Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə8/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   4   5   6   7   8   9   10   11   ...   179

23 

Bizi maraqlandıran mövzu üzrə  əsərlərin üçüncü qrupunu 

sovet tarixşünaslığına aid müxtəlif  əsərlər təşkil edir. Qeyd etmək 

lazımdır ki, çar Rusiyası dövründə köçürmələr nəticəsində keçmiş 

İrəvan xanlığı  ərazisində etnik baxımdan çoxluğa nail olan ermə-

nilər, çarizmin faktiki varisi Sovet dövründə Moskvanın köməyi ilə 

xüsusi respublika yaratmağa nail oldular. Məlum şəraitdən istifadə 

edən ermənilər keçmişi unutdurmaq üçün bu bölgəni  Şərqi Ermə-

nistan  ərazisi kimi təqdim edərək, onun tarixini saxtalaşdırmağa 

başladılar. Onlar uzun illər heç bir tarixi mənbəyə  əsaslanmadan 

İrəvan xanlığının ərazisini, yer adlarını, əhalinin etnik və say tərki-

bini, qəhrəmanlıq mübarizəsini açıq-açığına təhrif etmiş, bütün 

hadisələri erməni xalqının adına çıxmışlar. Buna «xalqlar dostlu-

ğu», «beynəlmiləlçilik» kimi yalançı  şüarlarla pərdələnən sovet 

tarixçilərinin əsərlərində də rast gəlmək mümkündür. 

Sovet tarixşünaslığında Azərbaycanın xanlıqlar dövrü tarixi-

nin bir sıra problemləri şərqşünas alim İ.P.Petruşevskinin tədqiqat-

larında işıqlandırılmışdır. Onun ayrı-ayrı  əsərləri (295; 296; 297; 

298; 299) Azərbaycan, o, cümlədən onun üzvi bir parçası olan İrə-

van tarixinin müxtəlif məsələlərinə-siyasi-iqtisadi, torpaq mül-

kiyyəti formaları,  əhalinin sosial-silki tərkibinə, vergi və mükəl-

ləfiyyət formalarına həsr edilmişdir. Lakin müəllif erməni konsep-

siyasından kənara çıxmayaraq bəzi  əsərlərdə  İrəvan bölgəsinin 

tarixini Ermənistan tarixi kimi qələmə almış, onun ərazisində baş 

verən hadisələri erməni xalqının adına çıxmışdır. Əslində müəllifin 

qeyd etdiyi ərazi Azərbaycanın qədim ərazisi olan İrəvan bölgəsinin 

ərazisidən başqa bir şey deyildir. Belə ki, bu tədqiqatçının  İrəvan 

xanlığı  ərazisini erməni dövləti kimi qələmə verməsinə baxma-

yaraq, onun əsərlərinin məzmununa baxdıqda görmək olar ki, er-

mənilərlə bağlı bütün hadisələr Eçmiədzin kilsəsindən kənara 

çıxmır və qarşıya qoyulan bütün məsələlər bu kilsə və ona məxsus 

mülkiyyətlə bağlıdır. Lakin buna baxmayaraq İ.P.Petruşevskinin 

əsərlərinin  İrəvan bölgəsi tarixinin öyrənilməsində xüsusi yeri 

vardır. 


Azərbaycanın XVIII yüzilliyin tarixinə aid sanballı əsər yazan 

müəlliflərdən biri də V.N.Leviatovdur. Onun «XVIII əsr Azərbay-




24 

can tarixinin oçerkləri» (239) adlı  əsəri bizi maraqlandıran bu 

mövzunun tədqiqində mühüm yeri tutur. Əsərdə konkret İrəvan 

xanlığından bəhs edilməmişdir. Lakin müəllifin xanlıqların dövlət 

quruluşu, inzibati-ərazi bölgüsü, sosial-iqtisadi vəziyyəti,  əhalinin 

sosial tərkibi, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiy-

yətləri haqqında verdiyi ümumi məlumatları  cəsarətlə  İrəvan 

xanlığına da şamil etmək olar. 

M.R.Arunova və K.Z.Əşrəfyanın birlikdə yazdıqları “Nadir 

şah Əfşarın dövləti” əsəri də mövzumuzla bağlı nəşrlərdəndir (91). 

Monoqrafiyada görkəmli Azərbaycan sərkərdəsi Nadirin şah 

seçilməsi və onun hakimiyyəti dövründə baş vermiş hadisələrdən 

bəhs edilmişdi. Burada işıqlandırılan Nadir şahın iqtisadi və vergi 

siyasəti bizi maraqlandıran elmi problemin araşdırılmasında çox 

əhəmiyyətlidir. 

Rus sovet tarixçisi O.P.Markova əsərində (247) XVIII yüz-

illiyin 50-90-ci illərdə  Cənubi Qafqazda iri dövlətlərin məna-

felərinin toqquşduğu bir vaxtda İrəvan xanlığının Kartli-Kaxetiya 

çarlığı, Rusiya, İran və Osmanlı dövlətləri ilə siyasi münasibətlərinə 

də müəyyən yer vermişdir. Qeyd etmək lazımdır ki, əsərdə  İrəvan 

xanlığı ilə bağlı hadisələrə müəllifin nisbətən obyektiv münasibəti 

diqqəti cəlb edir. Lakin O.Markova da İrəvan xanlığının  ərazisini 

Ermənistan torpağı olduğunu qəbul edir. Məsələn, o, İ.Eminin 

fəaliyyətini erməni  ənənəsinə uyğun olaraq Ermənistanın azad 

edilməsi kimi dəyərləndirir. 

Sovet tarixçilərindən A.Ş.Milmanın XIX-XX yüzilliyin əvvəl-

lərində Azərbaycanın siyasi quruluşundan bəhs etdiyi monoqra-

fiyasından (253) da mövzumuzun tədqiqində istifadə olunmuşdur. 

Əsərdə  əsas tədqiqat obyekti kimi işğaldan sonra rus müstəmləkə 

idarəetmə mexanizminin forma və üsulları, inzibati idarələrin və 

məhkəmələrin fəaliyyəti təsvir olunmuşdu.  Əsərin birinci fəslində 

XVIII yüzilliyin ikinci yarısında Azərbaycan xanlıqlarının siyasi 

quruluşu da öz əksini tapmışdı. Təəssüf ki, Azərbaycan  ərazisində 

yaranan xanlıqların adını  çəkən A.Milman ermənipərəst  ənənəyə 

yuğun olaraq İrəvan xanlığını bu siyahıya daxil etmir. Buna bax-



25 

mayaraq, monoqrafiyada təsvir edilən Azərbaycanın siyasi-hüquqi 

vəziyyəti ilə bağlı məsələləri İrəvan bölgəsinə də şamil etmək olar. 

H.İbrahimbəylinin 1969-cu ildə Moskvada nəşr olunmuş 

əsərində (199) isə XIX yüzilliyin birinci otuzilliyində Azərbaycan 

xanlıqlarının Rusiya dövləti tərəfindən işğalı  tədqiq edilmişdir. 

Əsərdə  həm birinci, həm də ikinci Rusiya-Qacar, Rusiya-Osmanlı 

müharibələri dövründə Azərbaycan  ərazisinin işğalı öz əksini tap-

mışdı. Burada qısa da olsa İrəvan xanlığı  ərazisində gedən döyüş-

lərə  də toxunulmuşdu. Lakin müəllif bir çox sovet tədqiqatçıları 

kimi İrəvan xanlığını Azərbaycan xanlıqlarından ayırır və bu xanlığı 

Ermənistan dövləti kimi təqdim edir. 

Mövzunun tədqiqində erməni müəlliflərinin  əsərlərindən də 

istifadə olunmuşdur.  İlk dəfə  İrəvan xanlığının tarixini tədqiq et-

məyə  cəhd edən erməni müəlliflərindən V.R.Qriqoryanı xüsusi 

qeyd etmək lazımdır. Onun 1958-ci ildə erməni dilində  nəşr etdir-

diyi əsəri (161) xüsusi əhəmiyyətə malikdir. Ermənistanın mərkəzi 

arxivi olan Matenadaranda saxlanılan sənədlər əsasında yazılmış bu 

əsər  İrəvan xanlığının 1780-1800-cü illər tarixini əhatə edir. Mo-

noqrafiyada İrəvan xanlığının siyasi, sosial-iqtisadi vəziyyəti, dövlət 

quruluşu, inzibati-ərazi bölgüsü, təbii sərvətləri, vergi və mükəl-

ləfiyyətləri,  əhalinin etnik tərkibi haqqında müəyyən məlumatlar 

verilmişdir. Lakin əsərdə  İrəvan xanlığının tarixi kifayət qədər 

saxtalaşdırmışdı. Monoqrafiyada İrəvan xanlığının  Şərqi Ermə-

nistan və yaxud Ararat ölkəsi kimi təqdim edilməsi, yer adlarının 

erməniləşdirilməsi, etnik cəhətdən ermənilərin üstünlük təşkil et-

məsi və s. məsələlər haqqında verdiyi məlumatlar müəllifin erməni 

ənənəsinə sadiqliyini göstərir. 

Erməni müəlliflərindən olan A.R.İoannesyanın (203; 204) 

əsərlərində XVIII yüzilliyin 60-80-ci illərində Rusiyanın Cənubi 

Qafqaz siyasətinə özlərinin cəsusluq fəaliyyəti ilə kömək edən ayrı-

ayrı erməni xadimlərinin – İ.Lazarevin, arxiyepiskop İ.Arqutin-

skinin,  İ.Eminin və başqalarının xidmətlərini erməni azadlıq hərə-

katı kimi təqdim edərək, onların  İrəvan xanlığı  ərazisində Erməni 

dövləti yaratmaq planlarından bəhs etmişdir. Lakin bu əsərlərdə 

İrəvan xanlığının siyasi, iqtisadi tarixi, əhalisi haqqında məlumata 




Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə