Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə11/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   83

 
 
27 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

insanlara cəmiyyət üzvlərinin və çobanların fərqli münasibətini əks etdirən səhnə  
bu baxımdan daha səciyyəvi
 
və təsirlidir.
 
Yazılmasından yüz ilə yaxın bir zaman keç-
məsinə baxmayaraq “Anamın kitabı” bu gün də 
maraqla oxunur və tamaşaya qoyulur. Bunun 
bir mühüm səbəbi onun yüksək bədii keyfiyyətə 
malik olmasıdır. Bu keyfiyyət əsərin dilində, obrazların yaradılmasında istifadə 
olunan bədii vasitələrdə, təsvirlərdəki realizmdə, süjet və kompozisiyanın özü-
nəməxsusluğunda aydınca müşahidə edilir. Obrazların danışığı, müxtəlif mə-
qamlarda keçirdikləri psixoloji hallar, başqalarına münasibətdə davranışları                
və s. xüsusi dəqiqliklə əks etdirilmişdir. Bədii təsvir vasitələrindən gen-bol isti-
fadə olunmasa da, kinayə  və  təkrirlər qəhrəmanların nitqini daha təsirli et-
mişdir.  
Əsər bitkin kompozisiyasına görə diqqəti cəlb etdiyi kimi, dialoq və mono-
loqların yığcam, mənalı olması ilə də maraq doğurur. Müəllif hadisələrin daxili 
bağlılığına və təbii inkişafına xüsusi diqqət yetirmişdir. Qardaşların arasındakı 
ziddiyyət hadisələrin təbii axarı gözlənilməklə  tədricən açılmış, bununla da 
süjetin maraqla izlənilməsi təmin edilmişdir. Əsərin əvvəlində iştirakçılar – ob-
razlar haqqında verilən məlumat bədii müqəddimə sayıla bilər. Bu yığcam məlu-
matda əks olunanlar əsərin hər səhifəsində öz təsdiqini tapır. Oxucu-tamaşaçı elə 
birinci məclisdəcə qardaşlar haqqında xeyli təsəvvür qazanır. Onların hər biri “öz 
dilində” danışır, Rüstəm bəy rus, Mirzə Məhəmmədəli fars, Səməd Vahid osmanlı-
türk sözlərini işlətməklə fikirlərini ifadə edirlər. Sonrakı – ikinci  məclis təkcə 
obrazların deyil, bütövlükdə əsərin ideyasının başa düşülməsində əhəmiyyətli rol 
oynayır. Əsərin iştirakçılarının, demək olar, hamısını xeyriyyə cəmiyyətinin ic-
lasına toplayan yazıçı onları öz danışıq, davranış  və  əməlləri ilə tanıdır. 
Hadisələrin inkişafı  üçüncü  məclisdə  ən yüksək nöqtəyə – zirvəyə yüksəlir. 
Aydınlaşır ki, qardaşların tutduqları yol birləşə bilməz. Bunu dördüncü məclisdə 
öz dilləri ilə təsdiq edən qardaşlar fərqli məslək sahibi olduqlarını etiraf edirlər. 
Göründüyü kimi, əsərdə əks olunanlar bir-biri ilə sıx bağlı olub, biri digəri üçün 
zəmin rolunu oynayır, ideyanın ifadəsinə layiqincə xidmət edir.  
C.Məmmədquluzadənin  əsərdəki dil sənətkarlığı, artıq qeyd edildiyi kimi, 
cəlbedici olması ilə diqqəti dərhal çəkir. Həm rus, həm də Şərq dillərini mükəmməl 
bilən yazıçı, qardaşların nitqini ustalıqla fərdiləşdirmiş, digər obrazları da 
səviyyələrinə müvafiq dildə “danışdırmışdır”. Qardaşların nitqini qəlizləşdirən 
təkcə alınma sözlər deyil, həm də onların danışıq tərzi, cümlələrinin əksər hallarda 
anlaşılmaz və mənasız olmasıdır.  
Çar Rusiyası hakimiyyətinin hiyləgər və dö-
zülməz müstəmləkə  əsarəti kapitalist inkişaf 
mərhələsini keçə bilməyən Azərbaycanı iyirminci yüzilliyin əvvəllərində ciddi ən-
gəllərlə üz-üzə qoymuşdu. Belə əngəllərdən biri yetkin olmayan ziyalıların, xüsusən 
də xalqdan uzaq düşmüş ziyalıların ölkənin taleyi, xalqın müqəddəratı ilə bağlı 
taleyüklü məsələlərə münasibətdə  əqidə birliyi nümayiş etdirə bilməmələri idi. 
Fərqli məslək sahibi olan bu ziyalılar milli oyanışa və inkişafa istiqamət verməkdə 
Əsərin bədiiliyini artıran cəhətlər 
hansılardır? 
Əsərin başlıca ideyası nədir? 
  LAYİHƏ


 
28 
 
ciddi çətinlik çəkir, yad, zərərli fikirləri təbliğ etməklə ümumi mənafeyə zidd 
mövqe tuturdular. Yad təsir və ideyaların milli birliyə, müstəqilliyə, soykökünə 
bağlılığa vurduğu ağır zərbənin nəticələri barədə “Anamın kitabı” əsərindən aydın 
təsəvvür qazanmaq olur. 
“Anamın kitabı” – əsərdəki üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın 
dramıdır. Gülbaharın monoloqu milli birlik marşı kimi səslənir: “Qaldı bircə kitab, 
bu da anamın kitabı. Budur, atam öz əli ilə yazdığı  vəsiyyət... Yer, Göy, Ay və 
ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə Günün başına dolanırlar... Mən etiqad 
edirəm  ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır 
anaları Zəhranın ətrafında gərək dolanalar... Vay o kəsin halına ki, təbiətin həmin 
qanununu pozmaq istəyə!” 
“Anamın kitabı” – Azərbaycanın milli birlik kitabıdır.   
Əsərin zəngin ideyasını  mənbələri araşdırmaqla daha əhatəli  şərh etmək 
mümkündür.  
 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlu-
mat əsasında zənginləşdirin və tamamlayın. 
Məlumatın əldə edildiyi 
mənbə 
Məlumatın məzmunu və aid olduğu 
mətnkənarı sual 
2. Araşdırma apararkən aşağıdakı tapşırığı da əhatə etməyə çalışın: 
a) Ana obrazını tanış olduğunuz hansı ədəbi qəhrəmanla müqayisə et-
məyin məqsədəuyğun olduğunu müəyyənləşdirin.  
b) Onların oxşar və fərqli cəhətləri hansılardır?  
 
3. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın. 
4. Mövzulardan birini seçib yığcam məqalə yazın (məqalə haqqında dərs-
likdəki lüğətdə və digər mənbələrdə verilmiş məlumatı öyrənin): 
a) C.Məmmədquluzadənin “kiçik” qəhrəmanlarının böyük faciəsi. 
b) C.Məmmədquluzadənin publisistikasında ana dili məsələsi.
 
1. C.Məmmədquluzadə. Əsərləri. 4 cilddə. I cild, Bakı: Öndər, 2004, səh. 20-22. 
2. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.
 
 
 
• 
TƏTBİQ 
• 
MÜZAKİRƏ 
• 
YARADICI İŞ
 
1. Mövzulardan birini seçib işləyin.
a)
  “Qardaşların müqayisəli təhlili” mövzusunda inşa yazın. 
b)
  “Ana obrazı məndə hansı təəssürat yaratdı?” mövzusunda esse yazın. 
2. İşin icrasına ayrılan vaxt tamamlandıqdan sonra parta yoldaşınızla 
yazılarınızı  dəyişib oxuyun. Uğurlu saydıqlarınızı  və arzunuzu – 
nələri artırmağı və dəyişməyi lazım bildiyinizi qeyd edin. 
3. Təqdimatlar etməklə yazılardan nümunələri müzakirə edin.
 
 
Yığcam məruzə yazın: C.Məmmədquluzadənin Cənub mövzusunda 
əsərləri. 
 
 
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
• V dərs 
• EVDƏ İŞ 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə