Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   23   24   25   26   27   28   29   30   ...   70

_______________ Milli Kitabxana _______________ 
109 
 
Məcnuna bir yoldaş, bir qardaş oldu, 
Hal bilib, hal duyan bir sirdaş oldu. 
Əhd edib, əl açdı Nofəl dərgaha, 
Ən əvvəl and içdi böyük allaha, 
Sonra da and içdi peyğəmbərlərə, 
Əqli, iradəsi dedi bir kərə: 
"Bu vəfa yolunda qılınc çəkərək, 
Qurd deyil, aslan tək döyüşəm gərək. 
Bacarıb çatmasam bu xoş murada, 
Rahət gün görməyim bir də dünyada. 
Lakin xahişim var, bu sözümü tut, 
Divanə qalma, gəl bu dərdi unut. 
Azacıq sakit ol, döymə köksünə, 
Özünü toxtaq tut iki-üç günə. 
Gəl, odlu qəlbini kənara qoy sən, 
O dəmir qapını tez açaram mən". 
Içdi bu şərbəti bizim zavallı, 
Qurtuluş gözlədi sövda xəyallı. 
O artıq qaçmadı insandan bir də, 
And içib, əhd etdi durduğu yerdə. 
Səbr ilə bağlandı onun ayağı, 
Sanki su səpildi, söndü ocağı. 
Sığındı dostunun bu pənahına, 
Gedib ayaq basdı qərargahına. 
Hamama gedərək, paltar dəyişdi, 
Artıq aram olub şərab da içdi. 
Ərəb qaydasınca əmmamə qoydu, 
Musiqi dinlədi, şərabla doydu. 
Yarın camalını saldı yadına, 
Dediyi qəzəllər yetdi dadına. 
Dostuna yandıqca Nofəlin qəlbi, 
Başına dürr səpdi bulutlar kimi. 
O yedi, dincəldi, əynində libas, 
Artıq gözəlləşdi siması bir az. 
Saralmış rənginə qızartı gəldi, 
Yay kimi bükülmüş qəddi düzəldi. 
Yenə şəvə kimi qararmış xətti 


_______________ Milli Kitabxana _______________ 
110 
 
Onun ay üzünə bir dövrə çəkdi. 
O ətirli güldən şirə çəkərək
Nə aparmışdısa, qaytardı külək. 
Güldü dodaqları bir səhər kimi, 
Parladı dişləri incilər kimi. 
Artıq ağıllandı çöl divanəsi, 
Kəsildi zəncirin pərişan səsi. 
Yenə bağ içində boy atdı lalə, 
Qızıl gül əlinə aldı piyalə. 
Indi Məcnundakı əzəmət, vüqar 
Hikmət məclisinə oldu hökmüdar... 
O qonaqcıl Nofəl, o böyük adam 
Məcnunu yüz nazla bəslərdi müdam. 
Məclisi, şadlığı onsuz keçməzdi, 
Üzünü görməsə bir mey içməzdi. 
Onlar iki-üç ay şən keçirdilər, 
Mehriban oturub şərab içdilər.  
 
MƏCNUNUN NOFƏLƏ ACIQLANMASI 
 
Bir gün ikilikdə oturmuşdular, 
Yenə məclis açıb keyf qurmuşdular. 
Məcnun zəmanəyə nifrət deyirdi
Şerlər qoşaraq qəmlər yeyirdi: 
"Ey mənim ahımdan xəbərsiz duran, 
Aldadıb külümü göyə sovuran, 
Yüz dostluq vədəsi verdinsə də sən, 
Yarım dostluğa da vəfa etmirsən. 
Gəl öz başındakı xəyalı unut, 
Sən mənim sözümü, ilticamı tut. 
Məni ağ yalanlar felinə verdin, 
Yenə kimsəsizlik əlinə verdin. 
Söz verdik dostluğa, səmimiyyətə, 
Indi göz yumursan sən bu niyyətə. 
Səndən mən eşitdim yüz dil yarası, 
Görmədim bir dərman, bir dərd çarası. 
Səbrim tükənmişdir, şaşqınam bu dəm, 


_______________ Milli Kitabxana _______________ 
111 
 
Dadıma yetməsən əldən gedərəm. 
Əvvəl bir yazığın dərdinə qalmaq, 
Sonra öz sözünün ziddinə olmaq 
Bil ki, böyüklükdən uzaqdır, məncə, 
Dostluğun vəfası budurmu, səncə? 
Vəfasız bir vədi vermə insana, 
Layiq görməyirəm mən bunu sana. 
Köməksiz, arxasız, qərib bir quşam
Dirilik suyundan uzaq uçmuşam. 
Xərabə bir kəndə xəzinə vermək, 
Susuza su vermək şərt olsun gərək. 
Bil ki, müşkülümü tez düzəltməsən, 
Yenidən divanə olacağam mən. 
Gəlməsə sevgilim-bəxtiyarlığım, 
Bil ki, məhv olacaq bütün varlığım". 
 
LEYLİNİN QƏBİLƏSİ İLƏ NOFƏLİN  
MÜHARİBƏ ETMƏSİ 
 
Nofəl bu xoş olan umu-küsüdən 
Odlarda mum kimi yumşaldı, bilsən. 
Qalxıb hazırlaşdı yol səfərinə, 
Havada parladı qılıncı yenə. 
Atlandı quş kimi o böyük hünər
Toplandı başına sadiq igidlər. 
Atının nalından odlar qoparaq, 
Meydana şir kimi girdi çaparaq. 
Elə ki, yetişdi o qəbiləyə, 
Bir elçi çağırdı, sözüm var, deyə, 
Nofəl ismarladı: "Öz ordumla mən 
Od kimi keçərəm üzərinizdən. 
Bu saat Leylini gətirin mana, 
Qılınc girəcəkdir yoxsa meydana. 
Göstərin Leylini, hardadır o qız? 
O öz aşiqinə yetişsin yalnız. 
Qoy, susuz can verən bir suya çatsın, 


_______________ Milli Kitabxana _______________ 
112 
 
Ona su verən də savaba batsın". 
Çatdı qəbiləyə Nofəlin səsi, 
Sındı ortalıqda eşqin şüşəsi. 
Cavab verdilər ki: "Bu mümkün olmaz, 
Leyli ayparadır, düşünün bir az. 
Ona əl yetişməz, aydır o dilbər, 
Heç kəsin əlindən gəlməz bu hünər. 
Qılınca qılıncla qisas alarıq, 
Qarurə atsan da daşa çalarıq". 
Qasid baş götürüb qayıtdı geri, 
Nofələ söylədi haman sözləri. 
Nofəl acıqlanıb, dedi qasidə:  
"Bu saat piyada qayıdıb yenə, 
De: - Dadmamışsınız qılıncımı siz, 
Bu köhlən atımdan xəbərsizsiniz, 
Dəniz dalğasıyam, qaçın qarşımdan, 
Yoxsa tufan qopar hər bir daşımdan.  
Qasid yenə gedib cavab gətirdi
Nofələ nalayiq sözlər yetirdi, 
Nofəl acıqlandı qəzəblənərək, 
Köksündə od tutub alışdı ürək. 
Sonra qılıncını çəkdi dörd yana, 
Qoşunla şir kimi girdi meydana. 
Onlar da qabağa ordu tökdülər, 
Dağ kimi tərpənib nərə çəkdilər. 
Nofəlgil tərəfə at oynatdılar, 
Şirin qarşısına qılınc atdılar. 
Coşdu dəniz kimi, qızışdı meydan, 
Havadan od yağdı, gölə döndü qan. 
Qılıncın əlində qan piyaləsi, 
Torpağı məst etdi bu qan laləsi. 
Aslanlar gəldikcə pəncə-pəncəyə, 
Toqquşdu nizələr, intiqam, deyə. 
O tökülən qanlar çatdıqca dizə, 
Oxlar quzğun kimi töküldü düzə. 
Qılınclar beyinlə şirələndikcə, 
Bədəndən ayrılan başlar əndikcə, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə