Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
130
Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
seçilmişdir. O, öz xeyriyyə işlərinə görə "Əsrlərin xeyriyyəçiləri" beynəlxalq
fondunun Yaqut Xaç ordenini almış ilk qadındır. Eyni zamanda, 2004-cü ildə
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilmişdir. Millət vəkili,
YUNESKO-nım xoşməramlı səfiri, Milli Məclisdə Azərbaycan-ABŞ
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, bir çox xeyriyyə və
mədəniyyət təşkilatlarının sədri kimi onun, demək olar ki, heç boş vaxtı qalmır.
Lakin bütün bu işlərdən əlavə, onun ən vacib işi 1983-cü ildən etibarən
başlamışdır. Həmin vaxtdan o, öz həyat yoldaşı, indiki Prezident Əliyev ilə ailə
qurmuşdur. İndi isə mən məmnuniyyət hissi ilə Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanı təqdim edirəm.
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ XANIMI
MEHRİBAN ƏLİYEVANIN ÇIXIŞI
- Hörmətli xanımlar və cənablar!
Hörmətli dostlar!
Mən Sizin hamınızı bu axşam görməkdən şadam. Birləşmiş Ştatlarda
yenidən olmağımdan çox məmnunam. Birləşmiş Ştatlarda olduğum zaman mənə
olduqca xoş qonaqpərvərlik göstərilmişdir və mən həmin qonaqpərvərliyə görə
bütün dostlarımıza minnətdarlığımı bildirmək istəyirəm.
Mən bu tədbiri təşkil etdiyinə görə ABŞ-Azərbaycan Ticarət Palatasına
xüsusi təşəkkürümü ifadə etmək istəyirəm. 1995-ci ildə yarandığı vaxtdan
etibarən Ticarət Palatası ölkələrimiz arasında tərəfdaşlığın inkişafına yardım
etmiş və Azərbaycanın Birləşmiş Ştatlarda daha yaxşı tanınmasını təşviq
etmişdir.
Uzun illər ərzində Palata bir çox tədbirlərə sponsorluq etmiş və saysız-
hesabsız sərgilərin, konfransların və humanitar layihələrin təşəbbüskarı
olmuşdur. Onun Harvard Universitetində Xəzər Araşdırmaları proqramı kimi
təhsil layihələri gənc Azərbaycan peşəkarları və tələbələri üçün yeni üfüqlər
açmışdır. Bütün bu uğurlu işlər barədə məlumatım var və Palatanın
nailiyyətlərini alqışlayıram.
Hörmətli dostlar, dövlətlərimiz arasında bu cür güclü əlaqələrin qurulması
təqdirəlayiq haldır. Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyini tanıyan ilk
ölkələrdən biri olmuşdur. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan ilə
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
131
Birləşmiş Ştatlar arasındakı münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf
etmişdir. Amerika Birləşmiş Ştatları enerji layihələrimizdə bizim böyük
tərəfdaşımızdır. Biz bir çox çətinliklərlə üzləşmişdik, lakin dünyada ən böyük
enerji layihəsi hesab edilən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilməsinə
birgə nail olduq.
Azərbaycan antiterror koalisiyasının üzvüdür və əsgərlərimiz amerikalı
həmkarları ilə çiyin-çiyinə sülhün bərqərar olması naminə İraq, Əfqanıstan və
Kosovoda qulluq edirlər. Biz eyni zamanda siyasi islahatlar, demokratiyanın
inkişafı və insan hüquqların qorunması sahəsində də Birləşmiş Ştatlarla
əməkdaşlıq edirik. ABŞ Konqresinin çox sayda nümayəndə heyəti ölkəmizə
səfər etmişdir. Həmin səfərlər ikitərəfli münasibətlərimizin inkişafında mühüm
rol oynamışdır.
Böyük dövlət xadimi və Azərbaycanın səmimi dostu senator Luqarın bu
yaxınlarda Bakıya səfəri əlaqələrimizin genişləndirilməsində atılmış mühüm
addım oldu.
Azərbaycan-Amerika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri
kimi hesab edirəm ki, əlaqələrimizin daha da sıxlaşdırılması böyük əhəmiyyət
kəsb edir və əminəm ki, mənim parlament üzvləri ilə birgə Vaşinqtona səfərim
həmin məqsədə xidmət edəcəkdir.
Bu gün Azərbaycan öz inkişafının mühüm mərhələsindədir.
İqtisadiyyatımız sürətlə artır. Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatı 2005-ci
ildə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı kimi qiymətləndirilmişdir və
biz 2006-cı ildə də bu göstəricinin qorunub saxlanılmasına çalışacağıq.
Ölkəmizin müxtəlif regionları inkişaf etməkdədir. Son üç il ərzində 500
min yeni iş yeri açılmışdır. Mən Prezidentlə birgə ölkənin bir çox yerlərinə səfər
edirəm və bütün bu dəyişiklikləri görməkdən çox məmnunam və fərəh hissi
keçirirəm. Yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları, idman mərkəzləri inşa
edilməkdədir. Yeni sənaye və kənd təsərrüfatı müəssisələri açılmaqdadır. Yeni
yollar çəkilir.
Bu gün biz gənclərimizin təhsilinə xüsusi diqqət yetiririk. Son üç il ərzində
735 orta məktəb binası tikilmişdir. Ötən ay Azərbaycan Prezidenti gənc istedadlı
azərbaycanlıların xaricdə təhsil alması üçün tələbə təqaüdlərinin artırılması ilə
bağlı Dövlət proqramı haqqında fərman imzalamışdır. Bu, hökumətin neftdən
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
132
əldə olunan gəlirlərin qeyri-neft sektoruna sərf edilməsi strategiyasının bir
hissəsidir. Hesab edirəm ki, təhsilimizə, gələcəyimizə və yeni nəsillərə sərmayə
qoymaq ən münasib sərmayə formasıdır.
Ümid edirəm ki, tələbələrin böyük hissəsi təhsil üçün Amerikaya
gələcəkdir. Təhsilin dəstəklənməsi Heydər Əliyev Fondunun fəaliyyətində əsas
prioritetlərdən biridir. Heydər Əliyev Fondu mədəniyyət, səhiyyə, təhsil və elm
sahələrində layihələri dəstəkləmək məqsədi ilə 2004-cü ilin may ayında
yaradılmışdır.
Son illər ərzində Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni
məktəb", "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Talassemiyasız
həyat", "Diabetli uşaqlara ən yüksək qayğı", "Kor və görmə qabiliyyəti zəif olan
insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin
edilməsi" kimi layihələri həyata keçirmişdir. Təhsil sisteminin
təkmilləşdirilməsi ilə bağlı proqramlarımız çərçivəsində 200-dən çox məktəb
tikilmiş, lazımi avadanlıqla təchiz olunmuş və kompüterləşdirilmişdir. Həmin
məktəblərdən bir neçəsi ən ucqar kəndlərdə yerləşir.
Fəaliyyətimizin xüsusi bir hissəsi uşaq evlərində yaşayan uşaqların
qayğısına qalmaqdan ibarət olmuşdur. Onların yaşadığı yerlər müasirləşdirilmiş,
kompüterlərlə təchiz olunmuşdur və orada kitabxanalar yaradılmışdır. Biz
ailəsiz qalmış uşaqlara yardım göstərmək üçün YUNİSEF ilə birgə çalışırıq.
Səhiyyə sahəsinə gəldikdə isə, Heydər Əliyev Fondu tibbi xidmətə ehtiyacı olan
2500-dən çox insana kömək etmişdir. Diabet və qan xəstəliklərindən əziyyət
çəkən uşaqlara yardım göstərmək məqsədi ilə xüsusi proqram həyata keçirilir.
Biz görmə problemləri olan şəxslər üçün xüsusi təhsil mərkəzinin tikilməsindən
ötrü BMT-nin İnkişaf Proqramı ilə birgə layihəni həyata keçiririk.
Fondumuz milli mədəni irsimizin qorunmasına xüsusi diqqət yetirir. Bir
çox tarixi və mədəniyyət abidələri Fondun fəaliyyəti sayəsində bərpa
olunmuşdur. Bildiyiniz kimi, muğam Azərbaycanın qədim folklor musiqisidir və
bu məqsədlə biz Fondun təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə Bakıda
Beynəlxalq Muğam Mərkəzi tikirik. Tarixi və mədəniyyət abidələrinin
qorunması ölkəmiz üçün bir də ona görə vacibdir ki, Azərbaycan ərazisinin 20
faizi Ermənistanın işğalı altındadır. Həmin ərazilərdə minlərlə tarixi, mədəniyyət
abidələri və dini abidələr işğalçı qüvvələr tərəfindən məhv edilmişdir.
Ölkəmizdə bir milyon
Dostları ilə paylaş: |