Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə28/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   24   25   26   27   28   29   30   31   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
86 
 
Mehriban xanım  Əliyevanın rəhbəri olduğu Azərbaycan Mədəniyyətinin 
Dostları Fondu dünyanın bu mötəbər mədəniyyət qurumu ilə  əməkdaşlıq 
çərçivəsində ölkəmizdəki tarixi abidələrin qoranması üçün həyata keçirilən 
tədbirlərdə  də  fəal iştirak edir. Gəncə  şəhərində Cavadxan türbəsinin, Comərd 
Qəssab məqbərəsinin, Bakının  Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən 
ziyarətgahının bərpası, Abdulla Şaiqin ev-muzeyinin təmiri buna parlaq 
nümunədir. YUNESKO-nun xoşməramlı  səfiri Azərbaycanın tanınmış  oğul və 
qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını yalnız keçmişə hörmət və tarixi 
həqiqətin bərpası kimi deyil, eyni zamanda, gənc nəsli milli-vətənpərvərlik 
ruhunda tərbiyə etməyin əsas elementi, azərbaycançılıq ideologiyasının inkişafı 
kimi qiymətləndirir: "Biz ölkənin maraq dairəsində baş verən hadisələri diqqətlə 
izləyir və yaranan problemlərin həlli üçün bütün səyləri göstəririk. Mən 
Azərbaycanın tanınmış oğul və qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını 
yalnız keçmişə hörmət və tarixi həqiqətin bərpası kimi deyil, eyni zamanda, 
gənc nəsli milli-vətənrərvərlik ruhunda tərbiyə etməyin  əsas elementi, Heydər 
Əliyevin "azərbaycançılıq" ideologiyasının inkişafı kimi qiymətləndirirəm". 
Mehriban xanım  Əliyevanın Bakıda "Qafqaz xalq ənənələri evi"nin 
yaradılması ilə bağlı YUNESKO qarşısında irəli sürdüyü təşəbbüsü də olduqca 
təqdirəlayiqdir. Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin 
qorunması, təbliği baxımından böyük faydalar vəd edir. Bu təşəbbüs, eyni 
zamanda, həm də böyük siyasi əhəmiyyətə malikdir. "Qafqaz xalq ənənələri 
evi"nin yaradılması Avropa Birliyinin təşəbbüsü ilə Qafqaz regionunda həyata 
keçirilən "Yeni Qonşuluq Siyasəti"nin icrasına müəyyən töfhə verməklə bərabər, 
həm də zaman-zaman Azərbaycanın mədəniyyət incilərini oğurlayıb öz adlarına 
çıxan ermənilərin mənfur hərəkətlərinin qarşısını alacaqdır. 
Geostrateji mövqeyinə görə Azərbaycan iki dünyagörüşünün, iki həyat 
tərzinin, iki mədəniyyətin qovuşduğu məkanda yerləşmişdir. Belə bir məkanda 
yaşayan insanlar bu təmasın təkcə coğrafi deyil, həm də  mənəvi təzahürünü, 
Qərb və  Şərq mədəniyyətinin dialoqunu gündəlik həyatımızda hiss 
etməkdədirlər. Maraqlı cəhət burasındadır ki, dünyanın ən müxtəlif qütblərində 
siyasi qarşıdurmalara çevrilən bu dialoq Azərbaycan mədəniyyətində  hər hansı 
çatışmazlıqlara səbəb olmamış,  əksinə, bu məmləkətdə  bənzərsiz bir mədəni 
mühit formalaşdırmışdır. Çünki əsrlərdən üzü bəri yol gələn, zaman-zaman saf 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
87 
 
çeşmə kimi daha da durulan, cilalanan zəngin Azərbaycan mədəniyyəti bütün 
kənar müdaxilələrə sinə gərmək gücündədir. Azərbaycan malik olduğu mədəni 
potensialla bu dialoqda öz sözünü deyir və mövqeyini sübuta yetirir. 
Azərbaycanın qədim  ənənələrini, tarixi İpək yolunun regiondakı rolunu 
nəzərə alan Latın Mədəniyyəti Akademiyasının 2006-cı il aprelin 19-da Bakıda 
keçirilmiş sayca XIII konfransının gedişi bu reallığı bir daha təsdiqləmiş, 
respublikamızın sivilizasiyalararası dialoqun mərkəzinə çevrildiyini nümayiş 
etdirmişdir. 30-dan artıq latın mənşəli görkəmli mədəniyyət və  ədəbiyyat 
xadiminin iştirakı ilə Heydər Əliyev Fondunda keçirilən konfransda çıxış edən 
YUNESKO-nun xoşməramlı  səfiri, Milli Məclisin deputatı Mehriban xanım 
Əliyeva demişdir: "Bu gün biz sivilizasiyalararası dialoqun keçmişindən söhbət 
açaraq xüsusi vurğulamalıyıq ki, qədim və çox zəngin yunan-Roma 
sivilizasiyasının ilk varisi məhz Şərq olubdur. Müsəlman renessansı kimi tarixə 
düşən bu dövrdə müsəlman ölkələrində  ən mütərəqqi,  ən qabaqcıl ideyalar 
yaradılıb, inkişaf etdirilibdir. Şərq alimlərinin və  fılosoflarının  əsərləri ilə 
zənginləşən bu irs orta əsrlərdə yenidən Avropaya qaytarılıbdır. Bütün Şərqin, 
müsəlman aləminin bu irsin qorunmasındakı rolu əvəzsizdir. 2006-cı ildə 
konfransın məhz Bakı  şəhərində keçirilməsini ölkəmizin mədəniyyətlərarası 
dialoq səviyyəsində çox müsbət təcrübə toplaması ilə əlaqələndiririk. Həqiqətən 
də,  əsrlər boyu Böyük İpək yolu üstündə yerləşən ölkəmiz çox yüksək 
tolerantlığa malik və müxtəlif mədəniyyətləri birləşdirən bir məkan kimi tanınır. 
Bu bizim qürur duyduğumuz uğurumuz, keçmişimizdir və inanıram ki, 
gələcəkdə də bu sahədə Azərbaycan öz müsbət rolunu oynayacaqdır". 
 
* * * 
 
Azərbaycan xalqı bütün zamanlarda özünün zəkalı, nəcib və xeyirxah 
qadınları ilə  fərəh duymuş, iftixar etmişdir. Tarixin müxtəlif mərhələlərində 
Azərbaycan qadınları həm də fədakarlıq, mətinlik rəmzi kimi öz adlarını ədəbi 
salnamələrə, eposlara yaza bilmişlər. Bu gün də qadınlar müstəqil Azərbaycanın 
daha da inkişafı, dövlətçilik  ənənələrinin möhkəmlənməsi, dünya miqyasında 
tanınması naminə  əzmlə çalışırlar. Azərbaycan qadını üçün səciyyəvi olan bu 
humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali keyfiyyətlərin bariz 
təcəssümünü bu gün Heydər  Əliyev Fondunun Prezidenti, Milli Məclisin 
deputatı Mehriban xanım Əliyevanın timsalında müşahidə edirik. İnsanı riqqətə 
gətirən 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
88 
 
əsas məqam bundan ibarətdir ki, onun gördüyü böyük işlərin hamısı 
səmimiyyətə,  Azərbaycana və azərbaycanlılara intəhasız məhəbbətdən 
qidalanan can yanğısına və  təmənnasızlığa söykənir. "İstər ÜUNESKO-nun 
xoşməramlı  səfiri, istərsə  də Heydər  Əliyev Fondunun prezidenti kimi mənə 
ehtiyac oldugunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir.  
Onların heç biri diqqətsiz qalmır.  Mən  konkret  iş   görmək,  konkret insanlara 
kömək  etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə 
sevinc hissi keçirmək və  səndən asılı olmayan səbəblər üzündən nəsə edə 
bilmədikdə  təəssüflənmək, qəzavü-qədər,  sağalmaz xəstəlik qarşısında bütün 
gücsüzlüyünü dərk edərkən  əziyyət çəkmək, xilas edilmiş bir uşagın 
təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir" 
- deyən Mehriban xanım Əliyeva ulularımızın bizə ərməğan etdiyi xeyirxahlıq, 
yaxşılıq,  şəfqət və  mərhəmət kimi ali mənəvi dəyərləri öz fəaliyyətində 
yaşatmaqla,  şüurlu həyatını millət yolunda şam kimi əridən maariipərvər 
ziyalılarımız, nurlu insanlarımız tək uğurlu bir seçimdə və yoldadır. Bu yol ulu 
öndərimiz Heydər  Əliyevin müəyyənləşdirdiyi, onun layiqli siyasi davamçısı - 
Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi yoldur. Bu 
seçim  əbədi liderimizin strateji siyasət kursunun həyata keçirilməsinə  dəstək 
verməyə, bu siyasətin hər bir vətəndaşın həyatında, rifahında və xoşbəxtliyində 
öz konkret töhfələri ilə iştirakına yönəlmişdir. 
 
Xalid Niyazov, 
"Azərbaycan" qəzetinin şöbə redaktoru 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə