Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə15/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   83

 
36 
 
 
Satira məzmununa uyğun bəhrdə – əruzun həzəc bəhrində yazılmasıdır. Mə-
lumdur ki, “həzəc” sözünün bir mənası da “aramla oxumaq” anlamındadır. 
“Neylərdin, ilahi?!” aramla, təmkinlə oxunur. Bu isə ideya-məzmunun başa 
düşülməsinə əhəmiyyətli dərəcədə təsir edir. 
Aşağıdakı cədvəl şeirin ahənginin başa düşülməsini və ifadəli oxusunu asan-
laşdırır. 
 
       məfUlü 
         məfAİlü
        məfAİlü
fəUlün 
Daş qəlbli 
Bizdə bu 
insanları 
soyuq qanları 
neylərdin,
neylərdin, 
ilahi?! 
ilahi?! 
 
 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
1.Sinifdə öyrəndiklərinizi mənbələrdən topladığınız məlumat  əsasında 
zənginləşdirin və tamamlayın.             
Məlumatın əldə edildiyi 
mənbə 
Məlumatın məzmunu və aid olduğu 
mətnkənarı sual 
2. Araşdırma apararkən aşağıdakı sual və tapşırıqlara xüsusi diqqət ye-
tirin: 
a)
 Şeirdə  tənqid hədəflərinin müxtəlif olmasına səbəb, sizcə, nədir? 
Şair nə üçün məhz onların üzərində dayanmışdır? 
b)
 Əsər hansı mənəvi dəyərlər haqqında daha geniş danışmağa imkan 
verir?  
c)
 Məcazların obrazlılığın, bədiiliyin artmasındakı rolunu nümunə-
lərlə əsaslandırın.                         
Əsərdə işlənmiş 
məcazlar 
Obrazlılığın, bədiiliyin artmasında onların 
rolunu təsdiq edən nümunələr 
3. Mövzulardan birini seçib işləyin:  
a) “Sabir satiralarının tənqid hədəfləri” mövzusunda yığcam məqalə 
yazın. 
 
b) “Sabirin yaradıcılığında qadın  əsarətinin tənqidi” mövzusunda 
məruzə mətni hazırlayın. 
 
 
 
1. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com. 
2. XX əsr Azərbaycan şeiri antologiyası (1905-1920-ci illər). Bakı: Şərq-Qərb, 
2005, səh. 6-8; 10-13.
 
 
 
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
  LAYİHƏ


 
 
37 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

 
 
1. XI sinif şagirdləri üçün elektron vəsait. edebiyyat.ucoz.com. 
2. XX əsr Azərbaycan şeiri antologiyası (1905-1920-ci illər). Bakı: “Şərq-Qərb”, 
2005, səh.6-8, 10-13.
 
 
 
 
 
 
 
 
 
 
HÜSEYN CAVİDİN HƏYATI,  
YARADICILIQ YOLU 
 
 

ARAŞDIRMAYA 
HAZIRLAŞIN 
 
1. H.Cavidin həyatı, yaradıcılığı və yaşadığı dövrlə bağlı nə bilirsiniz?  
Ədəbiyyat, tarix, coğrafiya dərslərində qazandığınız bilikləri xa-
tırlayın, yığcam müzakirə aparın. 
2.
  BİBÖ cədvəlinin “Bilirik” və “Bilmək istəyirik” sütunlarında  mü-
vafiq qeydlər edin.  
Bilirik
Bilmək istəyirik
Öyrəndik
 
3. Kiçik qruplar yaradaraq aşağıdakı tapşırıqları yerinə yetirin: 
1.
  Mətnkənarı suallarla bağlı cavabları oxuyun, məzmununu ümu-
miləşdirib bir neçə cümlə ilə yazın. 
Mətnkənarı suallar
Onların ümumiləşdirilmiş cavabı 
2.
 Digər qruplara vermək üçün mətnlə bağlı bir neçə sual  
müəyyənləşdirin. 
Müəyyənləşdirilmiş suallar
Onların cavabı 
3. 
Təqdimatlar etməklə  gəldiyiniz nəticələrlə bağlı  məlumat müba-
diləsi və müzakirə aparın. Aşağıdakı fikirlərə münasibət bildirin.  
– Hüseyn Cavidin bütün yaradıcılığı ümumbəşəri məsələlərə  həsr 
edilmişdir. O, məişət təsvirçisi deyil, o, filosof şairdir. (Əziz Şərif) 
– Hüseyn Cavidin həyatın mənasını, insanın mənəvi-ruhi aləmini 
daim pak və gözəl görməyi arzulaması qüdrətli insan idealının real 
aləmdəki fənalıqlara qələbə çalacağına bəslədiyi tükənməz inamı-
nı ifadə edir. (Məsud Əlioğlu) 
4. BİBÖ cədvəlinin “Öyrəndik” sütununda müvafiq qeydlər edin. 
• 
MƏNBƏLƏR
 
 
Hüseyn Cavid nə sələflərinə, nə də xələflərinə bən-
zəyir. Onun sənətdə öz səsi, öz nəfəsi, öz dəsti-xətti 
vardır. Poeziyada da, dramaturgiyada da nə yaz-
mışdırsa, öz vicdanının pıçıltısı ilə yazmışdır. Bü-
tün yaradıcılığı boyu Cavid nəyi tərənnüm etmiş, 
nəyi axtarmışdır? Qoy bu suala yazıçının özü cavab 
versin: “Əsiri olduğum  bir şey varsa, o da həqiqət
yenə həqiqətdir”. 
Abbas Zamanov 
 
 
 
 
Hüseyn Cavid 
(1882–1941)
 
  LAYİHƏ


 
38 
 
Hüseyn Molla Abdulla oğlu Rasizadə Naxçı-
vanda anadan olmuşdur. O, əvvəlcə mollaxanada 
ərəb-fars dillərini öyrənmiş, Şərq tarixi və ədə-
biyyatına dair ilkin biliklər əldə etmişdir. Sonra 
Naxçıvanda açılan yeni tipli “Tərbiyə” məktəbində təhsil alan  H.Cavid burada 
dünyəvi elmlərə yiyələnmiş,  məktəbin müdiri, tanınmış şair Məhəmməd Tağı 
Sidqinin təsiri ilə ilk şeirlərini yazmışdır. Gənc Cavid 1898–1903-cü illərdə 
Cənubi Azərbaycanda yaşamış, Təbrizdəki “Talibiyyə” məktəbində  təhsilini 
davam etdirmişdir.  
 1906–1909-cu  illərdə  İstanbul Universitetində  təhsil alan Cavidin dünya-
görüşünün inkişafında  görkəmli türk şairlərinin yaradıcılığı böyük rol oyna-
mışdır. Tələbə ikən “İrşad” qəzetində “Növhə”, “Füyuzat” dərgisində isə “Bir 
ahi-məzlumanə”  əsərləri çap olunmuşdur. O, universiteti  bitirdikdən sonra 
Naxçıvana qayıdaraq müəllimliklə  məşğul olmuş, lirik şeirlər, “Ana” pyesini 
yazmışdır. 1911-ci ildən etibarən H.Cavid ədəbi-pedaqoji fəaliyyətini Tiflisdə 
davam etdirmiş, burada “Keçmiş günlər” adlı ilk şeir kitabını  (1913) nəşr 
etdirmişdir.  
       O, 1918–1919-cu illərdə Naxçıvanda “Rüşdiyyə” məktəbində dərs demişdir. 
Bu dövrdə “Bahar şəbnəmləri” şeirlər kitabının çap olunması, “İblis” və “Uçu-
rum” faciələrinin yazılması, “İblis”in tamaşaya qoyulması  ədibin böyük sənət 
uğurları idi. 
Azərbaycanda sovet hakimiyyətinin qurul-
masından sonra müəllim kimi fəaliyyət göstərən 
H.Cavidin dram əsərlərinin nəşri, müvəffəqiy-
yətlə tamaşaya qoyulması ona böyük şöhrət qa-
zandırmışdır. Bütün bunlar Cavidin nüfuzunu 
artırmaqla bərabər, sənətinə və şəxsiyyətinə paxıllıqla yanaşanların da meydana 
çıxmasına səbəb olmuş, dövri mətbuatda ədib haqqında haqsız tənqidi məqalələr 
çap olunmuşdur. Əsərlərinə ədəbi məhkəmələr qurulmuş, üzvü olduğu Yazıçılar 
İttifaqının yığıncaqlarında o, “burjua yazıçısı”, “müasir həyatı əks etdirməyən” 
sənətkar kimi tənqid olunmuşdur. Bütün bunların nəticəsində H.Cavid 1937-ci 
ilin iyun ayında günahsız yerə həbs olunmuş, 1941-ci ildə Sibirdə həbs düşərgə-
sində  vəfat etmişdir.  Ədibə 1956-cı ildə  bəraət verilmişdir. Ümummilli lider 
Heydər Əliyevin təşəbbüsü və köməyi ilə H.Cavidin cənazəsi 1982-ci ildə Sibir-
dən vətənə gətirilmiş, Naxçıvanda torpağa tapşırılmışdır. 
H.Cavid həm  əruz, həm də heca vəznində 
şeirlər yazmışdır. Humanist, işıqlı duyğular, 
nəcib amalla yaşayıb-yaradan H.Cavid “Mənim 
tanrım gözəllikdir, sevgidir” deyirdi. Bu qayə 
onun poema və dram əsərləri ilə yanaşı, təsirli 
fəlsəfi-lirik şeirlərində də öz əksini tapmışdır. Sənətkarın “Çoban türküsü”, “İlk 
bahar” kimi şeirləri nikbinliyi, xeyirxahlığı, insana məhəbbət ruhu, yüksək 
sənətkarlığı ilə seçilir. “Qız məktəbində” şeiri təkcə ədibin yaradıcılığında deyil, 
ümumən poeziyamızda  süjetli lirikanın mükəmməl nümunələrindən sayılır. 
Üsyankar ruhda yazılmış “Qadın”  şeirində  şair onu daim düşündürən ictimai 
Yazıçının həyat və yaradıcılığında   
İstanbul, Tiflis  və Naxçıvan ədəbi 
mühitlərinin hansı rolu olmuşdur?
Sənətkarın poeziyasını səciyyələn-
dirən  başlıca  xüsusiyyətlər  hansı-
lardır? 
Hüseyn  Cavidin  sovet  dövründəki  
fəaliyyəti hansı cəhətləri ilə səciy-
yələnir? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə