Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə7/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   2   3   4   5   6   7   8   9   10   ...   179

20 

qazda hərbi xidmətə keçmiş P.Q.Butkov burada müxtəlif diplomatik 

və  hərbi sənədlərlə tanış olmuş, sonralar bu sənədlər  əsasında 

özünün üçcildlik əsərini yazmışdı (107). Onun əsəri də  mənbə xa-

rakterli  əsərlərdəndir.  Əsər I Pyotrun başçılığı ilə rus qoşunlarının 

Xəzərsahili ərazilərə yürüşündən başlayaraq 1803-cü ilədək olan bir 

dövrü əhatə edir. Burada Azərbaycan tarixinə dair zəngin məlumat 

toplanmışdır.  Əsərdə  İrəvan xanlığının siyasi tarixi, ayrı-ayrı 

xanlıqlar, dövlətlər arasında olan siyasi münasibətləri,  əhalisi və 

əhalinin emiqrasiyası məsələləri öz əksini tapmışdır. 

Rusiyanın Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq si-

yasətini  ətraflı  təsvir edən müəlliflərdən biri, rus hərb tarixçisi 

N.F.Dubrovin olmuşdur. O, bir neçə maraqlı əsərin müəllifidir. Mü-

əllifin zəngin arxiv materialları, habelə digər müxtəlif sənədlər 

əsasında yazdığı əsərləri (178; 179; 180; 181; 182; 183; 184; 185) 

xronoloji baxımdan 1782-1826-cı illəri  əhatə edir. Bu əsərlərdə 

Rusiyanın Qafqazda apardığı işğalçılıq siyasətini təsvir etməklə bə-

rabər, İrəvan xanlığının siyasi-iqtisadi tarixi, təbii-coğrafi vəziyyəti

təbii sərvətləri,  əhalinin sayı, etnik və dini tərkibi, məişəti, adət-

ənənəsi haqqında məlumatlar toplanmışdır. N.F.Dubrovin əsərində 

İrəvan xanlığının  əhalisinin etnik cəhətdən Azərbaycan türklərinin 

çoxluq təşkil etməsi faktını göstərməsi mövzunun tədqiqində xüsusi 

əhəmiyyət kəsb edir. 

Mövzunun tədqiqində V.A.Pottonun əsərləridən (374; 375; 

376) də istifadə olunmuşdu. Bu əsərlərdə 1801-1829-illərdə Rusi-

yanın Qafqazda, o cümlədən Şimali Azərbaycanda apardığı işğalçı-

lıq siyasətindən ətraflı bəhs edilsə də, İrəvan xanlığınında baş ver-

miş  hərbi-siyasi hadisələr,  İrəvan  əhalisinin rus işğalçılarına qarşı 

qəhrəmancasına mübarizəsi, Gülüstan müqaviləsindən sonra Rusiya 

çarlığı ilə Qacar dövləti arasında sərhədin müəyyən edilməsində 

İrəvan xanlığının rolu və yeri, xanlığın  əhalisi haqqında qiymətli 

məlumatlar öz əksini tapmışdı. 

Monoqrafiyanın yazılmasında  İrəvan xanlığının Rusiya tərə-

findən işğalını başa çatdırmış  İ.F.Paskeviçin tərcümeyi-halına həsr 

edilmiş əsərlərdən də (82; 97; 500) istifadə edilmişdir. Bu əsərlərdə 

İ.F.Paskeviçin hərbi fəaliyyəti ilə  bərabər rus qoşunlarının  İrəvan 




21 

xanlığına hücumu, Hüseynqulu xanın və onun qardaşı Həsən xanın 

başçılığı ilə irəvanlıların qəhrəmanlıq mübarizəsindən,  İrəvanın iş-

ğal olunması təsvir edilmişdir. 

Rus qafqazşünaslarından S.N.Qlinkanın (153), N.N.Şavrovun 

(496)  əsərlərində ermənilərin Azərbaycanın ayrı-ayrı yerlərinə, o 

cümlədən keçmiş İrəvan xanlığının ərazisinə köçürülməsindən bəhs 

edilmişdir.  İrəvan xanlığında erməni  əhalisinin cüzi olması, işğal-

dan sonra ermənilərin rus hakim dairələri tərəfindən  İran və Os-

manlı  ərazilrindən kütləvi  şəkildə buraya köçürülməsi, köçürülmə 

nəticəsində  əhalinin etnik tərkibində  dəyişikliklərin  ətraflı  təsvir 

edilməsi bu əsərləri mövzumuz üçün daha da əhəmiyyətli etmişdir. 

A.L.Gizettinin 1901-ci ildə Tiflisdə  nəşr etdirdiyi əsərində 

(153) 1801-1855-ci illərdə rus qoşun birləşmələrinin Qafqaz müha-

ribələrində verdiyi canlı itkilərin siyahısı verilmişdir. 

Rus qafqazşünaslarından V.N.İvanenkonun (200), M.Vladı-

kinin (111), S.A.Yegiazarovun (186), V.L.Veliçkonun (109) əsərlə-

rində  İrəvan bölgəsinin inzibati-ərazi və idarə sistemi, iqtisadi hə-

yatı, əhalinin say, etnik və sosial tərkibi, İrəvan şəhərundə fəaliyyət 

göstərən sənətkarlıq təşkilatları və s. haqqında məlumatlara rast gəl-

mək olar. 

S.Esadzenin 1907 və 1908-ci illərdə  nəşr etdiyi əsərlərində 

(502; 503) Rusiyanın Qafqazda həyata keçirdiyi işğalçılıq siyasəti 

ön plana çəkilsə  də, burada Azərbaycan xanlıqlarının, həmçinin 

İrəvan bölgəsinin hərbi-siyasi vəziyyətinə, inzibati-ərazi quruluşuna 

və aqrar məsələlərə də yer verilmişdir. 

Slujevinin (480), P.İ.Kovalevskinin (230; 231) əsərlərində də 

İrəvan xanlığı ilə bağlı məlumatlar vardır. 

Tədqiqata cəlb edilmiş tarixi əsərlərin ikinci qrupuna Azər-

baycan Xalq Cumhuriyyətində məsul vəzifələrdə işləmiş ziyalıların 

əsərləri daxildir. Bu əsərlər həm də Azərbaycan tarixinə aid ümü-

miləşdirilmiş  əsərlərdir. Qeyd etmək lazımdır ki, bu əsərlər sovet 

dövründə  nəşr edilməsinə baxmayaraq, sovet ideologiyasından 

kənar, milli ruhda yazılmışdır. Vətən tarixini öyrənmək baxımından 

cəsarətlə yazılmış bu əsərlər mövzumuz üçün bir neçə  səbəbdən 

əhəmiyyətlidir. Əvvəla, xanlıqlar dövrü tarixindən bəhs edən müəll-




22 

iflər  İrəvan xanlığını Azərbaycan  ərazisi kimi öyrənirlər.  İkincisi

bu  əsərlərdə  əhalinin sayı haqqında konkret rəqəm,  əhalinin etnik 

tərkibində Azərbaycan türklərinin çoxluq təşkil etməsi və erməni-

lərin buraya köçürülməsi faktı ətraflı təsvir edilmişdi. Üçüncüsü isə 

İrəvan xanlığında yaşayan ayrı-ayrı Azərbaycan türk tayfalarının 

adları göstərilmişdi. 

Bu qrupa daxil olan əsərlərdən M.Vəlilinin (Baharlı) 1921-ci 

ildə Bakıda nəşr olunmuş «Azərbaycan (coğrafi-təbii etnoqrafik və 

iqtisadi mülahizat)» adlı əsərini (69) qeyd etmək olar. Əsərdə Azər-

baycanın coğrafi vəziyyəti, etnoqrafiyası, iqtisadiyyatı  ətraflı  işıq-

landırılmışdır. Müəllifin  əsərindəki xanlıqlar dövründə torpaqdan 

istifadə, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyət,  əha-

linin sayı, etnik və dini tərkibi haqqında verdiyi məlumatları möv-

zunun tədqiqində xüsusi əhəmiyyəti vardır. Onun İrəvan xanlığının 

əhalisinin sayı haqqında göstərdiyi konkret rəqəm bu əsərin qiymə-

tini daha da artırır. 

Mövzunun tədqiqində R.İsmayılovun 1923-cü ildə Bakıda 

nəşr olunmuş «Azərbaycan tarixi» (41) əsərindən də istifadə olun-

muşdur.  Əsərdə  qədim dövrlərdən AXC-in yaranmasına qədər 

Azərbaycanın coğrafi vəziyyəti, siyasi və iqtisadi tarixindən bəhs 

edilir. R.İsmayılovun Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan 

xanlığının siyasi tarixi, əhalisi, vergi və mükəlləfiyyəti haqqında 

verdiyi məlumat bizim üçün daha əhəmiyyətlidir. 

Mövzu ilə bağlı C.Zeynaloğlunun 1924-cü ildə  İstanbulda 

nəşr olunmuş «Müxtəsər Azərbaycan tarixi» (71) əsərini qeyd 

etmək olar. Burada Azərbaycan xanlıqlarının, eyni zamanda İrəvan 

xanlığının siyasi tarixi, ticarəti, pul, ölçü və uzunluq vahidləri, 

əhalisi, vergi və mükəlləfiyyətləri haqqında məlumatlar toplan-

mışdır. 


Məşhur  şərqşünas alim Ə.Hubaydulinin 1928-ci ildə  nəşr 

olunmuş  əsəri (162) də sovet ideologiyasından fərqli bir ruhda 

yazılmışdı.  Əsərdə xanlıqlar dövrünün sosial-iqtisadi vəziyyəti, 

əhalinin sosial tərkibi, torpaq mülkiyyəti formaları  məsələlərinə 

toxunulmuşdur. 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə