Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   22   23   24   25   26   27   28   29   ...   70

_______________ Milli Kitabxana _______________ 
105 
 
Allahın iznilə tez başa gələr. 
Hələlik dayanıb bir az səbr edin. 
Hələlik vədəylə şadlanıb gedin. 
Taki gül qonçası açsın bu taqda, 
Tikanlar çürüsün bu gözəl bağda. 
Qızıl boyunbağı taxıb boynuna, 
Verərik, sizinki olar bu sona". 
Bunu Ibn-Səlam eşidən zaman 
Bilmədi neyləsin o şadlığından. 
Çapdı öz yurduna atını o dəm, 
Silindi könlündən qüssə ilə qəm.  
 
NOFƏLİN MƏCNUNLA TANIŞ OLMASI 
 
Leyli çadırdaydı, o gizlənmiş ay 
Pərdədə qalmaqdan olmuşdu rüsvay. 
Açılmışdı onun abır pərdəsi, 
"Leyli" çağırırdı hər neyin səsi. 
O, ağıza, dilə dastan olmuşdu, 
Ətir çəkənlərə reyhan olmuşdu. 
Aşiqlər zikriydi o gözəl dilbər, 
Dəfində çalırdı onu mütrüblər. 
Qıvrılıb qalmışdı öz zülfü kimi, 
Nə yuxusu vardı, nə də həmdəmi. 
Didərgin Məcnun da atıb elləri, 
Sərgərdan gəzirdi vəhşi çölləri. 
Vəhşilər yanınca yazıq qoşaraq, 
Gəzərdi çölləri qayəsiz, çılpaq. 
Güclə tərpənirdi zəif bədəni, 
Min dərdlə oxurdu o bir nəğməni. 
Vüqarı qılmadı yerlərə səcdə, 
Yenə baş götürüb yollandı Nəcdə. 
Eşqin tikanına ayaq döyərdi
Torpaq sovurardı ah olmuş dərdi. 
Aşiqlər görəndə onun yasını, 
Didib parçalardı öz libasını. 


_______________ Milli Kitabxana _______________ 
106 
 
O yerdə mehriban, olduqca qoçaq, 
Dəmir kimi möhkəm, mum kimi yumşaq, 
Nofəl adlanılan bir igid vardı, 
Ərəblər önündə boyun burardı. 
Qılıncla ordular basardı o ər, 
Lütfü bir maraldı, hirsi şiri-nər. 
Ordu sahibiydi, əzəmətliydi,  
O çox xəzinəli, çox dövlətliydi. 
Bir gün güvənərək öz qüvvətinə, 
Şikara çıxmışdı o yerdə yenə. 
Qorxunc mağaralar arasında tək, 
Nofəl dolaşırdı şikar gəzərək. 
Ayağı qabarlı bir dərdli gördü
Onun hər tükündən qəm tökülürdü. 
O möhnət dustağı, o zəif çıraq 
Düşmənə kam idi, dostlardan uzaq. 
Insandan qaçmışdı o talei kəm, 
Vəhşilər olmuşdu Məcnuna həmdəm. 
Əqli uçurardı hər bir nəğməsi, 
Qəlbi parçalardı pərişan səsi. 
Məcnunun halından o tutdu xəbər, 
Başından keçəni tamam dedilər. 
Dedilər: "Bir qızın divanəsidir, 
Bir sövda şamının pərvanəsidir. 
Beytlər, nəğmələr deyir ürəkdən
Canan qoqusunu alır küləkdən. 
Yarın sorağını gətirəndə yel, 
Yüz qəzəl oxuyur ürəyi tel-tel. 
O yandan süzülüb gələn buluda 
Baxıb sinəsindən söz deyir bu da. 
Hər yerdən səfərə gəlib gedənlər 
Bu məzlum aşiqə baxıb bir qədər, 
Taam da, şərab da verirlər buna, 
Deyirlər bir işıq düşsün ruhuna, 
Min cəhddən sonra bir təhər keçir
Yarın sağlığına bircə cam içir. 


_______________ Milli Kitabxana _______________ 
107 
 
Bir budur dünyada fikri, diləyi, 
Leyliyə bağlıdır onun ürəyi". 
Məcnunun dərdini Nofəl eşitcək, 
Dedi: "Bu məqamda kişilik gərək! 
Əlimdən gələni göstərməliyəm, 
Yetsin muradına bu talei kəm. 
Mən ov arxasınca gəzirdim, ancaq, 
Bəh, bəh, rast gəldiyim şikara bir bax". 
Bu sözlər çıxınca onun dilindən, 
Düşdü yel qanadlı atın belindən. 
Sonra öz yanına çağırdı onu, 
Süfrəyə oturtdu eşqin oğlunu. 
Şirin əfsanələr danışıb əvvəl, 
Məcnunu mum kimi yumşaltdı Nofəl. 
Dostdan danışmayan bir söz dünyada 
Onca mənasızdı hikmət olsa da... 
Lakin, o gördü ki, bu cavan mərddir, 
Canansız yediyi, içdiyi dərddir. 
Nə cürə söhbətlər olsaydı, inan, 
Leyliydi aşiqin dilində hər an. 
O yolsuz divanə, o qırılmış saz 
Nofəli dinləyib yumşaldı bir az. 
Azacıq şadlanıb, qüssəsi keçdi. 
Onunla əyləndi, yedi və içdi. 
Xoşsifət görüncə müsahibini, 
Söhbətə girişib açdı qəlbini. 
Beyni tək qəlbi də qızışıb coşdu, 
Qənd kimi dadlı bir qəsidə qoşdu. 
Hər sözü, gülüşü canlı şerdi, 
Od kimi bədihə, qəzəl deyirdi. 
Nofəl o aşiqi çox şad eylədi
Xərabə könlünü abad eylədi. 
Dedi: "O çırağın həsrətiylə sən 
Şam kimi əriyib sönməyəcəksən. 
Qızıl qüvvətinə, qol qüvvətinə 
Səni çatdıraram öz niyyətinə. 
Quş olub havaya uçsa da o qız, 


_______________ Milli Kitabxana _______________ 
108 
 
Əlim boğazından tutacaq yalnız. 
Daşlar gizləsə də o qığılcımı, 
Daşlara çarparam bu qılıncımı. 
Sənə yar olmamış ay üzlü sənəm, 
Ondan kəməndimi çəkməyəcəyəm". 
Umudla açıldı Məcnunun üzü, 
Nofəlin önündə büküldü dizi. 
Dedi: "Könül açan bu vədəni siz 
Uydurub yalandan deməyirsiniz. 
Mən bir divanəyəm, o ev sonası, 
Onu divanəyə verməz anası. 
Küləyə verməzlər qızıl gülü, bil, 
Bir div balasına ay layiq deyil. 
O bizim tərəfə endirib gəlməz, 
O ay divanəylə dost ola bilməz. 
Nə qədər yudular bizim kömləyi, 
Yenə də olmadı suyun köməyi. 
Nə qədər ağ gümüş səpildi, ancaq, 
Bizim qara kilim ağarmadı, bax. 
Xeyir iş gəlsə də sənin əlindən
Qismətim deyildir, talesizəm mən. 
Bir qorxum budur ki, sən də doyasan, 
Sən də yarı yolda məni qoyasan. 
Bu şikar hədəfə gəlməzdən əvvəl 
Qorxuram, məni sən atasan, Nofəl! 
Qorxuram verdiyin böyük vədlər  
Axırda verməsin kiçik bir səmər. 
Sözünün üstündə dursan mərdana, 
Allah əvəzini yetirsin sana. 
Yalan deyirsənsə bu sözləri sən
Məni özbaşıma burax indidən, 
Taki öz peşəmi izləyim yenə, 
Özüm öz dərdimi gözləyim yenə". 
Nofəl bu nalədən pozuldu o dəm, 
Dedi: "Yox... köməyi tez etməliyəm". 
Gördü ki, o gəncdir, özü də qərib, 
Xəyalı azaddır, qəlbi müztərib. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə