Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə6/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   2   3   4   5   6   7   8   9   ...   179

17 

1816-1817-ci illərdə Rusiya dövlətinin A.P.Yermolovun 

başçılığı ilə Tehrana göndərdiyi nümayəndə heyətinin tərkibində 

məsləhətçi kimi iştirak etmiş A.Y.Sokolovun verdiyi məlumatlar da 

çox dəyərlidir (485; 486). A.Y.Sokolovun əsərlərində XIX yüzil-

liyin  əvvəllərində  Pəmbək hadisələri, keçmiş Axalkələki hakimi 

Şərif paşanın başladığı üsyan, Qacar dövlətinin Cənubi Qafqazla 

bağlı planları,  əhali barəsində  məsələlər, Hüseynqulu xanın  şəx-

siyyəti haqqında xeyli məlumat toplanılmışdır. 

Ermənilərin  İrəvan xanlığına köçürülməsinin təşkilatçıların-

dan biri olan yazıçı və diplomat A.S.Qriboyedovun «Gündəlik» və 

məktublarının da mövzumuz üçün böyük əhəmiyyəti vardır. Bu 

sənədlərin  əksəriyyəti  əvvəlcə 1889-cu ildə  və sonra isə  təkrarən 

1988-ci ildə Sankt-Peterburqda nəşr olunmuşdu (159; 160). Sə-

nədlərdə Hüseynqulu xanın  şəxsiyyət və  fəaliyyəti,  İrəvan qalası, 

ermənilərin köçürülməsi haqqında maraqlı məlumatlara rast gəlmək 

olar. A.S.Qriboyedov hadisələrin canlı  şahidi olduğundan bu 

məlumatların İrəvan xanlığının tarixinin öyrənilməsində əhəmiyyəti 

misilsizdir. 

Rusiya işğalından sonra İrəvan bölgəsində olmuş rus məmur-

larından N.Nefedyevin və F.Korfun yol qeyidləri (256; 235) də 

mövzunun tədqiqində xüsusi əhəmiyyəti olan mənbələrdəndir. XIX 

yüzilliyin 30-cu illərin axırlarında  İrəvan bölgəsində olmuş  hər iki 

müəllif  İrəvan  şəhəri, qalaları, iqtisadiyyatı  və  əhalisi, iqlimi 

haqqında maraqlı məlumat vermişdilər. 

“XIX  əsrin 20-60-cı illərində Rusiya çarizminin Azərbay-

canda müstəmləkəçilik siyasəti” adlı ikicildlik sənədlər külliy-

yatında (233; 234) çarizmin həyata keçirdiyi müstəmləkəçilik si-

yasəti ilə bağlı külli miqdarda sənədlər toplanmışdı. Bu sənədlərdə 

Azərbaycanda, eyni zamanda onun tərkib hissəsi olan İrəvan 

bölgəsində  həyata keçirilən inzibati-ərazi, məhkəmə  və iqtisadi 

islshatlar öz əksini tapmışdı. 

Mövzunun tədqiqində  işğaldan sonra Rusiya hakim dairələ-

rinin Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda keçirdiyi 

inzibati-ərazi, məhkəmə  və  təhsil islahatları ilə bağlı “Rusiya 

imperiyası qanunlarınin tam külliyyatı”ndan (369; 370; 369; 372; 




18 

373) və “Xalq Maarif Nazirliyinin jurnalı”ndan (189; 190) da 

istifadə edilmişdi. 

Mövzunun tədqiqində müxtəlif səyyah məlumatları  və 

xatirələrindən də istifadə edilmişdi.  İngilis səyyahı C.Hanveyin 

səyahətnaməsi Azərbaycan, habelə onun İrəvan bölgəsinin XVIII 

yüzilliyin birinci yarısına aid tarixi mənbələrdəndir. C.Hanvey 

1743-cü ildə ticarət məqsədilə Rusiya ərazisindən keçərək Əfşarlar 

dövləti  ərazisinə  səyahət etmişdi. Səyahət müddətində  səyyah 

gördükləri və eşitdiklərini qələmə almış və İngiltərəyə qayıtdıqdan 

sonra onun bu gündəliyi 1753-cü ildə Londonda nəşr etdirmişdir. 

Sonralar onun bu səyahətnaməsi müxtəlif dillərə  tərcümə olun-

muşdu. Monoqrafiyada bu əsərin Azərbaycan MEA-nın A.A.Bakı-

xanov adına Tarix İnstitutunun Elmi Arxivində saxlanılan, 

L.M.Kiryakov tərəfindən ingilis dilindən rus dilinə tərcümə edilmiş 

nüsxəsindən istifadə edilmişdir (493). Səyahətnamənin  İrəvan böl-

gəsi haqqında, Osmanlı qoşunlarının 1724-cü ildə  İrəvan  şəhərinə 

hücumları, Nadirin onlarla döyüş  səhnəsi qarşıya qoyduğumuz 

problemin həllində müəyyən qədər rolu vardır. 

Tarixşünaslıq. Qeyd etmək lazımdır ki, Azərbaycanın bu 

əzəli torpağının tarixi ilə yad tarixçilər məşğul olduğundan onun 

tarixi birtərəfli öyrənilmiş, saxtakarlıqlara məruz qalmış, problemin 

ayrı-ayrı  məsələlərinə ümumiyyətlə toxunulmamışdı. Digər tərəf-

dən, mövzu ilə bağlı  mənbələrin məhdudluğu və naqisliyi onun 

tədqiqini xeyli çətinləşdirmişdi. Lakin qeyd etmək lazımdır ki, möv-

zunun tədqiqi ilə bağlı ilk əsərlər hələ XIX yüzilliyin 30-cu illərin 

əvvəllərindən yazılmağa başlamışdı. 

İndiyəqək İrəvan bölgəsi tarixi ilə bağlı olan əsərləri bir neçə 

qrupa bölmək olar. Birinci qrupa oktyabr çevrilişinə qədərki ayrı-

ayrı toplu və jurnallarda nəşr edilmiş  əsərlər daxildir. Qeyd etmək 

lazımdır ki, XIX yüzilliyin əvvəllərində Rusiyanın Cənubi 

Qafqazda geniş  işğallara başlaması ilə rus hakim dairələrinin bu 

diyarı siyasi və iqtisadi baxımdan öyrənilməsinə maraq artmışdı. 

Bununla əlaqədar olaraq rus qafqazşünaslığı adlandırılan bir məktəb 

yarandı. Lakin rus qafqazşünasları heç də Azərbaycan tarixini, o 

cümlədən  İrəvan bölgəsinin tarixini tədqiq etməyi qarşılarına 



19 

məqsəd qoymamışdılar. Onların  əsərləri  əsasən rus qoşunlarının 

hərbi yürüşlərinə, müstəmləkəçilik siyasətinə  həsr edilmiş  və bu 

siyasəti Rusiyanın mənafeyi baxımından şərh etməyə çalışmışdılar. 

Lakin bu əsərlərdə Qafqaz xalqlarının siyasi – iqtisadi tarixi, mədə-

niyyəti, ticarəti, dövlət quruluşu, coğrafiyası, etnoqrafiyası, əhalinin 

sayı, etnik və sosial tərkibi və s. haqqında məlumatlar toplanmışdı. 

İrəvan bölgəsinə aid zəngin məlumat işğaldan sonra, 1836-ci 

ildə  nəşr edilmiş «Obozreniye rossiyskix vladeniy za Kavqazom» 

adlı topluda öz əksini tapmışdır (258; 259; 260). Bu topluda ayrı-

ayrı rusdilli müəlliflər Azərbaycanın müxtəlif bölgələri, o cümlədən 

İrəvan bölgəsinin müstəqil xanlıq və  işğaldan sonrakı dövrü 

haqqında təbii-coğrafi şəraiti, iqlimi, çayları, meşələri, dağları, bitki 

örtüyü, yolları, iqtisadi vəziyyəti, kənd təsərrüfatı, ticarəti, sərhəd-

ləri, inzibati-ərazi bölgüsü, əhalinin etnik və dini tərkibi,  şəhər və 

kəndi haqqında qısa statistik, etnoqrafik məlumatlar toplanmışdır. 

İrəvan xanlığının tarixinə aid zəngin faktlar rus qafqaz-

şünaslarının  əsərlərində  də mövcuddur. Bu qafqazşünasların bəzisi 

rus qoşunlarının bölgəyə  hərbi yürüşlərində  iştirak etmiş  və 

hadisələrin canlı şahidi olmuşdular. Ona görə də onların yazdıqları 

əsərləri mənbə xarakterli hesab etmək olar. Əsərlər ayrı-ayrı ha-

disələrin təsvir edilməsində zəngin mənbələrdən istifadə edildiyinə 

görə əhəmiyyətlidir. Belə müəlliflərdən S.B.Bronevski (1763-1830) 

1796-cı ildə V.Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana 

yürüşünün iştirakçısı olmuş və 1802-1808-ci illərdə Qafqazda hərbi 

xidmətini davam etdirmişdi. O, Cənubi Qafqazda olduğu müddətdə 

bu bölgənin tarixi, etnoqrafiyası  və coğrafiyası ilə bağlı  məlumat 

toplanmış, 1823-cü ildə özünün iki cildlik əsərini nəşr etdirmişdi. 

Mövzunun tədqiqində onun əsərinin birinci cildindən istifadə olun-

muşdur (104). Bu kitabda İrəvan xanlığı daxil olmaqla Azərbaycan 

xanlıqlarının tarixi, dövlət quruluşu,  əhalisi,  əhalinin sosial tərkibi 

haqqında məlumat verilmişdir. 

Rusiyalı qafqazşünaslar arasında Azərbaycan xanlıqları  və 

xüsusilə, İrəvan xanlığı haqqında məlumat verən müəlliflərdən biri 

də P.Q.Butkovdur (1775-1857). O da 1796-cı ildə rus qoşunlarının 

Azərbaycana yürüşlərinin iştirakçısı olmuşdu. Uzun müddət Qaf-




Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə