Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə4/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   2   3   4   5   6   7   8   9   ...   77

 
11
1.2. Mis filizləri 
 
1.2.1. Sərbəst mis yataqları 
 
1.2.1.1. Xalxal sərbəst mis yatağı 
 
Xalxal sərbəst mis yatağı vulkanogen-eksploziv genetik tipə aid 
edilir. Vulkanogen-eksploziv genetik tip termin kimi filizəmələgəlmə 
prosesini aydınlaşdırır. Bu terminə dair bəzi məqamlar bir sıra digər 
işlərdə: U.Uayt (1972), İ.Z.Samonov və İ.F.Pojarski (1978), Q.İ.Tuqovin 
(1974), V.N.Kotlyar və P.D.Yakovlev (1984)  və digərləri tərəfindən 
işıqlandırılsa da, termin kimi ilk dəfə V.N.Nağıyev (1986) tərəfindən 
təklif edilmişdir. 
U.Uayt (1972) ABŞ-ın Verxnovo gölü rayonunda yerləşən və artıq 
5 mln. tondan yuxarı mis istismar edilmiş  sərbəst mis yatağını 
kembriyəqədərki bazalt örtüklər və subvulkanik cisimlər kimi gözdən 
keçirmişdir.    
 
İ.Z.Samonov və  İ.F.Pojarski (1978) Araz zonasındakı Xalxal 
sərbəst mis yatağını qeyd olunan tipə aid etmişlər.  Ş.S.Bəktaşi və 
E.A.Məmmədov (1980) Naxçıvan törəmə çökəkliyindəki filizli 
aqlomeratların petrokimyəvi səciyyəsini vermiş,  mis filizləşməsinin 
qələvi bazaltoid vulkanizminin mənbəyi ilə  əlaqəsini qeyd etmişlər. 
Q.İ.Tuqovin (1974) öz  tədqiqatlarında təzahürdə eksploziv süxurların 
filizliyinə diqqət yetirmiş,  onların müxtəlif tərkibli maqma ilə əlaqəsinə 
baxmış  və eksploziv qurğuların tiplərini vermişdir. V.N.Kotlyar və 
P.D.Yakovlev (1984) tərəfindən eksploziv filizəmələgəlmə prosesi 
vulkanik yataqların timsalında nəzərdən keçirilmişdir.  
Beləliklə, yuxarıda adları qeyd olunan tədqiqatçılar tərəfindən 
vulkanogen-eksploziv genetik tipə dolayısı yanaşmalar olmuşdur. 
V.N.Nağıyev qeyd olunanları təhlil etmiş və Xalxal yatağında tədqiqatlar 
apararaq 1986-cı ildə Oliqosendə, bilavasitə, Xalxal vulkanının boğa-
zında və kraterin yamaclarında mis yataqlarının  əmələgəlməsini  şərt-
ləndirən vulkanogen-eksploziv genetik tipə dair (Xalxal mis yatağının 
timsalında) özünün  yeni işini dərc etdirmişdir. 
Naxçıvan filizli dərinlik qırılma zonası Araz rift zonasının  şimal  
kənarını  əhatə edir. 
 


 
12
Araz zonasının ilkin aktivlik mərhələsi eksploziv vulkanizmin 
andezit-dasit formasiyasının səth və  səthəyaxın fasiyalarının  əmələ  gəl-
məsi ilə səciyyələnir.   
Oliqosen vulkanizmi Naxçıvan dərinlik qırılması boyu inkişaf 
edərək en istiqamətində 70 km-dən çox məsafədə uzanır və misin bir sıra 
yataq və  təzahürlərinin ( Xalxal, Payız, Misdağ  və s.) inkişafı ilə 
səciyyələnir. 
Xalxal yatağında ləkəli-möhtəvi filizləşmə aqlomerat horizontuna, 
partlayış (püskürmə) borusuna və subvulkanik cisimlərə aid edilmişdir. 
Eksploziyanın mərkəzindən uzaqlaşdıqca, tuf horizontları arasında 
sərbəst mis mötəviləri ilə  təmsil olunmuş  şar görünüşlü tuflarda “filizli 
bombalar”a rast gəlinir. Filizsiz aqlomeratların arasında dörd filiz 
horizontu müəyyən edilmişdir ki, bu da  filizəmələgəlmə prosesinin dörd 
mərhələdə baş verməsini  təsdiqləyir. Eksploziv-filizəmələgəlmə prosesi 
Xalxal sərbəst mic yatağında tam şəkildə öz ifadəsini tapmışdır.  Burada 
püskürmə borusundakı (nekk) misli aqlomeratlardan başlayaraq kraterin 
yamacındakı filizli aqlomerat axımlarından keçməklə az qalınlıqlı (0,2-
0,4 m), maili yatımlı horizontlara doğru uzaqlaşdıqca  bilavasitə tədrici  
keçid müşahidə olunur. Digər hallarda (Sabir, Göydərə, Yaycı və digər 
təzahürlərdə)  püskürmə  mərkəzindən  böyük məsafədə nadir “filizli 
bombalar”la bərabər tuffitlərin və az qalınlıqlı  əhəngdaşlarının arasında 
misli laylar  qeyd olunur. Beləliklə, Araz zonasında Oliqosen vulkanizmi 
ilə eksploziv-vulkanogen (Xalxal, Payız, Misdağ) və vulkanogen-çökmə 
(Sabir, Göydərə, Yaycı və digərləri) genetik tip təzahürlər  əlaqədardır.
 
Xalxal yatağı Naxçıvan  şəhərindən 18 km şimal-qərbdə, Naxçı-
vançayın orta axım hövzəsində, Qızıldağ dağından 1 km cənub-şərqdə 
yerləşir. Yataq 1961-1963-cü illərdə H.S.Məmmədov və M.Q.Məm-
mədov tərəfindən öyrənilmişdir. 1980-1983-cü illərdə V.N.Nağıyev və 
Y.Ə.Kərimov tərəfindən yataqda dəqiq axtarış işləri aparılmışdır. 
Yataq rayonunun geoloji quruluşunda Üst Eosen, Alt və Orta 
Oliqosen və Alt Miosenin vulkanogen və vulkanogen-terrigen çökün-
tüləri iştirak edir.  
Filizləşmə  sərbəst mis şəklində püskürmə  mərkəzindən axan 
aqlomerat axımlarına, püskürmə borularının   və nekklərin Alt və Orta 
Oliqosen yaşlı andezit və andezit-dasit tərkibli boğaz fasiyalarına aid 
edilmişdir.  
Aqlomerat-eksploziv misli axımlar dik yatıma malik olub, kraterin 
yaxınlığında 60-75°, bir qədər uzaqda isə  40-55° bucaq altında cənuba 


 
13
yatırlar. Misli aqlomerat horizontu 5 m-dən 39 m-dək qalınlığa malikdir. 
Filizli layın intensiv qalınlığı kraterin yaxınlığında 32 m, bir qədər 
uzaqda 3 m, böyük uzaqlıqda isə daha az təşkil edir.  
Misli aqlomerat axımlarının orta qalınlığı 14,3 m, misin orta çəki 
miqdarı 1,65% olmaqla, uzanma istiqaməti üzrə 500 m, düşmə istiqaməti 
üzrə 200 m izlənilir. Qeyd etmək lazımdır ki, misin miqdarı yer səthində 
geniş hədd daxilində - 0,6%-dən 6,94%-dək dəyişərək, adətən, 1,1%-dən 
3,2%-dək təşkil edir. Dərinlikdə, sərbəst mis şəklində ilkin filizləşmənin 
inkişaf etdiyi yerlərdə misin miqdarı bir qədər aşağı olub, 0,55%-dən 
2,96%-dək dəyişir.  
İkinci filiz cismi boğaz fasiyaya-lavabrekçiyalara aid edilmişdir. 
Filiz cismi dik,  demək olar ki, şaquli  təmas hissədə və vulkan boğazının 
daxili hissəsində öyrənilmişdir. Filiz cismi 200 m-dən artıq  dərinliyə 
izlənilmiş, lakin dərinlikdə sərhədləndirilməmişdir. Burada 9,6 m qalın-
lığa misin miqdarı 1,14% müəyyən edilmişdir.  
İlkin filizlər  sərbəst misin yuva və möhtəviləri ilə  təmsil olunur. 
Oksidləşmə zonasının mineral tərkibi kuprit, malaxit, azurit, xalkozin və 
sərbəst mislə  təmsil olunur. Qeyri-filiz minerallarından kalsit, xlorit, 
epidot, filizsiz kvars və gips iştirak edir. 1979-cu ildə 1 №-li buruq 
quyusundan götürülmüş sınaqlarda qızılın miqdarı 0,2-2,2 q/t, gümüşün 
miqdarı isə  0,2-4,0 q/t olmuşdur. Sərbəst misin sınağında qızılın miqdarı 
200 q/t-a çatmışdır. 
Xalxal yatağında ilkin filizin mineral tərkibi yalnız sərbəst misdən 
ibarət olub, burada oksid və sulfid minerallarına rast gəlinmir. Bu 
vəziyyət filizəmələgəlmə prosesinin hidrotermal və skarn mərhələlə-
rindən əvvəl baş verməsi faktını  təsdiq edir. Sərbəst mis lavabrekçiya və 
aqlomeratlarla singenetik əlaqədardır. Filizəmələgəlmə prosesi eksploziv 
vulkanizmin son püskürmə prosesi ilə  müşayiət olunmuşdur. Həmçinin 
qeyd etmək lazımdır ki, sərbəst misin təzahür və yataqları Naxçıvan rift 
zonasının kənar hissələrində inkişaf tapmış dərinlik qırılması xətti boyu 
yerləşir və  əmələ  gəlməsinə görə Oliqosendə mantiya diapirizminin 
aktivləşmə mərhələsini əhatə edir. 
Beləliklə, qeyd etmək lazımdır ki, sərbəst misin əmələ gəlmə pro-
sesi dərinliklə əlaqədar olub, böyük dərinlikdə formalaşmış və sonradan 
lavabrekçiyalarla birlikdə yer səthinə  və yer səthinə yaxın dərinliyə 
atılan misli və uranlı əsas maqmanın yerləşməsi ilə əlaqədardır. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə