Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə38/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   34   35   36   37   38   39   40   41   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
118 
 
diqqətinizə çatdırdım. Fikirləşdim ki, zərif bir qadının çiyninə bu qədər 
problemin həllini qoymaqla, bəlkə  də, günah iş görürəm.  İndi, bir ildən sonra 
Sizə camaatımız adından ancaq, "Sağ olun, Allah xoşbəxt ailənizi başacan 
eləsin!" deməyə  gəlmişəm. Siz bizim dilə  gətirmədiyimiz, özünüzün gəzib 
gördüyünüz çatışmazlıqları da aradan qaldırmısınız. 
Seçkiqabağı verdiyi vədlərin, demək olar ki, hamısını vaxtında layiqincə 
yerinə yetirdiyinə görə Mehriban xanıma təşəkkürünü bildirən Binə sakini 
Rəhimə Baxşıyeva dedi: Bir Azərbaycan qadını kimi mən Sizinlə fəxr edirəm, 
Siz qadınlarımızın intellektual səviyyəsini, mədəniyyətini, natiqliyini, zərifliyini 
bütün dünyada şərəflə  təcəssüm etdirirsiniz, xalqımıza, vətənimizə başucalığı 
gətirirsiniz. Bütün bunlar üçün, deputatımız kimi bir ildə gördüyünüz böyük 
işlər üçün çox sağ olun. 
Şüvəlan qəsəbəsinin sakini Aidə Rzayeva dedi ki, hər birimizin xeyli 
yaşımız var, müxtəlif dövrlərdə yaşamışıq, ancaq elə bir hal görməmişik ki, 
deputat verdiyi vədlərin hamısını belə ardıcıllıqla, diqqətlə, qayğı  və 
tələbkarlıqla yerinə yetirsin. Sizin fəaliyyətinizdən hər bir ailəyə pay, rahatlıq 
düşür. Biz seçkiqabağı görüşlərdə  də Sizin nə  qədər sadə, səmimi olduğımuzu 
görürdük. Həmişə belə qalm, biz Sizi çox sevirik. 
Daha sonra Heydər  Əliyev Fondunun əməkdaşı  İlqar Mustafayev son bir 
ildə deputat Mehriban Əliyevanın təşəbbüsü ilə Əzizbəyov rayonunda görülmüş 
işlər haqqında qısa məlumat verərək dedi: 
-  Şüvəlan qəsəbəsində beyin iflici və polimielit keçirmiş  uşaqlar üçün 16 
nömrəli internat məktəbi, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün 
respublika yardımçı internat məktəbi, 1 nömrəli uşaq evinin yay düşərgəsi
Şimal DRES-i qəsəbəsindəki 10 nömrəli uşaq bağçası və 230 nömrəli məktəb, 
31 nömrəli birləşmiş  şəhər xəstəxanası  əsaslı  şəkildə  bərpa edilib yenidən 
qurulmuş, 156 nömrəli orta məktəb üçün 700 şagird yerlik yeni bina inşa 
edilmişdir. Müasir tipli şahmat mərkəzinin tikintisi layihələndirilir,  Şüvəlan 
qəsəbəsinin yolları  təmir edilmiş  və  işıqlandırılmış, dayanacaqlar 
quraşdırılmışdır. Qəsəbəyə su xətti çəkilmişdir.  Şimal DRES-i qəsəbəsində 
binaların dam örtüyünün və fasadının təmir işlərinə başlanılmışdır. 
Binə  qəsəbəsində alaqapı tikilmiş, 1176 şagird yerlik 218 nömrəli  əsas 
məktəbin yeni binasının inşasına başlanmışdır. 70 nömrəli körpələr evi- uşaq 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
119 
 
bağçası,  İmam Rza məscidi, Möhsün Səlim məscidi yenidən qurulmuş, 110 
kilovoltluq "Yeni Binə" yardımçı stansiyası istifadəyə verilmiş, qəsəbəyə su 
xətti çəkilmiş,  əsas yollar təmir olunaraq işıqlandırılmış, dayanacaqlar 
quraşdırılmışdır. 
Türkan qəsəbəsində alaqapı, Təhsil-tədris Mərkəzi və 256 nömrəli  əsas 
məktəbin 300 şagird yerlik yeni binası inşa olunmuş, nitqi qüsurlu uşaqlar üçün 
respublika internat məktəbi, 214 nömrəli uşaq bağçası, 17 nömrəli  şəhər 
poliklinikası, 18 nömrəli təcili yardım stansiyasının 25 nömrəli filialı yenidən 
qurulmuş, aptek istifadəyə verilmiş, bankomat quraşdırılmış, Türkan parkının 
yenidən qurulması işlərinə başlanılmışdır. Qəsəbənin əsas yolları təmir edilərək 
işıqlandırılmış, yol boyu dayanacaqlar quraşdırılmışdır. 
Zirə qəsəbəsində alaqapının, Qışlaq sahəsindəki 122 nömrəli ibtidai məktəb 
üçün 100 şagird yerlik binanın inşası başa çatmış, neftçi Əbdülhəsən Babayevin 
abidəsi yenidən qurulmuş, xalq rəssamı Baba Əliyevin barelyefi açılmış, 
bankomat qoyulmuş, qəsəbənin  əsas yolları  təmir edilmiş, işıqlandırılmış, 
dayanacaqlar quraşdırılmışdır. Zirə parkının, mədəniyyət evinin, iaşə 
kompleksinin inşasına başlanmışdır. 
Mərdəkan qəsəbəsində 2 nömrəli yetim və valideyn himayəsindən məhrum 
uşaqlar üçün internat məktəbi, oğlanlar üçün respublika xüsusi məktəbi yenidən 
qurulmuş,183 nömrəli məktəb üçün yeni tədris korpusu, rayon mərkəzi 
kitabxanası üçün bina inşa olunmuşdur.  Əzizbəyov adına mədəniyyət evində 
yenidənqurma işləri gedir. Pir Həsən ziyarətgahının yenidən qurulması başa 
çatmaqdadır. 
Buzovna qəsəbəsində, 206 nömrəli orta məktəb üçün əlavə korpus inşa 
edilmiş, 1296 şagird yerlik məktəbin, Cümə  məscidinin yenidən qurulmasına 
başlanmışdır. 
Mehriban xanım seçicilər qarşısında çıxış etdi. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
120 
 
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, 
YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ, 
MİLLİ MƏCLİSİN DEPUTATI 
MEHRİBAN ƏLİYEVANİN ÇIXIŞI 
 
- Əziz və hörmətli dostlar! 
İlk növbədə, mən sizi salamlayıram, sizi görməyə çox şadam və bir il 
bundan öncə, 2005-ci il 6 noyabr parlament seçkilərində  mənə etimad 
göstərdiyinizə, mənə inanıb səs verdiyinizə görə sizə  səmimi minnətdarlığımı 
bildirirəm. Həm seçki kampaniyası dövründə, həm də sonrakı görüşlərimizdə 
olan səmimiyyət, xoş  əhval-ruhiyyə, göstərdiyiniz xoş münasibət və hörmət 
mənim üçün çox əzizdir və unudulmazdır. 
Demək olar ki, ilk görüşlərimizdən biz rayonda olan problemləri birlikdə 
araşdırıb müzakirə edir, onların həlli üçün yollar axtarırdıq. Həmin görüşlər 
zamanı biz Əzizbəyov rayonunun gələcək inkişaf planını,  əsas perspektivlərini 
müəyyən edirdik. 
Yəqin siz də razılaşarsınız ki, bir il o qədər də uzun müddət deyildir. 
Amma mən qürur hissi ilə demək istəyirəm ki, bir il ərzində biz qarşıya 
qoyduğumuz çox məqsədlərə nail olmuşuq. Bu gün konkret işlərin konkret 
nəticələrini görürük. Bugünkü görüşümüz yenidən inşa olunmuş, dünyanın  ən 
yüksək standartlarına cavab verən 230 nömrəli məktəbdə keçirilir. 
Mən yaxşı xatırlayıram,  Şimal DRES-i qəsəbəsinin sakinləri ilə 
seçkiqabağı görüşümdə şagird və müəllimlər bildirdilər ki, məktəb çox yararsız 
vəziyyətdədir. Mən özüm də  gəldim, bunun əyani  şahidi oldum. Dərhal bütün 
zəruri tədbirlər həyata keçirildi. Bu gün artıq bizim balaca uşaqlar, məktəblilər 
ən müasir tələblərə cavab verən binada təhsil alırlar. Məktəbin geniş, işıqlı sinif 
otaqları, bütün fənn laboratoriyaları, idman salonu, komyuter otaqları, 
kitabxanası, yeməkxanası, idman meydançası var. Eyni zamanda, müəllimlərin 
də iş şəraiti nümunəvidir. 
Siz  bilirsiniz  ki,   Heydər  Əliyev  Fondu  ilk  gündən  təhsilin  inkişafını 
 


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə