Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
1   2   3   4   5   6   7   8   9   ...   26

_____________Milli Kitabxana_____________ 

 

9



tribunaya çevriləcək. “Onun səhifələrində bütün qoşun və xidmət 

növləri üzrə  hərbi hazırlığın nəzəri və praktik məsələləri, hərb 

sənətinin nailiyyətləri, ordunun döyüş  və psixoloji hazırlığı, onun 

təchizat və təminat qayğıları, kadr çətinlikləri və həlli yolları əksini 

tapacaqdır”.  Jurnalın ilk sayında ictimai maraq kəsb edən çoxsaylı 

məqalələr əksini tapmışdı. 

Hazırda ayda bir dəfə  dərc edilən “Hərbi bilik” jurnalı güc 

strukturlarının rəsmi informasiya orqanları arasında ön sırada 

gedənlər slrasındadır. Səbəb isə vaxtaşırı olaraq ordu ilə bağlı tətbiqi 

materialların dərgidə  işıq üzü görməsidir. Amma bu gün Müdafiə 

Nazirliyinin digər rəsmi orqanı olan “Azərbaycan Ordusu” qəzeti 

barədə daha çox tənqidi fikirlər söylənilir. Bu qəzetdə xüsusilə 

Silahlı Qüvvələr quruculuğuna aid ictimai maraq kəsb edən 

məlumatların dərc olunmaması ona qarşı  tənqidi fikirlərin  əmələ 

gəlməsinə səbəb olur.   

Azərbaycanda hərbi mətbuatdan danışarkən Daxili Qoşunların 

“Əsgər” qəzetini vurğulamamaq olmur. Eyni zamanda qeyd etmək 

lazımdır ki, Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən nəşr edilən  

bu qəzet digər rəsmi hərbi qəzetlərlə müqayisədə daha çox 

peşəkarlığı ilə seçilir. Bu qəzetdə əksini tapan məqalələrin məlumat 

tutumu var və Daxili Qoşunlarda aparılan islahatlarla bağlı ictimai 

maarifləndirməyə xidmət edir.  

Eyni zamanda Azərbaycanda digər güc strukturlarının da rəsmi 

orqanları var ki, onların ictimai məlumatlandırmada göstərdiyi 

fəaliyyətlə bağlı müsbət fikir söyləmək çətindir. Amma ümumilikdə 

əgər, 1934-cü ildə Azərbaycanda hərbi sahədə  rəsmi qəzetlərin 

ümumi sayı səksənə yaxın idisə, bu gün onların sayı heç10-u keçmir.  

 

II HİSSƏ 



 

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ VƏ SONRA ORDU – KİV 

ƏLAQƏLƏRİ 

 

Azərbaycanda müdafiə və təhlükəsizlik sektorunda digər qurumlarla 

müqayisədə  məhz Silahlı Qüvvələrin KİV-lə  əlaqələrinin vəziyyəti 

həmişə daha çox diqqət mərkəzində olub. Bunun da səbəbləri aydındır: 




_____________Milli Kitabxana_____________ 

 

10



məhz Müdafiə Nazirliyinin hərbi hissələrində xidmət edən hərbi 

qulluqçuların sayı qalan digər güc strukturlarında (hərbi təyinatlı) 

xidmət edənlərin ümumi sayından çoxdur. Beləliklə, Azərbaycanın 

ikinci müstəqillik dövrünün başlanğıcında ordu – KİV  əlaqələrindən 

danışarkən diqqət daha çox Müdafiə Nazirliyi – mətbuat 

münasibətlərinə yönəlir. 

1991-ci il oktyabrın 9-da Azərbaycan Silahlı Qüvvələri haqqında 

qanun qəbul olundu. Bundan sonra MN-nin müxtəlif strukturlarının 

formalaşdırılmasına başlanıldı. Bir qədər sonra nazirliyin mətbuatla 

əlaqələrinin qurulması zərurəti ortaya çıxdı. İlk müdafiə naziri general-

leytenant Valeh Bərşadlı 1991-ci ilin noyabr ayında rəhbərlik etdiyi 

nazirliyin mətbuatla  əlaqələrinin qurulması istiqamətində ilk addımları 

atdı. Yaradılan mətbuat xidmətinə ixtisasca həkim, Azərbaycan Dövlət 

Televiziyasında yayımlanan "Hünər" verilişinin aparıcısı  Ramiz 



Məlikov təyin edildi. Bərşadlının dövründə nəşr olunan dövrü mətbuat 

onu KİV-ə o qədər də açıq olmayan şəxs kimi qələmə verirdilər. Bu 

məsələ müxtəlif aspektlərdən yozulurdu: 

- birincisi, Bərşadlı orduda ciddi dəyişikliklər həyata keçirmək 

niyyətində idi. Nazir hesab edirdi ki, hər hansı islahatla bağlı 

ictimaiyyətə məlumat verilməsi onun səmərəliliyini aşağı sala bilər. 

-  ikincisi, o dövrdə hansısa hərbi islahat barədə  KİV-ə  məlumatın 

açıqlanması erməni qoşunları ilə üzbəüz olan Azərbaycan Silahlı 

Qüvvələrinin (o zaman ordu yenicə formalaşırdı) döyüş qabiliyyətinə 

ciddi zərbə vura bilərdi. 

Beləliklə, Azərbaycanın ilk müdafiə nazirinin dövründə  az  da  olsa 

KİV-lə  əlaqələrin qurulması yolunda ilk addımlar atıldı. Mətbuat 

xidmətinin rəhbəri R.Məlikov 1992-ci ilin aprelinədək vəzifədə qaldı. 

Bu dövrdə o, ümumilikdə 5 müdafiə naziri (Valeh Bərşadlı, Tacəddin 

Mehdiyev, Şahin Musayev, Tahir Əliyev, Rəhim Qazıyev) ilə çalışdı. 

Amma qeyd edilən dövrdə - 1991-ci ilin oktyabrından 1992-ci ilin 

aprelinədək MN-in mətbuatla əlaqələrinin tamamilə qurulması mümkün 

olmadı. Buna səbəb həmin zaman ordunun cəmiyyətlə, kütləvi 

informasiya vasitələri ilə  əlaqələrinin necə qurulması istiqamətində 

vahid mövqenin əldə edilməməsi idi. Ermənistanın işğalçılıq siyasəti 

nəticəsində  hərbi  əməliyyatların güclənməsi, ölkədəki siyasi gərginlik, 

ordunun əksər hallarda siyasi proseslərə müdaxilə etməsi və sairə hallar 

MN-in mətbuat xidmətinin normal fəaliyyətinə ciddi maneə olurdu. 




_____________Milli Kitabxana_____________ 

 

11



Hərbi sahədə informasiyanın  əldə edilməsi prosesində diqqətçəkən 

dəyişikliklər 1992-ci ilin aprelində - ixtisasca tarixçi Leyla Yunusun 

MN mətbuat xidmətinə  rəhbər gətirilməsindən sonra başladı. Onun 

dövründə mətbuat xidməti müstəqil qurum kimi ləğv edilərək formal bir 

qurum kimi yaradılmış 26 nəfərin çalışdığı  İnformasiya və Analitik 

Mərkəzə daxil edildi. Bu zaman sözügedən mərkəzdə informasiyaların 

və  təhlillərin hazırlanması texnologiyasının konkretləşdirilməsi 

istiqamətində bir sıra addımlar atıldı. Tez bir zamanda analitik şöbənin 

hazırladığı  məlumatların ictimaiyyətə açıqlanmasına başlanıldı. Amma 

aktiv hərbi  əməliyyatların aparılması  səbəbindən MN-in ictimaiyyətlə 

əlaqələrinin o qədər də açıq olmaması diqqəti çəkirdi. Lakin həmin 

dövrdə MN-in konfrans zalında ölkə və xarici jurnalistlər üçün hər həftə 

brifinqlər keçirilirdi. İnformasiya və Analitik Mərkəzin əməkdaşları və 

eyni zamanda nazirliyin rəhbərliyi keçirilən brifinqdə ordunun 

vəziyyəti, həyata keçirilən hərbi  əməliyyatlarla bağlı açıqlamalar 

verirdi. Bu dövrdə İnformasiya və Analitik Mərkəzin bir sıra yeniliklərə 

imza atdı: Azərbaycan Ordusu ilə bağlı filmlər lentə alındı.  

L.Yunus təkcə bir nazirlə - Rəhim Qazıyevlə çalışıb. 1993-cü ilin 

fevralında vəzifəsindən gedən Leyla Yunusu müavini Azad  İsazadə 

əvəz etdi. Bu zaman İnformasiya və Analitik Mərkəz ləğv edildi və 

nazirliyin informasiya siyasətinin həyata keçirilməsində aparıcı rol 

yenidən Mətbuat Xidmətinə verildi. İxtisasca psixoloq olan Azad 

İsazadə 1995-ci ilin əvvəlinədək 3 nazirin - Dadaş Rzayev, Məmmədrəfi 

Məmmədov və Səfər Əbiyevin dövründə bu quruma rəhbərlik etdi. Bu 

dövrün  əsas diqqətçəkən məqamlarından biri R.Qazıyevin mətbuatla 

birbaşa təmas qurması ilə bağlı idi. Orduda baş verən hər hansı hadisə 

ilə bağlı birbaşa olaraq müdafiə nazirindən münasibət öyrənmək, 

informasiya almaq olardı. Bu səbəbdən onun dövründə  mətbuat 

xidmətinin işi daha çox xaricə  məlumat göndərməklə  məhdudlaşırdı. 

Eyni zamanda mətbuat xidməti nazirliyin istəyi və ya mətbuat orqanının 

xahişi ilə müsahibə  və ya mətbuat konfransları  təşkil edirdilər. MN 

mətbuat xidməti 1992-1995-ci illərdə informasiya boşluğunu nüfuzlu 

qəzetlərin redaktorları ilə birgə  iş aparmaqla doldurmağa çalışırdı. 

Nəzərə alınmalıdır ki, R.Qaziyevin dövründə hərbi sahədə məlumatların 

maksimum şəffaflığına təminat yaradılmışdı. Müharibə dövründə bunun 

nə  dərəcədə  səmərəli olub-olmadığı  hələ  də ekspertlərin müzakirə 

mövzusuna çevrilib. Amma Qazıyevdən sonra nazir kürsüsünə 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə