Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   55

101 
maddələri kütləsi və zobiokütləsi azalmışdır. Hər il ən azı bir növ
canlı itir. Meşələrin məhv edilməsilə  əlaqədar  şumla-
ma, quruda otlaqların sahəsinin artmasını 0,5-1 sırası
ilə qiymətləndirmək olar. Bu halda dünya okeanında
biokütlənin azalması  nəzərə alınmır. Nəticədə qlobal
fotosintez və oksigen dövranı  zəifləyir. Bu ölçüləri
dəqiq qiymətləndirmək lazımdır. Bİogeokimyəvi sikl –
O
2, 
N, S, P, Ca, K pozulmuşdur. Ekosistemlərdə aktiv
biogen enerji axını və ehtiyatlar zəifləyir. 
Planetin iqlimi 
və havası 
Qütb zonalarında buz örtüyünün artması ola bilər. 
Qurunun xeyli hissəsinin səhralaşması, Yer səthinin
40%-ə  qədərini  əhatə etmişdir. Orta rəqəmlə  hər il
səhralaşan landşaftların sahəsi 5-7 mln. ha-ya çatır. 
Quraqlıqlar, sellər (subasma), qeyri-normal qış, 
fəlakətli qasırğalar çoxalmışdır. 
 
 
 
Şəkil 8.4 
Monitorinq səviyyəsinə görə səhralaşma göstəriciləri 
 
Qlobal
x
 Regional
x
 Milli 
(yerli) 
Albedo
xx
 Bioloji 
məhsuldarlıq Məhsuldarlıq
xx
 
Toz fırtınalarının 
tezliyi 
Biokütlənin vəziyyəti 
Əhalinin rifah halının 
sağlamlığı 
Yağıntılar
xx 
İqlim
xx
 
Əhalinin münasibəti
xx
Torpaqların eroziyası 
Torpağın tərkibində 
azotun miqdarı
xx 
– 
Şorlaşma 
Şorlaşma – 
 
x qlobal göstəricilər və regional göstəricilərin 50%-ə qədəri 
peyk məlumatlarına görə təyin edilə bilərlər 
xx dolayı göstəricilər 


102 
Cədvəl 8.5 
Dəyişən siniflərə görə səhralaşma göstəriciləri 
Fiziki 
Torpaq Səmərəli dərinlik, üzvi 
komponentlər, qabıq, toz, toz 
tufanları, şorlaşma və 
karbonatlardan yuyulma 
Su Qrunt 
sularının dərinliyi və 
keyfiyyəti, səth sularının 
vəziyyəti, drenaj sistemlərinin 
vəziyyəti, çirklənmə vəziyyəti
Yerin səthi 
Əks etdirmə xüsusiyyəti 
Bioloji və aqronomik
Bitkilər 
Bitki örtüyü, yerüstü biokütlə, 
məhsul, dominant növlərin 
paylanması və təkrarlanması 
Heyvanlar Dominant 
növlər, ev 
heyvanlarının sayı, sürünün 
tərkibi, məhsuldarlıq 
Sosial 
Torpaqlardan 
istifadə 
Suvarılmada dəyişikliklər, 
dəmyə əkinçilik, mal-qaranın 
otarılması dağ-mədən 
sənayesi, odun tədarükü
turizm, sudan istifadə 
Məskunlaşma Yeni 
qəsəbələr, əhalinin 
genişlənməsi, atılmış yaşayış 
məntəqələri, yaşayış 
məntəqələrinin müxtəlifliyi 
Əhalinin əsas 
göstəriciləri 
Əhalinin quruluşu və 
demoqrafiya indeksləri, 
qidalanma, sağlamlığın 
qorunması 
Sosial proseslər Münaqişələr, miqrasiyalar, 
əhalinin yerləşdirilməsi
yaşayış vasitələri 
 


103 
8.2. Səhralaşmanı yaradan əsas amillər 
 
Hesablamalara görə  səhralaşmaya məruz qalan torpaq-
lardan tam alına bilinməyən (əksik) ümumi məhsulun illik 
məbləyi 16 mlrd. dollara yaxın təşkil edir. Uzun illərdən bəri 
hədsiz antropogen təzyiqin  əlverişsiz hava şəraiti ilə qarşı-
lıqlı təsirinin nəticələri səhralaşma prosesinin güclənməsinə 
səbəb olmuşdur. Buna görə  də bu prosesdə insanın və 
təbiətin iştirakının nə dərəcə olmasını ayırd etmək çətindir. 
Səhralaşmanın ən əsas səbəbi fasiləsiz olaraq meşə sahə-
lərinin azalması nəticəsində kontinental su dövriyyəsi inten-
sivliyinin aşağı düşməsi sayılır. Məhz qurunun biotası kon-
tinentlərə suyun dövriyyəsinin 70-75%-ni təmin edir. Təbii 
meşələrdə günəş radiasiyasının 90%-i yarpaqlar tərəfindən 
udulur və transpirasiyaya sərf olunur, meşənin yerində insan 
tərəfindən yaradılan aqrosenozlarda günəş radiasiyasının 
yalnız 40%-i transpirasiyaya sərf olunur. 
Səhralaşma prosesində hədsiz mal-qara otarılması da mü-
hüm faktor sayılır. Məlum olduğu kimi, quraqlıq  ərazilərin 
çox hissəsi əkinçilik üçün az yararlı olduğundan maldarlıqda 
istifadə edilir. Bitki örtüyü davamlı olmayan belə sahələrdə 
mal-qaranın həddindən artıq toplanması nəticəsində əvvəlcə 
tədricən otlağın vəziyyəti pisləşir və məhsuldarlığı aşağı dü-
şür. Bitki örtüyünün biokütləsi mal-qaranın tələbatının ödə-
mədikdə bitki örtüyü pozulur, torpaq dağılır və bu zaman 
səhralaşma prosesinə zəmin yaranır. Torpaqdan düzgün isti-
fadə edilmədikdə (nəzarətsiz) də arid iqlimli rayonlarda 
səhralaşma prosesi baş verir. Bu rayonlarda səhralaşma əsa-
sən suvarma ilə  əlaqədardır. Dünyada suvarılan torpaqların 
30%-ə  qədəri  şorlaşmaya və  şorakətləşməyə  məruz qalmış-
dır. Dünyada hər il suvarılan torpaqların 1,5 mln. ha-ı şorla-
şaraq sıradan çıxır.  Şimali Amerikada deqradasiyaya uğra-


104 
yan suvarlına torpaqlar 28%, Avropada 16%, Avstraliyada 
13% təşkil edir. Rusiyada deqradasiyaya uğrayan suvarılan 
torpaqların sahəsi inkişaf etmiş ölkələrdən çox olub 35%-ə 
çatır. 
Bəzi alimlər göstərirlər ki, səhralaşmanın  əsas yaradıcısı 
insandır. Onun fəaliyyəti ilə torpaqlar pisləşir, ondan düzgün 
istifadə olunmaması  və  həddən artıq istismarı  nəticəsində 
insan üçün əlverişli ekosistemlərin sahəsi azalır, çox quru 
iqlim  şəraitinin təsiri altında yeni və çox müxtəlif sosial-
iqtisadi problemlər meydana çıxır. 
Səhralaşma proseslərinin qüvvələnməsi və  səhraların 
sərhədinin genişlənməsi 2 əsas amilə bağlıdır. Tədqiqatçıla-
rın bir qismi səhralaşma proseslərinin baş vermə səbəblərini 
vaxtaşırı müşahidə olunan və  təkrarlanan quraqlıqda, yeni 
iqlim şəraitində görürlər.  
Həmin alimlərin fikrincə, səhra ekoloji nöqteyi-nəzərdən 
qüvvədən düşmüş ekosistem olub, o günəş şüalarını udmur 
(əks etdirir), havanın konveksiya intensivliyini zəiflədir və 
nəticədə yağıntıların miqdarını azaldır. 
Digər tədqiqatçıların fikrincə, səhralaşmanın qlobal miq-
yasda inkişafı iqlimlə  əlaqədar olsa da, bu barədə  hələlik 
əsaslı sübutlar yoxdur. Onların fikrincə səhralaşma prosesi-
nin sürətlə yayılmasının  əsas səbəbi insanların təsərrüfat 
fəaliyyətidir. 
Müəyyən edilmişdir ki, səhralaşmanı yaradan 45 amildən 
87%-si insanların su, torpaq, bitki, faydalı qazıntılardan dü-
şünülməmiş istifadəsi ilə, 13% isə təbii proseslərlə bağlıdır. 
Səhralaşma prosesinin səbəbləri aşağıdakılardır: 1) sənaye 
fəaliyyətinin, kommunal və irriqasiya işlərinin yerinə yeti-
rilməsinin nəticəsi kimi bitki örtüyünün məhv edilməsi və 
torpaq təbəqəsinin pozulması, 2) ağac-kol bitkilərinin odun 
kimi istifadə edilməsi ilə  əlaqədar torpaq-bitki örtüyünün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə