməlləri hədsiz çox olduğundan “sirli 

qala” şəklində fəaliyyət göstərməyə çalışır.  

 

Məncə Azərbaycanda hərbi sahədə informasiya əldə etmək 



mədəniyyətini inkişaf etdirmək üçün böyük kadr islahatları olmalıdır. 

Türkiyə- NATO standartları ilə  hərbi təhsil-təlim görmüş zabitlər 

idarəetmədə olmalıdırlar. Və yaxud idarəetmə üçün belə bir kadr 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə