Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə26/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   22   23   24   25   26   27   28   29   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
80 
 
öyrənirdim. Mən gördüm ki, bu sahədə Mehriban xanımın xidmətləri əvəzsizdir 
və belə qərara gəldim ki, o, YUNESKO-nun xoşməramlı səfiri təyin edilsin. O, 
bu vəzifəyə təyin olunduqdan sonra Azərbaycanda mədəniyyət sahəsində böyük 
işlər görmüşdür. Biz onun, xüsusilə, təhsilin inkişafı, eləcə də şifahi və musiqi 
ənənələrinin qorunması sahəsindəki fəaliyyətini xüsusi qeyd edirik". 
Təhsil sahəsində Azərbaycan-YUNESKO əməkdaşlığı başqa bir əlamətdar 
cəhəti ilə də mühüm aktuallıq kəsb edir. Bu da Ermənistanın Azərbaycana qarşı 
hərbi təcavüzünün, torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən 
işğalının Azərbaycan təhsilində yaratmış olduğu ağır problemlərin dünya 
ictimaiyyətinin diqqətinə çatdırılmasından ibarətdir. Bütün dünyada təhsil
maarifçilik hərəkatının geniş vüsət aldığı indiki günlərimizdə Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, miqyası barədə 
beynəlxalq aləmdə obyektiv təsəvvür yaratmaqdan ötrü bu məqam da təbliğatı 
baxımdan böyük əhəmiyyətə malikdir. Azərbaycan isə bu imkandan yetərincə 
yararlanır. 
 
Sağlam ruh, sağlam sabah uğrunda 
 
Heydər  Əliyev Fondunun millətin fiziki və  mənəvi sağlamlığı, milli-
genetik ruhunun qorunması naminə  həyata keçirdiyi sosialyönümlü layihələr 
sırasında səhiyyəyə yardım, bu sahənin infrastrukturunun yeniləşdirilməsi, 
vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi mühüm yer 
tutur.  İxtisas etibarilə tibb elminin incəliklərinə  dərindən bələd olan fondun 
prezidenti, Milli Məclisin deputatı Mehriban xanım  Əliyeva Azərbaycan 
səhiyyəsində mövcud olan problemləri daha yaxşı görməklə, ictimaiyyəti həmin 
problemlərin həlli istiqamətində səfərbər etməyə, ələlxüsus, tibbi yardıma böyük 
ehtiyacı olan aztəminatlı  vətəndaşlara yüksək diqqətlə, həssaslıqla yanaşmağa 
çalışır. 
Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə 
sığınan körpələrin problemlərinin həlli bu gün Heydər  Əliyev Fondunun 
prezidenti Mehriban xanım  Əliyevanın qarşıya qoyduğu  əsas vəzifələrdən 
biridir. "Uşaq evləri və internat məktəblərinin inkişafı rroqramı" bilavasitə 
fondun prezidentinin təşəbbüsü və  rəhbərliyi ilə hazırlanmış, Bakıda və  ətraf 
qəsəbələrdə yerləşən uşaq evi və internat məktəblərdə mövcud problemlər 
öyrənilrniş, onların aradan qaldırılması üçün konkret işlər görülmüşdür. Qısa 
müddətdə 12 internat məktəbi  əsaslı  təmir edilmiş, daha 28 analoji təhsil 
müəssisəsində  təmir-bərpa və yenidənqurma işləri uğurla aparılır. Fond uşaq 
evləri və internat yetirmələrinin 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
81 
 
sosial-psixoloyi reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin 
yaradılmasını da planlaşdırmışdır. Sözügedən proqram üzrə  uşaq evləri və 
internat məktəblərində mövcud problemlərin həll olunması üçün 4 əsas istiqamət 
müəyyən edilmişdir: texniki dəstək, təhsil, səhiyyə  və ictimai fəallıq. Proqram 
çərçivəsində yaradılmış işçi qruru resrublikada fəaliyyət göstərən uşaq evləri və 
internat məktəblərindəki mövcud vəziyyətin monitorinqini apararaq uşaqların 
sayı, aylıq, illik dövlət təminatına daxil olan qida, geyim, texniki vəsait 
normativləri, ümumi şərait (təhsil, səhiyyə, yaşayış, istirahət) kimi göstəriciləri 
müəyyən etmişdir. Belə  uşaq müəssisələrinin böyük əksəriyyətinin ilkin 
mərhələdə əsaslı təmirə və texniki təchizata daha çox ehtiyacı olduğu müəyyən 
edilmişdir. Heydər  Əliyev Fondunun rəhbəri Bakıdakı  və ölkəmizin  əksər 
rayonlarındakı uşaq evlərində, internat məktəblərində şəxsən olaraq, proqramın 
texniki dəstək istiqaməti üzrə işlərin başlanması üçün tarşırıq vermişdir. 
Heydər  Əliyev Fondunun 2005-ci ildə görülmüş  işlərlə bağlı yekun 
hesabatı "Uşaq evləri və internat məktəblərinin inkişafı rroqramı" çərçivəsində 
görülmüş  işlərin real miqyasını bir daha aşkara çıxarır. Həmin proqram 
çərçivəsində  həyata keçirilən tədbirlər yalnız bu kateqoriyadan olan təlim-
tərbiyə müəssisələrinə texniki dəstəklə  məhdudlaşmamış, yeni kitabxanalar da 
yaradılmışdır. Bu kitabxanalar müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin 
olunmuş,  əksər uşaq evləri və internat məktəblərində komrüter avadanlığı 
quraşdırılmış, sinif otaqları interaktiv təhsil üçün zəruri vasitələrlə  təchiz 
edilmiş, bir çox internatlarda, həmçinin uşaq evlərində  həkim və psixoloq 
otaqları yaradılmış, bu təhsil müəssisələrində qida normativlərinin 
dəyişdirilməsi məqsədilə təkliflər raketi hazırlanmışdır. Uşaq evlərində, internat 
məktəblərində  tərbiyə olunan uşaqlar, qaçqın və  məcburi köçkün ailələrindən 
olan və təhsildə fərqlənən şagirdlər üçün müxtəlif bayram şənliklərinin təşkili də 
xoş ənənə halını almışdır. 
Mehriban xanım  Əliyevanın  şəxsi təşəbbüsü  əsasında uşaqların asudə 
vaxtının və istirahətinin səmərəli təşkili məqsədi ilə 2006-cı ildə rilot layihəsi 
kimi Nizami rayonundakı 1 saylı  uşaq evi üçün Şüvəlan qəsəbəsində yay 
düşərgəsinin yaradılması qarşıda dayanan əsas planlardan biridir. Fondun 
dəstəyi ilə paytaxtda inşa olunan Resurs Mərkəzində isə uşaq evlərinin, internat 
məktəblərinin müəllim və  tərbiyəçiləri  üçün  müasir  tədris və  tərbiyə 
metodikasının tətbiqinə dair treninqlərin keçirilməsi mümkün olacaqdır. Fondun 
prezidenti bu sahədə dünyanın 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
82 
 
aparıcı ölkələrinin mütərəqqi təcrübəsindən istifadə olunması  zərurətini də önə 
çəkir. "EKonkret problemləri həll edərkən, qlobal problemləri də unutmaq 
olmaz. Məsələn, uşaq evləri və internat məktəblərinin bütün sisteminin sovet 
redaqogikası  və  təhsilin sovet sistemi ilə idarə olunması  çərçivəsində 
yarandığım nəzərə almaq son dərəcə vacibdir. Ona görə  də digər ölkələrin 
təcrübəsindən faydalanmaq və istifadə etmək üçün qapıları açmaq zəruridir" - 
deyə o bildirir. Heydər Əliyev Fondunun ÜUNİSEF-lə birlikdə həyata keçirdiyi 
"Deinstitutlaşma proqramı" da məhz bu məqsədə xidmət edir. Mehriban xanım 
hesab edir ki, heç bir dövlət müəssisəsi,  ən müasir, gözəl təmir olunmuş, 
avadanlıqla təmin edilən məktəb belə, heç zaman ailə mühitini əvəz edə bilməz. 
Fondun  ən vacib və böyük məqsədlərindən biri də bu təhsil müəssisələrindəki 
uşaqların ailə şəraitində tərbiyə almasıdır. 
Mehriban xanım Əliyevanm təşəbbüsü ilə iki il əvvəl İrlandiyanın Dublin 
şəhərində keçirilən xəstə uşaqların idman yarışına göndərilən 7 şagirdin hamısı 
qızıl medalla qayıtmışdır. Ötən ilin dekabrında isə Heydər  Əliyev Fondu ilə 
BMT-nin  İnkişaf Proqramı arasında kor və  zəif görən insanların informasiya-
kommımikasiya texnologiyalarına çıxışının təmin edilməsinə dair layihə sənədi 
və əməkdaşlıq sazişi də imzalanmışdır. Əgər bu gün Azərbaycanda gözdən əlil 
insanların sayının 40 minə çatdığını nəzərə alsaq, bu addımın əhəmiyyəti barədə 
geniş söhbət açmağa lüzum qalmır. Layihənin  əsas məqsədi  əhalinin belə 
qruplarının səlahiyyətlərini genişləndirmək və xüsusilə, onların məşğulluğunun 
artırılması sahəsində kor və görmə qabiliyyəti zəif olan insanlara yardım 
göstərməkdən ibarətdir. 
Layihənin birinci mərhələsində gözdən  əlil insanlar üçün rəqəmsal fərqin 
aradan qaldırılması üzrə milli strategiya hazırlayıb həyata keçirmək məqsədi ilə 
Azərbaycanda həmin insanların  İnformasiya Kommunikasiya Texnologiyaları 
(İKT) ehtiyacı müəyyən olunacaqdır.  İkinci mərhələdə texniki mütəxəssislər 
qruru vasitəsilə xüsusi komrüter avadanlığını quraşdırmaq, proqram təminatını 
lokallaşdırmaq (tərcümə etmək), internetə  çıxışı  təmin etmək, tədris-təlim 
proqramlarını hazırlamaq üçün təhsil sahəsində yerli və xarici eksrertlərin 
təcrübəsindən istifadə etməkdən ötrü model informasiya-kommımikasiya 
texnologiyaları sinfi yaradılacaqdır. Üçüncü mərhələdə isə kor və görmə 
qabiliyyəti zəif olan insanlar üçün yaradılacaq kitabxana və  təlim mərkəzində 
onların audio 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə