Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   55

93 
ərazilərində yerləşməsidir. Yer kürəsində iqlimdən asılı olan 
səhralar 30% ərazi tuturlar. YUNEP təşkilatının məlumat-
larına  əsasən səhralaşmaya məruz qalmış  ərazilərin ümumi 
həcmi 40%-ə yaxındır (cəd. 8.2). 
 
Cədvəl 8.2. 
Yer kürəsindəki səhralar 
 
Səhralar 
Avstraliya və 
Yeni Zelandiya 
Böyük Qum səhrası, Böyük Viktoriya səhrası, 
Gibson səhrası, Kiçik Qum səhrası, Simpson səhrası, 
Stşeleski səhrası, Ranqipo, Tanami, Tirari 
Asiya 
Aralqum, Arısqum, Böyük və Kiçik porsuq, Bestas, 
Betpak-Dala, Qobi (Alaşan, Qaşun Qobisi, 
Cunqariya, Zaaltay Qobisi, Monqol Qobisi, Xami) 
Mirzəçöl, Jalqum, Jamanqum, Qaraqum (Alma-ata
dairəsində  səhra), Qaraqum, (Zaunquz, Qalaqumu, 
Cənub-qərbi Qaraqum, Mərkəzi Qaraqum) 
Qızılqum, Lyuqqum, Moyınqum, Muyunqum, Ordos
Aral Qaraqumu, Saryesik-Atıray, Sundukli, Təklə-
Məkan, Tar (Çolistan), Tauqum, Txal, Üstyurd 
Afrika 
Kalxari, Namib, Saxara (Ərəbistan səhrası, Ağ səhra
Böyük  Şərqi Erq, Böyük Qərbi Erq, Liviya səhrası, 
Nubiya səhrası, Tabezruft, Tenere), Çalbi 
Yaxın Şərq 
Arava, Ərəbistan yarımadası (Vaxiba, Böyük Nefud, 
Dəhnə, Cafura, Nefud-Dahi, Rub-əl-Xali, Tixama, 
Əl-Xasa),  
Avropa 
Aqriate, Akkona, Aleşkofqumları, Bardenas-Reales, 
Pisçinas, Tabernas 
Şimali Amerika 
Alvorda, Moxave (Ölüm vadisi), Aşağı Kaliforniya
səhrası, Ovayxi, Sonora (Altar, Kolorado, Leçugilla, 
Yuma, Yuxa) 
Cənubi Amerika Atakama (Tamaruqal), Seçura, Pataqonya səhrası 
Qütbətrafı 
bölgələr 
Antarktik səhra, Arktik səhra 
 


94 
Ərazilərin 10% səhralaşması insanın fəaliyyəti ilə  əla-
qədardır ki, bu da ağır ekoloji səhvlərlə əlaqədardır.  
Səhraların problemi və bu ərazilərin torpaqlarının mü-
qəddəratı daim alimlərin diqqət mərkəzində olmuşdur. 
1950-60-cı illərdə YUNESKO tərəfindən ilk qlobal, 
ümumiləşdirilmiş tədqiqatlar aparılmışdır. 
Səhralaşma problemləri hərəkət edən qumlar və onunla 
mübarizə yolları barədə, səhra torpaqlarında,  şorlaşma ilə 
mübarizə  səhra və çöl landşaftlarının meliorasiyası  və s. 
problemlərlə əlaqədar keçmiş SSRİ EA İnstitutları, KTEA-sı, 
Türkmənistan, Qazaxstan, Özbəkistan, Tacikistan EA-ın da 
böyük işlər aparılmışdır. Dünyanın quru səhra və çölləri 
kəskin su çatışmazlığı, buxarlanma, su balansı  və intensiv 
quru qalıq və ya müasir aktiv şorlaşma ilə səciyyələnirlər; ona 
görə  də Yer üzərində yaranan və uzun müddət fəaliyyətini 
davam etdirən (mövcud olan) səhralar çöküntü süxurlarında 
intensiv xeyli duz toplanması ilə müşahidə olunur. 
Ən çox geokimyəvi forma ilə səciyyələnən səhralaşma – 
qurumuş göllərdə, bataqlıqlarda, deltalarda, suda asan həll 
olan duzlardan ibarət toplanmalar olan çay terraslarında 
(Çili, Saxara) və yaxud silisiumlu (qumlu), gipsli, əhəngli 
monolit qatlardan (Afrika, Mərkəzi Asiya, Çili) ibarət 
ərazilərdə baş verir. Həm də çox təəccüblüsü budur ki, Yerin 
tarixində dördüncü dövrdə 10-15 min illik intervallarla 
təkrar olunan çoxsaylı buzlaşmalar dövründə bu proses geniş 
yayılmışdır. 
Axırıncı buzlaşma 12-15 min il bundan qabaq başa çat-
mışdır ki, bu vaxtdan sonra əsas buz qatı (2-4 km qalınlıqda) 
ərimiş və yalnız Arktika və Antarktidada qalmışdır. 
Buz təbəqəsinin yox olması düzənlik, ovalıqlarda, dağ-


95 
ətəyi  ərazilərdə  çəmən, bataqlıq-çəmən, bataqlıq və hidro-
morf mənşəli göl landşaftlarının yaranması ilə müşahidə 
olunur. 
Ümumi iqlim quraqlaşmasının hiss olunması Afrikanın 
bir çox göllərinin (Rifta, Şelba, Çad), Cənubi və  Şimali 
Amerikanın bir çox göllərinin (Atakama, Qərbin Böyük 
hövzəsi) Asiyada (Aral gölü, Çanı, Balxaş gölləri) bu 
göllərin xeyli kiçilməsi və qurumasında aydın görünür. 8-10 
min il bundan əvvəl Saxara səhrası tropik bitkilərlə  zəngin 
olan yaxşı rütubətlənən ölkə olmuşdur. Bu hadisələrin ümumi 
istiqamətinin aridləşməyə doğru dəyişməsi rütubətlənmənin 
və soyumanın müvəqqəti prosesin artması (2-3) və azalmasını 
pozmuşdur. Buna yavaş-yavaş gedən aridləşmə  və yerin 
səhralaşmasına insanların sürətli və dağıdıcı  təsərrüfat 
fəaliyyətindəki nöqsanlar da səbəb olmuşdur. Daş dövründən 
başlayaraq, indiyə qədər insanlar yer üzərindəki meşə örtüyü 
və kolluqların (yanacaq, tikinti materialları, ərazi və otlaqlar, 
yollar, dayanacaqlar, yaşayış  məntəqələri və s.) 40-60%-ə 
qədərini məhv etmişlər. Ot örtüklü otlaqlar sistematik olaraq 
yandırılmış  və çoxlu mal-qara ilə yüklənmişlər.  Əkinçilik 
məqsədilə yamac torpaqları və qumsal sahələr şumlanmışdır. 
Torpaqlar humusu, strukturunu itirmiş, eroziyaya və dağıdıcı 
tozlu dumanlara məruz qalmışdır. 
Böyük sürətlə  əhali üçün əkinçilik və  sənaye tərəfindən 
içməli sular çıxarılması  və istifadə olunması  nəticəsində 
yeraltı sular yerin dərin qatlarına getmişlər. Əvəzində böyük 
ərazilərdə qumlar; barxan və dyunlar, əkinlər, yol və yaşayış 
məntəqəlrinə doğru irəliləmişlər. 
Quraqlığın artması  nəticəsində onların nəticəsi neqativ 
olub. Quraqlıq hətta Nigeriyada, Avropada, Şimali və Cənu-


96 
bi Amerikada (Braziliya, Argentina) Balkan yarımadasının 
qaratorpaq çöllərində, Macarıstan və keçmiş SSRİ-də hiss 
olunur. Son yüz ildə quraqlığın sayı müxtəlif kontinentlərdə 
40-a çatmışdır.  
Quraqlıq dünyada sosial partlayış yaradır, aclıq və doy-
mamağı  kəskinləşdirir. Uzunmüddətli dəhşətli quraqlıqlar 
Afrikanın Həbəşistandan, Sudan, Sahelə  və Seneqala qədər 
sahəsini əhatə edir. Ona görə də son onilliklərdə səhralaşma 
problemləri Birləşmiş Millətlər Təşkilatının Ümumdünya 
probleminə çevrilmişdir. 
Səhra landşaftlarının səciyyəsini başa düşmək üçün ora 
düşən atmosfer çöküntüləri ilə rütubətin il boyu potensial 
buxarlanmasını müqaisə etmək lazımdır. 
Saxara və Atakama (Çili) tipli mütləq səhralarda il 
ərzində 10-30-50 mm atmosfer çöküntüləri düşür. Ayrı-ayrı 
zamanlarda bu ərazilərdə bəzən bir neçə il dalbadal yağıntı 
düşmür. Bu ərazilərdə il ərzində potensial buxarlanma 2500-
3000-4000 mm təşkil edir. 
Mərkəzi və Kiçik Asiyada, Ərəbistanda atmosfer çökün-
tülərinin illik miqdarı 75-100-125 mm, potensial buxarlanma 
isə ondan dəfələrlə çox 2000-2500-nin təşkil edir. 
Cənub-Şərqi Avropanın, cənub-qərbi Hindistanın və Pa-
kistanın yarımsəhralarında və  səhra-çöl zonalarında,  Şimali 
Afrikanın, Mərkəzi Avstraliyanın savannalarında atmosfer 
çöküntüləri 100-250 mm arasında tərəddüd edirsə, illik 
buxarlanma xeyli yüksək olaraq 750-1500 mm təşkil edir. 
Asiyanın, Avropanın, Afrika və Amerikanın arid vilayət-
lərinin heyvandarları  və  əkinçiləri  əsrlərlə, minilliklərlə bu 
ərazilərdə yaşamaq və iqtisadi inkişaf uğrunda mübarizə 
üsulları yolları tapmışlar.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə