97
acınacaqlı vəziyyətə düşür.Belə bir vəziyyət biblioqrafik
informasiya sahəsində
beynəlxalq əməkdaşlığımıza da mənfi təsir göstərir.
Kiatb Palatasının səlahiyyətləri M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanasına verilmişdir. Kitabxananın palataya məxsus funksiyalarının
müvəffəqiyyətlə həyata keçirilməsi üçün əsas şərtlərdən biri məcburi nüsxə
sistemi ilə bağlıdır və bu məsələ dövlət səviyyəsində həll olunmalıdır.Əks
halda Azərbaycan çap əsərlərinin səpələnməsində pərakəndəlik hökm sürəcək,
kitabxanalara düşməyəcək, heç yerdə qeydə alınmayacaq
və gələcək üçün izi
qalmayan itkiyə çevriləcək.
Ümumi retrospektiv biblioqrafiya sahəsində uğursuzluq davam edir.
«Azərbaycan kitabı» kimi çox faydalı repertuar tipli göstəricinin nəşri yarımçıq
qalmaqda davam edir.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasını bu mühüm elmi müəssisənin
nəşrlərini əks etdirən biblioqrafik göstəricinin nəşrində də ardıcıllıq
pozulmuşdur, illiklərin nəşri xüsusilə gecikdirilir.Məsələn 1982-ci ilin
nəşrlərini əhatə edən illik 1990-cı, 1986-cı ilin nəşrlərini əhatə edən illik 1991-
ci ildə işıq üzü görmüşdür.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev «Azərbaycanda
kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında» 20 aprel 2007-ci il
tarixli sərəncamında Milli kitabxanalarımızın nailiyyətləri haqqında söylənilən
fikirlər kitabxanaların cəmiyyətimizin informasiyalaşdırılmasında nə qədər
böyük əhəmiyyət kəsb etdiyini təsdiqləyir.Sərəncamda deyilir: «Müasir
Azərbaycan cəmiyyətinin informasiya təminatının həyata keçirilməsində ölkə
kitabxanalarının tutduğu mühüm yer mədəniyyətin
bu sahəsində informasiya
cəmiyyətinin tələblərinə uyğun olaraq müasir texnologiyaların tətbiqini zəruri
edir»(3,S.1).
Ölkənin bütün kitabxana şəbəkələri bunu nəzərə almalı, ümumi, sahəvi
və bələdiyyə kitabxanaları öz profillərinə uyğun sənədləri əks etdirən, xidmət
etdikləri informasiya istifadəçiləri üçün maraqlı olan
biblioqrafik informasiya
nəşrlərini və elektron biblioqrafik məlumat bazalarını yaratmalıdırlar.
Biblioqrafik fəaliyyəti həyata keçirən müəssisələrin, o cümlədən
kitabxanaların qarşısında bu sahədə duran vəzifələri, əsasən, belə
ümumiləşdirmək olar:
1.Ölkə ictimaiyyətinin informasiya ehtiyaclarını hərtərəfli öyrənmək,
onların kompleks biblioqrafik təminatını gücləndirmək
və onu
müstəqilliyimizin tələblərinə uyğun beynəlxalq standartlar səviyyəsinə
qaldırmaq.
2. Bütün səviyyələrdə(ümumi, xüsusi, universal, sahəvi, ölkə, məhəlli)
səmərəli biblioqrafik informasiya xidmətinin həyata keçirilməsinə nail
olunmasında biblioqrafik proseslərin kompüterləşdirilməsinin əsas amil
98
olduğunu nəzərə alaraq kitabxanaların və başqa müasir müəssisələrin kompüter
təchizatı.
3.Biblioqrafik fəaliyyətin ayrı-ayrı istiqamətlərində məqsədyönlülük.
ƏDƏBİYYAT:
1. Коршунов О.П. Библиографоведение. Общий курс: Учебник. - М.:
Издательство, «Книжная палата», 1990.
2. Для науки и практики// Сов. библиогр.-1987.-№6.-С.27.
3.«Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında»
Azərbaycan Respublikası prezidentinin sərəncamı//Azərbaycan qəzeti.-2007.-
21 aprel.
З.Г.АЛИЕВ
ОРГАНИЗАЦИЯ, РАЗВИТИЯ, ПРЕКЛАДНЫЕ ВОПРОСЫ
СОВРЕМЕННОЙ БИБЛИОГРАФИЧЕСКОЙ ДЕЯТЕЛЬНОСТИ
РЕЗЮМЕ
В статье освещаются отдельные вопросы, связанные с развитием
азербайджанской национальной библиографии в годы независимости.
Здесь обосновывается значение библиографической информации в
деятельности наших библиотек.
Z.H.ALİEV
ORGANIZATION, DEVELOPMENT AND APPLAIED QUESTIONS
OF BIBLIOGRAPHIC ACTIVITY
SUMMARY
In the article were described particular questions on development of
Azerbaijan national bibliography during independence. There was also argued
importance bibliographic information for library activity.
99
Prof. X.İ.İSMAYILOV
Dos. N.İ.İSMAYILOV
Müəl. İ.Z.BAYRAMOVA
AZƏRBAYCAN RESPUBLİKASININ REGİONLARININ
KİTABXANA-İNFORMASİYA RESURSLARININ İNKİŞAFININ BƏZİ
MƏSƏLƏLƏRİ.( GƏNCƏ-QAZAX İQTİSADİ RAYONUNUN
NÜMUNƏSİNDƏ)
Respublikamızda kitabxana-informasiya resursları
zəngin tarixi ənənələrə
malikdir. Bu biblioqrafik ehtiyat cəmiyyətin informasiya təminatında mühüm
rol oynayır.
Son illər Azərbaycanda informasiya cəmiyyətinin qurulması istiqamətində
görülən işlər sırasında
kitabxana işinin təşkili, idarə edilməsi, oxuculara
informasiya xidmətində ənənəvi iş üsulları ilə yanaşı, müasir texnologiyaların
tətbiqinə başlanılması dövlətimizin kitabxana işi sahəsindəki siyasətinin
prioritet istiqamətinə çevrilmişdir (6.S.318-320).
Artıq müasir informasiya cəmiyyətində kitabxanaların kommunikasiya
sistemində rolu və əhəmiyyəti o qədər artmışdır ki, kitabxanalarsız
cəmiyyətin
informasiya tələbatını ödəmək mümkün deyildir.
Kitabxanalar cəmiyyətdə elmin və mədəniyyətin inkişafında, təhsil və
tərbiyənin yüksəldilməsində, həmçinin insanların informasiya təminatında
mühüm sosial institut kimi iştirak etməklə, ən çox istifadə olunan müəssisəyə
çevrilmişdir (5.S.10).
Azərbaycan Respublikası yenidən öz müstəqilliyini
bərpa etdikdən sonra
ölkədə kitabxana işinin və biblioqrafik fəaliyyətin inkişafına, gənc nəslin təlim
tərbiyəsində mühüm rol oynayan milli və mənəvi dəyərlərimizin
işıqlandırılmasına, beynəlxalq standartlara cavab verə biləcək yeni informasiya
texnologiyalarından hərtərəfli istifadə olunmasına çox böyük önəm verməyə
başladı və bütövlükdə kitabxana-informasiya sahəsinin hüquqi bazası
formalaşdı.
Bu baxımdan 1998-ci ildə qəbul edilmiş “Kitabxana işi haqqında”
Azərbaycan Respublikasının Qanunu kitabxanaların inkişafında
mühüm rol
oynamışdır.
“Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”
Azərbaycan Respublikasının Prezidentinin 20 aprel 2007-ci il sərəncamında
göstərildiyi kimi “... Bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-
nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının
artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır”(4).
Respublikanın bütün regionlarının iqtisadi və sosial inkişafını daha da
yüksəltmək və hər bir iqtisadi rayonun potensialından istifadəni sürətləndirmək