Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə6/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   2   3   4   5   6   7   8   9   ...   77

 
17
 
Şəkil 1. Misdağ mis-porfir yatağının geoloji xəritəsi 
(tərtib edən Həsənov V.S.) 
 
 1–delüvial-provüal çöküntülər; 2–monsonitlər; 3–porfirgörünüşlü qranosienit-
lər; 4–kvarslı sienit-dioritlər; 5–lamprofir daykaları; 6–qranodiorit-porfir 
daykaları; 7– qırılma zonaları; 8 – pirit-xalkopirit  (а) və damar zonaları (б); 9–
incə pirit-xalkopirit damarcıqları; 10–nadir möhtəvi filizləşmə; 11–keçilmiş  
mağaralar; 12–yatağın sərhədi. 


 
18
1.2.2.4. Parağaçay yatağının alt  horizontu 
 
1977-ci ildə V.N.Nağıyev tərəfindən Parağaçay mədənindəki 4 №-
li əsas mağaranın yenidən sənədləşdirilməsi və sınaqlaşdırılması   yoxla-
nılarkən, qabbro-diorit və dioritlərdə ştokverk tipli mis-molibden filizləş-
məsi müəyyən edilmişdir. 4 №-li mağara mədənçilər tərəfindən məlum 
molibden damarlarının kəsilməsi və istismarı  məqsədilə keçilmişdir. 4 
№-li mağaraya baxış zamanı  və yenidən sınaqlaşdırma nəticəsində 
aşağıdakılar müəyyən edilmişdir: 
0,0-418,0 m - Alt Eosenin vulkanogen qatı, tamamilə törəmə 
kvarsitlərə çevrilmiş  və intensiv piritləşmişdir. Nadir xalkopirit möh-
təviləri qeyd olunur;  
418,0-427,0 m -  pirit və xalkopiritli dioritlər; 
427,0-467,0 m – eləcə də 0,0-418,0 m intervalda olduğu kimi; 
467,0-660,0 m- pirit, bəzən xalkopirit möhtəvili diorit, 614,0 m-
dən sonra xalkopiritə tez-tez rast gəlinir;  
547,0 m-dən başlayaraq “Mayski” damarı, qalınlığı 0,2-0,5 m, 
molibdenin miqdarı  isə 1,0%-ə qədər; 
624,0 m-dən başlayaraq  “Cənub” damarı, qalınlığı 0,05-0,28 m, 
molibdenin miqdarı isə 0,2-0,5%; 
660,0-700,0 m – ştokverk tipli filizləşmə, xalkopiritli damarcıq-
möhtəvili qabbro-diorit. 
4  №-li mağaranın 600,0-700,0 m intervalı başdan-başa sınaq-
laşdırılmışdır.  
Aşağıdakı cədvəldə  4 №-li mağaranın  600-666,6 m intervalı üzrə 
mis və molibdenin orta çəki miqdarları verilir. 
Cədvəl   1 
4 №-li mağara üzrə mis və molibdenin orta çəki
  
miqdarı  
 
Sınaqlaşdırma 
intervalı, m-lə 
Qalinliğı,  
m-lə 
Sınaqların 
№-si 
 
Nəticələr,  %-lə 
mis 
molibden 
1 2 



614-618 

2307-2308 
0,21 
0,003 
622-634 
12 
2311-2315 
0,26 
0,004 
638-642 

2318-2319 
0,23 
0,004 
646-648 

2322 
0,25 
0,010 
656-660 

2327-2328 
0,23 
0,005 


 
19





600-666,6  
6,6 
2329-2333 
0,67 
0,019 
Yekun: 
614-666.6 
 
52,6 
 
34 sınaq üzrə 
 
0,26 
 
0,007 
 
Beləliklə, Parağaçay yatağında molibden damarlarından  əlavə 
ştokverk tipli damarcıq-möhtəvi filizləşmə  də müəyyən edilmişdir ki, 
bunlar da bu  istiqamətdə işlərin davam etdirilməsinə əsas verir.  
 
1.2.2.5. Göygöl yatağı 
 
Göygöl mis-porfir filiz yatağında filiz saxlayan süxurlar Sakkarsu 
intruzivinin qranitoidləri və qismən maili təmas hissədə    ştokverk 
zonaları əmələ gətirən Üst Eosen-Oliqosen yaşlı vulkanoklastik süxurlar 
hesab olunur. 
Göygöl mis-porfir filiz yatağının parametrləri aşağıdakı kimidir: 
ştokverkin orta eni -400 m, uzunluğu – 700 m, filizləşmənin dərinliyə 
yayılması - 60 m,  misin kütlədə orta miqdarı: yer səthində - 0,28%, 
oksidləşmə zonasında -0,34%, ilkin filizlərdə 0,50%, molibdenin kütlədə 
orta miqdarı 0,01%; filizin proqnoz ehtiyatları 300 mln. ton, mis -1210 
min ton, molibden 30 min ton.  
Göygöl yatağı  səthi öyrənilmiş, yalnız axtarış  işləri aparılmışdır. 
Ümumittifaq Mineral-Xammal Elmi-Tədqiqat  İnstitutunun (Tbilisi) 
Qafqaz  geoloji-iqtisadi tədqiqatlar laboratoriyasının rəyinə görə, bu 
obyektdə  dəqiq axtarış  və axtarış-qiymətləndirmə  işlərinin  aparılması 
tövsiyə olunur.   
1.2.2.6. Göydağ yatağı 
 
Göydağ filiz sahəsi Paradaş çökəkliyinin  şimal blokunda  Eosen 
yaşlı vulkanogen-çökmə süxurların arasında intensiv inkişaf etmiş 
subvulkanik cisimlər sahəsini əhatə edərək üç iri qırılmanın: 320
0
 şimal-
qərb istiqamətli uzununa Dırnıs-Nəsirvaz-Göydağ, en istiqamətli Göy-
göl-Göydağ  və köndələn istiqamətli  Əlincəçay-Ləkətağ  qırılmalarının 
kəsişmə sahəsinə
 
aid edilir.  
Filiz sahəsi  ərazisində Ortakənd və  Ləkətağ polimetal təzahürlər 
qrupu və Göydağ mis-porfir filiz təzahürü məlumdur. 
Göydağ yatağı dörd filizli buruq quyusunun  (14, 18, 22, 15) 
məlumatlarına görə  aşkar edilmiş  və ilkin parametrləri müəyyən-ləş-


 
20
dirilmişdir: uzunluğu – 200 m, eni – 140 m, filizləşmənin yayılma 
dərinliyi-500 m, misin orta miqdarı 0,3%-dən yuxarı,  bütövlükdə isə, 
0,1%-dən 2,3%-dək təşkil edir. Filiz saxlayan süxurlar Orta Eosenin 
argillitləri, tufogen qarışıqlı alevrolitləri, bəzən isə andezitlərin sub-
vulkanik cisimləri və kiçik intruziv cisimlər  hesab olunur.  
  
1.3. Molibden filizləri 
 
1.3.1. Damar tipli molibden yataqları 
 
1.3.1.1. Parağaçay yatağı 
 
Nəşr olunmuş  işlərdə Parağaçay yatağı tipik damar-molibden 
yatağı kimi məlumdur. Parağaçay mədənində molibden uzun illər  “Baş”, 
“Orta”, “Yeni” və “Sülh” damarlarından çıxarılmışdır. 
Lakin M.A.Ağasiyev və başqaları (1960) tərəfindən Parağaçay 
yatağındakı eninə zonalarda kiçik ehtiyata malik  qızıl kəşf olunmuş və 
yataq Munundərə adlandırılmışdır.    
1977 və 1980-ci illərdə V.N.Nağıyev tərəfindən Parağaçay 
yatağının alt horizontunda damarcıq-möhtəvi  ştokverk tipli mis-molib-
den-porfir filizləşməsi müəyyən edilmişdir. Bu faktı qeyd olunan mağa-
raların tam sınaqlaşdırılmasının nəticələri də  təsdiq etmişdir. Sonradan 
1980-ci ildə qazılmış bir buruq quyusunun nəticələri də  ştokverk tipli 
filizləşməni təsdiqlədi. Bu barədə aşağıda məlumat veriləcəkdir. 
Ümumiyyətlə, Parağaçay yatağı heç bir şübhə doğurmadan plu-
tonogen-hidrotermal mənşəli damar–molibden yatağının tipik nümunə-
sidir. Bununla bərabər, qeyd olunan obyekt həm də sulfid-qızıl filiz 
yatağı  hesab olunur. Parağaçay yatağının alt horizontu isə ştokverk tipli 
mis-molibden-porfir yatağı kimi öyrənilməlidir.  
Parağaçay yatağı Ordubad rayonunda, Parağaçay-Şirinsu çayla-
rının sol qolları ilə Munundərə  və  Çınqıllıdərə çaylararası sahədə yer-
ləşir. Mədən Aza dəmir yol stansiyasından 45 km uzaqlıqda yerləşir. 
Yataq rayonu yüksək dağlıq olub, 2100-2700 m yüksəkliklərlə  səciy-
yələnir.  
Öyrənilməsi. Parağaçay yatağı 1934-cü ildə  aşkar olunmuş, 
sonrakı illərdə  kəşfiyyatı aparılmış, nəticədə ehtiyatları hesablanmış  və 
təsdiq edilmişdir. Yataq 1952-ci ildən başlayaraq Parağaçay kombinatı 
tərəfindən istismar olunmuşdur. Filizin çıxarılması yeraltı üsulla həyata 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə