Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   25   26   27   28   29   30   31   32   ...   70

_______________ Milli Kitabxana _______________ 
117 
 
Bu acı sövdaya düşməmişkən mən 
Sənə bel bağlardım bəlkə ürəkdən. 
Bu yazıq aşiqdən niyə vaz keçdin? 
Əkmədiyin yeri nə üçün biçdin? 
Sən ki, başlamışdın bu böyük işi, 
Hünəri yarımçıq qoyarmı kişi? 
Qaranlıq könlümə işıq verənsən, 
Bu xəstə ömrümün dərmanı sənsən." 
Döyüş qalxanını ataraq, əvvəl 
Şirin dilə tutdu Məcnunu Nofəl; 
Dedi: "Qoşunsuzam, köməksizlikdən 
Siyasət işlədib sülhə girdim mən. 
Qayıdıb yurdumdan qüvvət alaram, 
Yenə qılıncımı işə salaram. 
Qoşun toplayaraq qəbilələrdən
Daşdan keçirərəm poladımı mən. 
Qılıncla basmasam o qudurğanı". 
Kor olsun Nofəlin qəlbi, vicdanı". 
Sonra Mədinədən Bağdada qədər 
Qoşun toplamağa getdi elçilər. 
Nofəl hiddətindən yandı bir zaman, 
Qoşun tələb etdi bir çox diyardan. 
Nəhayət, topladı böyük bir ordu, 
Dağlara döş gərib üz-üzə durdu. 
Birinci hücumda sərhəddi aşdı, 
Düşmənlər kor olub qorxudan çaşdı. 
 
 
NOFƏLİN İKİNCİ MÜHARİBƏSİ 
 
Bu söz gövhərini tapıb kəşf edən 
Dastan qapısını açır sinədən: 
Nofəlin başına toplaşan ordu 
Heyrətə salmışdı böyük bir yurdu. 
Nərədən torpağın bağrı söküldü, 
Buqəbis zirvəsi yerə töküldü. 
Onun nərəsindən titrəyən düşmən 


_______________ Milli Kitabxana _______________ 
118 
 
Döyüş meydanında səf çəkdi həmən. 
Qəbilə başçısı donuxub qaldı, 
Nofəl ordusunun seyrinə daldı. 
Gördü ki, nizələr almış hər yeri, 
Ordu bulud kimi tutmuş göyləri 
Təbil nərələri gəldikcə bəzən 
Ölünün qəlbi də qopur yerindən. 
Nofəl ordusunu görəndə düşmən, 
Nə hərbə meyl etdi, nə qaçdı hərbdən. 
Hücuma girişdi "bəxtə-bəxt" deyə, 
Atını səyirtdi müharibəyə. 
Ordular gəldikcə orda baş-başa, 
Endi şimşək kimi qılınclar başa. 
Qumları sel kimi apardıqca qan, 
Əqiq göyərirdi sarı qumlardan, 
Ürəklər yoruldu ciyər yarmaqdan. 
Qılınclar utandı baş qoparmaqdan. 
Nofəl qılınc çəkib qalxan tutaraq, 
Hər hücum başında yıxırdı bir dağ. 
Əъdahalar kimi qızıb meydanda, 
Bir nəfəs kəsirdi o hər bir anda. 
Şir kimi getdikcə Nofəl irəli, 
Oxlara dönmüşdü sərt kirpikləri. 
Hirsdən çatıldıqca qəzəbli qaşlar, 
Toppuz zərbəsindən uçurdu başlar. 
Gürzlü çomağını endirən zaman 
Elburs dağı da uçardı, inan. 
Hər kəsə bir qılınc vursaydı Nofəl, 
Onu varaq kimi doğrardı əl-əl. 
Məcnun da həvəslə hərbə gedirdi
O həlak olmağa çox səy edirdi. 
Döyüş meydanları qızışdığı vaxt 
Tabut taxtasına dönmüşdü hər taxt. 
Bir olsa yoldaşın, dostun əməli, 
Daşdan su çıxardar onların əli. 
Nifaq olan yerdə fəlakət də var, 
Səadət günəşi birlikdən doğar. 


_______________ Milli Kitabxana _______________ 
119 
 
O gün nofəlçilər qalib gəldilər, 
Onların bəxtinə açıldı səhər. 
Düşmən cəbhəsini yarıb sökdülər, 
Baş-başa, leş-leşə vurub tökdülər. 
Can verib öldükcə yaralananlar, 
Ah çəkib sönürdü darda qalanlar. 
Əsib kükrədikcə ölüm ruzgarı, 
Leyligil tərəfin ağsaqqalları 
Aman istədilər igid Nofəldən
Yalvarıb dedilər: "Düşmüşük əldən. 
Çəkmə qılıncını gəl indən belə, 
Hamını ölmüş bil, əsir zənn elə. 
Bizi qırmağından bir fayda varmı? 
Igid basdığını boğazlayarmı? 
Iki-üç nəfərik, olmuşu unut, 
Əlinə ox alma, əlimizdən tut. 
Gəl bu qiyaməti əlindən burax, 
Qiyamət günü var... o dünyaya bax. 
Düşmən silahlansa qarşında əgər, 
Sən də qılınc vurub qüvvəni göstər. 
Lakin, silah töksə qarşında düşmən, 
O miskin düşmənlə gəl vuruşma sən. 
Artıq tutmayırıq üzünə qalxan, 
Gəl bağışla bizi sən, ey qəhrəman! 
Qılıncla, nizəylə dindirmə bizi
Görürsən qalxansız əllərimizi". 
Nofəl bu naləni dinləyib o dəm, 
Keçmiş günahlara çəkdi bir qələm. 
Əmr etdi: "Gəlini gətirin ki, mən 
Xoşluqla əl çəkim bu qəbilədən". 
Leylinin atası, ürəyi qəmli, 
Torpağa üz qoydu gözləri nəmli. 
Yalvardı Nofələ: "Ey böyük insan, 
Güvənir tacına bu Ərəbistan. 
Dərdli bir qocayam, ürəyimdə qəm, 
Səndən uzaq olsun, yaman gündəyəm. 
Qorxaraq ərəbin tənələrindən, 


_______________ Milli Kitabxana _______________ 
120 
 
Əcəm ləqəbini gəzdirirəm mən. 
Başımın dərdinə, sövdasına bax, 
Bəxtimdən görürəm mən bunu ancaq, 
Xəcalət çəkirəm bu günahımdan, 
Civə tək ərimək istərdim, inan. 
Qızımı qarşına gətirsəm də, bil, 
Quluna versəm də, əskiklik deyil. 
Yenə fəxr edərəm, gəl inan ki, sən, 
Boyun qaçırmaram sənin hökmündən. 
Çöldə od yandırıb ocaq da çatsan, 
Qızımı ud kimi oda da atsan, 
Ya quyu dibinə tullasan onu. 
Ya da qılınc çəkib vursan boynunu
Bil ki, ağ olmaram üzünə yenə, 
Can-başla hazıram hər bir əmrinə. 
Baharda bir təzə gül olsam da mən, 
Boyun qaçırmaram sənin əmrindən. 
Ancaq, o dəliyə layiq deyil qız, 
Dəliyə bir zəncir yaraşır yalnız. 
Ay üzlü bir qıza sərsəm yararmı? 
Çör-çöpün yanında od qalanarmı? 
O, gicdir, mərd deyil, yoxdur sənəti, 
Nə dünyası vardır, nə axirəti. 
Dağları, daşları gəzir o sərsəm, 
Inan, divanədir, dəlidir desəm. 
Pis-pis adamlarla oturub durur
Mənim adıma da min ləkə vurur. 
Mərdə təmiz bir ad candan əfzəldir, 
Ləkəli qalmaqdan ölüm gözəldir. 
Ərəb torpağında küləklər belə 
Qızımı salmışdır ağıza, dilə. 
Leylinin adını o, dilə saldı, 
Balam bu dünyadan min töhmət aldı. 
Məcnuna tapşırsan cilovumu sən, 
Mənə güləcəkdir hər yoldan ötən. 
Bir nəhəng ağzında qəhr olub ölmək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə