Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə30/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   26   27   28   29   30   31   32   33   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
92 
 
 
HEYDƏR ƏLİYEV FONDUNDA "YENİLƏŞƏN AZƏRBAYCANA 
YENİ MƏKTƏB" PROQRAMININ İKİNCİ MƏRHƏLƏSİNİN 
TƏQDİMATINA HƏSR OLUNMUŞ     "DƏYİRMİ MASA" 
KEÇİRİLMİŞDİR 
 
Aprelin 6-da Heydər  Əliyev Fondunda "Yeniləşən Azərbaycana yeni 
məktəb" proqramının ikinci mərhələsinin təqdimatına həsr olunmuş "dəyirmi 
masa" keçirilmişdir. Respublika hökumətinin, xarici ölkələrin səfirliklərinin, 
beynəlxalq humanitar təşkilatların və qeyri-hökumət təşkilatlarının 
nümayəndələrinin iştirak etdikləri tədbiri fondun prezidenti, YUNESKO-nun 
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva açdı. 
 
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-nun 
XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN XANIM ƏLİYEVANIN ÇIXIŞI 
 
- Hörmətli xanımlar və cənablar! 
İlk növbədə, sizi Heydər  Əliyev Fondunda salamlayıram. Bugünkü 
"dəyirmi masa"mıza xoş gəlmisiniz. 
Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası 
üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə  də Heydər  Əliyev Fondu 
yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan 
etmişdir.  Əgər xatırlayırsınızsa, ötən ilin iyun ayında Heydər  Əliyev Fondu 
tərəfindən təhsil sahəsində hazırlanmış  ən iri layihə olan "Yeniləşən 
Azərbaycana yeni məktəb" proqramının təqdimat mərasimində iştirak etmişdik. 
Bizim məqsədimiz yeniləşən təhsil sisteminə yardım etmək, müasir təhsil 
komplekslərinin yaradılması, ölkəmizin hər bir yerində,  ən ucqar kəndində  də 
məktəbə gedən hər bir şagird üçün normal, gözəl şərait yaradılması idi. Bununla 
yanaşı, biz təhsildə olan problemlərə bütün cəmiyyətimizin diqqətini cəlb 
etməklə, bunların həllində fəal iştiraka dəvət edirdik. Həmin görüşdə biz belə 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
93 
 
təklif səsləndirdik və ölkəmizdə  fəaliyyət göstərən iş adamlarına, sahibkarlara, 
yerli və xarici şirkətlərə, qeyri-hökumət təşkilatlarına, diplomatik korpusa 
müraciət etdik və onları bu layihədə fəal iştiraka dəvət etdik. Ondan çox az bir 
vaxt keçdi və bu təklif ölkədə böyük əks-səda, rezonans yaratdı. Bizi 
dəstəkləyən, təşəbbüsümüzə qoşulan insanların və Heydər  Əliyev Fondunun 
birgə səyləri nəticəsində "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ilk 
mərhələsi çox böyük uğurla başa çatdı. Ötən il ərzində ölkəmizin 52 rayonunda 
132 yeni məktəb inşa olunub istifadəyə verildi, ən müasir avadanlıqla təmin 
edildi. 22 mindən artıq yeni şagird yeri açıldı. 
Mən bu gün fürsətdən istifadə edərək, həmin layihədə  iştirak edən, bizi 
dəstəkləyən, bizə yardım edən, bu gözəl işə qatılan hər bir insana, hər bir 
təşkilata öz dərin minnətdarlığımı bildirmək istəyirəm. 
Heydər  Əliyev Fondunun prezidenti kimi mən ölkəmizin müxtəlif 
rayonlarında inşaat işlərinin gedişi ilə tanış olurdum. Mütəxəssislərin, yerli 
camaatın - şagirdlərin, müəllimlərin fıkirlərini və  təkliflərini dinləyirdim. Bir 
sıra məktəblərin açılışında iştirak etdim. Hesab edirəm ki, il ərzində 132 
məktəbin tikintisi bütün Azərbaycanın, bütün cəmiyyətin uğurudur, qazancıdır. 
Belə böyük nailiyyətlə yanaşı, bu mühüm layihəni həyata keçirərkən biz böyük 
təcrübə  də qazandıq.  İnanıram ki, gələcəkdə Heydər  Əliyev Fondu tərəfindən 
hazırlanıb həyata keçiriləcək başqa proqramlarda, layihələrdə də bu təcrübədən 
səmərəli istifadə olunacaqdır. 
Hazırda ölkəmizdə yeni tədris binasına, müasir avadanlığa ehtiyacı olan 
yüzlərlə  məktəb mövcuddur. İstilik sistemi olmayan, dam örtüyü axan, qış 
zamanı bağlanan, tədrisə yararsız olan məktəblərdə,  əlbəttə ki, təhsilin də 
səviyyəsi bizi qane etməz. Ona görə Heydər Əliyev Fondu bu istiqamətdə işləri 
davam etdirməyi qərara alıb və biz "Yeniləşən Azərbaycana yeni məktəb" 
proqramının ikinci mərhələsinə başlayırıq. 
Fond tərəfdən hazırlanmış  işçi qrupu artıq fəaliyyətə başlayıb və 100 
məktəbdən ibarət olan yeni siyahı hazırlanıbdır. Bu siyahıya Bakıda, Abşeronda 
və respublikamızın müxtəlif rayonlarında yerləşən məktəblər daxil edilmişdir. 
Həmin məktəblərin yeni tədris ilinin başlanmasına qədər istifadəyə verilməsi 
nəzərdə tutulur. 
Xüsusi   vurğulamaq   istərdim   ki,   bu   siyahıda   olan   məktəblərin   
çoxu 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
94 
 
Bakıətrafı  qəsəbələrdə yerləşən, 500 və daha çox şagirdlik məktəblərdir. Təbii 
ki, belə böyük məktəblərdə idman kompleksi, kitabxana, yeməkxana da nəzərdə 
tutulmalıdır. 
Mən inanıram ki, biz bu proqramın ikinci mərhələsini də birlikdə  uğurla 
həyata keçirəcəyik.  İndi isə ölkəmizdə 2005-ci il ərzində orta ümumtəhsil 
məktəblərində inkişaf barədə  çıxış üçün söz verilir təhsil naziri cənab Misir 
Mərdanova. 
 
TƏHSİL NAZİRİ MİSİR MƏRDANOVUN ÇIXIŞI 
 
- Hörmətli tədbir iştirakçıları! 
Xanımlar və cənablar! 
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda 
Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyasət 
nəticəsində ölkəmizdə  bərqərar olmuş siyasi sabitlik və yüksək iqtisadi inkişaf 
sürəti bütün sahələrdəki kimi, təhsil sahəsində  də ciddi irəliləyişlərə  səbəb 
olmuşdur. 
2005-ci ildə  təhsil müəssisələrinin maddi-texniki və  tədris bazasının 
möhkəmləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlarin təhsilinin təşkili 
sahəsində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmiş, təhsilin keyfiyyətinin 
yüksəldilməsinə yönəlmiş inkişaf proqramları üzrə işlər aparılmışdır. 
Ölkə  rəhbərliyinin və  şəxsən möhtərəm Prezidentimiz İlham  Əliyevin 
yüksək diqqət və qayğısı  nəticəsində 2005-ci ildə müxtəlif mənbələr hesabına 
ümumilikdə 49 min 732 yerlik 328 yeni məktəb və əlavə korpuslar, o cümlədən 
36016  şagird yerlik 194 yeni məktəb, 134 məktəbdə 13 min 716 yerlik əlavə 
korpuslar inşa edilmişdir.  İstifadəyə verilmiş 194 yeni məktəbdən 3 min 836 
şagird yerlik 20 məktəb Dövlət proqramına əsasən, 10 min 120 yerlik 42 məktəb 
ayrı-ayrı nazirliklər, beynəlxalq və yerli təşkilatlar, bələdiyyələr, iş adamları 
tərəfindən tikilmişdir. Yeni məktəblərdən 22060 yerlik 132 məktəb, yəni 
məktəblərin 70 faizi bilavasitə Heydər  Əliyev Fondunun təşəbbüsü ilə 
tikilmişdir. Bu, təhsil tariximizdə analoqu olmayan bir hadisədir və bütün 
ictimaiyyət, o cümlədən təhsil işçiləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. 
Mən bir məsələni xüsusi qeyd etmək istəyirəm. Keçən ilin iyununda buraya 
toplaşıb bu proqramı elan edəndə, sözün düzü, qısa müddət ərzində bu qədər 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə