Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə218/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   214   215   216   217   218   219   220   221   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



439

Nəsrəddin”ə qədər Azərbaycan mətbuatının keçdiyi yolu, “Molla Nəsrəddin” ədəbi mərhələsini, 

“Molla Nəsrəddin”lə və “Füyuzat”ın üslub fərqi və qarşıdırmasını, C.Məmmədquluzadə 

dramaturgiyası və nəsrini, C.Məmmədquluzadənin jurnalistik fəaliyyətini və s. problemləri əhatə 

edir. Bölmələrin bu şəkildə düzümü və C.Məmmədquluzadə sənət və məfkurəsinin bu sistem 

daxilində araşdırılması onu göstərir ki, M.İbrahimov problemə düzgün yanaşmış, onun araşdırılma 

koordinatlarını düzgün müəyyənləşdirmişdir. 

M.İbrahimovun C.Məmmədquluzadə ilə bağlı araşdırmaları təsadüfi xarakter daşımır. O, 

C.Məmmədquluzadəni Azərbaycan ədəbiyyatında demokratik ideyaların və yeni realizm 

məktəbinin layiqli nümayəndəsi hesab etdiyi M.F.Axundov və M.Ə.Sabirlə bir sırada təqdim edir. 

Lakin C.Məmmədquluzadənin jurnalistik fəaliyyətində dayanan milli-ictimai mahiyyətin 

zənginliyinə önəm verən M.İbrahimov onu ədəbi məktəb və milli məfkurə müstəvisində tədqiq 

etməyi daha vacib sayırdı. M.İbrahimov tədqiqatının birinci bölümündə C.Məmmədquluzadəyə 

qədərki Azərbaycan ədəbiyyatı problemlərindən bəhs açır. Bu yanaşmada Azərbaycan 

ədəbiyyatının XII əsrdən XX əsrə qədərki dövrü əksini tapır. Qeyd edək ki, M.İbrahimov 

Azərbaycan ədəbiyyatının ən qədim dövrlərində yaranan əfsanə, nağıl, dastan nümunələri, o 

cümlədən “Kitabi-Dədə Qorqud” və s. dastanları və bir sıra yazılı ədəbiyyat nümayəndələri barədə 

təhlillər aparmışdır. Bunlar tədqiqatçı-alimin Azərbaycan ədəbiyyatı, o cümlədən mədəniyyəti 

barədə müfəssəl məlumata malik olduğundan xəbər verir. Ancaq alimin C.Məmmədquluzadə ilə 

bağlı araşdırmalarında XII-XX əsrlər ədəbiyyatı problemlərindən danışması xüsusi məqsəd daşıyır. 

Bildiyimiz kimi M.İbrahimov C.Məmmədquluzadə yaradıcılığından danışarkən onu ilk növbədə 

Azərbaycan ədəbiyyatında demokratik ideyaların carçısı, realizm ədəbi məktəbinin aparıcı 

nümayəndəsi kimi təqdim etməyi qarşıya məqsəd qoymuşdur. Bu səbəbdən o, 

C.Məmmədquluzadəyə qədər Azərbaycan ədəbiyyatında demokratik ideyaların formalaşma və 

inkişafında XII əsr Azərbaycan ədəbiyyatının payını, xüsusilə Nizaminin rolunu yaxşı başa düşür və 

yüksək qiymətləndirir. Məhz C.Məmmədquluzadə yaradıcılığındakı demokratik ideyaların kökünü 

Nizami ilə başlayan ədəbiyyatda axtarmasının bir səbəbi də bunda idi. Nizami ilə formalaşan

Xaqanidə, Nəsimidə, Füzulidə, Vaqifdə özünəməxsus inkişaf yolu keçən demokratik ideyaların 

C.Məmmədquluzadəyə qədərki mərhələlərdə dinamikasının izlənilməsi və təhlili tədqiqat əsərində 

önəmli yer tutur. Bu mənada M.İbrahimovun “Azərbaycan ədəbiyyatının tarixini daha dərinlərdə 

axtarmaq lazımdır” (14, 11) deməsi təsadüfi deyildir. 

Tədqiqat əsərində Nizami, Xaqani, Həsənoğlu, Nəsimi, Füzuli və digər sənətkarların “milli 

mədəniyyət və ədəbiyyatın müəyyən inkişaf dövrünün məhsulu” (14, 11) kimi dəyərləndirilməsi ilk 

növbədə M.İbrahimovun sovet ideologiyası tələblərindən çıxaraq problemə milli-mənəvi dəyərlər 

kontekstində yanaşmasından irəli gəlir. M.İbrahimov Azərbaycan ədəbiyyatı, geniş mənada 

Azərbaycan mədəniyyətinin ən qədim dövründən XX əsrə qədərki keçdiyi mərhələlərindən 

danışarkən milli mədəniyyətimizin bir növ tarixi-ədəbi panoramını göz önünə gətirir. Təhlilləri elə 

aparır ki, heç bir mərhələdə milli-tarixi rabitə qırılmır. Əksinə ən qədim, qədim, orta əsrlər, yeni 

dövr Azərbaycan ədəbiyyatının bir-birinə bağlanan, bir-biri ilə əlaqələnən cəhətləri özünəməxsus 

tərzdə nəzərə çarpır. Heç bir mədəni hadisə göydəndüşmə təsiri bağışlamır və ya əlahiddə 

görünmür. “Nizami ənənələri Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf yoluna işıq salmışdır, 

bütün sonrakı yazıçılarımız yüksək sənətkarlığı ondan öyrənmişlər. Nəsimi və Füzuli Nizami 

ənənələrini davam etdirmiş, doğma dilimizdə gözəl şeir nümunələri yaratmışlar. XVI əsrdə yaşamış 

Füzulinin şöhrəti bütün Şərq aləminə yayılmışdı. Onun fəlsəfi və lirik qəzəlləri səpkisində həm 

bizim milli şairlərimiz, həm də bir çox başqa xalqların görkəmli sənətkarları parlaq fikirlər və 

duyğularla dolu gözəl şeirlər yazmışlar.” (14, 13)  Kiçik bir sitatda Azərbaycan ədəbiyyatının 

təxminən 400 illik dövrü üçün bir sıra xarakterik xüsusiyyətlər diqqəti cəlb edir. Burada Şərq 

ədəbiyyatının poeziya komandanı olan Nizami ənənələrinin təsir dairəsinin genişliyi, sonrakı 

dövrlərdə Nəsimi və Füzuli sənətinin milli mayasında bu təsirin əhəmiyyətli yer alması təsdiqini 

tapır. M.İbrahimov XVI əsr Azərbaycan ədəbiyyatından danışarkən təbii olaraq M.Füzuliyə daha 

çox yer ayırmış, Qərb ədəbiyyatşünaslığında şairə verilən qiyməti xüsusi şəkildə nəzərə 

çatdırmışdır. İngilis tədqiqatçısı Gibbin “Osmanlı şeirinin tarixi” əsərinə istinad edən M.İbrahimov 

Gibbin “Füzuli əsrini Azərbaycan ədəbiyyatının böyüklük əsri” adlandırmasını, Füzulini “ilk səhər 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



440

şəfəqi” hesab etməsini həm Füzulinin, həm də ədəbiyyatımızın böyüklüyü hesab edir. Tədqiqatçı 

Füzuli yaradıcılığının qazandığı yeni keyfiyyəti ənənəvi eşq motivinin zəmanədən şikayət və 

narazılıq motivinə keçiddə axtarır. Bu halı Vaqif sənəti üçün də xarakterik hesab edir. Doğru olaraq 

“yeni Azərbaycan ədəbiyyatında demokratik ideyalar realizm üslubu ilə doğur” (14, 14) fikrini irəli 

sürür. M.İbrahimov digər tərəfdən Azərbaycan ədəbiyyatında demokratik ideyaların yaranmasını 

ictimai zəminin genişlənməsi ilə bağlayır. Alimin irəli sürdüyü bu tezis istər ictimai-siyasi, istərsə 

də ədəbi-nəzəri baxımdan bir-birini tamamlayır. 

Mirzə İbrahimov bu tezisdən irəli gələn müddəaları Zakir, Axundov, Haqverdiyev, 

Bakıxanov yaradıcılıqlarına tətbiq edir. Onların yaradcılığında yeni dövr ədəbiyyatının tələbləri 

səviyyəsində mövcud olan demokratik ideyaları ədəbiyyatşünaslıq ölçüləri daxilində təhlilə cəlb 

edir. Zakiri “gələcək qüdrətli demokratik ədəbiyyatın ilk bünövrə daşı” (14, 23) hesab edən, 

M.F.Axundovu ədəbiyyatımızda, eyni zamanda ictimai fikrimizdə “yeni keyfiyyətli demokratizmin 

banisi” (14, 43) kimi qiymətləndirən, Haqverdiyev və Vəzirovu “yeni demokratik ideyalara 

əsaslanan” (14, 42) yazıçı qismində dəyərləndirən, Bakıxanovda “müvəqqəti ideyaların yeni tarixi 

şəraitə uyğun əks olunduğunu” (14, 25)  bildirən M.İbrahimov ədəbiyyatımızın Vaqifdən 

C.Məmmədquluzadəyə qədər keçdiyi yolun ictimai-məfkurəyə istiqamətini təhlil etmişdir. 

Tədqiqatın birinci bölməsində təhlillərin bu şəkildə qurulması nəticə etibarilə ədəbiyyatımızın 

keyfiyyət dəyişməsini əks etmiş, XIX əsrin sonuna kimi ədəbiyyatdaxili proseslərin dinamikasını 

üzə çıxarmışdır. M.İbrahimovun təhlilləri bu cür aparmasında başqa məqsədi isə XIX əsrin 80-ci 

illərində ədəbiyyatda ilk addımlarını atan C.Məmmədquluzadəyə bu ədəbiyyatın təsirini göstərmək 

olmuşdur. Çünki M.İbrahimova görə XIX əsrin sonu, XX əsrin əvvəllərində yeni keyfiyyətli 

demokratizmin ədəbiyyat sahəsində ən böyük ifadəçisi C.Məmmədquluzadə olmuşdur. 

M.İbrahimovun təhlillərində C.Məmmədquluzadənin “Axundovdan sonra ən böyük demokrat” kimi 

səciyyələnməsi sonrakı dövr ədəbiyyatşünaslığımızda da təsdiq olunmuşdur. 

C.Məmmədquluzadənin “M.F.Axundovdan sonra Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və 

ümumiyyətlə ictimai inkişaf tarixinin ən böyük siması” (2, 60) hesab olunması, “Azərbaycan ədəbi-

ictimai və estetik fikrinin inkişafında yüksək xidmətlər göstərməsi və böyük Mirzə Fətəlinin həqiqi 

mənada Molla Nəsrəddinçi ədəbiyyatın sələfi və müəllimi olması” (3, 341), “Azərbaycan məfkurə 

hərəkatındakı roluna görə fərqlənməsi” (12, 53) və s. kimi fikirlər M.İbrahimovun irəli sürdüyü 

ideyalarla üst-üstə düşür. 

C.Məmmədquluzadənin yaradıcılığının araşdırılmasına həsr edilən “Böyük demokrat” 

əsərində ikinci bölmə “İlk addımlar” adlanır. Burada onun yaradıcılığının birinci mərhələsi hesab 

olunan 1889-1905-ci illərdə yazdığı əsərlər təhlil olunmuş, dövrün ictimai-siyasi mənzərəsi öz 

əksini tapmışdır. Daha konkret ifadə etsək, bu bölmədə problemə sənətkar və mühit kontekstində 

münasibət bildirilmişdir. M.İbrahimov C.Məmmədquluzadənin doğum tarixindən danışarkən son 

zamanlara qədər əksər ciddi mənbələrdə yazıldığı kimi yazıçının 1866-cı ildə anadan olduğunu 

göstərir. Lakin akademik İsa Həbibbəylinin araşdırmaları nəticəsində C.Məmmədquluzadənin 1866-

ildə deyil, 1869-cu ildə anadan olduğu dəqiqləşdirilmişdir. Akademik İsa Həbibbəyli 

C.Məmmədquluzadənin 1907-ci il tarixli nigah kağızına, 1912-ci ildə Tiflisdə aldığı pasporta, 1929-

cu ildə özünün tərtib etdiyi şəxsi vərəqəyə, yazıçının vəfatı ilə bağlı nekroloqa əsaslanmaqla onun 

doğum tarixinin 1869-cu ilə aid olduğunu təsdiqləmiş və bundan sonra ədəbiyyat tarixlərimizdə 

C.Məmmədquluzadənin doğum tarixi 1869-cu il kimi təsdiqini tapmışdır. (3, 25) M.İbrahimov 

C.Məmmədquluzadənin yaradıcılığının ilk dövrünü ictimai-siyasi baxımdan kifayət qədər 

mürəkkəb dövr hesab edir. O, ictimai-siyasi mürəkkəbliyin tərkib hissəsi kimi kapitalist feodal 

ziddiyyətlərini önə çəkirdi. Yəni bir tərəfdə yeni yaranan və inkişaf edən kapitalizm, digər tərəfdə 

siyasi meydandan sıxışdırılan feodalizm. Bu qarşıdurmada əzən və əzilənlərin psixologiyası, 

həyatda mövcud olmaq istəkləri, köhnəliklə yeniliyin mübarizəsi, yeni ruhun meydana gəlməsi və s. 

kimi problemlər sənət əsərlərində müxtəlif şəkildə ifadəsini tapırdı. Təbii olaraq, həyatın ictimai-

siyasi səciyyəsi C.Məmmədquluzadə yaradıcılığından da yan keçmirdi. C.Məmmədquluzadə 

yaradıcılığının bu şəkildə formalaşmasını M.İbrahimov yeni dövrdə yeni ədəbiyyatın yeni 

istiqaməti kimi xarakterizə edirdi. “Eynilə də bədii yaradıcılıq sahəsində yeni ədəbiyyatın 

istiqamətini düşünərkən Cəlil Məmmədquluzadə bütün əzəməti ilə nəzərimizdə canlanır... Sabir 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə