Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

 
71 
ehtiyac varmı?  Ədəbi gəncliyin qayğılarına dövlət istisna 
hallardan biri kimi yanaşa bilərmi? 
Kamal Abdulla. Əlbəttə ki, keçid, tənzimləmə prosesi 
başa çatanadək dövlət yazarlar üçün, xüsusilə  də, gənc ya-
zarlar üçün nələrsə edir – təqaüdlər verir, çapolma imkanla-
rını saxlayır, müxtəlif qurumlar vasitəsilə həyat tərzini yax-
şılaşdırır... Ümumiyyətlə isə dövlətin  ədəbiyyata, yazıçıya 
köməyi yalnız bundan ibarət olmamalıdır. Əsas məsələ yazı-
çının "ətrafının" düzəlməsidir. Özünün yox, ətrafının! Yəni, 
dövlət yazıçının oxucusunu yaratmalıdır. Bu isə oxucunun 
mədəniyyətini artırmaq deməkdir. Oxucunu kitab almağa
biblioman olmağa mənən və maddiyyən hazır vəziyyətə gə-
tirmək deməkdir. Gərək universitetlərdə  tələbələrlə  iş elə 
qurulsun ki, burada ixtisasından asılı olmayaraq virtual oxu-
cu təhsili həyata keçirilsin. Azərbaycan oxucusuna Xalq çev-
rilməlidir. Və onun səviyyəsi yüksək olmalıdır. Elə bir mühit 
yaranmalıdır ki, həmən mühitdə yazıçıya adekvat qiymət 
verə bilən adamlar yetişsin. Təqaüdlər, pensiyalar, ianələr 
ani, keçici dayaq nöqtələrdir, təbii, bunlar da yaşadığımız 
dövrdə az əhəmiyyətli deyil. Amma əsl kömək güclü və gö-
zəl ölkə qurmaqdır, sağlam və işıqlı vətəndaşlar formalaşdır-
maqdır. Duyğulu insan yetişdirməkdir. Bu olarsa, ədəbiyyat 
da güclü və gözəl olar. Ədəbiyyatın «işləməsi» üçün münbit 
zəmin budur. Yazıçıya bundan böyük kömək ola bilməz. 
Gələk “dövlət dəstəyi” məsələsinə. Şahlar, sultanlar tə-
rəfindən bəxşiş  şəklində  kənd, mülk, mal-dövlət alanlar 
əvvəlcə yazıblar, sonra alıblar. Mədhiyyə və ithafdan kənar-
da mükafat olmayıb. Niyə  də olaydı?! Keçmiş hökmdarlar 
öz qiymətlərini də yaxşı bilirdilər, pullarının da. Bizdə isə 


 
72
çox zaman təqaüdü  əvvəlcədən tələb edirlər. Mükafatların, 
təqaüdlərin dünyaca şöhrətli olanlara verilməsinə rəğmən bu 
gün nə qədər gənc, yaşlı, heç Azərbaycanın özündə belə düz-
əməlli tanınmayan yazarlar dövlətdən kömək güdür, bu 
köməyi alır və... yenə narazıdır. Bir qəşəng ifadə var: “ver 
yeyim, ört yatım, gözlə canım çıxmasın”. 
Gənc yazıçılar köməyi dövlətdən gözləməməlidir. Döv-
lət güclü olmalıdır, onun güclü və zəngin təbəqələri forma-
laşmalıdır.  Əsl köməyi gənc sənətkara cəmiyyət etməlidir. 
Mesenatlar etməlidir, bu günümüzün Tağıyevləri etməlidir. 
Etimad. Bu arada ideal variant, əlbəttə ki, yazıçının öz 
yazıçı əməyi ilə keçinə bilməsi olardı. Heç kəsin qarşısında 
minnətli olmaması üçün. Lakin tarixi təcrübə əksər hallarda 
yazıçının öz ehtiyaclarını qarşılaya bilmədiyini göstərir. Son 
vaxtlarda çox dartışılan mövzulardan biri də, məsələn, jurna-
listika və digər fəaliyyətlər kimi yazıçılığın da peşəkarlaşma-
sı ilə bağlıdır. Dünyada öz qonorarı ilə yaşayan yazarlar az 
deyil. Amma burada sualtı daşlar da kifayət qədərdir. Folk-
ner Nobel mükafatı alana qədər az-çox qazanmaq üçün hər iş 
görürdü. Digər tərəfdən, Şoloxov «Sakit Don»u iyirmi dörd 
yaşında yazıb, ona nə  dərəcədə professional demək olardı, 
bilmirəm. Siz bu məsələyə necə baxırsınız? 
Kamal Abdulla. Professional yazıçı anlayışı çox az is-
tisna ilə dünyaya tanış deyil. Hər kəs əlavə nə iləsə məşğul-
dur. Ən professionalı da hansısa universitet auditoriyasından 
çıxmır. Bu anlayış sovet dövrünün məhsuludur. Biz isə... 
Biz isə hələ də köhnə dövrü söyə-söyə o dövrün anla-
yışları ilə yaşamağa davam edirik. Biz hələ də miflərin bu-
xovundayıq. Biz hələ  də Kopernik kimi düşünüb Ptolemey 


 
73 
kimi danışırıq: "günəş çıxdı, günəş batdı" deyirik. Günəş isə 
nə çıxır, nə də batır. Yer kürəsi özü günəşin ətrafına fırlanır. 
Biz hələ  də Babəkə ulu babamız deyirik və eyni zamanda 
müsəlman dininə, dəyərlərinə sitayiş edirik. Biz hələ də Ko-
roğlunun nəvələriyik və eyni zamanda özümüz üçün bizi 
xanlara, bəylərə aparan şəcərələr düzəldirik. Halbuki, Ko-
roğlu, əslində, dövlətçiliyə – öz xanına (o nə qədər pis olsa 
da) qarşı çıxan bir asidir. Şah İsmayılı büt edirik və türkçülü-
yümüzü öyürük. Sabiri də sevirik, Cavidi də. Və bütün bun-
lar eyni zamanda! Bunlar isə eyni zamanda ola bilməzlər. 
“Ya” – “ya” ilə düzənləyəcəksən bu əkslikləri. Həm o dövrü 
söyürük, həm də onun prinsipləri ilə yaşayırıq. Təhtəlşüu-
rumuzdakı bu əksliklər bizim hərəkətlərimizi özü bildiyi ki-
mi tənzimləyir, daha doğrusu, buxovlayır və bizdəki, düşü-
nürəm ki, özünü hər atdığımız addımda göstərən eklekti-
vizmin bir kökü də bundadır. 
Salam. Zaman dəyişib... 
Kamal Abdulla. Zaman da dəyişib, zəmanə də. Azər-
baycan bu gün lap çox dəyişib. Bütün dünya kimi. Bəlkə də, 
biz dəyişmişik. Xaricimiz, zahirimiz dəyişib, batinimizin isə 
bundan xəbəri yox. Biz təkcə  gənclik dövründən yaşlılıq 
dövrünə  qədəm qoymamışıq, biz həm də nağıldan həyata 
qədəm qoymuşuq, biz ölkələrimizi, şəhərlərimizi dəyişmişik. 
Niyə bizdə keçmiş dövrə aid nostalji çox güclüdür?! Çünki 
bu dövr də, bu şəhər də artıq bizimki deyil. Onlar yeni gələn, 
bir az daha amansız nəslin "mülkiyyəti" olub. 
Bu dövr isə... Hər bir dövrün və ya dövr kəsiyinin, əv-
vəli və sonu olan hər bir müddətin özünəməxsus bir romanti-
kası olur. Hətta sovet dövrünün romantikası var idi. İndiki 


 
74
dövrün romantikası yoxdur. İntellektual ruhu, dolumu – var, 
estetikası var, daha nəyi desən – var. Romantikası isə – yox-
dur! 
Salam. Şəxsən mən sovet dövrünün romantikasını çox 
dəyərləndirirəm. Ümumən düşünürəm ki, romantik aurada 
ədəbiyyatın təsir gücü daha çox olur. Ancaq məndəki nostal-
ji o dövrün romantik pafosuna yox, gerçək həyatın romanti-
kasıdır. Səngərdə  əsgərin Yesenini oxuya-oxuya döyüşərək 
qələbə çaldığı romantikanın nəyi pis idi ki?! Həm də bu, 
təkcə sovet dövrününmü romantikasına nostaljidir? Homer 
başdan-ayağa romantika deyilmi? Ya elə Nitsşe, Eliot, Dos-
toyevski, Nizami? Məsələn, oxucunun nə vecinədir ki, Mar-
kesi ədəbiyyatşünaslar mistik-realizmin banisi sayırlar, oxu-
cunu cəlb eləyən Markesin romantikasıdır, məncə. 
Yeri gəlmişkən, bir vaxtlar təkcə  ədəbiyyat yox, elə 
ədəbi tənqid də sanki, duyğusal, emosional, sentimental idi. 
Ümumən, tənqidə münasibətimiz necədir? Ramiz Rövşən 
yazmışdı ki, tənqid ikinci, əsər birincidir. Bəlkə, bu, belə de-
yil. Bəlkə, tənqid birincidir – yəni, bəlkə, əsər üçün ideyanı 
da, estetik istiqaməti də, yaradıcı enerjini də tənqid verir və 
əsər bundan sonra hazır detallardan yığılır?! 
Kamal Abdulla. Ramiz Rövşənin özü də bilir ki, tən-
qidçi dediyimiz bəndə ayrıca,  əlahiddə  şəkildə mövcud de-
yil, yoxdur! Folknerin özündən daha gözəl və daha mə-
suliyyətli şəkildə ədəbiyyata və eləcə də öz yazdığına qiymət 
verən başqa bir adam mən tanımıram. Yaxud – Borxes... 
bəyəm o, öz nəhəngliyilə ancaq və ancaq nasirdir? "Ancaq 
və ancaq tənqidçi" olan da o cür. Belə ola bilməz! Siz mənə 
Belinskini, Pisarevi, daha yaxın dövrdən Şklovskini, Annin-


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə