Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   12   13   14   15   16   17   18   19   ...   39

 
63 
"Səmimi" Puşkin necə?! 
"Səmimi" Hüseyn Cavid?! 
"Səmimi" Səməd Vurğun?! Bu artıq daha yaxındır. 
Səmimi Ramiz Rövşən?! Artıq dırnağa da ehtiyac yox-
dur. Biz indicə  gəlib-gəlib təyinlə  təyinolunanın tam ideal 
qovuşacağında durduq. Söz şairin içində  əriyib, bəlkə  də, 
əksinə. 
Geriyə doğru getdikcə daha süni səslənir, deyilmi?! 
Bu  şəkildə  nə  qədər desən, uzatmaq olar. Şair var ki, 
adının yanına bu sözü qoyanda yaraşır, şair var, yox, bu sözə 
heç bir ehtiyacı yoxdur. Sovet dövrünün xaricində bu meyar 
"işləmir". Amma sovet dövrü üçün də bu meyar yalançı me-
yardır. Bilirsinizmi, mən nə düşünürəm?! Bu meyar Mos-
kvada Sovet dövründə  şair-yazıçı «düzəldən» Qorki adına 
Litinstitutun uydurmasıdır. Yəni, sovet ədəbi-əxlaqi məfku-
rəsinin təzahürüdür. O İnstitutun  ədəbiyyatla bağlı belə uy-
durmaları çoxdur. Səmimi, qeyri-səmimi, ürəkdən gəlir, 
yoxsa beyindən? Yaradıcılıq əzabının şirinliyi... Və s. və i.a. 
Salam. Doğrudan da, söhbət şeirdən gedəndə mənzərə 
bir az fərqli olur. Oxucu şairə nasirdən daha çox inanır. Ona 
elə gəlir ki, şair bütün şeirlərində özüdür, öz taleyilə, öz ya-
şantılarıyladır. Məsələn, mən özüm yazdığım şeirlərin misra-
ları üstündə həyati detallarımı araşdırmaq cəhdlərinə çox rast 
gəlmişəm. Ancaq bu absurddur. Çünki, yazdığımız  şeirlər 
müxtəlif dağınıq düşüncə qatlarının nəticəsidir, bəziləri heç 
müəllifin öz yaşantıları deyil, müşahidədən gələnləri də var, 
uydurulanı  da  var,  sadəcə, məna və söz oyunları da var. O 
şeirlərin içində elələri də var ki, həyatilikdən uzaq təxəyyül 
kombinasiyalarıdır, yəni, ədəbiyyat yuxularıdır. Yəni, oxucu 


 
64
heç vaxt şeirə  sənət meyarlarından yanaşmaq istəmir və 
məncə, o, bu mənada yarımhaqlıdır. O, şeirdəki enerjinin ya-
rısını almaq istəyir – ruhi-mənəvi zövqü alır, amma estetik 
zövq barədə düşünmür. 
Kamal Abdulla. Mənə ancaq razılaşmaq qalır. Amma 
bir məsələ var ki, oxunan şerin özünün səmimiyyəti olmur. 
Hər iki şair deyir ki, "sevirəm". Sən birinə inanırsan, o birinə 
yox. Ona görə yox ki, biri bu sözü o birindən daha qəşəng 
deyir və olur daha səmimi. Orada haqqında söhbət gedən sə-
mimiyyət oxucunun səmimiyyətidir... Nə bilim, bəlkə  də, 
mən səhv edirəm, məsələ deyimlə bağlıdı?! Qərəz, qəliz mə-
sələdi. Ariadna ipindən-zaddan bir şey olsaydı... geriyə qa-
yıtmaq istəyirəm. 
Salam. Qayıdaq. Ümumiyyətlə, mənə elə gəlir ki, ədə-
biyyatımızda daima nəsə çatışmır. Elə bil, nəyi isə unutmu-
şuq… Sizə belə gəlmirmi?! 
Etimad. Haqlısan. Elə bil ki, yada salmaq istəyirik, ya-
dımıza düşmür... 
Kamal Abdulla.  Ədəbiyyatımızda,  əslində, çox şey 
çatışmır. Unutduğumuz da var, yəni, əvvəl bu olub, indi yox-
dur. Mən həmişə bir hissi bizim ədəbiyyatımızda çox axtar-
mışam, amma əbəs yerə axtarmışam… tapa bilməmişəm. Bu 
hissin adı günahdır. Rus ədəbiyyatının möhtəşəmliyi həm də 
onun onurğa sütunu olan günah hissinə münasibətindən do-
ğur. Bu hələ hamısı deyil, XIX əsr rus dahiləri təkcə yazdıq-
ları ilə deyil, öz-özlərinin timsalında da bu hissin kontrolun-
dan keçdilər. Gənc Tolstoy gənc Turgenevi duelə çağırmaq 
istəmişdi və onu təhqir etmişdi. Yaşlandıqdan sonra isə bu 


 
65 
hərəkəti üçün ondan üzr istəməyə özündə güc və təpər tapa 
bilmişdi. 
Tolstoy təkcə öz yaradıcılığı ilə deyil, öz həyatı ilə də 
günah hissinin güzgüsü oldu. 
Dostoyevski Günahın və günahların özündə  sınan  əyri 
güzgüsüdür. 
Çexov balaca günahların "indulgensiyası" ilə  məşğul 
olurdu. 
Platonov günahını doğulmağında görürdü. Adəmdən 
gələn ilkin günahı bu günə qədər gətirib onu yaşayırdı. 
Rus yazıçılarını bu hissə münasibətinə görə müxtəlif 
yerlərə və rəflərə yerləşdirmək mümkündür. 
Bəs gəlin düşünək, bizdə məsələ nə cürdür?! Qətiyyətlə 
deyə bilərik ki, bizim ədəbiyyatımız birmənalı şəkildə günah 
hissi ilə "məşğul" olmayıb. Və yaxud belə deyək: ciddi məş-
ğul olmayıb. Bu hiss ondan yan keçib. Qəhrəmanlar əzab çə-
kiblər, müxtəlif mənəvi sarsıntılar keçiriblər, həyatın, ölü-
mün mənası haqqında geninə-boluna düşüncələrə qərq olub-
lar... Amma günah hissi onları ciddi maraqlandırmayıb. Bəl-
kə, dişini-dişinə sıxıb təkcə Əkrəm Əylislinin Qədirini (“Kür 
qırağının meşələri”) bu sıradan çıxmaq olar. O da kifayət də-
rəcədə üzdən gedir. Ədəbiyyatımızda mazoxizm – nə qədər 
desən, eninə-uzununa! Fədakarlıq, özünü qurban vermək – 
yenə də geninə-boluna! Amma bu gözəl qəhrəmanlar insanın 
içində qalıb onu rahat buraxmayan ən ağır hisslərdən biri 
olan və günah adını daşıyan duyumdan yan keçiblər. Bu, 
təkcə xristianlıq fəlsəfəsi ilə bağlı deyil. Doğuluş günahın-
dan tutmuş  məhşər ayağında veriləcək sualların cavabsızlı-
ğından doğan günah – budur, dinlərfövqü, ən ali əbədi (əgər 


 
66
istərsəniz, həm də – ədəbi) həqiqət! Və yaxud o həqiqətlərin 
birincisi. 
Əzab, ancaq əzab! Mazoxizm dərəcəsində əzab! Bizim-
kilərin "günah"ı! Bu isə bayram şarı kimi yüngül... “Sən mə-
ni sevdin, mən səni atdım”, ya da əksinədən doğan əzablar. 
Açıq deyək ki, əsl günah hissi bizdə yoxdur və olmayıb. 
İlkin ədəbi məxəz tapmaq mümkün deyil. Amma... yenə də 
bir qədim istisnanın adını çəkə bilərəm. 
"Dədə Qorqud" dastanlarındakı (ilk baxışda çox qəribə 
görünsə  də) Təpəgöz obrazı bütün ədəbiyyatımızda ilk və 
son qəhrəmandır ki, əsl günah hissini, ancaq çox gizli şəkil-
də yaşayır. Sonda, ölüm ayağındakı etirafında Təpəgöz onu 
öldürməyə və Oğuzu xilas eləməyə hazırlaşan Basata, başına 
daş salıb özünü nə üçün öldürmək istədiyini – bu gizli "sirri-
ni" açır. Bu məqam mətndə bir az dolaşıq verilib. Çünki 
Dastan yaranan zaman orada təsvir olunan hislər qamması 
özü dolaşıq kələfdən ibarətdir. Heç bir hiss “təmiz” şəkildə 
mövcud deyil. Bunun özü təbiidir. Bu baxımdan mən Təpə-
gözün intuitiv şəkildə duyduğu günah hissini qarışıq hislər 
kələfinin içində gizlənmiş özünə qəsdetmə niyyətində görü-
rəm. Adamları yeməyi, onu bəsləyənlərə qan uddurmağı, 
Oğuza zülm eləməyi onu intihar hissinə – günahın ekiz qar-
daşına tərəf aparır. Bu, bəlkə də, hiylədir. Basat onu öldür-
məsin deyə, belə bir yalanı, bəlkə  də, Təpəgöz özündən 
“toqquşdurur”. Amma nə olursa olsun, məqsəd hətta Basatın 
yumşaldılmasından gedirsə belə, bunun üçün məhz günaha 
müraciət və işarə edilməsi – bu, ədəbi baxımdan ən azından 
maraqlıdır. 
Günah hissinin gəlib lap yanında duran özünü kiminsə 
(kimlərinsə)  əvəzinə qurban vermək istəyi də  ədəbi came-


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə