ƏL İ H ƏS ƏNOV
20
regional
təhlükəsizlik siyasətini, bu siyasətin Azərbaycanın
hərbi-geostrateji maraqlarına təsiri məsələlərinin öyrənilməsi;
8. Türkiyə, İran və digər bölgə ölkələrinin Xəzər-Qara
dəniz hövzəsi və Cənubi Qafqazın regional təhlükəsizliyinə
yanaşması və bu əsasda Azərbaycanın regional təhlükəsizlik
maraqları və regional təhlükəsizlik siyasətinin şərh edilməsi;
9. Cənubi Qafqazın əsas təhlükəsizlik məsələsi hesab
olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi-
nin
tarixi köklərinin tədqiqi, problemin yaranması və sonrakı
inkişafında beynəlxalq, regional və milli maraqların araşdırıl-
ması, münaqişənin doğurduğu beynəlxalq və regional problem-
lərin təhlil edilməsi,
Azərbaycanın işğalın nəticələrinin aradan
qaldırılması və öz ərazi bütövlüyünün bərpa edilməsi istiqamə-
tində beynəlxalq, regional və ölkə daxili fəaliyyətinin şərh
edilməsi, münaqişənin həlli istiqamətində beynəlxalq təşkilat-
ların rolu və fərqli maraqlarının cərəyan etmə xüsusiyyətlərinin
tədqiq edilməsi və s.
Problemin öyrənilmə dərəcəsi. Azərbaycanda
milli inki-
şaf və təhlükəsizlik siyasəti indiyə qədər nə beynəlxalq, nə də
ölkə siyasətşünaslığında ayrıca elmi araşdırma mövzusu olma-
mış və bəhs olunan sahə üzrə sistemli, kompleks tədqiqat işi
qeydə alınmamışdır. Lakin bu sahənin ayrı-ayrı sahələrini,
Azərbaycanda milli inkişaf və təhlükəsizliklə bağlı reallaşdırı-
lan fəaliyyəti, yürüdülən dövlət siyasətini, praktiki tədbirləri
əks etdirən çoxsaylı mənbələr, rəsmi materiallar,
ölkə rəhbərli-
yinin və digər ali vəzifəli şəxslərin çıxışları toplanmışdır.
Bundan başqa mövzu üzrə indiyə qədər bir çox xarici və
yerli müəlliflərin məqalələri və kitabları çap olunmuş, bəzi
hadisələrin xronikası tərtib edilmişdir. Düzdür, həmin mənbə
AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ
TƏHLÜKƏSİZLİK SİYASƏTİNIN ƏSASLARI
21
və tədqiqatlarda Azərbaycanın milli inkişaf və təhlükəsizlik
siyasəti, bu siyasətin elmi-nəzəri, praktiki əsasları, prinsipləri,
xüsusiyyətləri və istiqamətləri, milli inkişaf strategiyası və
təhlükəsizlik siyasəti arasındakı qarşılıqlı əlaqələr, onların bir-
birinə təsiri və s. məsələlər ayrıca bir tədqiqat obyekti kimi
ortaya qoyulmamış və sistemli araşdırmaya cəlb edilməmişdir.
Lakin bu problemin ayrı-ayrı aspektləri üzrə bəzi tədqiqat
əsərləri yazılmışdır.
Müstəqillik illərində Azərbaycanın milli inkişafı və təhlü-
kəsizlik siyasətinin
müxtəlif aspektlərinin, xüsusən də milli in-
kişafın öyrənilməsi baxımından aparılan elmi araşdırmalar sı-
rasında akademik Ramiz Mehdiyevin əsərləri xüsusi əhəmiyyət
kəsb edir. Onun bu məsələnin ayrı-ayrı problemlərinə həsr
edilmiş çoxsaylı kitab və məqalələri tədqiqat obyektinə və
mövzuların geniş spektrinə görə siyasətşünaslar tərəfindən
yüksək qiymətləndirilir.
R.Mehdiyevin geniş informasiya yüklü siyasi-fəlsəfi əsər-
lərində ölkənin milli inkişafı və təhlükəsizlik siyasətinin for-
malaşması və həyata keçirilməsinin nəzəri- praktiki məsələləri
öz əksini tapmış, ayrı-ayrı illərdə bu sahədə görülən işlər, hə-
yata keçirilən dəyişikliklər təhlil
edilmiş və əhəmiyyətli elmi-
praktiki tövsiyələr verilmişdir. Bundan başqa, müəllifin mo-
noqrafiyalarında müstəqil dövlət quruculuğu və müasir dünya-
da cərəyan edən qlobal geosiyasi proseslər kontekstində Azər-
baycan dövlətinin milli inkişafının müxtəlif məsələləri təhlil
olunmuş, planetar transformasiyaların Azərbaycan dövləti və
cəmiyyətinin mövcud reallıqlarına təsiri, milli inkişaf strategi-
ƏL İ H ƏS ƏNOV
22
yasının istiqamətlərinin müəyyənləşməsində rolu ilə bağlı bir
çox elmi fikirlər irəli sürülmüşdür.
3
R. Mehdiyevin “Azərbaycanın inkişaf dialektikası” (Bakı,
2000) əsəri Azərbaycan Respublikasının keçdiyi inkişaf yolu-
nun dialektikasına, həmin dövrün
xarakterik xüsusiyyətlərinə
və s. məsələlərə həsr edilmişdir. Kitabda Azərbaycanda Xalq
Cümhuriyyəti dövründən başlayaraq sovet hakimiyyəti illəri də
daxil olmaqla, müstəqillik dövrünün ictimai-siyasi prosesləri,
respublikada milli inkişaf siyasətinin formalaşması və həyata
keçirilməsinin tarixi şəraiti, dövlət quruculuğu, demokratikləş-
mə və modernləşmə kimi daxili siyasət məsələləri təhlil edil-
mişdir. Bu əsər milli inkişafın əsaslarını əks etdirməklə bəra-
bər, həm də problemin elmi-siyasi mənzərəsini açmaq baxı-
mından önəm daşıyır.
R. Mehdiyevin digər əsərləri də Azərbaycanın milli inki-
şaf siyasətinin öyrənilməsində mühüm rol oynayır. Bu baxım-
dan onun “2005-ci il parlament seçkiləri: ilkin təhlil” (Bakı,
2006), “Vətəndaş cəmiyyətinə yol açan ideyalar” (Bakı, 2006)
və s. əsərlərini qeyd etmək olar.
R. Mehdiyevin tədqiqatlarında
Ulu Öndər Heydər Əliyev
tərəfindən Azərbaycanın inkişafının əsas sütunlarından sayılan
birləşdirici millli ideyanın – azərbaycançılığın siyasi gündəmə
gətirilməsi, 90-cı ilərdə rəsmi dövlət siyasəti səviyyəsinə qaldı-
3
Mehdiyev R. Azərbaycanın inkişaf dialektikası. Bakı, Azərbaycan MEN,
2000; Mehdiyev R. XXI əsrdə milli dövlətçilik. Bakı, XXI –Yeni Nəşrlər Evi,
2003; Mehdiyev R. Azərbaycan: qloballaşma dövrünün tələbləri – keçmişin
dərsləri, bu günün reallıqları və gələcəyin perspektivləri. Bakı, XXI – Yeni
Nəşrlər Evi, 2005; Mehdiyev R. Yeni siyasət. 2 cilddə. Bakı, Şərq–Qərb, 2008;
Mehdiyev R. Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti.
Bakı, Şərq-Qərb, 2008 və s.
AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ
TƏHLÜKƏSİZLİK SİYASƏTİNIN ƏSASLARI
23
rılması, milli dövlət quruculuğu prosesindəki tətbiqi məsələlə-
rinə toxunulur, Heydər Əliyevin dövlət quruculuğu təlimi və
siyasi irsi təhlil olunur, Azərbaycanda formalaşan və həyata
keçirilən milli inkişaf siyasətinin
ideya-siyasi mənzərəsi, əsas
mərhələləri, xüsusiyyətləri və fərqli aspektləri tədqiq edilir.
Müstəqillik dövründə Azərbaycanın sosial-iqtisadi tərəq-
qisinin və həyata keçirilən hüquqi-demokratik islahatların
Heydər Əliyevin strateji dövlətçilik və idarəçilik xəttinin tərkib
hissəsi kimi araşdırılması və həmin milli inkişaf siyasətinin
Prezident İlham Əliyev tərəfindən 2003-2011-ci illərdə davam
etdirilməsi, bu siyasi xəttin keyfiyyətcə yeni səviyyəyə qaldı-
rılması məsələləri R. Mehdiyevin “Azərbaycan: qloballaşma
dövrünün tələbləri” (Bakı, 2005), “Vətəndaş cəmiyyətinə yol
açan ideyalar” (Bakı, 2006), “Demokratiya yolunda: irs haq-
qında düşünərək” (Bakı, 2007) və s. əsərində təqdim edilir.
4
Bu əsərlərdə həm də müasir dünyanın transmilli inkişafı və
qloballaşması fonunda Azərbaycanın milli inkişafı, cərəyan
edən ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyəti izah
edilir, ölkənin milli inkişaf perspektivləri ilə bağlı bəzi tövsi-
yələr verilir.
R. Mehdiyevin “Yeni siyasət: inkişafa doğru”, (2 cilddə,
Bakı, 2008), “Modernləşmə xətti yenə də gündəmdədir” (Bakı,
2008) və s. əsərlərində Azərbaycanın
milli inkişaf tarixi, keçid
dövrünün qanunauyğunluqları və özünəməxsus xüsusiyyətləri,
müasir sosial-iqtisadi və siyasi həyatın bəzi özəllikləri təhlil
4
Bu haqda daha ətraflı bax: S.Xəlilov. Akademik Ramiz Mehdiyevin elmi-
fəlsəfi fəaliyyəti haqqında // Ramiz Mehdiyev. Biblioqrafiya. Bakı, Şərq-
Qərb, 2009, s. 87-64; Ə.Həsənov. Akademik Ramiz Mehdiyevin elmi yaradıcı-
lığı haqqında //Yenə orada, s.157-161.