Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   55

97 
Arid vilayətlərin insanları  əsrlərlə ovçuluq, köçəri dövri 
maldarlıqla məşğul olaraq yaşamışlar. Lakin ovçular, köçəri-
maldarlar eyni zamanda otlaqları, kol-kosu, tuqay və alçaq 
meşələri yandırır, heyvanların sayını çoxaldır və torpağın çim 
qatını dağıdaraq quruların təbii səhralaşma proseslərini 
qüvvətləndirir və  həm də sürətləndirirlər. Xüsusilə son 50-
100 ildə insanların fəaliyyəti nəticəsində, yəni onların kom-
mersiya marağı, gəlir dalınca qaçmaları, bununla əlaqədar 
olaraq heyvanların sayının çoxaldılması, təbii bitki örtüyünün 
məhv edilməsi,  şumluqların eroziyaya məruz qalmış  ərazi-
lərin genişlənməsi nəticəsində antropogen səhralaşma xeyli 
sürətlənmişdir. Bunun nəticəsində son onilliklərdə Argenti-
nanın, Braziliyanın və  Cənubi Amerikanın başqa ölkələrinin 
torpaqları  səhralaşmaya uğramışlar. Keçmiş SSRİ-də bu 
Qazaxstan, Kalmıkiya və Türkmənistana aid edilməlidir. 
İqlimşünaslar təsdiq edirlər ki, Yer kürəsinin tropik 
zonası genişlənir. Belə bir fikir süni peyklərdən tədqiqatlar 
nəticəsində alınmış  məlumatlara  əsasən verilir. Atmosferin 
aşağı qatlarında temperaturun ölçülməsi 1979-cu ildən 2005-
ci ilin sonlarına qədər aparılmışdır. (New Scientist məlumat 
verir).  
1994-cü il 17 iyun tarixində Parisdə  səhralaşmaya qarşı 
mübarizə konvensiyası  qəbul olunmuş  və 1996-cı ildə 
qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konsepsiyanı 
1998-cu ildə imzalanmış, Respublika Prezidentinin 24 aprel 
1998-ci il tarixli fərmanı ilə qüvvəyə minmişdir. 
Səhralaşmanın səbəbləri və  əsas amilləri müxtəlifdir 
(şəkil 8.2) 
 


98 
Səhralaşmanın səbəbləri və əsas amilləri 
 
 
 
Şəkil 8.2. Səhralaşmanın əsas amilləri və səbəbləri 
 
Adətən səhralaşma bir neçə amilin birgə fəaliyyəti ilə baş 
verərək ekoloji durumu xeyli pisləşdirir. 
Səhralaşmaya məruz qalmış  ərazilərdə torpağın fiziki 
xassələri pisləşir, bitki örtüyü məhv olur, qrunt suları 
şorlaşır, bioloji məhsuldarlıq kəskin azalır və bununla da 
ekosisteminin bərpa imkanları azalır. Bu proses əsasən arid 
rayonlarda təbii, əksərən də antropogen amillərin (meşələrin 


99 
məhvi, otlaqların bacarıqsız istifadəsi, torpaqları suvararkən 
su ehtiyatlarından səmərəsiz istifadə və b.) təsirilə baş verir. 
Səhralaşmanın nəticələri ekoloji və iqtisadi cəhətdən çox 
təsirlidir və demək olar ki, həmişə mənfi xarakter daşıyır. O, 
inkişafa böyük maneədir və buna görə də 1995-ci ildə BMT 
səhralaşma və quraqlıqla  əlaqədar Ümumdünya günü elan 
etmişdir və sonradan 2006-cı ili beynəlxalq səhra və 
səhralaşma ili elan etmişdir. 1990-cı ildən səhranın öldürücü 
nəfəsi 6 mln. hektara yaxın məhsuldar qatı dağıtmışdır. 
Səhralaşma ilə  əlaqədar maddi ziyan hər il 42 mlrd. dollar 
təşkil edir. 
 
8.1.1. Səhralaşma göstəriciləri 
 
Səhralaşma göstəriciləri – səhralaşma prosesinin xüsusiy-
yətini və  dəyişməsini göstərən vəziyyətlərin mövcudluğu, 
kəmiyyəti və ya dəyişməsinin statistik məlumatları  və ya 
hadisələridir. Səhralaşma proseslərinin göstəricilərini bu ka-
teqoriyalar üzrə ayırmaq olar: monitorinq səviyyəsi və müx-
təlif göstəricilərə görə  dəyişmə növü üzrə  (şəkil 8.3; 8.4, 
8.5). 
 
Şəkil 8.3 
Planetin Biosferində qlobal dəyişilmələrin xülasəsi 
 
Biosferin 
komponenti 
Dəyişilmənin istiqamətləri 
1 2 
Atmosfer 
Yad aerozollarla, antropogen tozlarla, küllərlə, hislə, 
qazlarla (CO
2
, CO, CH
4
, H
2
S, SO
2
, N, O) çirklənmə. 
Ozon ekranının dağılması ehtimalı, turşu çöküntüləri 
(H
2
SO
4
, NHO
3
), istixana effekti, rütubətin artması və 
atmosfer çöküntülərinin qütblərə doğru aparılması. 
Oksigen çatışmaması təhlükəsi 


100 
1 2 
Saf sular 
Saf qrunt suları tükənir; dərin qatlara keçirlər (çoxlu 
istifadə nəticəsində; çayların suyu şorlaşır, antropogen 
məhsullarla çirklənir). Çöllərin və çayların saf yararlı 
suları çirklənmə, şorlaşma nəticəsində və aqrar sənaye 
və şəhərlərin tələbatı nəticəsində tükənir. 
Okean və 
buzlaqlar 
Antraktikada, Arktikada, yüksək dağlarda buzların əri-
məsi hesabına Dünya okeanının səviyyəsinin qalxması
təhlükəsi var. Sahil zonalarının, körfəzlərin, çayların
töküldüyü delta zonalarında çirklənmə. Yosunların və
manqr bitkilərinin məhv olması. Balıq ovunun və dəniz
canlılarının ümumiyyətlə kasıblaşması 
Meşə və kol 
örtüyü 
Quruda meşə  və meşə-kol örtüyünün 40-50%-i itiril-
mişdir. Hər il tropik meşələrin sahəsi 11 mln. ha azalır, 
31 mln. ha meşə atmosferdəki zəhərli maddəllərlə
(Şimal yarımkürəsində) zədələnmişdir. Dağ landşaft-
larındakı meşələrin intensiv dağılması 
Düzənliyin 
və dağ 
çəmənlərinin ot 
bitkiləri 
Düzən və dağların ərazisindəki ot florasının 35-40% 
dağılmış  və ya xeyli zəifləmişdir (10-11% - şum, 30-
35% otlaq sahələri, o cümlədən hərəkət edən qumlar) 
Dağ və 
düzənliklərin 
torpaq örtüyü 
Demək olar ki, hər yerdə torpağın və onun münbitli-
yinin tükənməsi üstünlük təşkil edir. Biosferin yaşayış
məntəqələri, yollar, anbarlar və s. altında 2 mlrd. ha-ya
qədər torpaq mənimsənilmiş; hər il şum və otlaqlar
altındakı torpaqlarnın 40-60% eroziyaya və deflya-
siyaya uğrayır.  
Dünyanın suvarılan torpaqlarının 40%-ə qədəri şorlaş-
maya məruz qalmışdır. Torpaqlarda hər yerdə bioenerji
ehtiyatlarının azalması (humusun azalması), həmçinin
torpaq faunasının və mikroorqanizmlərin ölməsi (tor-
pağın sterilizə olunması) baş verir. Toksik biosidlər və
kübrələrin artığının toplanması baş verir. Quruda tor-
pağın duzlaşması (turşu yağışları, qurutma, sulfidlərin
oksidləşməsi) xeyli ərazidə baş verir. 
Canlı 
orqanizmlər; 
planetin canlı 
Biosfer üçün qiymətli olan müxtəlif orqanizməlrin
növləri (xüsusilə avtotroflar) itirilmişdir. Bir çox bitki
növləri, canlı, həşəratlar məhv olmuş, planetin fitobio-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə