173
peşəkar məsələlərin həlli üçün kitabxanalararası məlumat
mübadiləsinin
tələbləri baxımından da dolğun deyildir. Biblioqrafik məlumat elementlərinin
nisbətən məhdud olmasına baxmayaraq, maşınlaoxunan biblioqrafik məlumat
bazası ənənəvi kataloqa nisbətən əhəmiyyətli üstünlüklərə malikdir və onu
əvəz edə bilər.
Bəhs etdiyimiz aspektdə qeyd edək ki, yaxın
və uzaq xarici ölkələrin
əlaqədar kitabxana təcrübələri göstərir ki, kartoçka kataloqunun
maşınlaoxunan formaya keçirilməsinin texnoloji cəhətdən ayrılıqda və bəzən
də əlaqələndirilmiş variantda istifadəsi aşağıdakılardır:
-nadir və qiymətli nəşrləri əks etdirən biblioqrafik məlumatların əl üsulu
ilə (klaviatürla) kompüterə daxil edilməsi;
-kataloq kartoçkalarının skanirovka edilməsi;
-hazır maşınlaoxunan nadir və qiymətli
nəşrlərə dair məlumat
bazalarının, yaxud elektron kataloq massivlərinin digər təşkilatlardan alınması.
Hazırki şəraitdə praktikada nadir və qiymətli nəşrlərə dair biblioqrafik
məlumatın əl üsulu ilə kompüterə daxil edilməsi kartoçka kataloqunun ilkin
emalının daha geniş yayılmış texnoloji üsulu hesab edilir. Bu üsulun bir sıra
üstünlükləri vardır:
-təşkili və icra texnologiyasının nisbətən sadə olması;
-çox da yüksək olmayan xərc tələb etməsi;
-digər kitabxana və təşkilatların fəaliyyətindən asılı olmaması;
-işin keyfiyyətinə mərhələlərlə nəzarət edilməsi.
Bu üsulun çatışmayan cəhəti öz məhsuldarlığına görə xüsusilə iri
kitabxanaların nadir və qiymətli nəşr fondları üçün xeyli müddət tələb
etməsidir.
Biblioqrafik məlumatları kompüterə daxil edən işçilərin məhsuldarlığı
işin
təşkilindən, icraçıların peşə hazırlıq səviyyəsinin və əmək haqqının
ödənilməsi xarakterindən asılıdır. Əgər bu şərtləri də nəzərə almaqla, işçilərin
kompüterdə klaviatura ilə işləməyi və biblioqrafik təsvir sahələrinin
doldurulması qaydalarını öyrənməyə ilk dövrlərdə sərf edilən vəsait istisna
edilərsə, o zaman yuxarıda deyilən iş növbəsi norması yerinə yetirə bilər. [12,
s.33]
İşçilərin bu sahədə təcrübi vərdişlərindən və əmək haqqının
stimullaşdırma dərəcəsindən asılı olaraq yuxarıda deyilən iş növbəsi norması
xeyli dərəcədə arta bilər. Bu aspektdə Sankt-Peterburq Mədəniyyət
Akademiyasının müəllimi və əvvəllər iki il Şimali-Karolina ştatındakı Çappel-
Hill Universitetinin magisraturasında oxumuş K.Ozerev
öz məqaləsində
maraqlı bir faktı qeyd edir: işgüzar amerikalı olan bir şəxs (Edvard Leonard)
1991-ci ildə kilsə kitabxanalarındakı kataloqların maşınlaoxunan formaya
keçirilməsi sifarişlərinin paylanması üzrə Electronic Seriptorun adlı firma
yaradır. O, ABŞ-ın müxtəlif ştatlarında olan 25 kilsə ilə müqavilə bağlayır. Bu
işə 5-6 nəfər təcrübəli rahib cəlb olunur. Onlar bir ay ərzində 40-50 min
biblioqrafik yazını maşınlaoxunan formaya keçirməyə nail olurlar. Digər bir
174
fakt isə N.A.Nekrasov adına Moskva şəhər Mərkəzi Kitabxanasına aiddir.
Kartoçka kataloqunu maşınlaoxunan formaya keçirmək üçün bu kitabxana
əlillər cəmiyyətindən xüsusi olaraq ayrılmış təcrübəli bir işçi tərəfindən
dəstəklənmiş, nəzarət edilmiş və lazımi hallarda redaktə edilmişdir. Nəticədə,
qənaətləndirici keyfiyyətə malik olan maşınlaoxunan biblioqrafik yazı massivi
alınmışdır. Kitabxanada 6-7 işçi stansiyasında işin ümumi orta məhsuldarlığı
hər operator üçün növbə ərzində 25-30 biblioqrafik təsvir təşkil etmişdir.
Burada aşağı məhsuldarlıq iki səbəblə izah edilmişdir:
işçi heyətinin təcrübi
peşə səviyyəsinin aşağı olması; əmək haqqınını və digər iqtisadi
stimullaşdırma amillərinin az olması. Deyilən hər iki faktdan da göründüyü
kimi, işin konkret şəraitə uyğun olaraq təşkilindən və maliyyə təminatından
çox şey asılıdır. [14, s.9]
Bir mühüm məqama da diqqət yetirmək lazımdır ki, xüsusilə, əlaqədar
MDB kitabxanalarında belə bir fikir yayılmışdır ki, nadir və qiymətli nəşrlərin
kartoçka kataloqunun maşınlaoxunan formaya keçirilməsilə mütləq şəkildə
təcrübəli biblioqraflar məşğul olmalıdırlar. Lakin təcrübə göstərir ki, bu fikir
düzgün deyildir. Avtomatlaşdırılmış kitabxana-informasiya
sisteminin
proqram vasitələri əsasında kompüterdə əks olunan biblioqrafik məlumat
sahələri (nişanların-metkaların, identifikator və indikatorların) doldurulması
üçün dəqiq və qısa təlimatın və operator qrupunun daha təcrübəli rəhbərinin
(MDB-nin əlaqədar kitabxanalarında belə işçilər “menecer” adlanır) olması
şəraitində kitabxana işindən çox uzaq olan operatorlar da deyilən prosesi
keyfiyyətli icra edə bilərlər.
Nadir və qiymətli nəşrlərin kartoçka kataloqunda olan biblioqrafik
təsvirlərinin maşınlaoxunan formaya keçirilmsi üçün əlaqədar MDB
kitabxanalarında pul ödəmə forması müxtəlifdir.İş yerinin
təşkilinə gəlincə,
demək lazımdır ki, bir binada şəbəkə, yaxud avtonom rejimdə işləyən bir neçə
işçi stansiyasınınolması məqsədəuyğundur. Burada növbəli iş rejimi təşkil
edilə bilər.Hər bir növbənin iş rejimi və davametmə müddəti konkret
kitabxanadan və cəlb edilən işçilərdən asılıdır.
Deyilən texnlogiya ilə işi təşkil etdikdə iş növbəsi üzrə verilmiş tapşırığa
nəzarət, həmçinin ən mürəkkəb quruluşlu biblooqrafik təsvirlərin format
sahələri üzrə doldurulmasında operatorların kömək və vacib hallarda ayrıca
biblioqrafik yazıların kompüterə yüklənməzdən əvvəl dubletliyin yoxlanması
da vacibdir. Cari nəzarət və operatorlara kömək işçi qrupların
rəhbərləri
tərəfindən, biblioqrafik yazıların yekun məlumat bazasına daxil edilməzdən
əvvəl yoxlanması isə həmin bazanın inzibatçı, yaxud kitabxananın
avtomatlaşdırma şöbəsinin əməkdaşları tərəfindən aparılır.
Nadir və qiymətli nəşrlərin kartoçka kataloqununskanirovka edilməsinin
retrospektiv konversiyasının ən operativ üsuludur. Lakin bu üsul ilkin mətni
oxuyan, onun məzmununu təhlil edən və təsvir elementlərini biblioqrafik
formatın sahələrinə keçirilməsini təmin edən xüsusi aparat-proqram
vasitələrinin olmamasını tələb edir. Belə texniki komplekslər çox bahadır.