Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   17   18   19   20   21   22   23   24   ...   39

 
83 
Biz özümüzünkünü onlarınkı ilə müqayisə etməyin 
sirlərini öyrənməliyik. Həqiqətə qalsa, eyni zaman kəsiyində 
kim kimi təkrar edir – bizimki onu, yoxsa o bizimkini?! 
Bunu tapmaq o qədər də asan deyil. 
Və yaxud tarix kəsiyində "ədəbi xatırlamalar!" Müdrik-
lər deyir ki, dünyada yeni olan heç nə yoxdur. Deyirlər ki, 
hər bir «yeni» yaxşı unudulmuş köhnədir. Bizim «yeni» 
deyə bayıldığımız  ədəbi  əsərlər və  məhsullar, görəsən, 
möhtəşəm  ədəbi mənzərəyə «daxiledilmə» prosesinə hazır-
dırlarmı? Güman edirəm, yox! Bəlkə, bunu özləri də istə-
məz. Bizdə kim o tərəflərdə kimi xatırladır?! Və yaxud, ək-
sinə, bizim Markesimiz, Borxesimiz, Bulqakovumuz, Brod-
skimiz... kimdir?! Qızıl dövrümüz, gümüş dövrümüz olub-
mu?! Bu suallara cavab axtarmağa dəyər, çünki o cavablar 
bizi “onlarla” daha yaxın edir. “Onlara” yaxın etmir, 
“onlarla” yaxın edir. Fərqi var. 
Etimad.  Burada  Moskva  Ədəbiyyat  İnstitutunun mə-
zunu olaraq öz «Alma-mater»imin xeyrinə bir-iki kəlmə de-
məsəm, yanlışlıq olar, məncə. Son vaxtlar Moskvanın özün-
də də «Ədəbiyyat İnstitutu: pro və kontra» adlı sürəkli mü-
zakirələr aparılır. Bir qisim insanlar indi sizin dediklərinizi, 
üstəlik sovet ideologiyasının, sosrealizmin təlqin etdiyi (mə-
sələn, «ədəbiyyat xalq üçündür») prinsipləri  əldə  rəhbər 
tutmasını  və s. əsas gətirərək, ümumiyyətlə, «Litinstitut»un 
bağlanmasını  tələb edirlər. Lakin bu institutun yaşamasını, 
hələ üstəlik, böyük şəhərlərdə onun filiallarının açılmasını 
istəyənlər də az deyil... 
Demək istədiyim başqa  şeylərdir:  Ədəbiyyat  İnstitutu, 
əlbəttə ki, sovet təhsil sisteminin bir parçası olub və siz de-


 
84
diyiniz naqisliklərdən də xali olmayıb. Lakin orada dərs de-
yən və ya seminar aparan Qasparov, Çudakova, Karabuten-
ko, Smirnov, Volqin, Cimbinov və s. kimi çox sayda insan-
lar heç də bu sistemə rəğbət bəsləyən subyektlər deyildilər. 
Onlar tələbələrin beyinlərini yalançı postulatlarla yumağa 
heç meyilli olmayıblar. Bu mənada  Ədəbiyyat  İnstitutu 
başqa təhsil ocaqlarından müsbət mənada həmişə  fərqlənib. 
Hər halda, mən təhsil aldığım sovet dövrünün son illərində 
burada məhz bu cür ab-hava hökm sürürdü. Orada oxuyan 
tələbələri ilk növbədə yüksək səviyyədə  tədris edilən  ədə-
biyyat, fəlsəfə, tarix, sosiologiya və s. kimi məsələlərlə ya-
xından tanış olmaq maraqlandırırdı. Üstəlik, dunyaca ünlü 
ədiblər,  ədəbiyyatşünaslar ilə yaxından ünsiyyətdə olmaq, 
onların yaradıcı  mətbəxini öyrənmək  şansı heç də az əhə-
myyət kəsb etmirdi. 
Kamal Abdulla. Deyirsən, bəzi müəllimlər sistemə 
rəğbət bəsləmirdilər. Razıyam. Amma məsələ burasındadır 
ki, Litinstitutun yaranışdan möhkəm sovet fundamenti var 
idi və bu fundament öz mənəvi ölçülərinin içində müəyyən 
dissidentlik  əlamətlərini saxlamağa hesablanmışdı.  Əslində, 
bu da bir oyun idi. Sistem bu şəkildə "blef" edirdi. Ədəbi uy-
durmalar ədəbi oyunların ortaya çıxmasına bu şəkildə mün-
bit zəmin yaradırdı. Bu da öz-özlüyündə maraqlı mövzudur, 
amma başqa mövzudur. 


 
85 
 
 
Nələrdən biz  
(oxu: ədəbi düşüncəmiz)  
yan keçdik? 
 
 
 
 
Salam. Ola bilsin ki, mən səhv eləyirəm. 
Ancaq bildiyimə görə, «Leyli və  Məcnun»un 
600-ə  qədər variantı olub. Deməli, bu mövzu 
böyük bir ədəbi epoxanı məşğul eyləyib. Qəribə 
də olsa, biz hələ  də bu mövzunun artıq cırılıb-
sökülmüş  şinelindən çıxmamışıq. Bilirsiniz, 
mən bir dəfə bizim ədəbiyyatın yan keçdiyi mövzuları çeşid-
ləmək istəyəndə  çətinlik çəkdim. Bizim həm göylə, həm 
yerlə  əlləşən  ədəbiyyatımızın cığırları, sanki, eynidir, bir-
birinin təkrarıdır – dünənin "Füzulisindən" bu günün "Niza-
misinə" qədər. Elə bil ki, ədəbiyyatımız mövzu etibarilə in-
diyə qədər hazır çəkilmiş konkret və rahat bir yolla gəlir və 
bu  ədəbiyyat, sanki, heç vaxt "qəzaya uğramayıb", qəzaya 
uğrayaraq o konkret və rahat yolun qıraqlarına düşməyib. 
Əlbəttə ki, bəzi "yoldansapmaları" istisna eləyirəm. Dəxli ol-
masa da, Çörçillin bir sözünü xatırlayıram, deyirdi ki, ameri-
kalılar həmişə düzgün yolu seçirlər, ancaq bütün başqa pis 
variantlar sınaqdan çıxarıldıqdan sonra. Hətta bizim çağdaş 
ədəbi mənzərəmizdə "bütün başqa variantların" özündə belə, 
mövzu yenə də "azərbaycanlı" olaraq qalır. Əslində isə, ədə-
bi dəyərlər baxımından tutaq ki, bizim Qarabağı itirməyimiz 
  6-ú
ı ìÿãàì 


 
86
uzaqbaşı Napoleonun öz sərkərdələrindən birini itirməyə bə-
rabər bir şeydir, ondan artıq deyil. 
Kamal Abdulla. Qaldırdığın mövzu bir möhtəşəm 
mövzudur: bizim ədəbiyyat nələrdən vaz keçdi?! Bir şey da-
nışım, sizə maraqlı olmalıdı. Qısa bir zaman ərzində (deyə-
sən, bir ildən də az oldu) Moskvanın məşhur “Literaturnaya 
qazeta”sı  mənim mifoloji süjetlərə (yunan və Misir miflə-
rinə) əsaslanan iki hekayəmi çap elədi… 
Etimad. “Cəngəl çiçəkləri” və “Xaron...” hekayələrini. 
Kamal Abdulla.  Bəli.  İkinci hekayə çapa hazırlanar-
kən qulağıma çatdı ki, bu qəzetdə çalışan bir tənqidçi təəc-
cüb donuna bürünmüş qısqanclıqla deyirmiş ki, niyə bu azər-
baycanlı yazıçı (yəni, mən) eləcə ancaq antik süjetlərdən 
yazır?! 
Görürsünüzmü, bir azərbaycanlı yazarı antik süjetlərə 
də qısqanmaq olarmış... Bəlkə də, o adamın belə mülahizə-
sinin öz gizli məntiqi var və o məntiqi elə biz özümüz hazır-
lamışıq. Bizdən belə ədəbiyyat gözləmirlər. Bəli, elə mənim 
özümdə  də belə bir təsəvvür var ki, biz böyük bir gəmidən 
sürüşüb okeanın içinə düşmüşük, gəmi gözümüzün qabağın-
da üzüb gedir, biz isə suların içində çabalaya-çabalaya qal-
mışıq. 
Ədəbiyyatımız dünyanı  tərpədən bir sürü motiv və 
mövzulara gözünü, qulağını qapadı, onları görmədi, eşit-
mədi. Deyəcəksiniz, sovet dövrü idi, möhkəm təpgi var idi, 
sovet  ədəbi-mədəni qadağaları farağat  şəklində qarovulda 
durmuşdu və s. və i.a., düz də deyəcəksiniz. Burada dövrün 
günahı  həm var, həm də yoxdur. Amma hər  şeyi sovet 
dövrünün üstünə  yıxmaq da düzgün deyil. Bu mövzular o 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə