Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

_____________Milli Kitabxana_____________ 

 

38



- Sorğuçu tərəfindən qulluq vəzifəsini yerinə yetirmək 

bəhanəsi ilə, yaxud qulluq mövqeyindən istifadə etməklə  şəxsi 

məqsəd üçün informasiya əldə edilməsi və ya qulluq vəzifəsini 

yerinə yetirərkən  əldə etdiyi informasiyadan digər məqsədlər 

üçün istifadə edilməsinə görə -  

vəzifəli  şəxslər  şərti maliyyə vahidinin səksən mislindən doxsan 

mislinədək miqdarda cərimə edilirlər. 

 

Hərbi məlumatların yayılmasına qoyulan məhdudiyyətlər. 

Dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 

Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan və 

Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarından 

ibarətdir. Bu qanunun müddəaları Azərbaycan Respublikasının 

ərazisində 

və onun hüdudlarından kənarda Azərbaycan 

Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, 

təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, 

bütün müəssisə, idarə  və  təşkilatları, dövlət sirri haqqında 

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə 

yetirmək öhdəliyi götürmüş  və ya statusuna görə buna borclu olan 

Azərbaycan Respublikasının vəzifəli  şəxsləri və  vətəndaşları, 

əcnəbilər və  vətəndaşlığı olmayan şəxslər tərəfindən hökmən icra 

edilməlidir. Digər dövlətlər tərəfindən Azərbaycan Respublikasına 

verilmiş dövlət sirri təşkil edən məlumatlar bu qanuna müvafiq 

mühafizə edilir. 

Hərbi sahədə  aşağıdakı  məlumatlar dövlət sirrini təşkil edir (

sentyabr 2004-cü ildə  qəbul edilmiş 733-IIQ saylı “Dövlət sirri 

haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci 

maddəsi) 

- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı 

birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının 

strateji, operativ və  səfərbərlik üzrə yerləşdirilməsinə dair 

əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat 

planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların 

döyüş  və  səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması 

və istifadəsi haqqında; 




_____________Milli Kitabxana_____________ 

 

39



- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər 

silahlı birləşmələrinin quruculuq planları, silahların və  hərbi 

texnikanın inkişafının istiqamətləri, silah və  hərbi texnika 

nümunələrinin yaradılması  və modernləşdirilməsi üzrə  məqsədli 

proqramların, elmi-tədqiqat və  təcrübi-konstruktor işlərinin 

məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında; 

- silah və  hərbi texnika nümunələrinin taktiki-texniki 

xarakteristikaları  və döyüşdə  tətbiqi imkanları, hərbi təyinatlı yeni 

növ maddələrin xüsusiyyətləri, resepturaları  və ya texnologiyaları 

haqqında; 

- milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi 

əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və 

müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər 

üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında; 

- qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi 

heyətinin sayı  və onların döyüş  təminatı haqqında, həmçinin hərbi-

siyasi və ya əməliyyat şəraiti haqqında; 

- Azərbaycan Respublikası ərazisinin müdafiə və mühüm iqtisadi 

əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin 

koordinatları haqqında. 

İqtisadi sahədə aşağıdakı məlumatlar dövlət sirrini təşkil edir: 

- Azərbaycan Respublikasının və onun ayrı-ayrı bölgələrinin 

mümkün hərbi əməliyyatlara hazırlıq planlarının məzmunu, silah və 

hərbi texnikanın istehsalı və təmiri üzrə sənayenin səfərbərlik gücü, 

hərbi sahədə istifadə edilən xammal və materialların strateji 

növlərinin göndərilməsi həcmi, ehtiyatları, həmçinin dövlət material 

ehtiyatlarının yerləşdirilməsi, faktik həcmi və istifadəsi haqqında; 

- Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin və 

təhlükəsizliyinin təmin olunması 

məqsədi ilə onun 

infrastrukturundan istifadə olunması haqqında; 

- mülki müdafiə qüvvələri və vasitələri, inzibati idarəetmə 

obyektlərinin dislokasiyası, təyinatı  və müdafiə olunma dərəcəsi, 

əhalinin təhlükəsizliyinin təmin olunma dərəcəsi, dövlətin 

təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulan nəqliyyat və 

rabitənin fəaliyyəti haqqında; 




_____________Milli Kitabxana_____________ 

 

40



- dövlət müdafiə sifarişlərinin həcmləri, planları (tapşırıqları), 

silah, hərbi texnika və digər hərbi məhsulların buraxılması  və 

göndərilməsi (pul və ya natura ifadəsində), onların buraxılışı üzrə 

mövcud güc və bu gücün artırılması haqqında, göstərilən silah, hərbi 

texnika və digər hərbi məhsulları  işləyib hazırlayan və ya istehsal 

edən müəssisələr, onların kooperasiya üzrə əlaqələri haqqında; 

- dövlətin təhlükəsizliyinə  təsir edən mühüm müdafiə  və ya 

iqtisadi  əhəmiyyəti olan elmi və texniki nailiyyətlər, elmi-tədqiqat, 

təcrübi-konstruktor, layihə işləri və texnologiyaları haqqında; 

- siyahısı qanunvericiliklə müəyyənləşdirilən strateji növlü faydalı 

qazıntıların ehtiyatlarının, istehsalının, idxalı  və ixracının, satışının 

həcmi, dövlət ehtiyatları haqqında, pul əskinazlarının, qiymətli 

kağızların hazırlanması, saxtalaşdırmadan qorunması, həmçinin 

dövlətin maliyyə fəaliyyətinin digər xüsusi tədbirləri haqqında. 

 

Xarici siyasət sahəsində  aşağıdakı  məlumatlar dövlət sirrini 

təşkil edir: 

- Azərbaycan Respublikasının xarici-siyasi və xarici-iqtisadi 

fəaliyyəti haqqında,  əgər onların vaxtından  əvvəl açıqlanması 

dövlətin təhlükəsizliyinə ziyan vura bilərsə; 

- Azərbaycan Respublikasının digər dövlətlərlə hərbi, elmi-texniki 

və başqa sahələrdə  əməkdaşlığı haqqında,  əgər onların vaxtından 

əvvəl açıqlanması  tərəflərdən heç olmasa biri üçün diplomatik 

fəaliyyətinin həyata keçirilməsində  çətinlik yaranmasına səbəb ola 

bilərsə. 

- Kəşfiyyat,  əks-kəşfiyyat və  əməliyyat-axtarış  fəaliyyəti 

sahəsində məlumatlar: 

- kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin qüvvə 

və vasitələri, mənbələri, metodları, planları  və  nəticələri haqqında, 

habelə bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri haqqında, 

əgər bu göstəricilər sadalanan məlumatları açıqlayırsa; 

- kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata 

keçirən orqanlarla konfidensial əsaslarla  əməkdaşlıq edən və 

əməkdaşlıq etmiş şəxslər haqqında; 

- dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin 

olunmasının təşkili, qüvvə  və vasitələri, metodları haqqında, habelə 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə