Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə36/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   32   33   34   35   36   37   38   39   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
111 
 
biri kimi Fransanın bundan sonra da münaqişənin sülh yolu ilə  həllinə  səy 
göstərəcəyini söyləmişdir. 
Söhbətdə Fransa Milli Assambleyası ilə Azərbaycan Milli Məclisinin 
parlament dostluq qrupları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin 
zəruriliyi vurğulanmışdır. 
Mehriban xanım  Əliyeva Fransanın bu mövqeyinə görə minnətdarlığını 
bildirmiş  və  cənab Patrik Olyeni Azərbaycana səfərə  dəvət etmişdir. Milli 
Assambleyanın sədri dəvəti razılıq hissi ilə qarşılamışdır. 
 
AZƏRBAYCAN-FRANSA MƏDƏNİ ƏLAQƏLƏRİ İNTENSİV 
XARAKTER ALMIŞDIR 
 
Aprelin 4-də Heydər  Əliyev Fondunun prezidenti, YUNESKO-nun və 
İSESCO-nun   xoşməramlı      səfiri,   Milli   Məclisin   deputatı      Mehriban 
Əliyeva Fransanın mədəniyyət və kommunikasiya naziri Reno Donnedyö de 
Vabr ilə görüşmüşdür. 
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya dövlət səfərindən 
sonra ölkələrimiz arasında təkcə siyasi-iqtisadi deyil, həm də mədəni əlaqələrin 
daha intensiv xarakter aldığı vurğulanmışdır. 
Azərbaycanın birinci xanımını yenidən Parisdə görməyindən 
məmnunluğunu bildirən nazir Fransa-Azərbaycan mədəni  əlaqələrinin tarixini 
xatırladaraq bildirmişdir ki, bu ənənə indi də davam edir. Fransa qarşılıqlı 
mədəni əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf etdirilməsini istəyir. 
Mədəni  əlaqələrin genişlənməsi sahəsində Mehriban Əliyevanın çox 
önəmli xidmətlərindən xəbərdar olduğunu bildirən nazir ölkəmizin birinci 
xanımının Azərbaycan mədəniyyətinin dünyada tanıdılması sahəsindəki 
fəaliyyətini yüksək qiymətləndirmişdir. 
Görüşdən məmnun qaldığını söyləyən Mehriban Əliyeva demişdir ki, 
2007- -ci il Azərbaycan Prezidenti İlham  Əliyevin Fransaya dövlət səfəri ilə 
başlanmışdır və inanıram ki, bu il ölkələrimizin ikitərəfli  əlaqələrində çox 
önəmli il olacaqdır. 
Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Heydər  Əliyev Fondu 
dünyanın bir çox ölkələri və  təşkilatları ilə  mədəniyyət sahəsində  əməkdaşlıq 
edir. Fond Fransada da mədəni tədbirlərin keçirilməsi, Azərbaycanın tanıdılması 
üçün konkret layihələrin reallaşdırılmasında maraqlıdır. Mehriban Əliyeva bu 
baxımdan 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
112 
 
ölkələrimizdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini təklif etmişdir. 
Təklifi məmnımiyyətlə qarşılayan nazir bununla əlaqədar yaxın vaxtlarda 
hər iki ölkənin müvafiq səfirliklərinə hazırlıq işlərinin görülməsinə dair təlimat 
veriləcəyinə ümidvar olduğunu bildirmişdir. O, mədəniyyət sahəsində sərgilərin 
keçirilməsinin də vacibliyini vurğulamışdır. 
Mehriban  Əliyeva nazir Reno Donnedyö de Vabrı Azərbaycana səfərə 
dəvət etmişdir. Dəvət böyük razılıqla qəbul olunmuşdur. 
 
FRANSA XARİCİ İŞLƏR NAZİRİNİN XANIMI İLƏ GÖRÜŞ 
 
Azərbaycan Respublikasının birinci xanımı, YUNESKO-nun və  İSESCO-
nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva aprelin 
4-də Fransaya səfəri çərçivəsində bu ölkənin xarici işlər nazirinin xanımı 
Dominik Kantyen ilə görüşmüşdür. 
Fransa Xarici İşlər Nazirliyinin binasında keçirilən görüşdə ölkələrimiz 
arasında müxtəlif sahələrdə  əməkdaşlığın, o cümlədən mədəni  əlaqələrin 
inkişafından söhbət getmişdir. Bildirilmişdir ki, son illər iki ölkə arasında 
mədəni əlaqələrin inkişafına təkan verən müxtəlif tədbirlər keçirilmişdir. 
Mehriban  Əliyeva Fransa Senatının binasında Azərbaycan rəssamlarının 
sərgisinin, YUNESKO çərçivəsində Azərbaycan gününün keçirilməsini xüsusi 
qeyd etmişdir. Azərbaycanın birinci xanımı  gələcəkdə ölkələrimizin daha da 
yaxmlaşması üçün mədəni tədbirlərin təşkilinin vacibliyini vurğulamışdır. 
Xanım Dominik Kantyen Azərbaycan və Fransa uşaqlarının keramika 
üzərində  rəsmlərindən ibarət sərgilərin təşkil olunmasını  təklif etmişdir. O, 
səhiyyə sahəsində  də  əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu 
söyləmişdir. 
Fransa xarici işlər nazirinin xanımını Azərbaycana səfərə  dəvət edən 
Mehriban  Əliyeva ümidvar olduğunu bildirmişdir ki, yaxın vaxtlarda hər iki 
ölkədə konkret mədəni tədbirlərin keçirilməsi baş tutacaqdır. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
113 
 
MEHRİBAN ƏLİYEVA: 
«MƏN ƏSAS DİQQƏTİMİ TƏHSİL VƏ 
SƏHİYYƏ SAHƏSİNƏ YÖNƏLDƏCƏM» 
 
«Ümid edirəm ki, yeni parlament cəmiyyətin ən aktual 
problemlərini həll edəcək» 
 
Azərbaycanın   birinci   xanımı,   YUNESKO-nım   xoşməramlı      səfiri, 
Heydər  Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun 
prezidenti, Milli Məclisin yeni seçilmiş üzvü Mehriban Əliyeva fəaliyyətində 
başlıca diqqəti səhiyyə və təhsil sahəsinə ayıracaq. 
Bu barədə xoşməramlı  səfir dünən «İnterfaks-Azərbaycan» agentliyinə 
verdiyi müsahibədə bildirib. Rəhbərlik etdiyi fondun yaxın gələcəkdə  əsasən 
böyüməkdə olan aztəminatlı nəslin təhsil problemləri ilə bağlı məsələlərə diqqət 
yetirəcəyini deyən Mehriban Əliyeva bəyan edib ki, xalqımıza böyük faciələr 
gətirmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konflikti valideyn qayğısı və 
diqqətindən məhrum olan uşaqların sayının kəskin surətdə artmasına yol açıb. 
Bundan  əlavə, fıziki və  əqli cəhətdən zəif uşaqların da rəhbərlik etdiyi fondun 
diqqətində olduğunu deyən Mehriban xanım uşaqların sağlamlığı ilə  əlaqədar 
olan, bilavasitə təhsillə bağlı olan bir sıra iri layihələr hazırlandığını bildirib. Bu 
proqramlara talassemiya xəstəlikləri, diabetdən  əziyyət çəkən uşaqlara yardım 
proqramlarını göstərmək olar. M.Əliyeva kənd məktəblərinin tikintisi, onların 
təmiri və yenidən təchiz olunması üzrə geniş-miqyaslı  hərəkatın ölkəmizdə 
geniş rezonans doğurduğunu bildirib. Hazırda Heydər  Əliyev Universiteti 
konsepsiyasının yaradılması üzrə  işlərin davam etdirildiyini deyən xoşməramlı 
səfir qeyd edib ki, bu universitetdə millətin intellektual elitası formalaşacaq. 
«İnanıram ki, biz milli təcrübəni və  təhsil üzrə Avropa standartlarını özündə 
cəmləşdirən modeli qura biləcəyik», - deyə 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə