Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə22/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   ...   18   19   20   21   22   23   24   25   ...   77

 
66
Dolomitlər bütövlükdə, massiv və xarici görünüşünə görə    qalın-
laylı olub, quruluşuna və rənginə görə eynicinslidir. Üst Triasın dolomit-
ləri aşağıdan yuxarıya üç dəstəyə ayrılır:1) qızılgülü-boz rəngli dolo-
mitlərlə növbələşən  tünd-boz və boz rəngli dolomitlər,  qalınlığı 740 m; 
2) tünd-boz rəngli, qalınlaylı, kavernalı (boşluqlu) dolomitlər, qalınlığı 
80 m; 3) boz rəngli nadir dolomit laycıqlı  qızılgülü-boz rəngli, dənəli 
dolomitlər, qalınlığı 80 m. Tektonik pozulma boyu dolomitlər çatlı  və 
brekçiya görünüşlüdür.  
Mikroskop altında dolomitlərin arasında  incədənəli, xırdadənəli, 
incə-xırdadənəli, ortadənəli, qeyribərabərdənəli və brekçiyagörünüşlü 
növləri ayrılır. Onların hamısı bir-biri ilə  sıx  əlaqədə olan romboedrik 
formalı dolomit dənələri ilə mürəkkəbləşmişdir. Onların ölçüləri çox 
müxtəlifdir. Ayrı-ayrı dolomit dənələri cüzi dərəcədə (1,5%) gil hissəcik-
ləri ilə çirklənmişdir. Bəzən dolomit dənələri arasında  silisli materiala 
rast gəlinir. Xırda çatlar kvars və dəmir hidrooksidi ilə dolmuşdur.  
Morfoloji cəhətdən dolomitlər iri layşəkilli yatım, daha doğrusu 
qat  əmələ  gətirərək, monoklinal formada 25
0
-dən 75°-dək, adətən  30-
35° bucaq altında şimal-şərq istiqamətdə  yatırlar.  
Dolomitlərdə MgO-nin miqdarı 17,0%-dən 23,31%-dək, yataq 
üzrə orta göstərici-20,5%;  СаО 26%-dən  33,74%-dək, orta göstərici - 
30,8%, SiO
2
  0,01%-dən 3%-dək, orta göstərici -2,11%; Fe
2
O
3
 0,09%-
dən  1,0%-dək, orta göstərici - 0,47%; А1
2
О
3
 0,1%-dən 0,3%-dək, orta 
göstərici - 0,17%; SO
3
  izdən 0,2%-dək, orta göstərici -0,06% təşkil edir. 
Spektral analiz vasitəsi ilə dolomitdə az miqdarda  rubidium, 
litium, titan, beril, qallium, ittrium, stronsium və vanadium müəyyən 
edilmişdir. Qeyd etmək lazımdır ki, dolomitlərin iri ehtiyatlara malik 
yataqlarında  MgO-nin miqdarının orta hesabla 20,5% olması metallurji 
maqnezium istehsalı cəhətdən böyük maraq kəsb edir.  
Yarımsənaye tədqiqatları ilə müəyyən olunmuşdur ki, Nehrəm 
yatağının maqnezial karbonatları kimyəvi tərkibinə görə susuzlaşdırılmış 
soda və metallurji maqnezium oksidi istehsalı üçün yararlıdır. Öz 
növbəsində maqnezium oksidi maqnezial xromit kərpiclərin, poladəritmə 
sobaları üçün xrom-maqnezial odadavamlı kərpiclərin və digər material-
ların istehsalı üçün istifadə oluna bilər. 6,2 m diametrli şaxta sobalarında  
dolomitin (40-120 mm fraksiyalı) bişirilməsi zamanı bişmə dərəcəsi 95% 
təşkil edir. Dolomit əhəngi orta sönən növə aid edilir.  
Yuxarıda qeyd olunduğu kimi, Nehrəm yatağının dolomitləri me-
tallotermik üsulla metallik maqneziumun alınması üçün tədqiq edilmiş 


 
67
və  nəticədə  təmizliyi 99,98% olan maqneziumun çıxımı 91-92% təşkil 
etmişdir. Göründüyü kimi, Nehrəm yatağının dolomitləri geniş istifadə 
sahələrinə  malik olub, ehtiyatları böyük istehsal gücünü təmin etməyə  
qadirdir.  
Araz zonasının dolomitləri  əvvəlki tədqiqatçılar tərəfindən daha 
bəsit  şəkildə  təhlil edilmişdir. Onlar tərəfindən sonradan diagenezə 
məruz qalan ilkin-çökmə hemogen dolomitlər ayrılmışdır. Təbii ki, biz 
də bu cür yanaşmanın  tərəfdarıyıq. Lakin sual yaranır: 1) nə üçün məhz  
dolomitlər  əmələ  gəlmişdir, həm də çox qalın laylı    və uzun məsafədə 
izlənilən; 2) bu qədər nəhəng (çox böyük) həcmdə  maqnezium və  həm-
çinin kalsium haradan daxil olmuşdur; 3) nə üçün hövzədə terrigen 
materiallar birdən yoxa çıxmış  və hövzə çox dərin olmuşdur və s. 
Ş.Ə.Əzizbəyova (1961) görə Üst Permdə təmiz dolomit növlərinin əmələ 
gəlməsi sahilə şirin suların daxil olmaması ilə əlaqələndirilir. Bu terrigen 
materialın olmaması ilə izah edilir. Lakin o, hövzənin dərinləşmə 
səbəbini və çöküntü materialının mənbəyinin səbəbini  izah etməmişdir. 
Araz zonasının inkişaf tarixi onun çoxsulu hövzədə karbonatlı, silisli 
karbonatlı və maqneziumlu-karbonatlı fasiyanın inkişafı və az qalınlıqlı 
terrigen fasiyanın iştirakı  ilə səciyyələnir.  
V.N.Nağıyevin ehtimalına görə, məlum Vedi-Naxçıvan tikiş zona-
sı Devon dövründə enmiş  və gec paleozoyda (Perm, Trias) inkişaf 
etmişdir. Bu dövrdə Araz zonasında uzunluğu bir neçə yüz kilometrə 
çatan  ensiz rift strukturu  formalaşmağa başlamışdır. Riftin ən böyük 
dərinliyi Araz çayının məcrasına uyğun gəlir. Bunu Perm və xüsusi ilə 
Trias çöküntülərinin qalınlığı  təsdiq edir. Riftdə  dərinlik qırılması üst 
mantiyanın üst layına qədər çatmış, onunla Triasda hövzəyə maqnezial-
karbonatlı termal sular daxil olmuşdur. Yurada spilit-diabazlar, Təbaşir 
dövründə isə ultrabazitlər  formalaşmışdır. Qabbroidlər və peridotitlər 
Araz çayında  və Çalxanqala sahəsində məlumdur. 
Yuxarıda qeyd olunanları  nəzərə alaraq dolomitin əmələ  gəlmə 
şəraiti bizim tərəfimizdən aşağıdakı kimi  təhlil edilir:  
1. Araz zonası Trias, Yura və  Təbaşir dövründə rift rejiminin 
inkişafına uyğun gəlir; 
2. Maqnezium, kalsium və karbon qazının mənbəyi mantiya, daha 
doğrusu, ultrabazit maqmanın səviyyəsindən daxil olan maqneziumlu-
karbonatlı-termal sular  hesab olunur; 


 
68
3. Dolomitin əmələ gəlməsi su şəraitində çöküntülərin daxil olma-
sı, çökməsi  və diagenezi nəticəsində dar riftdə, lakin çox uzun hövzədə 
baş vermişdir. 
Yuxarıda qeyd olunan cəhətləri
 
 nəzərə alaraq müəlliflər tərəfindən 
Araz zonasının dolomitləri riftogen çökmə genetik tipə aid edilir.   
 
1.8. Kobalt filizləri 
 
1.8.1. Kotam yatağı 
 
Kotam skarn-mis-kobalt filiz yatağı Araz çayı hövzəsində, çayın 
sol yamacında,  Ordubad filiz rayonunda, Kilit və Kotam kəndlərinin 
yaxınlığında, Kilit və Kotam sahələri olmaqla iki sahədə izlənilir. Kotam 
sahəsi bir qədər dəqiq öyrənilmişdir. Burada V.İ.Leontyev  (1949) 
tərəfindən geoloji-kəşfiyyat işləri aparılmışdır. Kilit sahəsi 1964-cü ildə 
M.A.Ağasıyev tərəfindən aşkar edilmişdir. Bu sahədə geoloji işlər 
fasilələrlə davam etdirilmiş və bu gün də davam etdirilir.  
Yataq Ordubad plutonunun ekzotəmasında skarnlaşmış və buynuz-
daşı əmələ gəlmiş zonada formalaşmışdır. Yataq ərazisində rast gəlinən 
çöküntülər Alt Turon yaşlı qumlu-argillit qatı, Alt və Üst konyakın 
mergelli-argillit qatı, Üst Konyakın  əhəngdaşları, Alt Santonun tufogen 
qatı  və plutona tərəf şimal-şərq istiqamətdə 15-30° bucaq altında yatan 
şimal-qərb istiqamətli qırışıqlıqda əzilmiş Kampan yaşlı  mergelli-argillit 
qatı ilə təmsil olunmuşdur.    
Ə.H.Babayev (1975), M.Ə.Qaşqay, M.A.Ağasıyev (1976), Ş.Ə.Əziz-
bəyov (1961), S.Ə.Bəktaşi, T.H.Hacıyev və başqalarının məlumatlarına 
görə,  plutonun cənub-qərb təmas zonasında eni 200 m-dən 1000 m-dək 
olan zolaqda ətraf süxurlar güclü metamorfikləşmiş və nəticədə müxtəlif 
kontakt metasomatitlər - qranat-epidotlu skarnlar, epidozitlər, buynuz-
daşları və mərmərlər əmələ gəlmişdir. Stratiforma yaxın kobaltlı və misli 
sulfid zonaları yuxarıda qeyd olunduğu kimi ekzotəması haşiyələndirən 
Üst Təbaşir yaşlı müxtəlif süxurlara və plutonu əhatə edən və ondan 
şaxələnən  kiçik diorit, kvarslı diorit və digər maqmatik süxur massiv-
lərinə aid edilir.  
Stratiform tipli Kotam mis-kobalt zonası 10-20° bucaq altında 
yatır və 0,05-0,8 m, nadir hallarda 1,5-2,0 m ölçülü yuva və linzaşəkilli 
cisimlər, qalınlığı 1-10 sm olan damarcıqlar və sulfid möhtəviləri, əsasən 
dağ kütləsinin 7-18%-i həcmində pirit və xalkopirit saxlayan güclü 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə