89
M.P.Balayevə görə Azərbaycanda aridləşmə, səhralaşma
aqroekoloji balansın pozulması, bioloji müxtəlifliyin itiril-
məsi torpaqların deqradasiyaya uğraması, dağlıq ərazilərdə
ekosistemlərin şiddətli eroziyası prosesində özünü göstərir
(cədvəl 8.1).
Cədvəl 8.1.
Yer kürəsində səhralaşma – deqradasiyaya
məruz qalmış torpaq sahələri
(səhralaşma konsepsiyasının məlumatı. T.Mayko, 1992)
№ Torpaq
sahələri Milyon
hektarla
Quraq torpaqların
çəminə görə, %-lə
1 Deqradasiya olan suvarılan
torpaqlar
43 0,8
2 Deqradasiya olan dəmiyə
torpaqlar
216 4,1
3 Deqradasiya
olmuş otlaqlar
757
14,6
4 İnsanların təsərrüfat
fəaliyyətilə deqradasiya
olunmuş
1016 19,5
5 Bitki
örtüyü
deqradasiya
olmuş torpaqlar
2576 50,0
6 Tam deqradasiya olmuş
quraq torpaqlar
3592 69,5
7 Deqradasiyalaşmış torpaqlar
1580
30,5
8 Ekstra
quraq
torpaqlar
9172
100,0
Cədvəl 8.1-də Yer kürəsində deqredasiyaya uğramış torpaqların
(T.Maykonun, 1992-ci il məlumatlarına əsasən) sahələri verilir.
Deqredasiyaya uğramış torpaq sahələri milyon hektarlar, həmçinin
quraq torpaqların cəminə görə %-lə verilir. Cədvəldən göründüyü
kimi deqredasiyaya uğramış suvarılan torpaqların 43 min. ha
olması, dəmyə torpaqlarının isə 216 mln. ha olması göstərilir.
90
Son 40-45 ildə xüsusi ilə də 1980-2010-cu illərdə plane-
timizin bir sıra və semi arid vilayətlərində aridləşmə prose-
sinin xeyli güclənməsi nəticəsində səhra və yarımsəhraların
sahəsinin genişlənməsi müşahidə edilir ki, bu da həmin əra-
zilərin bioloji məhsuldarlığının azalmasına və ya tamamilə
məhv olmasına səbəb olur. Elmi ədəbiyyatlarda bu prosesi
səhralaşma adlandırırlar. İlk dəfə səhrlaşama problemi dün-
ya ictimaiyyətini 1968-1973-cü illərdə Böyük səhrada baş
verən faciəli hadisələrdən sonra cəlb etməyə başlamışdır.
Məlumdur ki, Azərbaycan Respublikası dünyanın az tor-
paq ehtiyatlarına malik olan dövlətlərdəndir və burada əha-
linin orta sıxlığı (92 nəfər) ümumi dünya göstəricilərindən
(43 nəfər) yüksəkdir. Ölkənin mövcud ərazilərinin 48%-i
kənd təsərrüfatı istehsalına cəlb edilmişdir. Bu göstərici əha-
lisi sıx olan ölkələrdə, o cümlədən, yüksək iqtisadi inkişafa
malik olan Qərbi Avropada 50%-dən artıqdır. Ona görə də
Azərbaycan Respublikası kimi ölkələrdə səhralaşma – tor-
paqların deqradasiyasının qarşısının alınması çox ciddi ak-
tual ekoloji problemlərdəndir. Səhralaşma – torpaqların deq-
radasiyasına qarşı mübarizə tədbirləri hazırlamaq üçün ilk
növbədə həmin ərazilərin təhlükəsizlik cəhətdən qiymətlən-
dirilməsi və xəritələşdirilməsi vacibdir.
Üçüncü dövrün sonundan Yer üzərində buzlaşma ilə
növbələşərək mütəmadi olaraq iqlim zonallığı seçilirdi və
buzlaşmanın xeyli azalmasından sonrakı 10-20 min illikdə
arid zonalar və geniş səhralar formalaşmışlar. Hazırda şimal
və cənub yarımkurələrindən arid zonalar Yer kürəsinin
ekvatorunun hər iki tərəfindən rütubətli – meşələr zonasını
əhatə edir. Yer kürəsində arid zonaların sərhədləri və eni çox
dəyişkəndir, əyri-üyrüdür, amma ümumiyyətlə 50
0
-20
0
–
şimal və cənub enliklərinin çərçivəsindən çıxmayaraq Afri-
kada, Cənubi Amerikada, Cənubi Hindistanda və Avstraliya-
91
nın şimalında ekvatora yaxınlaşır.
XXI əsrin başlanğıcında dünyada bir gün ərzində səh-
ralaşma və şorlaşma nəticəsində 10 minlərlə hektar torpaq
sahəsi öz münbitliyini və təsərrüfat əhəmiyyətini itirir, 28 min
hektar, son məlumatlara görə isə 50 min hektar (yeni salınan
meşə sahələrindən 10 dəfə çox) dünyanın ən qiymətli təbii
sistemlərindən biri sayılan və planetimizin «ağ ciyəri»
adlandırılan tropik meşə sahəsi məhv olur, 40 mindən artıq
uşaq ölür. Təkcə bizim respublikamızda rəsmi məlumatlara
əsasən 40,8% torpaq külək və su eroziyasına məruz qalıb və
kənd təsərrüfatı üçün yararsız hala düşüb.
Səhralaşma eyni zamanda sosial-iqtisadi və təbii proses
olmaqla təqribən 3,6 mlrd. hektar torpaq sahəsini təhlükə
altında saxlamaqla, 700 mln.-dan çox insanın yaşadığı
əraziləri əhatə edir. Bu Avropanın ərazisindən üç dəfə
çoxdur və ya Yer kürəsi sahəsinin dörddə biri qədərdir.
Daha təhlükəli vəziyyət Afrikanın sahel zonasında (Seneqal,
Nigeriya, Burkino Foso, Mali və b.) keçici bioiqlim zona-
sında (400 km-ə qədər enində), şimalda Saxara və cənubda
Savannalar arasında yaranmışdır. Səhralaşma prosesi dünya-
nın 1 mlrd.-dan çox əhalisi olan 110 ölkəsini əhatə etmişdir.
Səhralaşma Afrikada xüsusilə böyük ərazilər tutur. Məs.
Böyük Səhranın ərazisi hal-hazırda cənuba doğru 1 km/ildə
sürətlə artır. Dünyada səhraların ümumi artımı 50 min km
2
/il
təşkil edir. Məs. 1968-1973-cü illərdə baş vermiş quraqlıq
Böyük Səhra ilə Seneqal və Yuxarı Nigerin çay hövzələrini
əhatə etmiş, 250 min nəfərdən çox insan və ey heyvanlarının
70%-i suyun çatışmazlığı nəticəsində məhv olmuşdur.
Saheldə kritik vəziyyətin yaranması əsasən iki amilin təsi-
rilə baş verir: 1) sürətlə artan əhalinin ərzaq məhsulları ilə
təmin etmək məqsədilə insanın təbii ekosistemlərə təsirinin
artması və s. 2) meteoroloji dəyişikliklərin (uzun müddətli
92
quraqlıq) olması ilə. Mal-qaranın ardıcıl otarılması otlaqlar-
da artıq təzyiqin olmasına səbəb our. Səhralaşmaya həm də
ot örtüyünün kütləvi yandırılması, xüsusilə yağış dövründən
sonra, intensiv şumlanma, qrunt suyunun səviyyəsinin aşağı
düşməsi və s. şərait yaradır.
Məhv edilmiş bitki örtüyü və torpağın çox xırdalanması
torpağın üst qatının intensiv sovrulmasına (defliyasiya) şə-
rait yaradır.
BMT-nin məlumatlarına görə, hər il dünya meşələrinin 25
milyon hektar sahəsi qırılıb məhv edilir.
Meşələrin qırılması biosferin davamlılığının və atmosfer-
də oksigenin azalmasına, quraqlığın, torpaq eroziyasının,
defliyasiyasının və sürüşmələrin əmələ gəlməsinə, səhralaş-
manın sürətlənməsinə, su daşqınlarına, güclü selə, qasırqa-
lara, torpağın və suyun eroziyasına, iqlimin və relyefin kəs-
kin dəyişilməsinə və s. səbəb olur.
Müasir xəritə materiallarına əsasən mütləq səhralar quru-
nun 8-10%-ni təşkil edirlər.
Bu və ya digər dərəcədə səhralaşmaya məruz qalmış
ümumi ərazi isə (mütləq səhralarla birlikdə) materiklərin 36-
40%-ni təşkil edir. 70-75 ölkədə quraqlaşma hadisələri rast
gəlinir. Səhra və səhra çöl ərazilərin 50%-ni hərəkət edən
dyun və barxanlardan ibarət qumlu səhralıq təşkil edir.
Planetin kontinentlərində səhra və səhralaşan ərazilər qeyri-
bərabər paylanmışlar.
Avstraliyada yer səthinin ≈ 80%-i
Afrikada yer səthinin ≈ 50%-i
Asiyada yer səthinin ≈ 45%-i
Cənubi və Şimali Amerika və Avropada ≈ 20-30%-i.
Aridləşmə və səhralaşma probleminin kəskinləşməsinə
səbəb həm də 30-40 yoxsul və ekoloji cəhətdən zəif inkişaf
etmiş ölkələrin səhra, quru savanna, quraq çöl və yarımçöl
Dostları ilə paylaş: |