22
(Zəhra bəyim qalxır ayağa, qoltuğundan bir bayaz çıxardır, gedir Məhəmmə-
dəlinin dalıyca: o da qulaq verməyib gedir. Zəhra bəyim yenə gəlib oturur yerində
və bayazı qoyur qoltuğuna. Səməd Vahid yazıya məşğul olduqda içəridən uşaq
ağlamağı eşidilir. Səməd Vahid, əlində qələm, durur gedir qapıya tərəf və hirsli.)
S ə m ə d V a h i d. Çocuq ağlamasın, bən şer yazıyorum
(gəlib oturur yerində və
Rüstəm bəyə.) Dadaş, ədəbiyyatdan lazımsa, nümunə olaraq bir şer deyim, yaz lüğətə.
R ü s t ə m b ə y. Nə eybi var. Amma bu şərt ilə açıq olsun. Yoxsa, doğrusu,
mən sənin dilini qanmıram.
S ə m ə d V a h i d
(kağızlarını əlləşdirir və bir yerdən şairanə oxuyur):
Ənzari-şəbabımda pədidar olan, ey zill!
Ey zilli-tüluat, oluyorsun yenə peyda!
R ü s t ə m b ə y
(“eh” eləyib çönüb gedir öz stoluna tərəf). O
dili mən özüm
qanıram ki, lüğətə də yazam?
S ə m ə d V a h i d
(durur ayağa və kağızlarını yığışdırır ki, getsin). Dadaş,
mən söylədiyim “Faust”dan türk dilinə tərcümədir. Bizim müəllimlər bunu indi
bu saat məktəblərimizdə balaca çocuqlara öyrədiyorlar. Sən ki bunu qanmıyor-
san, sənayei-nəfisədən bibəhrə olmağını müşahidə ediyorsın, zənnindəyim,
əfəndim.
(Səməd Vahid acıqlı, kağızı qəfəsənin içinə atıb, durur gedir. Rüstəm
bəy təəccüblü baxır onun dalıyca.)
Z ə h r a b ə y i m
(durur ayağa, bayazını qoltuğundan çıxardır və Səməd
Vahidin dalıyca). Bala, bir dayan! Bala, bir dayan. Səməd bala, bir dayan!
(Rüstəm bəy də kağızlarını yığışdırır və acıqlı, hazırlaşır çıxıb getməyə. İndi də
Zəhra bəyim bayazını buna tərəf tutub yalvarır.) Rüstəm, Rüstəm, ayaqlarının
altında ölüm! Bir dayan! Bala, bir dayan, bir bu kitaba bax.
R ü s t ə m b ə y
(acıqlı). Eh, ana, sən Allah, əl çək!
(Rüstəm bəy də çıxıb gedir. Zəhra bəyim qalır ortalıqda tək, əlində kitab.)
1. Əsərdən müstəqil oxuduğunuz ikinci və üçüncü
məclisləri nəzərdən
keçirin.
2.
Hər iki məclisdə ifadə olunmuş mühüm fikirləri müəyyənləşdirməyə
çalışın.
3.
Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
4.
Mənasını aydınlaşdırdığınız sözlərin (beşdən az olmayaraq) alınma,
yaxud dilimizə aid olduğunu əsaslandırın.
Tanış olmayan
sözlər
Mənası
Öz sözümüzdür
Alınma sözdür
5.
Daha maraqlı hesab etdiyiniz məcazları yazın.
Maraqlı hesab etdiyim məcazlar
və onların növü
Bu məcazları maraqlı hesab
etməyimə səbəb nədir?
6. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
• EVDƏ İŞ
LAYİHƏ
23
•
Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü
•
•
MƏZMUN
ÜZRƏ İŞ
1. Tapşırığı fərdi olaraq yerinə yetirin: İkinci və üçüncü məclislərdə
ifadə olunmuş mühüm fikirləri müəyyənləşdirib cədvəldə qeyd edin.
İkinci məclisdəki başlıca
fikirlər
Üçüncü məclisdəki başlıca fikirlər
2.
Parta yoldaşınızla birlikdə suallara cavab hazırlayın:
a)
Cəmiyyəti-xeyriyyənin iclasında ilk mübahisəyə səbəb nə olur? Bu
mübahisədə hansı tərəfin mövqeyini müdafiə edərdiniz?
b)
İclasın gündəliyinə daxil edilmiş məsələlər hansılardır, onları
əhəmiyyətli saymaq olarmı?
c)
Cəmiyyətin illik hesabatı barədə nə danışılır, icra olunmuş işlər,
sizcə, faydalıdırmı?
d)
Məktəb proqramı ilə bağlı məsələdə diqqətinizi çəkən nə oldu,
onun necə həll olunmasını istərdiniz?
e)
Ehtiyacı olan, aclıq çəkən insanların ərizəsi ilə bağlı məsələnin
müzakirəsi nə ilə nəticələndi, siz problemin necə həll olunmasını
ədalətli sayardınız?
f)
Senzorun qardaşlarla bağlı ittihamları və gəldiyi nəticə sizdə
hansı qənaətin yaranmasına səbəb oldu?
g) Oxuduğunuz məclislər hansı mənəvi dəyərlər barədə danışmağa
imkan verir?
3.
Kiçik qruplarda birləşib qənaətlərinizi bölüşün, fikirlərinizi də-
qiqləşdirib ümumiləşdirin.
4.
Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
5.
Məclislərin birindən seçdiyiniz hissənin məzmununu iki formada –
yığcam və yaradıcı danışmağı öyrənin, nümunələri dinləyib onlara
münasibət bildirin.
1. Əsərin ardını – dördüncü məclisi nəzərdən keçirin.
2.
Qardaşlar haqqındakı ilkin təəssüratınızı “xarakterlər xəritəsi”ndə
qeyd edin. Əsərdən nümunələr göstərməyi unutmayın.
3.
Tanış olmayan sözləri müəyyənləşdirin, daha maraqlı hesab etdiyiniz
məcazları yazın.
4.
Mənasını aydınlaşdırdığınız sözlərin (beşdən az olmayaraq) alınma,
yaxud dilimizə aid olduğunu əsaslandırın.
Tanış olmayan sözlər
Mənası
Öz sözümüzdür
Alınma sözdür
5. Bu məclis hansı mənəvi dəyərlər barədə danışmağa imkan verir?
6. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
• II dərs
• EVDƏ İŞ
...
nitqi
...
başqalarına
münasibəti
...
xarakteri
...
əməlləri
Obrazın
adı
LAYİHƏ
24
•
TƏHLİL
ÜZRƏ İŞ
Mətni fərdi olaraq oxuyun, ardıcıllığa əməl etməklə tapşırığı yerinə
yetirin. Öncə tapşırıqla tanış olun.
1. Birinci mətnkənarı sualı və onun cavabı ilə bağlı hissənin
ilk cümlələ-
rini oxuyun. Düşünün: Mətn sizin üçün çətin deyil ki?
2. Mətndəki başlıca fikirləri oxuda anlamağa çalışın. Bunun üçün mətn-
kənarı sualların məqsədini, onlardan irəli gələn fərziyyələri müəy-
yənləşdirin.
3. Hər bir sualla bağlı hissənin oxusu başa çatdıqdan sonra onu necə an-
ladığınız barədə düşünün.
4. Oxu başa çatdıqdan sonra bütövlükdə mətndə əks olunmuş başlıca fi-
kirləri necə anladığınızı yoxlayın. Öyrəndiklərinizi fərziyyələrlə mü-
qayisə etməklə bunu aydınlaşdıra bilərsiniz. Lazım gələrsə, mətni
yenidən nəzərdən keçirin.
5. Vacib saydığınız fikirləri silinə bilən işarə ilə mətndə oxu zamanı qeyd
edin və gəldiyiniz nəticələri qısaca yazın.
6. Kiçik qruplarda birləşərək qənaətlərinizi bölüşün, təqdimatlar et-
məklə müzakirə aparın. Qardaşların
səciyyəvi xüsusiyyətlərini
“xarakterlər xəritəsi”ndə əks etdirin.
İyirminci yüzilliyin əvvəllərində Azərbaycanda
yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət və-
tənpərvər yazıçını dərindən düşündürürdü.
“
Xalqın və ölkənin qarşılaşdığı problemləri necə
həll etmək olar? Çıxış yolu nədədir?” qəbildən
suallara C.Məmmədquluzadə həm publisistik, həm də bədii əsərlərində cavab
verməyə çalışır, müasirlərinin diqqətini taleyüklü məsələlərə cəlb edirdi. “Anamın
kitabı”nda (1920) məhz belə bir ziddiyyətli dövrün
problemləri təsvir edilmişdir.
Araşdırma əsərin mövzusu barədə dolğun cavabın hazırlanmasına imkan yarada-
caqdır.
İdeyaca zəngin olan “Anamın kitabı” tragiko-
mediyası bədii həlli verilən problemlərin çoxluğu
ilə də fərqlənir: xalqa yadlaşmış ziyalıların məslək
ayrılığı, soykökündən uzaqlaşmağın acınacaqlı nə-
ticələri, milli müstəqillik və milli birliyin vacib olması və s.
Bütün bunlar, eləcə də digər
ciddi problemlər əsərdə real, təbii səhnələr, orijinal
bədii vasitələrlə təqdim edilmişdir. Qardaşların yaşadıqları evdə baş verənlər,
cəmiyyəti-xeyriyyənin iclasındakı danışıqlar, eləcə də digər təsvirlər əsərdə qal-
dırılmış problemləri hərtərəfli əks etdirir.
Əsərin maraqla oxunmasının bir səbəbi də konfliktin çoxcəhətli olması və real
həyati hadisələrlə səsləşməsidir. Əsərdə obrazların arasında baş verən
konflikt
mövcud cəmiyyətdəki prosesləri əks etdirir. Təhsil aldıqları ölkələrin düşüncə,
davranış tərzini, dilini mənimsəyən qardaşlar nəinki vətənləri, həm də doğma
adamları və bir-biri üçün yad adama çevrilmişlər.
Qardaşların düşüncəsinə hakim kəsilən yad əqidə onlar üçün milli birlik və
vətənpərvərlik anlayışının üstündən qələm çəkmişdir.
Yüz illər boyu yaşadılan, bütün dövr və za-
manlarda qorunub saxlanan bir
çox milli-mənəvi
dəyərlərə etinasız münasibət əsərdə kəskin tən-
qid edilmişdir. Məsələn, milli-mənəvi
dəyərlər-
dən üz çevirməyin ailə münasibətlərində doğurduğu acı nəticələr əsərdə daha
qabarıq əks etdirilmişdir. Milli-mənəvi dəyərlərə laqeydliyin yaratdığı fəsadları
• III dərs
Əsər hansı mövzuda yazılmışdır?
Yazıçının bu mövzuya müraciət
etməsinə səbəb nə olmuşdur?
Əsərdə qaldırılmış problemlər və
konflikt üçün özəl olan cəhətlər
hansılardır?
Tragikomediyada hansı milli-mənəvi
dəyərlər ön plana çəkilmişdir?
LAYİHƏ