91
BİBLİOQRAFİYAŞÜNASLIQ
ZÖHRAB ƏLİYEV
Biblioqrafiyaşünaslıq kafedrasının professoru
MÜASİR BİBLİOQRAFİK FƏALİYYƏTİN TƏŞKİLİ, İNKİŞAFI VƏ
TƏTBİQİ MƏSƏLƏLƏRİ
Müstəqillik illərində Azərbaycan Milli biblioqrafiyanın inkişafı
məsələlərindən bəhs olunarkən birinci növbədə ölkənin sosial-iqtisadi
həyatında baş verən dəyişikliklər və bunun ümumilikdə sənəd-
kommunikasiyaları sistemində vasitəçi olan sosial institutlara,o cümlədən
biblioqrafik fəaliyyətə təsirini müəyyənləşdirmək lazım gəlir. Elmi-tədqiqat
işində qarşıya qoyulan əsas məqsəd də bununla bağlıdır.
Məlumdur ki,
biblioqrafik fəaliyyətin xüsusi təşkilati mənsubiyyəti və ona görə də sənəd
kommunikasiyaları sistemində vasitəçi olan başqa sosial institutlarla bir sırada
durmur, lakin onların nəzdində özünə köməkçi hesab edilən
biblioqrafik
funksiyasını həyata keçirir. Beləliklə sənəd kommunikasiyaları sistemində
vasitəçilik funksiyasını yerinə yetirən bütün əsas sosial institutlarda aşağıda
qeyd olunan iki səviyyəni fərqləndirmək olar: birinci bilavasitə sənədlə bağlı
səviyyədir və bu səviyyədə sənədlər mühafizə olunur, istifadəçilərə çatdırılır.
İkincisi isə birinci ilə müqayisədə köməkçi, yəni biblioqrafik səviyyədir. Bu
səviyyədə sənədlər, mühafizə olunur və istifadəçilərə çatdırılır.
Bu köməkçi səviyyə və ya kontur sənəd kommunikasiyaları sistemində
ictimai təcrübənin biblioqrafik fəaliyyət deyilən geniş fəaliyyət sahəsini
yaradır. Biblioqrafik
fəaliyyətin təşkilində, inkişafında və yayılmasında
mühüm əhəmiyyət kəsb edən mərkəzlərdən biri kitabxanalardır. Bibloqrafik
informasiya mənbələrinin yaradılmasında, yayılmasında və bir sistem kimi
formalaşmasında məhz kitabxanalarımız mühüm yer tutur. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin «Azərbaycanda kitabxanaların
fəaliyyətinin yaxşılaşdırılması haqqında» 20 aprel 2007-ci il tarixli
sərəncamında Milli kitabxanalarımızın nailiyyətləri haqqında bəhs olunaraq
deyilir: «Müasir Azərbaycan cəmiyyətinin informasiya təminatının həyata
keçirilməsində ölkə kitabxanalarının tutduğu mühüm yer mədəniyyətin bu
sahəsində informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq
müasir
texnologiyanın tətbiqini zəruri edir». Kitabxanalarımızın fəaliyyətində
səmərəliliyin artırılmasında biblioqrafik informasiyanın əhəmiyyəti isə
92
danılmazdır. Ona görə də elmi-tədqiqat işinin həyata keçirilməsində əsas
obyekt kimi kitabxanaların biblioqrafik nailiyyətləri nəzərə alınmışdır.
Cəmiyyətimizin həyatının bütün sahələrində kitabxana bir informasiya
ocağı kimi mühüm rol oynayır. Ölkənin sosial-iqtisadi, mədəni inkişafında
kitabxanaların, onların biblioqrafik fəaliyyətlərinin əhəmiyyəti getdikcə
artır.İndi
ölkəmizdə böyüklüyündən, kiçikliyindən asılı olmayaraq elə
kitabxana yoxdur ki, orada biblioqrafik iş aparılmasın və ya biblioqrafiyadan
istifadə olunmasın. Kitabxanalarımız sözün əsl mənasında biblioqrafik
fəaliyyətin təşkilati mərkəzlərindəndir, həm də biblioqrafik informasiyanın
yayılması kanallarından biridir.1976-cı ildən rayon kitabxanalarının
mərkəzləşdirilməsi onların biblioqrafik fəaliyyəti üçün yaxşı şərait
yaratmışdır.Mərkəzləşdirilmiş kitabxana sistemində biblioqrafik
fəaliyyət
ikipilləli xarakter daşıyır.Belə ki, Mərkəzi kitabxananın biblioqrafik
fəaliyyətinin həcmi ilə filialların biblioqrafik işlərinin həcmi arasında xeyli fərq
var.Məhz buna görə keçmiş sovet məkanında kitabxanalarda biblioqrafik işin
təşkilini və gedişini nizamlayan rəsmi sənədə zərurət yaratmışdır.Qeyd etmək
lazımdır ki, keçmiş ittifaqda biblioqrafik işin əsas istiqamətlərini
müəyyənləşdirən sənədin yaradılması haqqında qərar ilk dəfə 1980-ci ildə
biblioqrafiya üzrə keçirilən ümumittifaq müşavirəsində qəbul edilmişdir.Lakin
belə bir əsasnamənin yaradılması ilə əlaqədar qəti addım keçmiş SSRİ Ali
Soveti Rəyasət heyətinin «SSRİ-də kitabxana işi haqqında əsasnamə»nin
təsdiqindən sonra atılmışdır (13 mart 1964-cü il). 1987-ci il may ayının 18-də
keçmiş SSRİ Mədəniyyət Nazirliyi yanında Dövlət İdarələrarası Kitabxana
komissiyası tərəfindən «SSRİ-də kitabxanaların biblioqrafik işi haqqında
əsasnamə» təsdiq olundu.Təbiidir ki, bu əsasnamənin layihəsi Sovet məkanının
ən mühüm kitabxanaları tərəfindən işlənmişdir(2).Əsasnamə əsas hissədən və
dörd əlavədən ibərət idi. Əsas hissə «Ümumi qaydalar» və «Biblioqrafik işin
təşkili» adlanan iki bölmədən ibarət idi.Birinci bölmədən aydın olur ki, həmin
sənəd kitabxana işi haqqında yuxarıda qeyd olunan «Əsasnamə» ilə əlaqədar
işlənmişdir və kitabxana-biblioqrafiya təcrübəsinin əsas
nailiyyətləri nəzərə
alınmışdır.Daha sonra isə biblioqrafik işin biblioqrafiyalaşdırma və biblioqrafik
xidmət kimi proseslərinin əsas məqsədlərinin şərhi verilir, kitabxana
biblioqrafiyasının səciyyəvi xüsusiyyətləri aydınlaşdırılır. «Biblioqrafik işin
təşkili» adlanan ikinci bölmədə isə müxtəlif səviyyəli kitabxanaların
biblioqrafik işlərinin, biblioqrafik fəaliyyətlərinin vahid sisteminin
formalaşmasının təşkilati
əsaslarının ümumiləşdirilməsi
əks
olunur.Biblioqrafik iş müxtəlif növ kitabxanaların əsas fəaliyyət
sahələrindəndir və kitabxanaların xidmət etdiyi ərazinin sosial-iqtisadi
problemlərilə əlaqədar tələbatlara uyğun gəlməlidir.
Haqqında bəhs olunan bölmədə diqqəti cəlb edən əsas məsələlərdən biri də
təşkilati məsələ ilə əlaqədardır və bununla biblioqrafik fəaliyyətin kitabxanaya