Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə12/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   83

 
 
29 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

 
 
 
 
 
 
 
 
 
 
 
MİRZƏ ƏLƏKBƏR
 
SABİRİN HƏYATI,  
YARADICILIQ YOLU
 
 
 

ARAŞDIRMAYA 
HAZIRLAŞIN 
 
1. M.Ə.Sabir haqqında bildiklərinizi yada salıb yığcam müzakirə aparın. 
2.
  Mətni fərdi olaraq oxuyun, məlumatları aşağıdakı işarələrlə nişan-
layıb qruplaşdırın: 
+
  tanış olan məlumatlar; 
 
əvvəl öyrənilmiş bilik və məlumatlara zidd olanlar; 
 !  
maraqlı və yeni olan məlumatlar; 

açıqlanmasına, daha əhatəli öyrənilməsinə ehtiyac duyulan  
məlumatlar. 
3.
  Gəldiyiniz nəticəni aşağıdakı cədvəldə qısaca yazın. 
+
!

 Bilirdim
Bildiklərimə 
ziddir 
Mənim üçün 
yeni və maraqlı 
məlumatdır 
Bu barədə daha 
çox bilmək istəyi-
rəm  
 
4.
  Kiçik qruplarda birləşərək fikir mübadiləsi və müzakirə aparın. 
 
 
Qədim mədəniyyət beşiyi olan Şamaxıda xırda 
ticarətlə  məşğul olan Zeynalabdinin ailəsində 
dünyaya göz açan Ələkbər səkkiz yaşında molla-
xanaya qoyulmuşdur. Üç ilə  qədər burada oxu-
yan  Ələkbər on iki yaşına çatanda Seyid Əzim 
Şirvaninin yeni üsullu məktəbində  təhsilini da-
vam etdirmişdir. Müəllim yeni şagirdinin həssas, diqqətli və istedadlı olduğunu 
dərhal duymuş, ona xüsusi qayğı ilə yanaşmışdır. 
 Oğlunu tacir görməyi arzulayan ata onu təhsildən ayırıb yanında – dükanda 
işləməyə məcbur edir. Bir gözü şeirlərini yazdığı dəftərdə olan Ələkbəri ticarət 
işi qətiyyən maraqlandırmırdı... 
 
Azərbaycan ədəbiyyatında yeni bir cığır açan Sabir əfən-
di millətdən ötrü çalışırdı. O gördüyü tənədən, yağış 
kimi üstünə yağan töhmətdən  əsla geri dönməyib öz 
məsləkində  əzmlə davam etdi və sevgili millətinə xid-
mətdən bir an qafil olmadı.  
Sabir  əfəndi köhnə  şeirlə yeni şeir arasında bir əsrlik 
uçurum yaratdı. 
 
Abbas Səhhət 
 
 
 
 
Mirzə Ələkbər Sabir 
(1862–1911)
 
Sabirin uşaqlığı, gəncliyi və yara-
dıcılığının ilk dövrü hansı məqam-
ları ilə diqqəti daha çox çəkir?
 
  LAYİHƏ


 
30 
 
Səyahətə çıxan Ələkbər bir sıra Şərq ölkələrinin həyatı ilə tanış olur. Bu, dün-
yagörüşünün inkişafında əhəmiyyətli rol oynadığı kimi, gələcək yaradıcılığına 
da təsirsiz ötüşmür. O, atasının ölüm xəbərini eşidib vətənə dönür. Bir müddət 
sonra ailə quran Ələkbər böyük bir külfətin yaşayışını  təmin etməli olur. O, 
sabun bişirib satmaqla ailənin ehtiyaclarını ödəməyə çalışır. 
İlk  şeirlərini çox erkən yazan Sabir bədii yaradıcılıqla XIX yüzilliyin son-
larında ardıcıl məşğul olmağa başlamışdır. Klassiklərimizi,  Şərq  ədəbiyyatını 
dərindən öyrənən şair ilk lirik şeirlərini ənənəvi mövzu və janrlarda yazmışdır. 
Qəzəl, mərsiyə, qitə və rübailəri istedadı barədə təsəvvür yaratsa da, o, sələflə-
rindən ciddi şəkildə fərqlənmirdi. Qəzəllərini daha çox məhəbbət mövzusunda 
yazan  şair  ənənəvi yanaşmadan  əksər hallarda kənara çıxmır,  əsasən, məlum 
təsvir və ifadə vasitələrindən istifadə edirdi. Onun lirik qəhrəmanı da sələfləri 
kimi saf məhəbbətlə sevən  səmimi aşiqdir: 
Xahişin tərki-dilü can idi, mən həm etdim, 
Söylə, ey yar, görüm şimdi nə fərmanın var? 
Sədaqətli aşiq eşq üzündən düşdüyü dərdə  dərmanın tapılmamasını arzu-
layır:  
Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən, təbib! 
Eylə bir tədbir kim, bu dərdə dərman olmasın! 
Lakin elə həmin dövrdə artıq gənc şairdə zəmanəsinin eyiblərinə kəskin tənqidi 
münasibət yaranmışdı.  Ədalətsizlik, mədəni gerilik və bunların acı  nəticələri 
onun pak qəlbində qarşısıalınmaz narazılıq dalğası yaratmışdı. Bunun nə vaxtsa 
üzə çıxacağı, özünə münasib ifadə forması tapacağı şübhəsiz idi. 
Zaman ötdükcə M.Ə.Sabirin lirikası ictimai 
məzmun qazanır. İndi onun lirik qəhrəmanı hə-
yatdakı eyibləri, ziddiyyətləri dərindən duyan, 
bununla barışmayan, mübarizə yolunu üstün 
tutan vətəndaşdır.  
Şairin ictimai mövzuda olan lirik şeirləri üçün ortaq cəhətlər çoxdur. Mə-
sələn, “Səttarxana”  şeirində ifadə olunmuş azadlıq ideyaları  əldə silah milli 
azadlıq uğrunda ölüm-dirim savaşına girən qəhrəmanların idealları ilə yaxından 
səsləşir. 
Sabirin əsl istedadının üzə çıxmasına, satirik şeirimizin ən qüdrətli yaradıcısı 
kimi tanınmasına imkan yaradan şərait yetişdi. Çar Rusiyasının zəifləməsi, im-
periyanı inqilab dalğasının bürüməsi milli ucqarlarda da azadlıq ideyalarının güc-
lənməsinə, etiraz və çıxışların artmasına səbəb oldu. Siyasi iqlimin 1905-ci ildən 
başlayaraq yumşalması demokratik meyilli qəzet və jurnalların çapına yol açdı. 
Milli mətbuatımızın tarixində böyük hadisə baş verdi – “Molla Nəsrəddin” jurnalı 
işıq üzü gördü. Sabir illər uzunu qəlbində yığılıb qalan ictimai dərdləri, fikrini, 
düşüncəsini daim məşğul edən taleyüklü problemləri dilinə gətirmək, insanlara 
çatdırmaq imkanı qazandı. Çox az bir müddətdə – 1906–1911-ci illərdə onun 
jurnalda çap olunmuş bir-birindən kəskin satirik şeirləri ölkənin hüdudlarından 
çox-çox uzaqlarda da böyük maraqla qarşılandı, insanları mühüm mətləblərdən 
agah etdi, müəllifə böyük şöhrət gətirdi. Lakin şairin  şəxsi həyatında ciddi 
problemlər vardı. Artıq sabun bişirib satmaqla ailəni saxlamaq mümkün deyildi. 
1907-ci ildə Bakı şəhərinə gələn şair bir müddət “İrşad” qəzetinin redaksiyasında 
çalışır. 1908-ci ildə isə ana dili və şəriət müəllimi olmaq üçün imtahan verir, az 
sonra diplom alır. Şamaxıda açdığı “Ümid məktəbi”ndə böyük həvəslə işə başlasa 
Şairin həyatının, yaradıcılığının 
sonrakı dövrləri üçün daha önəmli 
olanlar hansılardır? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə