Microsoft Word Market strat v?r?qab?tli movqel?sdirm?doc


Qrem Huley, Con Sonders, Naycel Pirsi



Yüklə 7,84 Mb.
Pdf görüntüsü
səhifə63/345
tarix14.12.2017
ölçüsü7,84 Mb.
#15684
1   ...   59   60   61   62   63   64   65   66   ...   345

                                                                    Qrem Huley, Con Sonders, Naycel Pirsi  

148 


bilər. Məsələn, 1997-ci ildə marketinq elmi Akademiyasının konfransında 

marketinq sahəsində iki görkəmli nəzəriyyəçi Ceq Şet və Devid Kreyvens 

strateji inkişaf təmayülləri barəsində danışmış və onların qarşısını kəsmək 

lazım olduğunu qeyd etmilşlər. 

 

Ş

et  aşağıdakı  istiqamətlərə  diqqəti  cəlb  etməklə  ənənənəvi 



marketinq konsepsiyalarına meydan oxumuşdur: 

 

Qlobal  mövqeləşdirmə.  Şet  strateqləri  qloballaşdırma  haqqında 

fikirləşməyə  və  daxili  bazarla,  biznes  istiqamətləri  portfeli  və 

brendlərlə  məşğul  olmaqdansa  diqqəti  əsas  səriştəlilik  növlərinə 

yönəltməyə çağırmışdır. O, güman edir ki, səhmdar dəyərliliyinin 

artırılması yeni yanaşmasın tələbat mövcuddur. 

 

Ə

sas brend. Şet sübut edir ki, güc, müəssisənin bütün hissəslərini 



bir  yerə  toplayan  brendin  aşkarlanmasına  əsaslanıb  –  Toyota  və 

Hondanın

  onlarla  brendə  məxsus  General  Motors  qarşısında 

gücünün səbəbi budur.  

 

 



nteqrasiya  edilmiş  müəssisə  və  diqqətin  son  istifadəçiyə 

təmərküzləşməsi.    Son  istifadəçiyə  dəyərin  təqdim  edilməsi 

məqsədilə insanların, proseslərin və infrastukturanın idarə edilməsi 

ilə bağlı problemlər. 

 

Öz  sinfində  ən  yaxşı  proseslər.  Misal  üçün,  müştərilər  sadəcə 

olaraq  bir  aviakompaniyanı  digəri  ilə  müqayisə  etməməlidirlər; 

aviakompaniyaların riayət etməli olduğu yeni standartlar  Federal 



Express

  və  Marriott  Hotels  kimi  aparıcı  kompaniyaların 

servislərindən daha üstün olmağa əsaslanıb – problem isə mənşə-

yindən  asılı  olmayaraq  dünya  standartlarına  cavab  verməkdən 

ibarətdir. 

 

Sifarişlərə  əsaslanan  kütləvi  istehsal. Miqyas artımından qənaət 

ə

ldə  etmək  çox  vacibdir,  lakin,  bununla  bərbər  müştərilərin  fərdi 



tələbatlarına  uyğunlaşdırılmış  məhsul  və  ya  xidmətlərin  istehsalı 

da zəruridir. 

 

Qabaqcıl  texnologiyalar.  Yeni  texnologiyalar  marketinq 

proseslərinin  bütün  aspektlərinin  əsasında  durur,  hətta  o,  məhsula 

qeyri-adi  dərəcədə  çox  təsir  göstərir.  Misal  üçün,  Yaponiyanın 

yeni məhsullarından biri “ağıllı unitazdır”. Texniki detallara nüfuz 

etmədən ancaq onu deyək ki, adama təkcə onun  üstündə oturmaq 

lazımdır,  qalan  bütün  hər  şeyi  unitaz  edir.  Bundan  əlavə  unitaz 

nəcis ifraz etmənin səviyyəsini təhlil edir, adamın qan təzyiqini və 

hərarətini  ölçür.  Faydasız  texnologiyadırmı?  Təkcə  sağlamlığı  ilə 

bağlı  potensial  problemi  olan  yaşlı  əhali  və  xəstəxanalarda  isə 

kifayət  qədər  yerin  olmadığı  situasiyalarla  kifayətlənmir. 

Təxminən 600 dollara bir çox həyatları xilas edəcək operativ tibbi 

diaqnostika üçün belə məişət cihazını əldə etmək olar. 

 



Marketinq strategiyası və rəqabətli mövqeləşdirmə 

149


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şə

kil 4.5 Səhmin birja dəyərini artırmaq məqsədilə strateji aksentin 



dəyişməsi 

 

Kreyvens  qeyd  edir  ki,  strategiyaya  ənənəvi  baxışlar  köhnələ  bilər.  O, 



sübut  edir  ki,  son  20  ildə  strateji  paradiqma  getdikcə  daha  da  qeyri-

adekvat  olur,  çünki,  biz  yeni  eranın,  “bazara  istiqamətlənmiş  strategi-

yanın” astanasındayıq. Kreyvens proqnozları aşağıdakı qaydada səslənir:  

 

Bazar  biznesin  strategiyasın  formalaşdırır.  Kreyvens  güman 

edir  ki,  bazar  müəssisənin  işini  formalaşdıracaq  üstün  qüvvəyə 

çevriləcək.  Məhz  bu  amil  sənaye  iqtisadiyyatını,  keyfiyyətin 

ümumi  idarəedilməsini(TQM),    maliyyə  investisiyasının  qiymət-

ləndirilməsini və biznes-prosslərin yenidənqurulmasını birləşdirir. 

 

Məhsul bazarlarının qarşılıqlı əlaqəli şəbəkəsi. Ənənəvi məhsul 

bazarlarına  əsaslanmış  ənənəvi  sərhədlər  səmərəsiz  olacaq  və  bu 

da  normaya  çevriləcək.  Məhsul  supermarketləri  sahəsində 

ixtisaslaşan  Sainsbury’s  və  Tesco  kimi  kompaniyaların  öz  fəaliy-

yətlərini  maliyyə  və  bank  xidməti  sahəsinə  dəyişməsi  misalını 

nəzərdən  keçirin.  Bəs  Virgin  kompaniyasının  ilk  öncə  musiqi 

məhsulları  ticarəti  sferasından  pərakəndə  ticarət  sferasına,  daha 

sonra  isə  aviadaşıma,  dəmiryolu  daşıma,  maliyyə  xidmətləri, 

kosmetika,  içkilər,  geyimlər  sferasına  keçməsi  və  bütün  bunları 

vahid  Virgin  brendi  adı  altında  birləşdirməsini  başqa  necə  izah 

etmək olar? 

Daxili bazara diqqətin 

təmərküzləşməsi 

Ə

sas səriştəlilik növlərinə 



diqqətin cəmlənməsi 

Yeni strateji tələb 

Portfelin təhlili 

metodları 

Qlobal bazara  

diqqətin yönəlməsi 




Yüklə 7,84 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   345




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə