Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə14/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   ...   10   11   12   13   14   15   16   17   ...   77

 
42
1..5. Qurğuşun və sink filizləri 
1.5.1. Paleozoy çöküntülərində qurğuşun-sink yataqları  
 
1.5.1.1. Gümüşlü qurğuşun və sink yatağı  
 
Gümüşlü yatağı  tərkibinə görə qurğuşun və sinkdən ibarət olub, 
Araz metallogenik zonasının Şərur filiz zonasına  aid edilir. Əmələgəlmə 
vaxtına görə yataq: 1) Hersin metallogenik dövrünə (R.N.Abdullayevə 
görə Alt Karbon, 1981), 2) Hidrotermal-damar-metasomatik genetik tipə 
və 3) Polimetal formasiyasına aid edilir. 
Gümüşlü qurğuşun-sink yatağı  Şərqi Arpaçay çayının aşağı axım 
hövzəsinin sol yamacında,  Şərur stansiyasından 18 km şimal-şərqdə, 
Naxçıvan şəhərindən 55  km şimal-qərbdə yerləşir. Yataq 1908-1916-cı 
illər ərzində “Alagöz” Səhmdar  Cəmiyyəti tərəfindən,  1954-cü ildən isə 
Naxçıvan Filiz İdarəsinin Gümüşlü mədəni tərəfindən istismar edil-
mişdir.  
Yataq rayonunun geoloji quruluşunda Orta Devondan başlayaraq 
Perm də daxil olmaqla Paleozoy kompleksinin süxurları  iştirak edir. 
Yataq ərazisində Orta Devonun Eyfel, Jivet və Frank mərtəbələrinin və 
Üst Devonun alt hissəsinin çöküntüləri inkişaf tapmışdır (V.P.Feliks, 
V.N.Nağıyev və başqaları, 1980). Filizsaxlayan süxurlar Orta Devonun 
Jivet mərtəbəsinin  əsasən massiv, monoton, СаСОз-ə  nəzərən təmiz 
əhəngdaşları  və gil şistləri hesab olunur. Əhəngdaşları filizə qarışaraq 
hidrotermal metasomatoza aid edilir, gil şistləri isə ekran rolunu oynayır 
və ancaq pirit möhtəviləri saxlayır. Sonda qeyd etmək lazımdır ki, 
qurğuşun-sink filizləşməsi Jivet mərtəbəsinin Sədərək qatına aiddir.   
Yataq rayonunda maqmatik süxurlar diabaz və qabbro-diabazların 
sill və daykaları ilə  təmsil olunaraq R.N.Abdullayev (1981) tərəfindən 
hersin tsiklinin qabbro-diabaz formasiyasına aid edilmiş  və yaşına görə 
Devon-Alt Karbona uyğun gəlir.  
Gümüşlü qurğuşun-sink yatağı  şimal-qərb istiqamətli Gümüşlü 
antiklinalının nüvəsində və cənub-qərb qanadında öyrənilmişdir.  
Antiklinalın  şimal-şərq qanadı  əsas üstəgəlmə ilə  kəsilmiş  və 
nəticədə Devonun müxtəlif horizontları Karbonun əhəngdaşları ilə təmas 
təşkil etmişdir. Gümüşlü antiklinalı  tağ şəkilli, bəzən izometrik qırışıqlar 
və daha aşağı quruluşlu  fleksura əyriləri ilə mürəkkəbləşmişdir. Yataq 
müxtəlif istiqamətli qırılmalarla bir sıra tektonik bloklara ayrılmışdır. 
Filizləşməyə  nəzərən qırılmalar geniş inkişaf tapmışdır. Onlar filizə 


 
43
qədər və filizdən sonra əmələ  gəlmişdir. Filizə  qədər qırılmalar  şərqə  
doğru dik (75-80
0
) yatımlı  qırılıb-düşmə,  qırılıb-qalxma və  qırışıqlığın 
ümumi istiqamətinə uyğun gələn meridionala yaxın (330-350
0
) istiqa-
mətli sürüşmüş  əks fayla təmsil olunurlar. Bu qırılmalar süxurların 
intensiv xırdalanması və tamamilə əzilməsi ilə müşayiət olunur. Filizləş-
məyə qədər qırılmalar yatağı dörd  və daha çox bloklara ayıraraq şimal-
şərq və en istiqamətli qırılıb-düşmə ilə təmsil olunur. 
Filizətrafı  dəyişmələr filiz cisminin və  xırdalanma (əzilmə) zona-
sının  ətrafında dolomitləşmə, kalsitləşmə  və kvarslaşma  şəklində qeyd 
olunur. Dəyişmiş süxurların qalınlığı   0,5-3,0 m arasında dəyişir. 
Gümüşlü yatağının ərazisində qurğuşun-sink filizləşməsi damarlar 
və metasomatik jelvaklar şəklində inkişaf edərək,  bütövlükdə, stratiform 
yataqlar  əmələ  gətirir. Filizləşmə filizə  qədər meridional istiqamətli 
brekçiyalaşmış zonalarda  və həmçinin layarası filizçökmə üçün əlverişli 
şəraiti olan  əhəngdaşı layları arasında lokallaşmışdır. Damar tip  paralel 
kvars-karbonat, bəzən baritli  damar və ya damaraoxşar cisimlər şəklində 
geniş yayılaraq, qalenit və sfaleritin möhtəviləri və yuvaları ilə birlikdə 
filiz zonalarını əmələ gətirir. Yataqda uzunluğu 400 m, qalınlığı 0,4-0,6 
m-dən 56 m-ə  qədər olan 24 dik yatan (65-80
0
) filiz cismi aşkar 
edilmişdir. Altı zona ən perspektivli sayılır. Sənaye  əhəmiyyətli filiz-
ləşmə saxlayan damar-zonaların orta uzunluğu 40-80 m  təşkil edir. Filiz 
zonalarında bəzən  0,1-0,4 m ölçülü yuvaşəkilli massiv filizlər inkişaf 
etmişdir. Filiz zonasının mərkəzində damarlar, linzaşəkilli cisimlər,  
yuvalar, onların  ətrafında isə damarcıqlar və möhtəvilər daha  geniş 
yayılmışdır.    
Stratiform tipli metasomatik filizli qatlar bir-birindən gil şistləri ilə 
ayrılan iki əhəngdaşı horizontu ilə  məhdudlaşır. Stratiform tipli
 
laylar 
ekran rolunu oynayan gil şistlərinin altında tağşəkilli lokal antiklinalın 
oxu boyunca 125-500 m məsafədə və həmin antiklinalın qanadları üzrə 
qırılmadan 25-50 m kənarda  əhəngdaşı horizontunun asılı yanında filiz 
daxil edən  meridional istiqamətli qırılmalar boyunca uzanır. Stratiform 
tipli ayrılmaların qalınlığı 1 m-dən 9-12 m-dək çatır.    
Stratiform tipli laylar 4 №-li sahədə daha geniş yayılmışdır. 
Yatağın mineraloji tərkibi qalenit və sfaleritlə  təmsil olunur. Qalenit 
kəskin  şəkildə sfaleriti üstələyir.  İkinci dərəcəli minerallar pirit, 
xalkopirit və  tutqun filizlərdən ibarətdir.  
Nadir mineralların siyahısında bulanjerit, burnotit və argentit yer 
tutur. Damar minerallarından kalsit, barit, bəzən dolomit, kvars və 


 
44
ankerit daha çox yayılmışdır. Törəmə minerallar smitsonit, serussit, 
limonit, kovellin, xalkozin,  anqlezit və malaxitlə səciyyələnir. 
 
Şəkil .4. Gümüşlü qurğuşun-sink yatağından (IV sahə) keçən geoloji kəsiliş. 
1 – allüvial çöküntülər;
 
2, 3 – Üst Devonun frank mərtəbəsi; 2 - (Дз'"
2
) – gil 
şistlərinin,  mergel, əhəngdaşı    və qumdaşlarının laylaşması; 3 - (Д
3
'~
2
) - gil 
şistləri; 4, 5, 6-Orta Devonun Jivet mərtəbəsi; 4 - (Д
2
3
") – şistaltı əhəngdaşları; 
5-(Д
2
2
"
3
) - əhəngdaşı  laylı gil şistləri; 6 - (Дг
12
) - – şistaltı  əhəngdaşları; 7 – 
şistüstü filiz cismi; 8-qurğuşunun kondisiya miqdarlı filiz cismi;  9-buruq 
quyuları. 
 
Filizin tekstur tipləri aşağıdakı kimidir: massiv, yuvaşəkilli, brek-
çiyagörünüşlü, damarcıq və möhtəvi. Filizin strukturunda sementləşmiş, 
şistləşmiş, emulsiya və digərləri üstünlük təşkil edir.  
Filizin formalaşması    3  mərhələdə getmişdir: 1) sulfidli, qalenit, 
sfalerit, xalkopirit, tutqun filizlər, pirit, argentit, burnonit, bulanjerit, qey-
ri-filiz minerallarından–barit, ankerit, kalsit və kvarsla assosiasiyada; 2) 
kvars, pirit, kalsit daxil olmaqla qalenit-barit; 3) kalsit və baritlə asso-
siasiyada qalenit-karbonat. Oksidləşmə zonası zəif inkişaf etmişdir. 
Yataq  ərazisində kimyəvi tərkibinə görə qurğuşunlu, qurğuşun-
sinkli və sinkli sənaye tipləri ayrılır və birinci tip üstünlük təşkil edir.  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə