Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   55

121 
Səhralaşmaya qarşı aparılan kompleks tədbirlər hər bir 
ərazinin regional xüsusiyyətləri nəzərə alınmaqla aparılma-
lıdır. Bu zaman bitki örtüyünün saxlanılması, təbii otlaq-
lardan istifadənin tənzimlənməsi, torpaq qoruyucu zolaqların 
salınması və digər tədbirlərin aparılması vacibdir. Məs. Bö-
yük Səhranın  şimalında Tunisdən Mərakeşə  qədər  Əlcəzair 
tərəfindən həyata keçirilən «yaşıl zolaq» adlanan meşə 
zolaqlarının salınması böyük əhəmiyyət kəsb edir. Bu eni 
10-15 km, uzunu 1500 km olan meşə zolağı  səhranı quru 
küləklərdən qoruyacaq. Böyük səhranın cənubunda (Seneqal 
çayının üzərində) iki su qovşağı tikilir, belə ki, bu su 
qovşaqları 1,2 mln.ha ərazini suvara biləcək. 
Yuxarıda qeyd etdiyimiz kimi səhralaşmanın  ən  əsas 
səbəbi: meşə sahələrinin azalması, torpaqdan düzgün istifadə 
edilməməsi, hədsiz mal-qara otarılması, quraqlıq və s.-dir. 
 


122 
IX FƏSİL 
DÜNYA OKEANININ QLOBAL EKOLOJİ 
PROBLEMLƏRİ 
 
9.1. Dünya okeanı resurslarından istifadə problemləri 
 
Ekoloji mahiyyətcə su, həqiqətən biosferdə  həyat ami-
lidir. Su Yer kürəsində ən geniş yayılmış qeyri-üzvi birləşmə 
olmaqla, mühüm mineraldır. Su bütün həyat prosesinin əsası 
olub, planetin hərəkətverici amili olan fotosintez prosesinin 
oksigen mənbəyidir. 
Planetimizdə yayılmış canlı aləmin hər birinin-bitkilərdə 
90, heyvanlarda isə 75 %-ni, meduzalarda isə 98 %-ni su 
təşkii edir. İnsan susuz 8 gündən artıq yaşaya bilmir. Əsas 
kimyəvi elementlərin miqrasiyası suda həll olmaqla başa 
çatır. 
Yer səthinin 70,8%-ni okean və dəniziər, 29,2%-ni isə quru 
təşkil edir. Ümumi su ehtiyatlarının 93,9% dünya okeanından 
ibarətdir. Dünya suyunun ümumi həcmi 1370 mln.km
3
 olduğu 
halda içməli su göstərilən miqdarın 2,53 %-dir. Təbiətdə 
suyun dövranının Yerdə şirin su mənbələrinin yaranmasında 
böyük rolu var. Kainatımızın planetləri içərisində Yer Günəş 
sisteminin  ən sulu planeti hesab edilir. Dünya okeanının 
ümumi sahəsi 361,3 mln. km
2
, orta dərinliyi 3700-metrə 
çatır. Yer kürəsində olan bütün okeanlar bir-birilə əlaqəlidir. 
Dünya okeanı 4 böyük hissəyə bölünür. Onlardan ən böyüyü 
Sakit okeandır. O, dünyada ən dərin okeandır (Marian çökək-
liyi 11022m). Onun sahəsi 178 mln km
2
-dir. Atlantik okeanı 
Sakit okeandan 2 dəfə kiçikdir. (sahəsi- 91,7 mln km
2
), 
üçüncü yeri Hind okenı tutur (sahəsi- 76,2 min km
2
). Şimal 
buzlu okean ən kiçiyidir (sahəsi-14,7 mln km
2
-dir.) Dünya 
okeanına il ərzində kondensasiya nəticəsində quruya düşdü-


123 
yündən 40 dəfə artıq həcmdə su düşür.Hidrosferdəki su 
aramsız olaraq hərəkət edərək rütubətin daimi dövranı nəti-
cəsində  dəyişir. Okean və quru səthindən buxarlanan su 
atmosferi rütubətləndirir. Həmin rütubət kondensasiyaya 
uğrayaraq yağış və qar şəklində yenidən yer səthinə qayıdır. 
Dünya okeanının üzərinə il ərzində 1140 mm yağış düşür, 
1240 mm isə su buxarlanır. Ən çox su buxarlandıran Hind 
okeanıdır,  ən az su isə Sakit okeandan buxarlanır. Planetar 
miqyasda suyun kiçik və böyük dövranı müəyyənləşdiril-
mişdir. Böyük dövranın təsirilə uzun geoloji dövr ərzində 
hidrosfer yaranmışdır. Kiçik dövranda isə (buxarlanma) 
yağıntı-axım sistemi formalaşır. 
İnsan cəmiyyəti inkişaf etdikcə okeana münasibət çox 
dəyişmişdir. Bir vaxtlar dəniz və okeanlar «dünyanın qurta-
racağı» sayılırdı. Okeanlar xalqları ayırırdı. Sonralar dəniz-
çilik inkişaf etdikcə okeanlar müxtəlif dövlətiəri yaxınlaş-
dırdı. Təsadüfi deyil ki, qədim yunan alimi Homer yazırdı 
ki,Yer hər tərəfdən enli çay-okeanla əhatə olunur». 
Alimlərin məlumatına  əsasən, Yerdə insanın həyatı eko-
loji sistemlərin ən iri pozulması nəticəsində mümkün olmuş-
dur. Təqribən 2 milyard il bundan əvvəl dünya okeanında 
yayılmış mikroorqanizmlər  ətraf mühiti böyük miqdarda 
zəhərli ayrılmalarla çirkləndirərək, həm özlərini, həm də ki, 
planetdəki başqa həyat formalarını  məhv etmişlər. Bu 
öldürücü zəhər oksigen olmuşdur. Sadə bakteriyalar bütün 
atmosferi dəyişdirmişdir ki, bu da son onilliklərdə Yer 
planetinə olan yeni baxışın ən gözəl nümunəsidir. 
İnsan cəmiyyətinin ərzaqla təmin edilməsində olduqca az 
istifadə olunan potensial ehtiyat mənbələri planetimizdə hələ 
çoxdur. Bunlardan ən mühümü Dünya okeanıdır.Dünya 
okeanının sərvətlərini daha intensiv surətdə  mənimsəməklə 
insanların gələcək  ərzaq ehtiyatına olan tələbatını xeyli 


124 
ödəmək mümkündür. Yüksək qida keyfıyyətlərinə  və insa-
nın sağlamlığında böyük əhəmiyyətə malik molyuskalardan 
və su yosunlarından istər dünya və istərsə də ayrı-ayrı ölkə-
lər miqyasında ərzaq kimi hələ tamamilə az istifadə olunur. 
Sakit okean elmi tədqiqat balıq təsərrüfatı və okeanoqrafiya 
institutunun mütəxəssislərinin apardıqları  tədqiqatlara görə 
Uzaq  Şərqin sahil sularında və Yapon dənizi körfəzlərində 
hər hektardan 100 tona qədər müxtəlif su yosunları toplamaq 
olar. Perunun Qiurxilyo şəhərindəki milli universitetin 
müəllimi Auqusto Aldave Paxaresin tədqiqatları göstərir ki, 
«Kuturu», yəni «dəniz oğlu» adlı yosunun tərkibində 40 %-ə 
qədər zülal (bu ətin tərkibindəki zülaldan çoxdur), 50% -ə 
qədər karbohidrat və 2,3% yağ vardır. Onun geniş yayıl-
masını nəzərə alaraq müəllif belə hesab edir ki, həmin yosun 
gələcəkdə insanların qida məhsulları ilə təmin olunmasında 
böyük rol oynaya bilər. 
Yer kürəsinin quru ərazisi kimi, Dünya okeanı da bioloji 
ehtiyatlarla çox zəngindir. Okeanlarda yaşayan bütün canlılar 
insanın həyatında bioloji ehtiyat rolunu oynayır. Burada 
minlərlə növ balıqlar və başqa canlılar, habelə dəniz bitkiləri 
həddən çoxdur. Yer üzərində insanların sürətlə artması ilə 
onların qida elementlərinə olan tələbatını ödəmək üçün dəniz 
və okeanların bioloji ehtiyatlarından geniş istifadə etmək 
lazım gələcəkdir. Bunlardan əlavə okean və  dənizlərin dibi 
tükənməz mineral-xammal ehtiyatları ilə zəngindir. Ayrı-ayri 
ölkə və materiklərdə bu mineral-xammallardan geniş istifadə 
olunur. Bu mənada kontinental - şelf zonaları böyük əhə-
miyyət kəsb edir. Dünyanın bir çox yerlərində o cümlədən 
Xəzər dənizində bu ərazilərdən geniş miqyasda neft və qaz 
çıxarılmasında istifadə olunur. Bu yaxıntarda Respublika-
mızda bağlanmış 1994-ci il «Əsrin müqaviləsinə» əsasən bu 
zonalardan neftin hasilatına üstünlük veriləcək. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə