175
Onların təşkili nadir və qiymətli nəşrlərin kartoçka kataloqunun
maşınlaoxunan formaya keçirilməsilə məşğul olan xüsusi ixtisaslaşmış
təşkilatların yaradılmasını tələb edir. Lakin skanirovka texnologiyasının
çatışmayan cəhəti görülən işin nisbətən yüksək qiymətə malik olması, qısa
vaxtda böyük maliyyə vəsaitinin sərfi və işin
keyfiyyətinin əl üsulu ilə
kompüterə daxil etməyin nisbətən aşağı olmasıdır.
Mövcud təcrübələr göstərir ki, skaner texnologiyalarında nadir və
qiymətli nəşrlərinbiblioqrafik yazılarının keyfiyyətinə mənfi təsir edən əsas
göstəricilər aşağıdakılardır:
1)biblioqrafik yazı sahələrinə daxil edilən əlaqədar məlumatların sahə
təyinatına uyğun olmaması (məsələn: “kollektiv müəllif”
sahəsi ilə
“məsuliyyət” sahəsi, “əsas sərlövhə” ilə “sərlövhəaltı məlumat”, “seriya
nömrəsi” ilə “cild nömrəsi” və s. bəzən dəyişik salınır);
2) müxtəlif format sahələrinə aid olan biblioqrafik təsvir sahələrinin bir
format sahəsində yazılması (məsələn: seriyanın, yaxud cildin nömrəsi və adı
əsas sərlövhə ilə birlikdə yazılır);
3)daxil edilmiş yazılarda biblioqrafik səhvlərin olması;
4)biblioqrafik təsvirin skanirovka prosesində oxunmamış elementlərinin
olmaması (keyfiyyətsiz yazılmış kataloq kartoçkaları olduqda). [13,s.100]
Deyilən təcrübi nəticələri nəzərə alaraq demək mümkündür ki, nadir və
qiymətli nəşrlərə dair skanirovka texnologiyaları əsasında maşınlaoxunan
biblioqrafik yazı massivinin alınması və sonrakı mərhələdə tam yararlı
elektron kataloq kimi formalaşdırılması yuxarıda
bəhs edilən variantlara
nisbətən xeyli çox əmək və vəsait sərfi tələb edir. Lakin bəhs edilən aspektdə
bu üsulu təcrübədə tətbiq etmiş bəzi MDB kitabxanaları həmin maşınlaoxunan
massivin xidmət bölmələrində kartoçka kataloqunu tam şəkildə əvəz etməyə
yararlı olduğunu göstərirlər.
Nadir və qiymətli nəşrlərin maşınlaoxunan biblioqrafik yazıların profilə
yaxın
olan digər kitabxanalardan, yaxud bu işlə məşğul olan təşkilatlardan
alınması, fikrimizcə, nəinki kartoçka kataloqunun retrokonversiyası, həm də
elektron kataloqu aktuallaşdırılması üçün cari
dövrdə müəyyən kitabxanaya
daxil olan nadir və qiymətli ədəbiyyatın emalı baxımından perspektiv üsullar
elektron emal texnologiyaları inkişaf etmiş Qərb ölkələrinin kitabxanalarında
da əsas yer tutur.
Nadir və qiymətli nəşrlərə dair maşınlaoxunan biblioqrafik məlumat
massivini almaq istədikdə və alınan obyekt seçildikdə ilk növbədə aşağıdakı
məsələlər nəzərə alınmalıdır:
-maşınlaoxunan biblioqrafik yazının satış qiyməti;
-maşınlaoxunan biblioqrafik yazı massivini alan kitabxananın tematik və
sənəd növü profilinə həmin
massivin uyğunluq dərəcəsi;
-alınan biblioqrafik yazılarda təsvir sahələrinin müəyyən format üzrə
dolğunluq səviyyəsi;
176
-alınacaq maşınlaoxunan biblioqrafik yazı massivinin yaradılacaq, yaxud
mövcud olan elektron kataloqa daxil edilməsi üçün vacib tamamlama
proseslərinin məhsuldarlığı və xərcləri.
Yuxarıda deyilən müxtəlif variantlara və şərtlərin hər hansı konkret
kitabxanaya və ya kitabxanalar qrupuna aid olmasına
baxmayaraq, bütün
hallarda ilkin sənəd fonduna (sənədlərin əslinə) müraciət etmək zərurəti
yaranır. Xüsusilə, annotasiyaların, indeksləşdirmənin hazırlanmasında,
personaliyaların tərtibində deyilən zərurət meydana çıxır. Buradan aydındır ki,
bu iş böyük əmək tutumu olan və yüksək ixtisas hazırlığı tələb edən prosesdir.
Deyilən proseslər texnoloji planda sənədlərin analitik emalı, yaxud
biblioqrafik təsvirlərin redaktəsi proseslərindən mahiyyətcə fərqli deyil.
Böyük əmək tutumu və aşağı məhsuldarlığını nəzərə alaraq, xüsusilə, iri
kitabxanaların nadir və qiymətli nəşrlər fondlarında belə,
tamamlama işini
seçmə üsulu əsasında aparmaq daha məqsəduyğun hesab edilə bilər.
Ədəbiyyat
1.
Abbasova, S.E. Elektron nəşr texnologiyaları // Rabitə dünyası .- 2002.- 19
yanvar.
2.
Abbasov, S.Ə. XXI əsr informasiya cəmiyyətində Azərbaycan kitabxanalarının
fəaliyyəti // AMEA MEK-in Elmi əsərləri.-Bakı,2009.- №10.-s.92-97.
3.
Cəfərov, C. Kitabxana-informasiya xidmətində elektron kataloq: Monoqrafiya.-
B.: Proqres,2012.-224 s.
4.
Xələfov, A.A.Kitabxana və cəmiyyət:Monoqrafiya.-B.: “Azərnəşr”, 2011.-348
s.
5.
Xələfov, A.A. XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin əsas
istiqamətləri: (mülahizələr, tərtiblər və proqnozlar).-B., 2006.-106 s.
6.
İsmayılov, X.İ. Kitabxana-informasiya texnologiyaları: Dərs vəsaiti.-B.: Nurlan
Nəşriyyatı Poliqrafiya Mərkəzi, 2009.- 312s.
7.
İsmayılov, X.İ. Kitabxanaların idarə edilməsinin müasir problemləri:
Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, metodik və təcrübi jurnal.-
2009.-№1.-s.27-39.
8.
İsmayılov, X.İ. Kitabxana menecmentinin əsasları: Dərs vəsaiti .-B.: BDU
nəşr-tı, 2005.- 199s.
9.
Kərimov, S.Q. İnformasiya sistemləri: Monoqrafiya - Bakı: Elm, 2008. - 676 s.
10. Mustafayeva, S.MARC formatının yaranması və tətbiqi//Kitabxanaşünaslıq və
biblioqrafiya; elmin-nəzəri və təcrübi jurnal.- B.: Bakı Universiteti
11. Alguliyev, R.M., Afanasyev, A.P., Albertian, A.N., Belevtsev, A.A.,
Imelbayev, Sh.S., Rappoport, A.M. Methods of security
control in information
and telecommunication distributed systems// Dynamics of Non–homogeneous
Systems. Proceedings of ISA RAS.M.,-2001, vol.5.- pp.139-152.
12. Alguliev, R.M., Kazimov, T.H., Mahmudova, S.C., Mahmudova, R.S.
Corporate information system “Educational Center”. //International Journal of
Social, Human Science and Engineering.- 2007, vol.1, no.8, pp.-503-507.
(USA).