Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə33/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   29   30   31   32   33   34   35   36   ...   61

 
80
Əsaslı kitabxana oxuculara xidmət işinin təşkili səviyyəsini, oxuculara 
ədəbiyyat verilişinin səmərəliliyini və operativliyini yüksəltmək üçün məlumat 
və soraq-biblioqrafiya xidmətlərindən də bacarıqla istifadə edir. Müxtəlif tip və 
növlərdən olan kitabxanalarda məlumat xidmətinin təşkilinin spesifik 
xüsusiyyətləri vardır. Lakin, bununla bərabər bu xidmət növünün bütün 
kitabxanalar üçün ümumi cəhətləri də vardır.  
Respublikamızın ali məktəb kitabxanalarının coxunda olduğu kimi AKTA-
nın  əsaslı kitabxanasında  məlumat xidmətinin “kütləvi” və “qrup” xidməti 
növlərindən istifadə edilir.  
Kütləvi məlumat xidməti müəyyən edilmiş oxucu qrupları üçün deyil. Bu 
zaman onların konkret tələbatları  nəzərə alınır. Kitabxanada bu xidmətin 
məlumat bülletenləri, yeni daxil olan ədəbiyyatın icmalı, məlumat və kafedra 
günləri, ədəbiyyata açıq baxışlar və s. kimi formalardan istifadə edilir. 
Qrup və ya fərqli məlumat xidməti isə ayrı-ayrı oxucuların və ya müəyyən 
qrup alim-mütəxəssislərin daimi sorğularına müvafiq olaraq həyata keçirilir. 
Əsaslı kitabxanada professor-müəllim heyətinə  məlumat xidmətinin təşkili 
zamanı aşağıdakı iş prinsiplərinə və ardıcıllığa riayət edilir: 
-
 
məlumatın təlabatçılara çatdırılması; 
-
 
kitabxananın soraq-məlumat fondunun lazımi məlumat materialları ilə 
zənginləşdirilməsi; 
-
 
yeni kitabların və məlumat materiallarının sərgilərinin təşkil edilməsi; 
-
 
xarici dillərdə yeni daxil olmuş  ədəbiyyatın məlumat bülletenlərinin 
hazırlanması (8, 2005.- s. 6). 
Əvvəldə qeyd etdiyimiz kimi kitabxanalarda məlumat xidmətinin təşkili 
zamanı ayrı-ayrı oxucuların və ya oxucu qruplarının daimi məlumat tələbatları 
əsas götürülür. Buna görə  də  əsaslı kitabxanada məlumat xidmətinin təşkili 
zamanı akademiyanın ayrı-ayrı kafedralarının həyata keçirəcəyi elmi-tədqiqat 
işlərinin  əsas istiqamətləri hərtərəfli  şəkildə öyrənilir. Bu kütləvi məlumat 
xidmətinin  əsas formalarından məlumat bülletenlərinin hazırlanması  və 
yayılması zamanı da əsas amil nəzərə alınır. 
Ümumiyyətlə,  əsaslı kitabxanada məlumat xidmətinin kitab sərgiləri və 
ədəbiyyata açıq baxışlar formasından daha uğurla istifadə edilir. Bu baxımdan 
kitabxananın professor-müəllim heyəti üçün ixtisaslaşmış oxu zalının 
fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Bu oxu zalında acıq rəf üsulu tətbiq 
edilir ki, bu da oxuculara xidmət işinin səmərəliliyini  əhəmiyyətli dərəcədə 
artırır. Belə ki, oxu zalında yeni dövlət sənədləri, ensiklopediyalar, lüğətlər, 
referativ jurnallar, akademiyanın profilinə uyğun olan müxtəlif dövri mətbuat 
oxucuların açıq istifadəsinə verilmişdir.  
Əsaslı kitabxana akademiyanın təşkil edib keçirdiyi bütün tədbirlərdə də fəal 
iştirak edir. Bu tədbirlər zamanı kitabxanada mövzuya müvafiq olaraq 


 
81
ədəbiyyata açıq baxışlar, sərgilər təşkil edilir, biblioqrafiq məlumat siyahıları 
tərtib edilir tədbir iştirakçılarına paylanır. 
2005-ci ildə  əsaslı kitabxana akademiyanın ayrı-ayrı fakültələrin keçirdiyi 
tədbirlərdə  iştirak etməklə  bərabər kitabxana özü də bir neçə belə  tədbir 
keçirmişdir. Bunlardan Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 
60 illiyinə həsr olunmuş tədbiri göstərmək olar. 
Respublikamızın bir çox kitabxanalarında məlumat xidmətinin təşkili 
məqsədilə kütləvi məlumat kanallarından da istifadə edilir. Kitabxanada 
Akademiya oxucularına kitabxanaya yeni daxil olan ədəbiyyat haqqında 
məlumat vermək üçün akademiya qəzetindən istifadə edir. Lakin qəzetin 
imkanlarından istifadə daimi xarakter daşımır.  
Əsaslı kitabxana məlumat xidmətinin “Məlumat günləri” və “Kafedra 
günləri” formalarından da istifadə edir. Məlum olduğu kimi bu xidmət 
formasının təşkil edilmə xarakteri kitabxanaya daxil olan yeni ədəbiyyatın 
miqdarından asılıdır.  
Göründüyü kimi kitabxana oxuculara xidmət işinin təşkili sahəsindəki 
fəaliyyətini düzgün qura bilmişdir.  
Lakin, xidmət işini dövrün tələblərinə uyğun tələblərinə uyğun olaraq daha 
da genişləndirmək, qabaqcıl iş  təcrübəsini öyrənib kitabxanada tətbiq etmək 
lazımdır. Bununla əlaqədar bir neçə tövsiyənin həyata keçirilməsi kitabxananın 
işində olan bəzi nöqsanları aradan qaldırmağa imkan verərdi. 
Məlum olduğu kimi, oxuculara xidmət işinin səviyyəsi 1-ci növbədə 
kitabxana fondunun tərkibindən, onun oxucu tələbatlarına uyğunluq 
dərəcəsindən asılıdır. Buna görə  də yaxşı olardı ki, kitabxana fondunu 
komplektləşdirərək akademiya fakültələrinin və kafedralarının sorğularını daha 
dolğun şəkildə nəzərə alsın. 
Kitabxana oxuculara fərqli xidmət işini daha da gücləndirmək üçün 
ixtisaslaşmış oxu zallarının, tələbə yataqxanalarının, qiraətxanalarının 
gücündən daha səmərəli şəkildə istifadə etməlidir.  
Kitabxanaya daxil olan ədəbiyyat haqqında daha operativ məlumatın təşkili 
üçün məlumat xidmətinin “məlumat bülletenləri”, “məlumat və kafedra 
günləri” formalarında daha geniş şəkildə istifadə edilsin. 
Məlumat xidmətinin mütərəqqi formalarının istifadəsi genişləndirilsin. Bu 
xidmət formalarının Gəncə Elmi İnformasiya  İnstitutunun EHM bazası 
əsasında avtomatlaşdırılmasına çalışılsın. 
Qeyd etmək lazımdır ki, irəli sürülmüş bu tövsiyyələrin həyata keçirilməsi 
üçün AKTA kitabxanasının böyük imkanları var.  
 
 


 
82
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Ağayev Ə. Pedaqoji fikrimiz, dünənimiz, bugünümüz.- B.: Elm, 
2000.- s. 3 
2.
 
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu.-75.-B., 
2006.- s. 3 
3.
 
Xələfov A. Kitabxanaşünaslığa giriş: Dərslik, III hissə 
Kitabxana işi haqqında təlim.- B., 2003.- s. 179 
4.
 
Kitabxana işi haqqında Azərbaycan Respublikasının qanunu: 
Maddə 20 // Kitabxanaşünaslıq və biblioqrafiya.- 1999. № 1.- s. 11-12 
5.
 
Mehrabov A.O. Azərbaycan Təhsilinin Müasir problemləri .- B.: 
Mürtəcim, 2007.- s. 5 
6.
 
Положение о формировании библиотек высших и средних 
учебных заведений (Бюллетен МВИССОССР.-1982.- № 9.-с.31-32 ) 
7.
 
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin arxivi.- 1-14 s. 
8.
 
AKTA hesabatları. 2001-2005. 
 
 
 
 
АКИФ ДЖАФАРОВ 
 
ОРГАНИЗАЦИЯ БИБЛИОТЕЧНОГО ОБСЛУЖИВАНИЯ 
ПРОФЕССОРСКО-ПРЕПОДОВАТЕЛЬСКИХ СОСТАВОВ  В 
СЕЛЬСКОХОЗЯЙСТВЕННОЙ АКАДЕМИИ АЗЕРБАЙДЖАНА 
Р Е З Ю М Е 
        
           В  статье  рассматривается  деятельность  СХБА  за  последние 
пять  лет,  осущестляющиях  библиотечного  обслуживание  профессорско 
и преподовательского состава Академии. 
          В  заключении  дан  ряд  научно  обоснованных  рекомендации  по 
усовершенствованию  деятельности  СХБА,  в  области    прфессорского- 
преподовательского контингента Академии. 
 
  


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə