Qrem Huley, Con Sonders, Naycel Pirsi
150
Funksiyalardan proseslə
rə
keçilmə
si. Bazara əsaslanmış
strategiyanın yeni dövrü ənənəvi mütəxəssis və bölmələrin
maraqlarına deyil, bazara çıxış proseslərinə diqqətin artırılmasına
təmərküzləşir.
Strateji birliklər. Gələcək dsövr bir çox firmalar üçün ənənəvi
rəqabətlə deyil, əməkdaşlıq və tərəfdaşlıqla (hansı ki, əsas səriş-
təlilik növlərinə diqqəti artırmağa imkan verir) əlamətdar olacaq.
Balaslaşdırılmış göstəricilərin xəritəsi. Göstəricilərin uçotu
təşkilatın fəaliyyətində maraqlı olan bütün iştirakçılara verilmiş
üstünlüklərin qiymətləndirilməsini nəzərdə tutur.
Bu proqnozlardan yeni tip strategiyanın, təkcə miqdarca daha çox deyil,
yaradılması ehtiyacı formalaşır. Onlar, həmçinin, bazara kritik həssaslığın
və təşkilati təhsilə imkanın olması əhəmiyyətini ön plana çəkirlər. Bu,
təşkilatlara, nə baş verdiyini anlamağa və ona uyğunlaşmağa imkan verir.
Yuxarıda sadaladığımız amillərin əlaqələndirilməsi bütövlükdə
strateji planlaşdırmanı, o cümlədən də marketinq planlaşdırmasını özündə
ə
ks etdirir – əvvəlkindən daha da mürəkkəb olan vəzifələri. Bundan əlavə
bu vəzifələrin həll edilməsinə istiqamətlənmiş fəaliyyət növləri əvvəlkinə
nisbətən daha da vacibdir. Strateji marketinq planlaşdırmasının bugünki
təyinatı, təşkilata o səviyyədə elastiklik verməkdir ki, o, yüksələn mürək-
kəblik səviyyəsi və qeyri-sabitliklə mübarizə apara bilsin və ətraf
mühitdəki dəyişikliklərlə bağlı üstünlüklərdən tam mənada istifadə etsin.
Planlaşdırma prosesinin əsasında, aşağıda söhbət açacağımız, güclü
rəqabət vəziyyətinin və etibarlı marketinq strategiyasının formalaş-
dırılması durur.
4.7
NƏT CƏ
Indi bir necə ümumi nəticə çıxarmaq və onların marketinqin idarəedilməsi
üçün əhəmiyyətini təyin etmək olar.
Birincisi, sənayenin əksər sahələrində sürətli artım tempi həmişəlik
keçmişdə qaldı. Sürətli inkişaf tempi imkanının qaldığı sahələrdə rəqabət
kəskin surətdə fəallaşır və beynəlxalq xarakter alır. Kompaniya artıq
marketinqə istiqamətlənməyi özünə rəva bilməz. Bu elə özlüyündə
anlaşılır. Müvəffəqiyyətin açarı aydın müəyyənləşdirilmiş mövqeləşdirmə
strategiyası əsasında səmərəli marketinq konsepsiyasının həyata
keçirilməsi olacaq.
kincisi, dəyişikliklər texniki cəhətdən inkişaf etmiş təşkilatlar
üçün əlverişli şərait yaradır və yeniliklərin qarşısını almaq istəyən
Cnut
kimi təşkilatlar üçün isə təhlükəlidir. “ ş” və “istirahət” anlayışının
tezliklə yeni müəyyənləşdirməsinin meydana gəlməsi mümkünlüyü bu
imkanlardan istifadə etmək imkanı olan və buna hazır olan kompaniyalar
qarşısında yeni fürsətlər yaradacaq. Xüsusən də yaşa, ailə vəziyyətinə,
Marketinq strategiyası və
rə
qabə
tli mövqeləş
dirmə
151
gəlirlərin bölüşdürülməsinə münasibətdə dəyişən demoqrafik profil
marketinqin idaəredilməsində çoxlu əlverişli imkanlar yaradır.
Üçüncüsü, ətraf mühitin dəyişməsi sürəti artır və bu da mürəkkəb-
ləşməyə, sürətli proseslərə və ya qeyri-sabitliyə gətirib çıxarır. Texnoloji
təkmilləşmələr məhsulun həyat tsiklini və kommersiyalaşdırma dövrünü
qısaldır. Bazarda kəskin dəyişmələr proqnozlaşdırmanı çətinləşdirir.
Nəticədə planlaşdırma imkanı zəifləyir. Əgər əvvəllər nisbətən proq-
nozlaşdırılan bazarlarda uzunmüddətli iş planları 10-15 illik dövrü əhatə
edə bilirdisə, indi, çox az kompaniyalar öz fəaliyyətlərinin hətta ən ümumi
istiqamətlərini bir neçə il qabağa planlaşdıra bilirlər.
Dördüncüsü, uğurlu strategiyalar getdikcə pisləşirlər. Belə ki,
müəyyən vaxtda müəyyən bazarda uğur əldə etməyə imkan verən
strategiyalar gələcəkdə bu və ya digər bazarda uğur qazanmağa təminat
verə bilməz.
Təcrübədən misal “Ağıllı” ev FT
Massaçuest texnologiya inistitutunun labarotoriyalarından birində
tədqiqatçılar yaşayış evi modeli hazırlayırlar. Bu evin damında nə
naxışlar, nə günəş batareyas, nə də “gələcək evlərə” assosiasiya edilən
digər əlamətlər var. Faktiki olaraq bu evin ümumiyyətlə divarı yoxdur.
Onun yeniliyi boş yerin istifadə edilməsi və texnologiya ilə bağlıdır - bu
rəqəmli stollar və iş səthi, həmçinin, adamın sağlamlığı barəsində
informasiyanı qəbul edən və təhlil edən tibbi küncdür. Bu elmi-tədqiqat
layihəsinə memar və MT -nin memarlıq kafedrasının aparıcı elmi
mütəxəssisi Kent Larson rəhbərlik edir. Larson əmindir ki, tezliklə ev
təkcə yemək, yatmaq və istirahət üçün yerdən əlavə alış üçün, təhsil və
işləmə üçün yer funksiyasını yerinə yetirməklə insan həyatında “qeyri-adi
yeni rol” oynayacaq.
Larsonun sözlərinə görə evlərin tikintisi evlər üçün yeni texnologiyalara
elə zəif adaptasiya edilir ki, bu sahə tezliklə autsayderlər (qeyri-peşəkarlar
- tər.-dən) tərəfindən tutulacaq. “ABŞ-ın yaşayış tikinti sənayesi indi də
50 il öncədəki kimi aşağı keyfiyyətli standart məhusllar buraxır, - o deyir
– Lap 39 dollara olan Furby kuklasını götürün, o müasir texnologiyanı
daha çox təcəssüm etdirir”.
Larson müştərilərin şəxsi evlərini inteqrasiya edilmiş müxtəlif dizaynlı,
texnologiyalı və maliyyə planlaşdırması paketli təkliflərini internet səhi-
fələrinin köməyi ilə əldə edərək tikməsi kimi uzaq gələcəkdən danışmır.
Mətbəx kea Systems—dən, struktur BMW-dən, avadanlıqlar isə “özün
elə” mağazaları şəbəkəsinin birgə fəaliyyəti nəticəsində yaşayış yerlərinin
abadlığı ilə məşğul olan Home Depot və Martha Stewart-dan ola bilər.