Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə10/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   83

 
 
25 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

tragikomediyanın
 
bütün epizodlarında ardıcıl müşahidə etmək mümkündür. 
Bunları  əsərə yenidən müraciət etmək və  mənbələr üzrə araşdırmalar aparmaqla 
ətraflı aydınlaşdırmaq mümkündür. 
Əsərdəki bütün obrazlar elə ustalıqla yaradıl-
mışdır ki, oxucu-tamaşaçı onların hər biri haq-
qında aydın təsəvvür qazana bilir. “Məslək ayrı 
qardaş”ların – Rüstəm bəy, Mirzə Məhəmmədəli 
və  Səməd Vahidin obrazlarının yaradılmasına 
isə yazıçı xüsusi diqqət yetirmişdir. Bu, əsərin ideyasının bütün incəliklərinə 
qədər aydın başa düşülməsi niyyətindən irəli gəlmişdir. Qardaşlar vətənsevər 
ataları Əbdüləzim bəyin arzusuna uyğun olaraq ali təhsil almışlar. Böyük qardaş 
Rüstəm bəy Rusiyada, ortancıl qardaş Mirzə Məhəmmədəli İranda, kiçik qardaş 
Səməd Vahid isə Türkiyədə oxumuşdur. Lakin qardaşlar vətənlərinə fayda verə 
bilən elm-bilik sahibi, kamil mütəxəssis kimi qayıtmamışlar. Onların hər biri 
doğma yurdlarına təhsil aldıqları ölkənin mənafeyinə uyğun əqidə ilə dönmüş-
lər. Bu, qardaşlar üçün ortaq cəhətdir. Rüstəm bəy zahirən təmkinli, demokrat 
fikirli adam təsiri bağışlayır. Lakin bunun zahiri, aldadıcı olduğu çox tez aşkara 
çıxır. Mirzə  Məhəmmədəli xasiyyətcə daha tünd olduğu kimi, qatı mühafi-
zəkarlığı, kobudluğu ilə də seçilir. Səməd Vahid həlimtəbiətli adam təsiri bağış-
lasa da, yersiz inadkarlıqda qardaşlarından heç də geridə qalmır. Yad ölkələrin 
dili və əqidəsinə üstünlük  vermələri  və həmin istiqamətdə fəaliyyət göstərmələri  
bir ailənin övladlarını ayrı salmışdır. 
Senzor  Mirzə  Cəfərin müstəqil Azərbaycan hökuməti ideyası ilə bağlı çar 
hakimiyyətinin narahatlığını ifadə edən sözləri ölkədəki mürəkkəb ictimai-si-
yasi vəziyyət, həlli vacib olan məsələlər barədə aydın təsəvvür yaradır. Belə bir 
dövrdə qardaşların çürük əqidə ilə yaşaması, mənasız “fəaliyyəti” acı  təəssüf 
hissi oyadır. 
Mənbələr üzrə qazanılmış biliklər əsasında mətnə yenidən müraciət etməklə 
bu obrazları daha ətraflı təhlil etmək mümkündür. 
 
 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız 
məlumatlar əsasında zənginləşdirin və tamamlayın.  
Məlumatın əldə
edildiyi mənbə 
Məlumatın məzmunu və aid olduğu 
mətnkənarı sual 
2.
  Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə etməyə 
çalışın: 
a)
  Əsərdə təsvir olunanlarla səsləşən real hadisələri yazıçı harada 
və hansı illərdə müşahidə edə bilərdi? 
b) Tragikomediyada diqqət mərkəzinə çəkilmiş problemlərdən han-
sılar bu gün də aktual sayıla bilər? Cavabları qısaca olaraq sxem-
də yazın.
 
 
 
 
 
 
 
3. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
 
• EVDƏ İŞ 
“Anamın kitabı” 
əsərində 
qaldırılan
problemlər
...
Onlardan 
hansılar bu gün 
də aktual
sayıla bilər?
...
Günümüzdə bu 
problemlərin 
yaranmasına səbəb 
nə ola bilər? 
...
Bu problemləri 
aradan necə 
qaldırmaq olar?
...
Qardaşların xarakter və əməlləri 
üçün mühüm olanlar nədir? On-
ların oxşar və fərqli cəhətləri 
hansılardır?     
  LAYİHƏ


 
26 
 
1. C.Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. I cild, Bakı: Öndər, 2004, səh. 
20-22. 
2. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.
 
 
• 
TƏHLİL  
ÜZRƏ İŞ
 
Aşağıdakı qaydalara əməl etməklə mətnin üzərində işləyin. 
1.
  Üç kiçik qrup yaradılır (şagirdlərin sayı çox olarsa, bir sualın üzərində iki 
qrup da işləyə bilər), qrup üzvləri növbə ilə aşağıdakı işləri yerinə yetirir: 
a)
  İlk mətnkənarı sualın cavabını bir nəfər ucadan və aydın şəkildə oxu-
yur. 
b)
  Mətndəki əsas fikirləri ümumiləşdirərək bir-iki cümlə ilə söyləyir. 
c)
  Mətnə aid bir neçə sual verir. Cavablandırmada qrup üzvləri ilə 
yanaşı, bütün sinif iştirak edir. 
d)
  Səthi qavranılmış çətin məqamlara aydınlıq gətirməyə çalışır. 
e)
  Mətni hansı  əlavələrlə  zənginləşdirməyin lazım olması barədə 
fikirlərini bildirir.  
Digər mətnkənarı sualların cavabları  da  bu  qayda  ilə oxunduqdan 
sonra kiçik qrupların təqdimatları  əsasında fikir mübadiləsi və mü-
zakirə aparılır.
 
 
Əsərdəki  Zəhra bəyim ana obrazı oxucunun 
diqqətini dərhal cəlb edir. Ailədə nüfuz və söz 
sahibi kimi qəbul edilməli olan ana oğulları ilə 
ehtiyatlı davranmağa məcburdur. Ailə ilə bağlı ən vacib sözü belə deməyə gün-
lərlə imkan tapmayan ana ətrafında baş verənləri yaxşı duyur. Övladlarının 
davranışı  və tutduqları yanlış yol Zəhra bəyim ananın rahatlığını  əlindən al-
mışdır. Ərinin vəsiyyətini dönə-dönə oxuyan ana yaxşı bilir ki, qardaşlar sonda 
peşman olub vicdan əzabı  çəkəcəklər. O, son nəfəsinə kimi övladlarını milli-
mənəvi birliyə  səsləyir. Ailənin düşdüyü çıxılmaz vəziyyəti vaxtında dəyər-
ləndirməsi, qızı 
 
Gülbaharla bağlı düşüncələri ananın uzaqgörən olduğunu 
deməyə əsas verir.  
Gülbahar ailədə sonbeşikdir, ağıllı və həssasdır, anasını üzən dərdi, atasının 
vəsiyyətində deyilənləri dərindən anlayır. Başa düşür ki, qardaşları doğru yol 
seçməyiblər. Qardaşlarının və onların ardıcıllarının – Aslan bəy, Mirzə Bəxşəli
Hüseyn Şahidin əqidəsi, fəaliyyəti Gülbahar üçün yad və qəbuledilməzdir. Ço-
banların danışığı, söhbəti isə ona doğmadır; bu onun xalqına, vətəninə bağlılıq-
dan, məhəbbətdən irəli gəlir.  
Gülbaharın sualı dərin rəmzi məna daşıyır: “... adamlar niyə hərə bir yana 
gedir?.. Niyə hamısı bir yerə getmir, niyə  hərə bir tərəfə gedir?” Hərəsi “bir 
yana gedən” qardaşlarının mənasız  kitablarını yandırmaqla Gülbahar cəsarətli 
addım atır: onların əqidələrinin və tutduqları yolun puç olduğunu üzlərinə de-
yir. 
Aslan bəy, Teymur bəy, senzor Mirzə Cəfər, Zivər xanım, Qənbər, Qurban, Zaman 
və digər obrazlar əsərdə az görünsələr də, fərdi xüsusiyyətləri, danışıq və əməlləri 
ilə  dərhal seçilir, bir-birindən fərqlənirlər.  Əsərdəki səhnələr obrazları müqayisə 
etməyə geniş imkan verir. Cəmiyyəti-xeyriyyənin iclasında ərizələri rədd edilən ac 
• 
MƏNBƏLƏR
• IV dərs 
Əsərdəki digər obrazlar hansı 
cəhətləri ilə diqqəti cəlb edir? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə