Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

_____________Milli Kitabxana_____________ 

 

23



edir və ya çalışırlar. Bu səbəbdən vətəndaşlar hərbi qulluqçuların təminatı, 

xidmət şəraiti ilə həmişə maraqlanmaq həvəsindədirlər. 

-  dördüncüsü, vətəndaşları  həmişə ordunun gələcəyi maraqlandırıb. 

Qərb ekspertləri hesab edirlər ki, XXI əsrdə bu məsələ daha aktualdır. 

Çünki bu dövrdə müdafiə  və  təhlükəsizlik sahəsinin modernləşdirilməsi

yeni silah növlərinin istifadəyə verilməsi, hərbi qulluqçuların hüquqlarının 

müdafiəsi əsas diqqət yetirilən məsələlərə çevrilib. 

Sadaladığımız bu və digər məsələlər göstərir ki, bir sıra dövlətlərdə 

müdafiə  və  təhlükəsizlik sahəsinin cəmiyyətdən qapalı saxlanılması 

müvəqqəti prosesdir. İnsan hüquqlarının getdikcə daha çox təmin olunması 

istiqamətində görülən işlər bu sahədə  də mütərəqqi addımların atılmasını 

zəruri edir. 

 

Cəmiyyətin güc strukturlarından hansı informasiyaları  əldə etmək 

istədiyi aydındır. Bu istəyin təmin olunması isə əsas olaraq üç fəaliyyət 

növündən asılıdır.  

-

 



birincisi qanunverici hakimiyyətin fəaliyyəti ilə bağlıdır ki, burada 

parlament söz sahibi rolunda çıxış edir. Müdafiə strukturlarının rəsmiləri 

təmsil olunduqları qurumlarda baş verən proseslərlə bağlı daim parlament

onun komissiyaları qarşısında hesabat verməyə borcludurlar. Qərb 

ölkələrində bu məsələ xüsusi diqqət mərkəzindədir. 

-

 



ikincisi qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlıdır ki, bu, 

Qərbdə müdafiə  və  təhlükəsizlik sektoru ilə  cəmiyyət arasında  əlaqələrin 

qurulmasında mühüm rol oynayan fəaliyyət növü hesab edilir. Qeyri-

hökumət təşkilatları  vətəndaş qruplarını birləşdirən qurumlardır və bu 

qurumlar cəmiyyətin güc strukturlarından tələblərini öz fəaliyyətlərində 

əsas ideya kimi götürür. QHT-lər (söhbət  əsasən hərbyönlü fəaliyyətə 

üstünlük verən təşkilatlardan gedir) həmişə müdafiə  və  təhlükəsizlik 

strukturlarında baş verənlərdən xəbərdar olmaq və bunu müxtəlif vasitələrlə 

cəmiyyətə çatdırmaq istəyindədirlər. Amma bunun nə  dərəcədə  uğurlu 

alınıb-alınmaması həmişə müəyyən mübahisələrə səbəb olub. 

-

 

üçüncüsü,  Güc strukturları ilə  cəmiyyət arasında münasibətlərin 



qurulmasında  ən səmərəli vasitə kütləvi və elektron informasiya vasitələri 

hesab edilir. Əgər parlament və QHT-lərin fəaliyyəti müddət baxımından 

bir qədər gec səmərə verirsə, KİV bu istiqamətdə daim birinciliyi əldə 

saxlayır. KİV orduda baş verən prosesləri dərhal cəmiyyətin nəzərinə 

çatdırmaq imkanına malikdir. KİV həmçinin parlament və QHT-lərin 

fəaliyyətini də işıqlandırır. Beləliklə, bu və digər məqamları nəzərə aldıqda 

aydın olur ki, müdafiə və təhlükəsizlik strukturlarında baş verən proseslərin 



_____________Milli Kitabxana_____________ 

 

24



qısa zaman müddətində  və  səmərəli  şəkildə  cəmiyyətə çatdırılması üçün 

KİV-dən yaxşı vasitə yoxdur. 

XX  əsrin sonlarında KİV-in ordu ilə münasibətləri bir çox dünya 

ölkələrində problematik xarakter daşıyırdı. KİV bir sıra dövlətlərdə 

müdafiə  təsisatlarının həyata keçirmək istədiyi islahatlar yolunda, 

dövlətlərin hərbi ambisiyalarını gerçəkləşdirmək istiqamətində ciddi maneə 

kimi qiymətləndirilirdi. "Hərbi sirr" anlayışı  əslində  KİV-i ordu 

proseslərindən kənarlaşdırmaq məqsədi güdürdü. Lakin baş verən proseslər, 

cəmiyyətin KİV-in roluna ciddi dəstək verməsi güc strukturlarının 

rəsmilərini düşünməyə vadar etdi: artıq KİV ayrı-ayrı siyasi və qeyri-siyasi 

qüvvələrin təbliğat vasitəsi kimi deyil, cəmiyyətin istək və tələblərinin güc 

strukturlarına çatdırılması orqanı kimi çıxış edirdi. 



Beləliklə, XXI əsrin  əvvəllərində kütləvi və elektron informasiya 

vasitələri müdafiə  və  təhlükəsizlik sahəsi ilə bağlı  aşağıdakı 

istiqamətlərdə  məlumatları  əldə etmək üzrə  məqsəd və  hədəflərə 

malikdirlər: 

1. Güc strukturlarında baş verən proseslər və  hərbi qulluqçuların 

xidmət şəraiti. 

2. Orduda insan hüquqlarının qorunması sahəsində baş verən proseslər. 

3. Silahlı Qüvvələrin quruculuq perspektivi və bu yöndə olan doktrinal 

sənədlərin (əsasən Milli Təhlükəsizlik Konsepsiyası  və  Hərbi Doktrina) 

monitorinqi. 

4. Müdafiə  və  təhlükəsizlik sahəsinə ayrılmış  vəsaitin xərclənmə 

şəffaflığı. 

5. Hərbi çağırışçıların hüquqlarının müdafiəsi problemləri. 

6. Güc strukturlarında çalışan rəhbər vəzifəlilərin tutduqları vəzifəyə və 

ordunun quruculuq prosesinə uyğun gəlib-gəlməməsi problemləri. 

7. Cəmiyyətdə ordunun nüfuzunun və  hərbi vətənpərvərlik ruhunun 

artırılması mexanizmlərinin aşkarlanması. 

8. Hərbi qanunvericiliyin vəziyyəti və onların müasir ordu 

quruculuğuna uyğun gəlib-gəlməməsi. 

Araşdırmalar göstərir ki, müəyyən vəziyyətlərə uyğun olaraq güc 

strukturlarının KİV-dən fərqli istəkləri ortaya çıxa bilər. Misal üçün, 

demokratik qanunların işlədiyi, müasir qaydaların hökm sürdüyü 

cəmiyyətlərdə müdafiə  və  təhlükəsizlik sahəsində  təmsil olunan 

təşkilatlar istərdilər ki, KİV onlar üçün aşağıdakı funksiyaları daşısın: 

 



_____________Milli Kitabxana_____________ 

 

25



-  birincisi,  həyata keçirilən islahatlara cəmiyyətin dəstəyini təşkil 

etmək. Yəni güc strukturları  KİV-in islahatların ruporu kimi çıxış 

etməsini istərdilər; 

ikincisi, güc strukturları istərdilər ki, mətbuat silahlı qüvvələrdə baş 

verən problemlərin aşkarlanması  və  çıxış yolunun araşdırılaraq ortaya 

çıxarılması istiqamətində  fəallıq göstərsin. Aydındır ki, orduda 

tutduqları  vəzifələrdən sui-istifadə edərək problemlərə göz yumulması 

halları olur. KİV bu mənada həmişə gərəklidir. Onun fəaliyyəti həm güc 

strukturları, həm də hüquq-mühafizə orqanları üçün həmişə faydalı 

olub; 


- üçüncüsü, güc strukturları istərdilər ki, KİV cəmiyyətin istək və 

tələblərini nəzərə alaraq, onları ümumiləşdirib ordu quruculuğuna dair 

ideya və  nəzəri baxışların hazırlanması ilə  məşğul olsun. Sonradan bu 

ideya və baxışlardan ordu quruculuğu üçün istifadə olunacaq; 

-  dördüncüsü, istənilən ölkədə  hərb elminin inkişafı  əsas 

məqsədlərdən biri hesab edilir. Bu elmin formalaşmasında və onun 

müasir qaydalara uyğunlaşdırılmasında mətbuatın rolu danılmazdır; 

- beşincisi, güc strukturlarının qarşısında daim duran əsas 

məqsədlərdən biri hərbi qanunvericiliyin monitorinqinin həyata 

keçirilməsidir. Araşdırmalar göstərir ki, bu funksiyanın öhdəsindən KİV 

çox yaxşı  gəlir. Media daim axtarışdadır - dünya ölkələrinin hərbi 

qanunvericilik təşəbbüsü öyrənilir və bunun milli ordulara tətbiqi yolları 

araşdırılır, sonda isə müdafiə  və  təhlükəsizlik sahəsinə uyğun gələn 

qanunvericilik məqamları toplanaraq cəmiyyətin,  ən sonda isə 

parlamentin müzakirəsinə çıxarılır. Güc strukturları üçün bundan yaxşı 

forma ola bilməz; 

- altıncısı, güc strukturları istər daxili (əks-kəşfiyyat), istərsə  də 

xarici kəşfiyyat  əməliyyatları üçün xeyli vəsait və insan itkisi ilə 

üzləşmək təhlükəsi qarşısındadır. Lakin KİV bu istiqamətdə güc 

strukturlarına həmişə yardımçı ola bilər. KİV-lərdə  cəmləşən 

vətənpərvərlər həmişə ölkənin dostları  və düşmənləri haqda müdafiə 

xarakterli məlumatları aşkarlamaqda və araşdırmaqda güc strukturlarına 

köməkçi olurlar. 

 

Bu "altı  qızıl gözlənti" hazırda Qərbin demokratik ölkələrinin güc 



strukturlarının KİV-lə  əlaqələrində  həmişə  əsas götürülür - qısası, 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə