Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə34/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   30   31   32   33   34   35   36   37   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
104 
 
Əziz dostlar! 
Mən sonda inşaatçılara, layihə institutunun əməkdaşlarına, dövlət 
qurumlarına, qeyri-hökumət təşkilatlarına, iş adamlarına bir daha öz 
təşəkkürümü bildirmək istəyirəm ki, onlar çox böyük kömək göstərdilər, bizim 
birgə  səyimizlə bu layihə  həyata keçirildi. "Yeniləşən Azərbaycana yeni 
məktəb" layihəsinin birinci mərhələsi Heydər  Əliyev Fondunun cəmiyyətdə 
mövqeyini nümayiş etdirdi, ən  əsası odur ki, böyük inam yaratdı.  İradə olan, 
istək olan yerdə çox problemlər öz həllini tapır, çox işlər görülür. Ona görə mən 
inanıram ki, ikinci mərhələ  də çox uğurla başa çatacaqdır. Bu istiqamətdə biz 
işlərimizi davam etdirəcək və gələcəkdə daha böyük uğurlar qazanacağıq. 
Çox sağ olun! 
 
* * * 
 
Sonra monitorda ötən il inşa edilən məktəblərin köhnə  və yeni binaları, 
habelə bu il inşasına başlanacaq təhsil obyektlərinin hazırkı  vəziyyəti nümayiş 
etdirildi, yeni layihələrə baxış oldu. 
"Dəyirmi masa" iştirakçıları fondun mədəniyyət, təhsil layihələri, kitablar, 
dərslik və məktəb ləvazimatlarından ibarət sərgi ilə də tanış oldular. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
105 
 
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, 
YUNESKONUN VƏ İSESCONUN 
XOŞMƏRAMLI SƏFİRİ, MİLLİ MƏCLİSİN DEPUTATI 
MEHRİBAN ƏLİYEVANIN FRANSAYA SƏFƏRİ 
 
Aprelin 3-də, Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin ənənəvi illik 
yığıncağı keçirilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun 
prezidenti, YUNESKO-nun və  İSESCO-nun xoşməramlı  səfiri, Milli Məclisin 
deputatı Mehriban Əliyeva yığıncaqda iştirak etmişdir. 
Yığıncağı YUNESKO-nun baş direktoru Koişiro Matsuura açmışdır. Sonra 
sədrlik edən  İordaniya  şahzadəsi xanım FİRYAL Azərbaycanın birinci xanımı 
Mehriban Əliyevanı iştirakçılara təqdim edərək dedi: 
- Mən olduqca fəal xoşməramlı səfir və çox hörmətli birinci xanımı təqdim 
etməkdən böyük məmnunluq duyuram. O, öz ölkəsində  və bütün dünyada bir 
çox xeyriyyə   işlərinin  həyata  keçirilməsi   məqsədilə   yorulmaz   fəaliyyət   
göstərir. 
Birinci xanım olduqca qısa müddət  ərzində böyük nailiyyətlər  əldə 
etmişdir.  İndi isə  mən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı  şərəf 
hissi ilə təqdim edirəm. 
Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri 
Mehriban Əliyevanın çıxışı 
- Hörmətli cənab baş direktor! 
Hörmətli xoşməramlı səfirlər! 
Xanımlar və cənablar! 
İlk növbədə, mən YUNESKO-nun iqamətgahmda illik ənənəvi yığıncaqda 
bütün həmkarları salamlamaq, bu tədbiri təşkil etdiyinə görə baş direktor cənab 
Koişiro Matsuuraya minnətdarlığımı bildirmək istəyirəm. 
Eyni zamanda, Qətərdə keçirilmiş "Tərəfdaşlığın qurulması  və yeni 
yanaşmaların tətbiqi" mövzusunda uğurlu regional konfrans münasibətilə cənab 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
106 
 
Koişiro Matsuuranı  təbrik edirəm. "Hamı üçün təhsil" proqramı  çərçivəsində 
yekun regionai konfrans 2008-ci ildə Azərbaycanda keçiriləcəkdir. Bu fürsətdən 
istifadə edərək mən sizi həmin konfransda iştirak etməyə dəvət edirəm. Əminəm 
ki, Bakı konfransı "Hamı üçün təhsil" proqramının həyata keçirilməsinə doğru 
atılmış əlavə uğurlu addım olacaqdır. 
Ötən ilin yaddaqalan tədbirlərindən biri "Qeyri-maddi mədəni irsin 
qorunması haqqında" Konvensiyanı ratifikasiya etmiş ölkələrin Baş 
Assambleyasının birinci iclası oldu. Məmnunluqla sizə  məlumat vermək 
istəyirəm ki, Azərbaycan həmin Konvensiyanı bu ilin martında ratifikasiya 
etmişdir. Qeyri-maddi mədəni irs mədəniyyətin ifadə olunmasının.  ən qədim 
foraıalanndan biridir. Təbii ki, qeyri-maddi mədəni irsin saxlanılması  və 
qorunması qarşımızda duran əsas məsələlərdəndir. 
Ötən il Heydər Əliyev Fondunun fəaliyyətində çox məhsuldar il olmuşdur. 
Bu günə qədər bir sıra layihələr artıq başa çatdırılmışdır. Onlardan biri, məsələn, 
"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi uğurla həyata keçirilir. Heydər 
Əliyev Fondu təhsil, elm, mədəniyyət, səhiyyə  və  ətraf mühitin qorunması 
sahələrində öz işini davam etdirmişdir. 
Mən bir neçə layihə haqqında əlavə məlumat vermək istəyirəm. 
Heydər  Əliyev Fondu, Vaşinqton Elmlər Akademiyası  və YUNESKO 
"Orta əsrlər əlyazmalarında tibb və əczaçılıq" adlı ilk beynəlxalq konfrans təşkil 
etmişdir. Tibb elminə aid Azərbaycanda saxlanılan üç nadir əlyazma 
Ümumdünya Yaddaş Qeydiyyatına salınmışdır. Həmin Qeydiyyatda ümumən 
120  əlyazma öz əksini tapmışdır. Bu əlyazmalar nəinki ayrı-ayrı dövlətlər, o 
cümlədən bütün bəşəriyyət üçün çox əhəmiyyətlidir. Konfransın işində bir çox 
ölkələrin tanınmış alimləri iştirak etmişdir və Fondumuz həmin mühüm 
proqrama dəstəyini davam etdirəcəkdir. 
Heydər Əliyev Fondu memarlıq abidələrinin bərpasında fəal surətdə iştirak 
edir. Ötən il ərzində biz Cavad xanın türbəsi, Pir Həsən, Mövsüm Səlim və 
Həzrəti Zeynəb məscidləri kimi bir sıra tarixi və dini abidələri bərpa etmişik. 
Biz həmçinin ölkəmizin hüdudlarından kənarda yerləşən ümumbəşəri 
mədəni abidələrin bərpasında iştirak edirik. 
Bildiyiniz kimi, Versal sarayı 1979-cu ildən etibarən Dünya İrsi siyahısına 
salınmışdır. Sarayın parkında yerləşən bir neçə qədim abidə zamanın və iqlim 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
107 
 
şəraitinin təsiri nəticəsində zədələnmişdir. Təqribən 15 abidə təcili surətdə bərpa 
olunmalıdır. Fondumuz parkda iki abidənin bərpası  məqsədi ilə 2006-cı il 
avqustun 10-da müqavilə imzalamışdır. Bərpa işləri 2007-ci il iyulun 15-də başa 
çatdırılacaqdır. 
Ötən il ərzində Heydər  Əliyev Fondu Azərbaycan muğamı kimi 
təkrarolunmaz fenomenə böyük dəstək vermişdir. Bu fürsətdən istifadə edərək 
mən bir sıra muğam layihələrini dəstəklədiyinə görə YUNESKO-ya öz 
minnətdarlığımı bildirir, onların uğurla həyata keçirilməsi haqqında məlumat 
vennək istəyirəm. 
Beynəlxalq Muğam Mərkəzinin tikintisi davam edir. Baş direktor cənab 
Koişiro Matsuura həmin Mərkəzin təməlinin qoyulması  mərasimində  iştirak 
etmişdir. Ümidvaram ki, o, 2008-ci ilin yayında Muğam Mərkəzinin açılış 
mərasimində də iştirak edəcəkdir. 
Hazırda, Siz slaydda Mərkəzin çox müasir memarlıq üslubunda işlənilmiş 
layihəsini görürsünüz, lakin eyni zamanda, binanın özü bizim milli musiqi 
alətlərinə bənzəyir. 
Biz muğam gecələrini keçirməkdə davam edirik. İndi isə, siz həmin 
konsertlərdən şəkilləri seyr edirsiniz. Biz eyni zamanda, muğam haqqında orta 
əsrlər traktatlarını çap etmişik. Bu gün, biz sizə muğama həsr olunmuş jurnalı 
nümayiş etdiririk. Həmin jurnal bu istiqamətdə YUNESKO-nun dəstəyi ilə 
Heydər Əliyev Fondu tərəfindən görülmüş işlərdən bəhs edir. 
Yekunda mən Pakistanda qızlar məktəbinin tikintisi layihəsi haqqında bir 
neçə söz demək istəyirəm. Bu şəkillərdə siz dəhşətli zəlzələnin nəticələrini və 
ölən; yaralanan insanlar barədə  məlumatı görürsünüz. Təkcə  zədələnmiş 
məktəblərin sayı minlərlədir. Dağıntılar nəticəsində uşaqlar ya çöldə, yaxud da 
çadırlarda dərs keçməyə məcburdurlar. Lakin bu ağır şəraitə baxmayaraq, onlar 
təhsil almağı çox istəyirlər. 
Məhz bu səbəbdən, Heydər  Əliyev Fondu Pakistanda yeni məktəbin 
tikintisi layihəsinə başlamışdır. Siz burada yenə  də viran qalmış  məktəbin 
fotolarını seyr edirsiniz. Bir sözlə, yeni məktəb yüksək standartlara cavab 
verəcək və bütün lazımi avadanlıqla təchiz olunacaqdır. Məktəbin ümumi sahəsi 
2000 kvadratmetr olacaqdır. 500-dən çox şagird müasir sinif otaqlarından, iki 
laboratoriyadan, kitabxana, salon və idman meydançasından istifadə edəcəkdir. 
Bu şəkillərdə biz 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə