13
məhrum edilməməlidirlər.
- Birləşimş Millətlər Təşkilatının məhəlli sığınacaq haqqında
1967-ci il Bəyannaməsi; Birləşmiş Millətlər Təşkilatının Baş
Assambleyasının bu Bəyannaməsində məhəlli sığınacağın əsasını
təşkil edən bir sıra prinsiplər müəyyən edilir. Onda deyilir ki,
məhəlli sığınacaq verilməsi “dinc və humanist bir aktdır, buna
görə də heç bir dövlət tərəfindən bədxah hərəkət kimi
qiymətləndirilə bilməz”. Bəyannamədə məcburi surətdə geriyə
qaytarmaların qadağan edilməsinin əsas humanitar prinsipi təsbit
olunur və İnsan Hüquqları Ümumi Bəyannaməsinin, müvafiq
olaraq istənilən ölkəni tərk etmək, öz ölkəsinə qayıtmaq hüququnu
və sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək
hüququnu nəzərdə tutan 13 və 14-cü maddələrinə isnad edilir.
REGİONAL VASİTƏLƏR
AFRİKA
50-ci illərin sonlarından başlayaraq, Afrikada müharibə və
daxili münaqişələrdən xilas olmaq istəyən qaçqınların sayca
artması qaçqınlara dair, hamının fikrincə, ən əsaslı və vacib
müqavilənin bağlanmasına gətirib çıxardı. 1969-cu il sentyabrın
10-da Afrika Birliyi Təşkilatı Afrikadakı qaçqınlar probleminin
səciyyəvi aspektlərini nizamlayan ABT-nın Konvensiyasını qəbul
etdi. Bu Konvensiyanın başlıca əhəmiyyəti ondan ibarətdir ki,
onda “qaçqın” terminini daha geniş məzmunda müəyyənləşdirilir.
Afrika dövlətlərinin güman etdikləri kimi “təqib olunmalarına
tamamilə əsaslandırılmış təhlükə” Afrikadakı qaçqınların
düşdükləri bütün situasiyaları nəzərə almaq üçün kifayət qədər
geniş meyar deyildi.
14
Afrika Konvensiyasının 1-ci maddəsinin ikinci bəndində
nəzərdə tutulur ki, “qaçqın” termini, habelə xarici təcavüzlər,
işğallar, xarici hökmranlıq ucbatından, mənşəcə və ya vətənaşlığı
baxımından mənsub olduğu ölkənin ərazisinin bir hissəsində və ya
bütün ərazisində ictimai qayda-qanunun ciddi şəkildə pozulması
ucbatından mənşəcə və ya vətəndaşlığı baxımından mənsub
olduğu ölkənin hüdudlarından kənarda sığınacaq axtarmaq
məqsədilə öz adi yaşayış yerlərini tərk etməyə məcbur olan hər bir
şəxsə şamil edilir.
ABT Konvensiyası 1951-ci il Konvensiyasını əslində təkrar
etmir, onun tamamlayır. “Qaçqın” terminini daha geniş
məzmunda müəyyənləşdirməkdən başqa, ABT Konvensiyası
sığınacaq məsələsini də nizama salır (II maddə). Onda, həmçinin
könüllü repatriasiya - vətənə qaytarılma (V maddə) və qaçqınların
təxribatçılıqla məşğul olmalarının qadağan edilməsi (ilk maddə)
haqda mühüm müddəalar öz əksini tapmışdır.
1992-ci ilin fevralındakı məlumatlara görə ABT Konvensiyası
42 dövlət tərəfindən təsdiq edilmişdir.
AVROPA
Avropa Şurası qaçqınlarla bağlı məsələlərə dair bir neçə sənəd
qəbul etmişdir. Onlardan ən vacibləri bunlardır:
a) Qaçqınlar üçün vizaların ləğvi haqqında Avropa sazişi
(1959-cu il);
b) təqib təhiükəsi altında olan şəxslərə sığınacaq verilməsi
haqqında 14-cü qətnamə (1967-ci il);
c) qaçqınlarla bağlı məsuliyyətlərin təhvil verilməsi haqqında
Avropa sazişi (1980-cı il);
d) sığınacaq verilməsi ilə bağlı milli prosedurların ra-
16
zılaşdırılması haqqında tövsiyyələr (1981-ci il);
e) Cenevrə Konvensiyasının meyarlarına cavab verən və
rəsmən qaçqın hesab olunmayan şəxslərin müdafiəsi haqqında
tövsiyyələr (1984-cü il);
f) şəxsin ona sığınacaq verilməsi barədə Avropa Birliyinin
üzvü olan bir və ya bir neçə dövlətə ərizə verdiyi təqdirdə
sığınacaq verilməsi haqda xahiş üçün hansı üzv dövlətin
məsuliyyət daşıdığını müəyyən edən meyarları təsbit edən Dublin
Konvensiyası (1990-cı il).
Şəxslərin təhvil verilməsi və onların sosial-təminatı barədəki
Avropa konvensiyalarında da qaçqınlara dair müddəalar
mövcuddur.
LATIN AMERİKASI
Latın Amerikası ölkələri sığınacaq verilməsi sahəsində köhnə
ənənələrə malikdir. 1889-cu ildə Montevideoda imzalanan
Beynəlxalq cinayət hüququ haqqında Müqavilə sığınacaq
verilməsi məsələlərinin nəzərdən keçirildiyi ilk regional
müqavilədir. Sonralar məhəlli sığınacaq haqqında Karakas
Konvensiyası və sığınacaq verilməsi barədə digər sazişlər
imzalanmışdır.
1980-cı illərdə Mərkəzi Amerikada baş verən vətəndaş
müharibələri qığılcımları təqribən 1 milyon insanın kütləvi surətdə
öz yaşayış yerlərini tərk etməsinə səbəb oldu və bu, insan
axınlarının yönəldiyi ölkələrdə ciddi iqtisadi və sosial problemlər
yaratdı.
1984-cü ildə bu qaçqınları “qəbul edən” ölkələr Qaçqınlar
haqqında Kartahen Bəyannaməsini qəbul etdilər, Həmin
bəyannamədə məcburi geri qaytarmaların qadağan edilməsi
prinsipi, qaçqınların inteqrasiyasının vacibliyi və qaçqınlar
problemini doğuran səbəblərin kökündən ləğv edilməsinə
yönəldilən səylər də daxil olmaqla Mər-
17
kəzi Amerika qaçqınları ilə rəftarın hüquqi əsasları
müəyyənləşdirildi.
Bəyannamədə “qaçqın” termini üçün müəyyənləşdirilən
məzmun ABT Konvensiyasındakı ilə eynidir; bu ad altında,
həmçinin “həyatları, təhlükəsizlikləri və azadlıqları ümum
zorakılıq, xarici təcavüz, daxili münaqişələr, insan hüquqlarının
kütləi şəkildə pozulması və ya ictimai qayda-qanunun ciddi
şəkildə pozulmasına gətirib çıxaran digər səbəblər ucbatından
təhdid olunduğu üçün öz ölkələrini tərk edən şəxslər” nəzərdə
tutulur (III hissəsinin 3-cü bəndi).
Kartahen Bəyannaməsi dövlətlər üçün məcburi xarakter
daşımır. Lakin, o, Latın Amerikasının bir sıra ölkələrinin
praktikasında tətbiq edilir və bəzi hallarda onun müddəaları daxili
qanunvericiliklərə daxil edilmişdir.
İNSAN HÜQUQLARI VƏ QAÇQINLAR
Sığınacaq axtaran şəxslər və qaçqınlar insan hüquqlarına dair
beynəlxalq müqavilələrdə elan edilən bütün hüquqlara və
azadlıqlara malikdirlər. Buna görə də qaçqınların müdafiə
olunması məsələsini insan hüquqlarının qorunmasının daha geniş
kontekstində nəzərdə keçirmək lazımdır. İkinci dünya
müharibəsindən sonra dövlətlər tərəfindən müvafiq olaraq insan
hüquqları məsələləri və qaçqınların məsələləri ilə məşğul olan iki
ayrıca təşkilatın yaradılması heç də bu məsələlərin bir-iri ilə bağlı
olmaması demək deyildir. Birləşmiş Millətlər Təşkilatının insan
hüquqları sahəsindəki fəaliyyəti və Qaçqınları İşi üzrə Ali
Komissarın İdarəsinin fəaliyyəti o mənada bir-biri ilə sıx
əlaqədədir ki, hər iki təşkilatın qarşısında insan ləyaqətlərini
qorumaq kimi ümumi məqsəd durur. Birləş-
Dostları ilə paylaş: |