Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   61   62   63   64   65   66   67   68   ...   71

 
227
 Yaşayış  məntəqələrin və heyvandarlıq təsərrüfatlarının 
torpaqlarının bərk ya da maye halında olan tullantıları ilə, 
patogen mikroorqanizmlərlə  və viruslarla çirklənmiş, seçilmiş 
yeri olduğu kimi koordinat toruna keçirilir və onların sahədə 
yerləri qeyd olunur.  
 Torpağın lokal çirklənmiş nümunə seçməsi yerləri üçün 
çirklənmə  mənbələrin  ətrafından konsentrik dairələrdə 
yerləşdirilir.  
 Seçməni torpağın şaquli strukturunun torpaq örtüyünün 
eyni olmaması,  ərazinin relyefindən və iqlimindən və eləcədə 
çirkləndirici maddələr ya da orqanizmlərin xüsusiyyətləri 
nəzərə alaraq aparılır. Nümunələr profil üzrə torpaq 
horizontlarından ya qatlarından, elə seçilir ki, hər nümunənin 
həmin nöqtəsi seçim üçün səciyyəvi olsun.   
 
Kənd təsərrüfatı sahələri torpaqlarının patogen 
orqanizm və viruslarla çirklənməsinin tədqiqi üçün şum 
horizontlarından 0-5 sm və 5-20 sm dərinlikdən nümunələr 
götürülür. Tədqiqatın məqsədindən asılı olaraq seçmə sahələrin 
ölçüləri, nümunənin sayı və növü cədvəl 5.1.-də göstərilənlərə 
uyğun olmalıdır. 
 
Seçilmiş nümunələrin sayına tələblər 
Cədvəl 39 
Seçilmiş sahələrin ölçüləri, 
ha 
ГОСТ 17.43 a 
 
Tədqiqatın 
məqsədi 
Eyni torpaq 
örtüyü olan 
Qeyri-bərabər 
torpaq örtüyü 
Nümunələrin sayı 
Kimyəvi 
maddələrin 
miqdarının təyini 
 
1-5 
 
0.5-1 
Bir birləşmiş nümunədən 
az olmaması 
Fiziki kimyəvi 
xüsusiyyətlərinin 
və quruluşunun 
təyini 
 
1-5 
 
0.5-1 
3-dən 5-ə qədər nöqtəli 
nümunə bir torpaq 
horizontlarından 
Patogen 
orqanizmlərin və 
virusların təyini 
 
0.1-0.5 
 
0.1 
Hərəsi 3 nöqtəli 
nümunədən ibarət  olan 
10 birləşmiş nümunələr 


 
228
 
Horizont ya da qat 40 sm qalınlıqda olduqda, ikidən az 
olmayan müxtəlif dərinlikdən olan nümunə seçilir. Seçilmiş 
nümunələr qeydiyyat kartı ilə  təmin edilib və orada aşağıdakı 
məlumat göstərilir: 
-  nümunənin sıra sayı; 
-  nümunə götürülən yeri və dərinliyi;  
-  ərazinin relyefi və iqlim xrakteristikası; 
-  torpaq tipi; 
-  güman edilən çirkləndiricinin növü; 
-  seçmənin tarixi: 
 Kimyəvi analiz üçün götürülən nümunələr  kimyəvi 
neytral materialdan olan qablara qablaşdırılır.  əgər uçan 
maddələrin ya da torpaq qazlarının analizinin aparılması 
planlaşdırılırsa, onda nümunəni kip bağlanan qablara 
yerləşdirilir. Torpaq nümunəsi laboratoriyaya çatdırılır və 
dərhal analiz edilir. Fiziki-kimyəvi xüsusiyyətlərin təyin 
edilməsi üçün seçilmiş nümunələr laboratoriyaya çatdırılana 
kimi torpağın quruluşunu saxlamalıdır.  
 
Zəhərli maddələrin olmaması üçün analiz edilən 
nümunələr qablaşdırılıb nəql edilməlidi və steril qablarda 
saxlanılmalıdır. 
 
Bakterioloji analiz üçün torpaq nümunəsi soyuducu-
çantalara qablaşdırılır və  dərhal analiz edilmək üçün 
laboratoriyalara aparılır.  əgər analizin həmin gün aparılması 
mümkün olmadıqda 4
P
0
P
-5
P
0
P
  C
P

P
–də 24 saatdan artıq olmadan 
saxlanılır. Bağırsaq çöpü və enterokokklar analiz üçün 
götürülübsə, onda torpaq nümunələri 3 sutkadan artıq vaxt 
ərzində soyuducuda saxlanıla bilər. 
 
Helmintoloji analiz üçün nəzərdə tutulan torpaq 
nümunələri laboratoriyaya seçiləndən dərhal sonra gətirilir. 
əgər analizin aparılması  həmin gün mümkün deyilsə, onda o 
4
P
0
P
-5
P
0
P
 C
P
0
P
–də saxlanılır.  
 
Biohelmintlərin yumurtalarının olması analiz üçün 
götürülən torpaq işləmədən 7 sutkadan artıq, geohelmintlərin 


 
229
yumurtalarının tədqiqinə isə 1 ay saxlamaq olar. Nümunələr 
saxlanarkən qurumaqdan və sürfələrin yumurtadan inkişaf 
etməməsi üçün torpağı  həftədə bir dəfə  nəmləndirilər və 
havaya verirlər. Bunun üçün nümunəni soyuducudan cıxardıb, 
otaq tümperaturunda 3 saat ərzində  nəmləndirib və yenə 
soyuducuya qoyurlar. 
 
Əgər torpaq nümunəsini bir aydan çox saxlanılacaqsa 
onda konservasiya tətbiq olunur. Torpağı kristallizatora töküb, 
üzərinə 1% formalin, izotonik hazırlanmış 0.85% NaCl 
məhlulu, ya da 3%-li HCl məhlulu tökürlər. Sonra yenə 
soyuducuya qoyulur. Çirkab sularda yumurtaların və bağırsaq 
parazitlərin sürfələrini saymaq üsulu əlavə 5-də göstərilir, 
çirkab suların və şlakların nümunə seçilməsi əlavə 6 tövsiyyədə 
və qrunt sulardan nümunə seçilməsi əlavə 7-də göstərilir. 
 
7.4.2.Fiziki kimyəvi analiz aparmaqdan qabaq nümunələrin 
işlənilməsi 
İSO 11464 öncə nümunələrin öncə  işlənilməsi fiziki-
kimyəvi  analizin aparılmasından qabaq 5 növ təyin edir: 
qurudulma, xırdalanma, ələmə, ayırma və üyüdülmə. Standart-
larda bəzi öncə işləmə növlərinə,konkret fiziki-kimyəvi analiz 
üsullarını qadağa qoyur, əgər onlar təyin nəticələrinə  təsir 
göstərirsə.  
Üsulun mahiyyəti torpaq nümunəsinin havada ya da 
quruducu şkafda 40 
P
0
P
C qurudulmasından, ya da nəmliyi dondu-
raraq qurutmaqdan   ibarətdir. Quruducu şkafda qurudulması 
havada qurudulmasından yaxşıdır. Qurudulandan sonra nümu-
nəni, lazımdırsa xırdalayıb,  ələkdən keçirilir və fraksiyalara 
ayrılır. Torpaq nümunəsinin işləmə sxemi şəkil 18-də göstərilb. 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə