11
1.2. Mis filizləri
1.2.1. Sərbəst mis yataqları
1.2.1.1. Xalxal sərbəst mis yatağı
Xalxal sərbəst mis yatağı vulkanogen-eksploziv genetik tipə aid
edilir. Vulkanogen-eksploziv genetik tip termin kimi filizəmələgəlmə
prosesini aydınlaşdırır. Bu terminə dair bəzi məqamlar bir sıra digər
işlərdə: U.Uayt (1972), İ.Z.Samonov və İ.F.Pojarski (1978), Q.İ.Tuqovin
(1974), V.N.Kotlyar və P.D.Yakovlev (1984) və digərləri tərəfindən
işıqlandırılsa da, termin kimi ilk dəfə V.N.Nağıyev (1986) tərəfindən
təklif edilmişdir.
U.Uayt (1972) ABŞ-ın Verxnovo gölü rayonunda yerləşən və artıq
5 mln. tondan yuxarı mis istismar edilmiş sərbəst mis yatağını
kembriyəqədərki bazalt örtüklər və subvulkanik cisimlər kimi gözdən
keçirmişdir.
İ.Z.Samonov və İ.F.Pojarski (1978) Araz zonasındakı Xalxal
sərbəst mis yatağını qeyd olunan tipə aid etmişlər. Ş.S.Bəktaşi və
E.A.Məmmədov (1980) Naxçıvan törəmə çökəkliyindəki filizli
aqlomeratların petrokimyəvi səciyyəsini vermiş, mis filizləşməsinin
qələvi bazaltoid vulkanizminin mənbəyi ilə əlaqəsini qeyd etmişlər.
Q.İ.Tuqovin (1974) öz tədqiqatlarında təzahürdə eksploziv süxurların
filizliyinə diqqət yetirmiş, onların müxtəlif tərkibli maqma ilə əlaqəsinə
baxmış və eksploziv qurğuların tiplərini vermişdir. V.N.Kotlyar və
P.D.Yakovlev (1984) tərəfindən eksploziv filizəmələgəlmə prosesi
vulkanik yataqların timsalında nəzərdən keçirilmişdir.
Beləliklə, yuxarıda adları qeyd olunan tədqiqatçılar tərəfindən
vulkanogen-eksploziv genetik tipə dolayısı yanaşmalar olmuşdur.
V.N.Nağıyev qeyd olunanları təhlil etmiş və Xalxal yatağında tədqiqatlar
apararaq 1986-cı ildə Oliqosendə, bilavasitə, Xalxal vulkanının boğa-
zında və kraterin yamaclarında mis yataqlarının əmələgəlməsini şərt-
ləndirən vulkanogen-eksploziv genetik tipə dair (Xalxal mis yatağının
timsalında) özünün yeni işini dərc etdirmişdir.
Naxçıvan filizli dərinlik qırılma zonası Araz rift zonasının şimal
kənarını əhatə edir.
12
Araz zonasının ilkin aktivlik mərhələsi eksploziv vulkanizmin
andezit-dasit formasiyasının səth və səthəyaxın fasiyalarının əmələ gəl-
məsi ilə səciyyələnir.
Oliqosen vulkanizmi Naxçıvan dərinlik qırılması boyu inkişaf
edərək en istiqamətində 70 km-dən çox məsafədə uzanır və misin bir sıra
yataq və təzahürlərinin ( Xalxal, Payız, Misdağ və s.) inkişafı ilə
səciyyələnir.
Xalxal yatağında ləkəli-möhtəvi filizləşmə aqlomerat horizontuna,
partlayış (püskürmə) borusuna və subvulkanik cisimlərə aid edilmişdir.
Eksploziyanın mərkəzindən uzaqlaşdıqca, tuf horizontları arasında
sərbəst mis mötəviləri ilə təmsil olunmuş şar görünüşlü tuflarda “filizli
bombalar”a rast gəlinir. Filizsiz aqlomeratların arasında dörd filiz
horizontu müəyyən edilmişdir ki, bu da filizəmələgəlmə prosesinin dörd
mərhələdə baş verməsini təsdiqləyir. Eksploziv-filizəmələgəlmə prosesi
Xalxal sərbəst mic yatağında tam şəkildə öz ifadəsini tapmışdır. Burada
püskürmə borusundakı (nekk) misli aqlomeratlardan başlayaraq kraterin
yamacındakı filizli aqlomerat axımlarından keçməklə az qalınlıqlı (0,2-
0,4 m), maili yatımlı horizontlara doğru uzaqlaşdıqca bilavasitə tədrici
keçid müşahidə olunur. Digər hallarda (Sabir, Göydərə, Yaycı və digər
təzahürlərdə) püskürmə mərkəzindən böyük məsafədə nadir “filizli
bombalar”la bərabər tuffitlərin və az qalınlıqlı əhəngdaşlarının arasında
misli laylar qeyd olunur. Beləliklə, Araz zonasında Oliqosen vulkanizmi
ilə eksploziv-vulkanogen (Xalxal, Payız, Misdağ) və vulkanogen-çökmə
(Sabir, Göydərə, Yaycı və digərləri) genetik tip təzahürlər əlaqədardır.
Xalxal yatağı Naxçıvan şəhərindən 18 km şimal-qərbdə, Naxçı-
vançayın orta axım hövzəsində, Qızıldağ dağından 1 km cənub-şərqdə
yerləşir. Yataq 1961-1963-cü illərdə H.S.Məmmədov və M.Q.Məm-
mədov tərəfindən öyrənilmişdir. 1980-1983-cü illərdə V.N.Nağıyev və
Y.Ə.Kərimov tərəfindən yataqda dəqiq axtarış işləri aparılmışdır.
Yataq rayonunun geoloji quruluşunda Üst Eosen, Alt və Orta
Oliqosen və Alt Miosenin vulkanogen və vulkanogen-terrigen çökün-
tüləri iştirak edir.
Filizləşmə sərbəst mis şəklində püskürmə mərkəzindən axan
aqlomerat axımlarına, püskürmə borularının və nekklərin Alt və Orta
Oliqosen yaşlı andezit və andezit-dasit tərkibli boğaz fasiyalarına aid
edilmişdir.
Aqlomerat-eksploziv misli axımlar dik yatıma malik olub, kraterin
yaxınlığında 60-75°, bir qədər uzaqda isə 40-55° bucaq altında cənuba
13
yatırlar. Misli aqlomerat horizontu 5 m-dən 39 m-dək qalınlığa malikdir.
Filizli layın intensiv qalınlığı kraterin yaxınlığında 32 m, bir qədər
uzaqda 3 m, böyük uzaqlıqda isə daha az təşkil edir.
Misli aqlomerat axımlarının orta qalınlığı 14,3 m, misin orta çəki
miqdarı 1,65% olmaqla, uzanma istiqaməti üzrə 500 m, düşmə istiqaməti
üzrə 200 m izlənilir. Qeyd etmək lazımdır ki, misin miqdarı yer səthində
geniş hədd daxilində - 0,6%-dən 6,94%-dək dəyişərək, adətən, 1,1%-dən
3,2%-dək təşkil edir. Dərinlikdə, sərbəst mis şəklində ilkin filizləşmənin
inkişaf etdiyi yerlərdə misin miqdarı bir qədər aşağı olub, 0,55%-dən
2,96%-dək dəyişir.
İkinci filiz cismi boğaz fasiyaya-lavabrekçiyalara aid edilmişdir.
Filiz cismi dik, demək olar ki, şaquli təmas hissədə və vulkan boğazının
daxili hissəsində öyrənilmişdir. Filiz cismi 200 m-dən artıq dərinliyə
izlənilmiş, lakin dərinlikdə sərhədləndirilməmişdir. Burada 9,6 m qalın-
lığa misin miqdarı 1,14% müəyyən edilmişdir.
İlkin filizlər sərbəst misin yuva və möhtəviləri ilə təmsil olunur.
Oksidləşmə zonasının mineral tərkibi kuprit, malaxit, azurit, xalkozin və
sərbəst mislə təmsil olunur. Qeyri-filiz minerallarından kalsit, xlorit,
epidot, filizsiz kvars və gips iştirak edir. 1979-cu ildə 1 №-li buruq
quyusundan götürülmüş sınaqlarda qızılın miqdarı 0,2-2,2 q/t, gümüşün
miqdarı isə 0,2-4,0 q/t olmuşdur. Sərbəst misin sınağında qızılın miqdarı
200 q/t-a çatmışdır.
Xalxal yatağında ilkin filizin mineral tərkibi yalnız sərbəst misdən
ibarət olub, burada oksid və sulfid minerallarına rast gəlinmir. Bu
vəziyyət filizəmələgəlmə prosesinin hidrotermal və skarn mərhələlə-
rindən əvvəl baş verməsi faktını təsdiq edir. Sərbəst mis lavabrekçiya və
aqlomeratlarla singenetik əlaqədardır. Filizəmələgəlmə prosesi eksploziv
vulkanizmin son püskürmə prosesi ilə müşayiət olunmuşdur. Həmçinin
qeyd etmək lazımdır ki, sərbəst misin təzahür və yataqları Naxçıvan rift
zonasının kənar hissələrində inkişaf tapmış dərinlik qırılması xətti boyu
yerləşir və əmələ gəlməsinə görə Oliqosendə mantiya diapirizminin
aktivləşmə mərhələsini əhatə edir.
Beləliklə, qeyd etmək lazımdır ki, sərbəst misin əmələ gəlmə pro-
sesi dərinliklə əlaqədar olub, böyük dərinlikdə formalaşmış və sonradan
lavabrekçiyalarla birlikdə yer səthinə və yer səthinə yaxın dərinliyə
atılan misli və uranlı əsas maqmanın yerləşməsi ilə əlaqədardır.
Dostları ilə paylaş: |