Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   55

117 
sistemsiz otarmanın aparılması, otlaqların şiddətli eroziyaya 
uğraması və deqradasiyası. 
c) Əkinlərdə: Səmərəli irriqasiya (müasir texnologiyası) 
tədbirlərinə riayət edilməsi. 
25. Torpaqların fiziki və kimyəvi deqradasiyası. 
26. Sənaye qazmaları. 
27. Yaşayış məntəqələri və sənaye ərazilərinin 
genişlənməsi. 
28. Yeraltı su ehtiyatlarının azalması. 
29. Daşğın və sellərin güclənməsi. 
30. Təkrar şorlaşma. 
 
III. Səhralaşmanın texnogen amilləri 
 
1. Troposferin aşağı qatlarının qızmasına səbəb  İstixana 
səmərəsi qazların (CO
2
 və başqaları) toplanması. 
2. Troposferdə aerogül (aerozol) maddələrin toplanması. 
3. Torpaq və suların kimyəvi çirklənməsi. 
4. Torpaqların texnogen pozulması, çirklənməsi və s. 
Analoji amillərin Orta Asiyada səhralaşmaya səbəb 
olması haqda A.Q.Babayev (1990) məlumat vermişdir. 
Göstərilən amillər Respublikanın  ərazilərində aridləş-
məyə, bitki və torpaq örtüyünün deqradasiyasına səbəb olur 
və bu da səhralaşma üçün əlverişli şərait yaradır. 
Azərbaycanda ekologiya elminin banisi, dünya şöhrətli 
alim, akademik Həsən Əliyev «Həyəcan təbili» əsəri ilə res-
publikamızın bütün əhalisini sanki qəflət yuxusundan oyan-
mağa çağırdı, onları ekoloji durumun qorunub saxlanması 
üçün ayağa qaldırdı. Gəlin biz də heç bir gözəlliyi bizlərdən 
əsirgəməyən ana təbiətə, onun bütün sərvətinə qayğı, sevgi 
və məhəbbətlə yanaşaq, onları qoruyub saxlamağa çalışaq. 
 


118 
8.4. Səhralaşmaya qarşı mübarizə yolları 
 
Səhralaşmanın ən əsas səbəbi: meşə sahələrinin azalması, 
torpaqdan düzgün istifadə edilməməsi, hədsiz mal-qara 
otarılması, quraqlıq və s.-dir. 
1977-ci ildə Kenyanın paytaxtı Nayrobi şəhərində BMT-
nin keçirdiyi Beynəlxalq Konfransda «Səhralaşmaya qarşı 
mübarizə» planı qəbul olundu. 
Rio-de-Janeyroda (1992) keçirilən Beynəlxalq konfransda 
gündəliyə «XXI əsrdə səhralaşmaya və quraqlığa qarşı mü-
barizə» məsələsi salınaraq bütün bəşəriyyətin mühüm mə-
sələsi müəyyən edildi. 
Səhralaşmaya qarşı hökumətlər aşağıdakılaı etməlidirlər: 
1. Torpaqdan səmərəli istifadə haqqında milli plan qəbul 
etməli; 
2. Quraqlığa davamlı tez böyüyən yerli və digər ağac 
cinslərindən istifadə edərək, meşə əkini proqramının həyata 
keçirilməsini tezləşdirmək; 
3. Oduncaqdan yanacaq kimi istifadə olunmasını  məh-
dudlaşdırmaq. 
Səhralaşma – qlobal ekoloji və sosial-iqtisadi problemdir. 
Bununla  əlaqədar 1994-cü ildən 170 dövlətin imzaladığı 
səhralaşma ilə mübarizə haqqında Konvensiya qüvvədədir. 
17 iyunda qeyd olunan «Ümumdünya quraqlıq və səhralaş-
ma ilə mübarizə günü» 1994-cü ildə BMT-nin Baş Assamb-
leyası  tərəfindən elan olunmuşdur. Elə  həmin il Birləşmiş 
Millətlər Təşkilatı  tərəfindən səhralaşma ilə mübarizə haq-
qında Konvensiya qəbul edilmişdir. Konvensiyada dövlət-
lərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əmək-
daşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin 
artırılması təklif olunur. 
Səhralaşmaya qarşı mübarizə üzrə  fəaliyyələr planı – 


119 
Səhraların hücumuna qarşı mübarizə  və 2000-ci ilə  qədər 
səhralaşmanın qarşısının alınması üzrə  əhatəli qlobal proq-
ram – Səhralaşmaya qarşı mübarizə üzrə BMT Konfransında 
qəbul edilmiş  və 1977-ci ildə BMT BA-nın 32-ci sessiya-
sında təsdiq olunmuşdur. Səhralaşmaya qarşı mübarizə planı 
uzunmüddətli siyasətin rəhbər prinsiplərindən ibarətdir. 
Planın birbaşa məqsədi – səhralaşma prosesinin qarşısının 
alınması  və dayandırılması  və mümkün olan yerlərdə  səh-
ralaşan torpaqların məhsuldarlığını  bərpa etmək. Son məq-
sədi «əhalinin həyat səviyyəsinin artırılması  məqsədilə, 
ekoloji imkanlar daxilində səhralaşmaya qarşı taqətsiz olan, 
arid, yarımarid və kifayət qədər rütubət çatızmamazlığına 
malik ərazilərin qorunması və inkişafı». Planın əsas məqsədi 
– qərar qəbul edilməsi sahəsində mövcud biliklərin və 
texnologiyaların dərhal mənimsənilməsi və təcrübədə tətbiqi 
və  səhralaşmaya qarşı mübarizə üzrə  tədbirlərin bu region-
ların əhalisi tərəfindən onların daha yaxşı anlamaları məqsə-
dilə təxirəsalınmaz icrası. Səhralaşmaya qarşı uğurlu müba-
rizənin zəmini torpaqdan istifadənin yaxşılaşdırılmasıdır. 
Plana aşağıdakı qruplar üzrə birləşmiş 28 tövsiyə daxildir: 
1)  Səhralaşmanın qiymətləndirilməsi və torpaqdan isti-
fadənin yaxşılaşdırılması. 
2)  Sənayeləşmə  və urbanizasiyanın kənd təsərrüfatının 
inkişafı ilə uyğunlaşdırılması  və onların arid ərazilərin 
ekologiyasına təsiri 
3)  Səhralaşmaya qarşı mübarizə üzrə düzgün tədbirlər. 
4)  Sosial-iqtisadi aspektlər. 
5)  Quraqlıq riskləri və onun nəticələrinə qarşı  sığor-
talanmaq. 
6)  Milli elmi-texniki potensialın möhkəmləndirilməsi. 
7)  Səhralaşmaya qarşı mübarizə proqramlarının ümumi 
inkişaf planlarına inteqrasiyası. 


120 
8)  Beynəlxalq əməkdaşlıq əlaqələrində tövsiyələr. 
9)  İlk növbəli təxirəsalınmaz fəaliyyətlə  əlaqələrində 
tövsiyələr.   
Fəaliyyətlər planı tövsiyə xarakteri daşıyır və ona gələ-
cəkdə səhralaşmaya qarşı mübarizə üzrə konkret milli və re-
gional proqramların hazırlanması üçün əsas kimi baxılma-
lıdır. 
Ümumilikdə  səhralaşma probleminin qarşısını almağa 
şüurlardan başlamaq lazımdır.  Əhali arasında ekoloji 
maarifləndirmə  tədbirləri daha da genişləndirilməlidir. Bu 
təbliğat prosesinə, mətbuat, QHT-lər, təhsil sistemi, ayrı-
ayrılıqda hər bir vətəndaş qoşulmalıdır. Amma istər yazılı 
mətbuatda, istərsə də televiziya ekranlarında maarifləndirmə 
xarakterli belə  məlumatlara çox az rast gəlinir. Halbuki 
səhralaşma hər birimizin həyatında öz sarı  və  kədərli izini 
buraxa bilər. (şək. 8.2.) 
 
 
 
Şəkil 8.2. Səhra 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə